2. Təhsilə çəkilən xərclərin qiymətləndirilməsinə dair
2.1. Təhsil üzrə xərclərin maliyyələşdirmə mənbələrinə görə bölgüsü
YUNESKO-nun Statistika İnstitutunun metodoloji tövsiyələrinə əsasən təhsil üzrə xərclər maliyyələşdirmə mənbələrinə görə aşağıdakı kimi qruplaşdırılır:
-
Dövlət maliyyələşdirmə mənbələri;
-
Özəl (qeyri-dövlət) maliyyələşdirmə mənbələri;
-
Beynəlxalq maliyyələşdirmə mənbələri.
Dövlət maliyyələşdirmə mənbələri mənsub olduqları dövlət hakimiyyəti orqanlarının səviyyəsinə uyğun olaraq 3 kateqoriyaya bölünür:
-
Mərkəzi hakimiyyət orqanları;
-
Regional hakimiyyət orqanları;
-
Yerli hakimiyyət orqanları.
Mərkəzi hakimiyyət orqanları üzrə təhsilə çəkilən xərclər təkcə Təhsil Nazirliyinin xərclərini deyil, eləcə də digər nazirlik, idarə və icra hakimiyyəti orqanlarının təhsil üzrə xərclərini özündə birləşdirir və həmçinin regional və yerli orqanlar tərəfindən məktəblərin təmirinə ayrılan, lakin həmin orqanların büdcələrində “təhsil xərcləri” maddəsi üzrə deyil, başqa maddələr üzrə qeydə alınan vəsaitlər də aid edilir.
Mərkəzi, regional və yerli hakimiyyət orqanlarının beynəlxalq (xarici) mənbələrdən aldıqları transfertlər (köçürmələr) dövlət tərəfindən bölüşdürüldükdə, həmin vəsaitlər dövlət xərclərinə aid edilir.
Əgər bir nazirlik təhsil sahəsinə ayrılan vəsaiti digər nazirliyin hesabına köçürürsə, bu zaman birinci nazirlik bu pul köçürmələrini və ya transfertləri özünün dövlət xərclərinin ümumi məbləğindən çıxır.
Əgər ölkədə iki səviyyəli hakimiyyət mövcuddursa, aşağı səviyyə regional deyil, yerli hesab edilir. Əgər ölkədəki hakimiyyət orqanlarının strukturu dörd və ya daha artıq səviyyədən ibarətdirsə, ikinci səviyyə regional, bütün sonrakı səviyyələr isə yerli adlandırılır.
Yuxarıda qeyd olunan dövlət hakimiyyəti orqanlarının hər üç səviyyəsi üçün üç mümkün xərc növü mövcuddur:
|