Dizayn Mühafizə sxeminin düzgün dizayn edilməsi birinci və əsas məsələlərdən
biridir. Mühafizə sxeminin düzgün seçilməsi mühafizənin istənilən şəraitdə
düzgün fəaliyyət göstərməsinin və lazım gəldikdə işdən çıxarılmasının
qarantıdır.Burada eyni zamanda hansı növ mühafizə avadanlıqlarından istifadə
edilməsinin xüsusi önəmi vardır. Mühafizə sistemi layihələndirildikdə hər bir
əsas mühafizənin ehtiyyat mühafizəsi də olmalıdır.
Ayarlar Rele mühafizəsi qurğularının ayarları lazımi tələbləri: sistemin
parametrlərini, yükün qiymətini, qəzaları, dinamiki tələbləri və s. nəzərə
almalıdır. Məlum olduğu kimi, sistem parametrləri yükün qiymətindən asılı
olaraq dəyişilir və ona görə də mühafizənin qoyuluş qiymətləri müəyyən
intervalada dəyişilmək imkanına malik olmalıdır.
Quraşdırma Mühafizə sisteminin düzgün quraşdırılması vacib məsələlərdəndir , belə
ki, mühafizə sistemləri arası düzgün olmayan birləşmələr nəticədə
mühafizənin yoxlanmasını çətinləşdirə bilər.
Diaqnostika Diaqnostika mühafizə sistemlərinin bütün sahələrini əhatə
etməlidir.Düzgün olmayan diaqnostika mühafizənin səhf işləmə ehtimalını
artırır və etibarlığını azaldır.
Texniki xidmətin düzgün təşkil edilməməsi Zaman keçdikcə rele mühafizə qurğularının texniki istismar parametrləri
daxili və xarici faktorların təsiri nəticəsində pisləşir. Məsələn: kontaklar tez
-
tez
baş verən əməliyyatlar nəticəsində kobud və yanmış vəziyyətə düşə və yaxud
da ətraf mühitin təsiri nəticəsində çirklənə bilər, dolaqların və digər sxemlərin
bütövlüyü və elektron hissələrin fəaliyyəti pozula bilər.Bu da öz növbəsində
mühafizənin səhf işləməsinə səbəb ola bilər.Ona görə də rele mühafizəsi
periodik olaraq yoxlanmalı və lazımi hissələr təmir olunmalı və yaxud da
dəyişdirilməlidir.