Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin işləmə prinsipi və quruluşu



Yüklə 262,7 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix25.12.2023
ölçüsü262,7 Kb.
#196117
1   2   3   4   5   6   7   8   9   ...   13
EŞS RM VƏ ƏQA -kollokv üçün docx

Relelərin əsas parametrləri
 
Bütün növ relelər üçün 
əsas parametrlər 
aşağıdakılar hesab olunur:
1)Relenin üşədüşmə parametri 
– 
təsiredici kəmiyyətin sərhəd (astana) 
qiymətidir ki, bu zaman rele işə düşür (özünün açıq kontaktlarını bağlayır, 
birbaşa intiqala təsir göstərir). Məsələn, maksimal cərəyan relesi (MCR) üçün 
işə düşmə cərəyanı kimi onun ən minimal qiyməti götürülür ki, bu halda rele işə 
düşür, minimal cərəyan relelərində isə ən böyük qiyməti götürülür.
Relenin işə düşməsinə uyğun gələn təsiredici kəmiyyətin verilmiş sərhəd 
(astana) qiyməti qeyd olunmuş kimi adlandırırlar, relenin şkalasındakı bu hala 
uyğun vəziyyəti isə şkalaya görə qeyd olunmuş qiymət kimi adlandırırlar.
2)Relenin qayıtma (qayıdış) parametri 
– 
təsiredici kəmiyyətin sərhəd (astana) 
qiymətidir ki, bu zaman relenin başlanğıc vəziyyətinə qayıtması baş verir. MCR 


üçün qayıtma parametri təsiredici kəmiyyətin maksimal qiymətinə uyğun gəlir 
ki, bu zaman rele ilkin (başlanğıc) vəziyyətinə qayıtmış olur. Minimal cərəyan 
relelərində isə 

minimal qiymətinə uyğun olur.
3) Relenin qayıtma əmsalı К
Q
– 
qayıtma parametrinin işədüşmə parametrinə 
olan nisbətinə deyilir.MCR üçün К
Q
< 1, minimaı cərəyan relelərində isə К
Q
> 1.
4)Relenin işə düşmə xətası 
– 
işədüşmə parametrlərinin qeyd olunmuş 
qiymətdən meyletmələri kimi dəyərləndirilir.
5)Relenin işədüşmə müddəti 
– 
təsiredici kəmiyyət yaranan andan, relenin idarə 
olunan soistemə təsir etməsinə qədər keçən zaman intervalına deyilir. Reledə 
asılı olmayan, asılı olan və məhdud asılı olan işədüşmə müddəti 
xarakteristikaları ola bilər.
İşləmə prinsipinə görə MR
-
lər elektromaqnit, induksion, istilik, yarımkeçirici, 
maqnitoelektrik, polyarizasiyalı, gerkonlu və s. kimi də siniflərə bölünürlər.
Kənd elektrik şəbəkələrində mühafizə sxemlərində birbaşa və dolayı təsirli 
ikinci relelər geniş tətbiq tapmışdır ki, bunlar elektromaqnit və induksiya 
prinsiplərilə işləyirlər.
Hal
-
hazırda yarımkeçirici element bazasından, inteqral analoq hesablama 
texnikası elementlərindən, mikroprosessor texnikasından istifadə edərək rele 
mühafizə sistemləri geniş tətbiq edilməkdədir.

Yüklə 262,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin