Mövzu: Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin işləmə prinsipi və quruluşu.
RM-in əsas hissələri (düyünləri)
RM-nin quruluşu əsasən aşağıdakı əsas hissələrdən ibarət olur:
- işəsalma orqanları (təsiri qəbul edən yissə);
- ölçmə orqanları (təsiri çevirən hissə)
- məntiq hissəsi (müqayisə edən hissə)
- icraedici hissə (icra edən hissə)
- ötürücü hissə (yavaşıdan hissə).
İşəsalma orqanları birbaşa və fasiləsiz olaraq mühafizə olunan avadanlığın vəziy-yətini və iş rejimini nəzarətdə saxlayır və QQ yaranmalarına və ya normal iş rejiminin pozulmalarına reaksiya verir. İşəsalma orqanları cərəyan, gərginlik, güc və s.rele...
Ölçmə orqanlarının əsas vəzifəsi – zədələnmələrin yerini və xarakterini müəyyənləşdirmək və mühafizənin təsir etməsi üçün qərarların qəbul edilməsində əsas rol oynayırlar. Ölçmə orqanları da cərəyan, gərginlik, güc və s. relelərin köməyilə yaradılır. ...
Məntiq hissəsi – sxemdir və o, işəsalma orqnları ilə işə salınırlar və ölçmə orqanlarının təsirlərnin ardıcıllığı və təsiretmə müddətlərini müqayisə etməklə açarları ani olaraq və yaxud zaman gecikmələri ilə söndürürlər, digər qurğuları işə salır, həy...
İcraedici hissə açarların sönməsinə (qoşulmasına) uyğun və ya digər xarici qurğuların üzrə nəzərdə tutulan hərəkətləri yerinə yetirir
Ötürücü hissə bir sıra mühafizə növlərində istifadə edilir.Məsələn, diferensial-faza mühafizəsində yüksək tezlikli kanalın qəbuledici-ötürücü aparatları.
Şəkil 1. Dönən lövbərə malik elektromexaniki relenin quruluşu
MÜHAFİZƏ RELELƏRİNİN SİNİFLƏRƏ BÖLÜNMƏSİ
Qoşulma üsullarına görə relelərin aşağıdakı növlərini fərqləndirirlər:
İlkin (birinci) – bunlar mühafizə olunacaq elementin birbaşa dövrəsinə qoşulurlar;
İkinci – bunlar ölçü gərginlik və cərəyan transformatorları vasitəsilə qoşulurlar.
Hazırlanma üsuluna görə relelər aşağıdakı növlərə bölünür:
- Elektromexaniki, hərəkətli element və kontakt sistemli
- Statiki, hərəkətli element və kontakt sistemi olmayan (elektron, mikroprosessorlu).
Təyinatına görə relelərin aşağıdakı növləri mövcuddur:
- Ölçmə releləri (sərəyan, gərginlik, müqavimət, güc, tezlik, temperatur, səviyyə) maksimal və minimal ola bilirlər.
- Məntiqi relelər (aralıq, ikimövqeli, zaman,siqnal).
Olçmə releləri üçün dayaq (nümunəvi) elementlərin (kalibrlənmiş yay, stabil gərginlik, cərəyan mənbəyi və s.) olması xarakterikdir. Bu elementlər relenin tərkibində olur və hər hansı fiziki kəmiyyətin əvvəlcədən qeyd olunmuş qiymətini (buna çox zaman ...
Ölçmə releləri yüksək həssaslığa malik olur (yəni nəzarət olunan parametrin çox kiçik dəyişmələrini hiss edirlər) və yüksək qayıtma əmsalına (İşədüşmə və qayıtmanın qiymətləri nisbəti) malik olurlar.
Maksimal relelər, nəzarət olunan parametri keçərkən, minimallar isə azalarkən işə düşürlər.
Məntiq releləri, digər relelərdən alınan impulsları çoxaltmaq,bu impulsları gücləndirmək və digər aparatlara komandalar (əmrlər) vermək üçün (bunlar çox zaman aralıq relesi kimi də adlandırılır), ayrı-atrı əməliyyatlar arasında zaman gözləməsi yaratma...
Açarlara təsiretmə üsuluna görə relelərin aşağıdakı növlərini fərqləndirirlər:
- birbaşa təsir releləri, bunların hərəkətli sistemi mexaniki olaraq kommutasiya aparatının söndürücü (açıcı) qurğusu ilə əlaqəli olur (PTM,PTB tipli relelər).
- Dolayı təsirli relelər, bunlarda söndürmə elektromaqnitinin dövrəsi idarə edilir.
Rele mühafizəsinin (RM) əsas növləri aşağıdakılardır:
Əgər RM-in təyinatı ilk növbədə avadanlığın söndürülməsidirsə, onda elektroavtomatikanın funksiyasına onu qoşmaq daxildir. Elektroavtomatikaya xalis şəkildə avtomatik təkrar qoşulmaları (ATQ) və rezerv qida və mexanizmin avtomatik qoşulmaları (RAQ) ai...
Texnoloji elektroavtomatikanın bəzi növləri də vardır ki, bunlara aşağıdakıları aid etmək olar:
- Generatorların və sinxron mühərriklərin oyadılmasının avvtomatik tənzimi (OAT);
- Elektrik veriliş xətlərinin zədələnmiş yerlərinin təyini.
Bunlardan başqa, əks qəza rejimi avtomatikası da mövcuddur ki, onlara aşağıdakıları aid edirlər:
- Avtomatik tezlik yük azaldılmaları (boşaldılmaları);
- Tezliyin qiyməti bərpa edildikdən sonra, açılmış enerji qəbuledicilərinin avtomatik qoşulması;
- Tezliyin və aktiv gücün avtomatik tənzimi;
- Gərginliyə görə əlavə avtomatik yük azaldılması;
- Cərəyana görə əlavə avtomatik yük azaldılması.
İmpuls təsirli əlavə qida mənbəyi kimi -əvvəlcədən doldurulmuş olan kondensatorlar istifadə edilir.
Düzləndirilmiş operativ cərəyan- operativ dövrələrin dəyişən cərəyanla qidalandırılması sistemidir ki, burada dəyişən cərəyan qida mənbəyi blokları vasitəsilə (düzləndirici qiurğular) sabit cərəyana çevrilir .İmpuls təsirli əlavə qida mənbələri kimi ə...
Qarışıq OCS - operativ dövrələrin qidalandırılması sistemidir ki,burada operativ cərəyanın müxtəlif sistemləri istifadə edilir (sabit və düzləndirilmiş, dəyişən və düzləndirilmiş).
Dəyişən operativ cərəyan 35 kV-luq yağ açarlı 35/6-10 kV YS-də, 35-220/6-10 və 220/35/6-10 kV YS-də yüksək gərginlik tərəfində açarı olmayan sistemlərdə tətbiq olunur ki, burada 6-10-35 kV açarları yaylı intiqala malik olur.
Dəyişən operativ cərəyan zamanı açarların söndürülməsi EM-nin qidalandırılmasının ən sadə üsulu- onların birbaşa cərəyan transformatorlarının ikinci dövrələrinə qoşulmasıdır (birbaşa təsirli relelər və ya mühafizə zamanı söndürmə EM-nin deşuntl...
Dəyişən operativ cərəyanlı YS-lərdə avtomatika, idarəetmə və siqnallaşma dövrələrinin qidalandırılması xüsusi ehtiyaclar şinindən gərginlik stabilizatorları vasitəsilə həyata keçirilir. Düzləndirilmiş operativ cərəyan aşağıdakı hallarda tətbiq o...
- Yağ açarlı 35/6-10 kV YS-da , 35-220/6-10 və 110-220/35/6-10 kV yüksək gərginlik tərəfində açarı olmayan və açarın EM intiqalı ilə təchiz olunduğu hallarda ;
- 110 kv YS-də , 110 kV tərəfdə yağ açarların sayı az olanda.
Düzləndirilmiş operativ cərəyan zamanı aşağıdakılar istifadə edilir:
- БПНС -2 tipli stabilləşdirilmiş qida bloku БИТ-1002 cərəyan тipli ilə birlikdə - mühafizə, avtomatika, idarəetmə dövrələrini qidalandırmaq üçün;
- БПН-1002 tipli stabilləşdirilməmiş qida bloku – siqnallaşma və bloklama dövrələrinin qidalandırılması üçün;
- БПНС -2 tipli stabilləşdirilmiş qida bloku əvəzinə БПН-1002 tipli stabilləşdirilməmiş qida bloku - mühafizə, avtomatika, idarəetmə dövrələrini qidalandırmaq üçün;
- УКП və УКПК induktiv yığıcılı ТЧ Güc düzləndirici qurğuları – yağ açarlarının qoşucu EM intiqalının qidalandırılması üçün. İnduktiv yığıcı – qoşulma dövrələrinin asılı qidalandırılması zamanı açarın QQ zamanı qoşulmasını təmin edir.
БПЗ-401 markalı stabilləşdirilməmiş qida bloku, ayırıcıları açmaq üçün istifadə olunan kondensatorları doldurulması üçün, qısaqapayıcıların qoşulması üçün, 10 (6) kV açarların minimal gərginlik mühafizəsilə söndü-rülməsi üçün, həmçinin qida blokunun g...
- Dəyişən operativ cərəyanlı YS –da qida girişlərində EM intiqallı açarların qidalandırılması üçün;
- Yüksək gərginlik tərəfində açarı olmayan 35 - 220 kV YS-ın qidalandırılması üçün, orta və ya aşağı gərginlik tərəfində 3 fazlı QQ zamanı qida bloklarından etibarlı mühafizə təmin edilmədiyi halda. Bu halda transformatorların mühafizəsi dəyişən cərə...