Özünüyoxlama sualları -
Pul vəsaitləri və pul sənədlərinin uçotunun təşkilinin yoxlanılmasında auditorun əsaslandığı əsas sənədləri sadalayın?
-
«Pul vəsaitləri və pul sənədlərinin auditi» kompleksinə hansı uçot bölmələri və sintetik uçot daxildir?
-
Kassa əməliyyatlarının yoxlanılması metodikasını izah edin. Bu metodikanın ənənəvi yoxlamadan əsas fərqlərini göstərin?
-
Hesablaşma hesabı üzrə əməliyy1yatların auditinin aparılmasının xüsusiyyətlərini nəzərdən keçirin?
-
Valyuta hesabı üzrə auditin apaprılmasının əsas xüsusiyyətlərini izah edir?
-
55, 56 və 57 hesablar üzrə auditin aparılmasının mahiyyətini izah edin
-
Malsatan və podratçılarla hesablaşmaların yoxlanılması necə aparılır? Bu kimi yoxlamanın əsas xüsusiyyətlərini göstərin?
VI MÖVZU. MÜƏSSİSƏNİN MALİYYƏ NƏTİCƏLƏRİNİN AUDİTİ
6.1. Mənfəətin formalaşmasının auditi
6.2. Mənfəətdən istifıadə olunmasının auditi
ƏLAVƏ ƏDƏBİYYAT
1. Danilevskiy Ö.A. Obhiy audit v voprosax i otvetax. – M.: 1995
6.1. Mənfəətin formalaşmasının auditi
Sərbəst bazar iqtisadiyyatına keçidlə əlaqqədar olaraq mənfəətin rolu daha da artırmaqla, müəssisələrin və dövlətin iqtisadi marağının əsas hərəkətverici vasiləsi kimi özünü göstərir. Müəssisələrin iqtisadi maraqı bilavasitə mənfəət əsasında qurulmaqla onun iqtisadi və sosial inkişafının əsasını təşkil edir.
Bütün göstəricilərlə əlaqədar olaraq müəssisənin təsərrüfat-maliyyə əməliyyatlarının maliyyə nəticəiərinin formalaşması və onun istifadə olunması ilə əlaqədar olan məsələlərin yoxlamasında əsas vəzifə onun düzgün müəyyən olunması və hesablanıb dövlət büdcəsinə ödəmələrin mövcud olan qanunvericiliyə uyğun icra olunmasını müəyyən etməkdən ibarətdir. Bununla yanaşı mənfəətin düzgün bölüşdürülməsi, fondların yaradılması, dividendlərin ödənilməsi və sair göstəricilərin müəyyənləşdirilməsinə diqqət verilməlidir.
Hər bir müəssisənin hesabat dövrünün son maliyyə nəticələri (mənfəət və zərər) onun məhsul (iş xidməti) satış və digər əmtəə material dəyərinin (əsəs vəsaitlər, qeyri-maddi aktivlər və s.) mövcud olan qiymətlərlə daxli olan pul vəsaiti məbləğindən, əlavə dəyər vergisi daxil olmaqla, müəyyən olunmuş vergilər, aksizlər, onların isıehsalı və satışa sərf olunmuş məsrəflərin çıxılması nəticəsində müəyyənləşdirilir.
İxrac əməliyyatları ilə məşğul olan müəssisələrin mənfəəti hesablanarkən məhsul satışından (İş xidməti) daxil olan pul vəsaiti məbləğindən ixrac üçün müəyyən olunmuş tariflər çıxılmalıdır.
Yekun maliyyə nəticələri hesablanarkən qeyri satış əməliyyatlarından daxil olan vəsaitlər də nəzərə alınmalıdır. Məhsul satışından (iş, xidmət) daxil olan pul vəsaitinin uçotda əks olunması vaxtı müəssisənin uçot siyasətində müəyyən olunmuş qayda üzrə icra olunmalıdır. Belə ki, məhsul satışından daxil olan pul vəsaiti, alıcıya məhsulun yükləndiyi tarixdən hesablaşma sənədlərinin alıcıya təqdim olunması vaxtı və ya yüklənmiş məhsulun (iş, xidmət) dəyərinin müəssisə hesablaşma hesabına daxil olması ilə müəyyən olunur. Onu da nəzərə almaq lazımdır ki, göstərilən formaların hansı istifadə olunarsa həmin forma daimi xarakterdə bir neçə il ərzində tətbiq olunmalıdır.
Onu da xalırladıram ki, birinci hesablaşma forması beynalxalq mühasibat uçotu standartlarda qəbul olunmuş və hazırda dünyanın əsas inkişaf etmiş ölkələrində həmin forma geniş şəkildə istifadə olunur.
Mənfəətin formalaşmasının audit yoxlamasında auditor üçün əhəmiyyətsiz məsələlər olmamalıdır, bu məsələ ilə əlaqədar olan hər bir nöqsan və çatışmamazlığın müəyyən olunmasının ciddi əhəmiyyəti vardır. Sifarişçi müəssisə üçün buraxılan səhvlərin müəyyən olunub, aradan qaldırılması, onların düzəldilməsi çox vacibdir. Nəzərə almaq lazımdır ki, audit dövründə buraxılmış nöqsanlar düzəlmədikdə, müəssisə mənfəətinin azaldılması və sair hallar vergi orqanları yoxlayıcıları tərəfindən müəyyən edilir və bu isə böyük məbləğdə cərimələrin tutulmasına və digər qanunvericiliyin pozulması hallarına səbəb olur.
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq yoxlama dövründə auditor aşağdakılara xüsusi diqqət verməlidır:
- büdcəyə avans ödəmələrin hesablanması üçün müəssisə üzrə nəzərdə tutulmuş mənfəətin və məhsul, xidmət) satışından daxil olacaq pul vəsaitinin müəyyən olunmasına;
- müəssisə üzrə uçot siyasətində məhsul (iş, xidmət) satışından daxil olan vəsaitin müəyyən olunması formasına dair əmr və ya sərəncamın olması;
- məhsul satışından daxil olan faktiki mənfəətin mühasibat uçot hesablarında düzgün əks olunmasını;
- ümüdsüz debitor borcları üzrə ehtiyat fondunun yaradılmasının düzgünlüyü və əsaslı olması. Belə borclar hesabat ilinin sonunda aparılan investorlaşma nəticəsində müəyyənləşdirilir. Bu kimi borclara o debitor borcları daxildir ki, müəyyən olunmuş dövr ərzində ödənilməmiş və onun ödənilməsi ümüdsüzdür,
- əsas fondların və müəssisənin digər əmlakının satışından daxil olan mənfəətin düzgüh hesablanması;
- xarici iqtisadi fəaliyyətlə əlaqədar olaraq məhsul satışından daxil olan vəsaitin uçotda düzgün əks olunması. Bununla əlaqədar olaraq xatırlamaq lazımdır ki, müəssisə tərəfindən satılan xarici valyuta 48№-li «Sair akttvlərin satışı» hesabında əks olunmalıdır,
- kommersiya xərclərinin mühasibat uçotunda düzgün əks olunması. Eyni zamanda 43№-li «Kommersiya xərcləri» hesabında əks olunmuş məsrəflərin yüktənmiş lakin alıcılar tərəfindən ödənilməmiş və qalığı olan məhsullar üzrə bölüşdürülməsinin müəyyən olunması;
- əvəsiz olaraq başqa müəssisəyə əsas vəsaitlərin və digər aktivlərin verilməsi nəticəsinin uçotda düzgün əks olunması. Mövcud olan qaydalara görə əsas vəsaitlərin və digər aktivlərin başqa müəssisəyə verilməsi ilə əlaqədar zərərlər müəssisə sərəncamında qalan mənfəət hesabına silinməlidir.
- mühasibat uçotu hesabları üzrə 80№-li «Mənfəət və zərərlər», 82№-li «Qiymətləndiriləcək ehtiyatlar», 81 №-li «Mənfəətin istifadəsi», 88№-li «Bölüşdürülməmiş mənfəət» (ödənilməmiş zərər) analitik və sintetik hesablarda əməliyyatların düzgün əks olunması;
- tərəflərlə bağlanmış müqavilə şəraitlərinin yerinə yetrilməməsi və müəyyən hallarda müəssisəyə dəyən itkilər, cərimələr ödəmələrlə əlaqədar mənfəətin (zərərlər) uçotda düzgün əks olunması və sairə.
Auditor yoxlama apardığı dövürdə maliyyə nəticələri ilə əlaqədar olan aşağdakı əsas göstərici və mənbələri yoxlamalıdır:
- məhsul (iş xidmət) satışından;
- əsas vəsaitlərin və digər əmlakın satışından;
- qeyri satış əməliyyatlardan.
Məhsul (iş xidməti) satışı üzrə hesablaşma sənədləri ödənilməsi üçün alıcıya təqdim oiduqca, orada əks olunmuş məbləğlər 46№-li «Məhsul (iş, xidmət) satışı» hesabının kreditində və 62№-li «Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının debitinə əks etdirilir. Eyni zamanda alıcıya yüklənmiş məhsulun maya dəyəri 40№-li «Hazır məhsul» 45№-li «Yüklənmiş mallar», 20№-li «Əsas isıehsalat», 37№-li «Məhsul (iş, xidmət) buraxılış» və başqa hesabların kreditindən 46N-İİ «Məhsul (iş, xidmət) satışı» hesabının debetinə silinir.
Məhsul satışından əldə edilən nəticəiər hər ay 46№-li «Məhsul (iş, xidmət) satışı» hesabından 80№-li «Mənfəət və zərər» hesabına silinir.
Müəssisəyə məxsus olan əsas vəsaitlərin satışı və sairə xaric olmaları (mənvi, silinməsi, əvəsiz olaraq verilməsi və s.) əməliyyatları haqqında məlumatlar və. onların satışından maliyyə nəticələrini müəyyənləşdirmək üçün 47№-li «Əsas vəsaitlərin satışi və sair ;xaric olmaları» hesabı müəyyən olunmuşdur.
47№-li «Əsas vəsaitlərin satışı və sair xaricolmaları» hesabının debetində xaric olmuş əsas vəsaitlərin ilk dəyəri, həmçinin əsas vəsaitlərin xaricolunması (binaların, qurğuların və avadanlıqların sökülməsi və s.) ilə əlaqədar xərclər də əks etdirilir. 47№-li «Əsas vəsaitləin satışı və sair xaricolmaları» hesabının kreditində xaric olunmuş əsas vəsait obyektlərinə xaricolma vaxtınadək hesablanmış köhnəlmə məbləği, əmlakın satışından əldə edilən pul məbləği və onun silinməsi İlə əlaqədar mümkün istifadə yaxud satış qiymətləri ilə daxil olmuş material qiymətlilərin dəyəri əks etdirilir. Əmlakın satılmasından əldə edilən pul məbləği yeni satılan əsas vəsaitlər üçün müəssisəyə çatası məbləğ 47№-li «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabının kreditində 76№-li «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» hesabının debetində əks etdirilir.
47№-li «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabı üzrə debet (zərər), yaxud kredit (gəlir) qalığı cari hesabat dövründə 80№-li «Mənfəət və zərər» hesabına, əvəzsiz olaraq verilməsi hallarında isə müəssisənin xüsusi vəsaitlərini uçota alan hesablara silinir.
Qeyri-satış əməliyyatlarından daxil olan vəsaitlərin mühasibat uçotunda düzgün əks olunmasını müəyyən etmək üçün 80№-li «Mənfəət və zərər» hesabının dövriyyə məbləqləri yoxlamalıdır.
Auditor xatırlamalıdır ki, qeyri-satış əməliyyatları üzrə mənfəət birgə fəaliyyətdə əldə olunan mənfəət, valyuta əməliyyatları üzrə məzənnə fərqindən gəlir, əmlakın kirayəyə verilməsindən, cərimələr və digər iddialar daxil olan mənfəətlər, tələb olunmayan kreditor borcları vaxtı keçmiş depozitlərdən daxil olan vəsaitlər və sair daxildir.
Auditor mənfəətin formalaşması əməliyyatlarının yoxlamasının sonunda hesablar üzrə müxabirləşmələrin düzgün sxema üzrə aparılmasını müəyyənləşdirməlidir. Müəssisənin son maliyyə nəticəsinin formalaşmasına dair informasiyalar 80№-li «Mənfəət və zərər» hesabında əks olunur. Bu hesabın debetində müəssisənin zərərləri, kreditində isə mənfəəti əks etdirilir. Hesabın debet və kredit dövriyyələrinin müqayisəsi hesabat dövrünün son maliyyə nəticəsini göstərir.
6.2. Mənfəətdən istifadə olunmasının auditi
Auditor mənfəətinin təyinatı üzrə istifadə olunmasını Azərbaycan Respublikasının Vergi Məcəlləsi, respublika hökümətinin normativ sənədləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və müəssisənin təsis edici sənədləri əsasında aparılır. Müəssisələrdə hesabat dövrünün balans mənfəəti (zərəri) və onun istifadəsi balansda ayrıca əks etdirilir. Balansın pasivində alınmış mənfəət və onun avans olaraq istifadəsi, bölüşdürülməmiş mənfəət, balansın aktivində isə faktiki alınmış zərər göstərilir. Balansın yekununa ancaq hesabat ilinin və keçmiş illərin ödənilməmiş zərəri və bölüşdürülməmiş mənfəəti daxil edilir.
Hesabat ilinin mənfəətinın həmin il ərzində istifadə olunması haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotu hesablar planında 81№-li «Mənfəətin istifadəsi» hesabı nəzərdə tutulmuşdur. Hesabat ilinin sonunda illik mühasibat hesabının tərtib edilən dövrdə bu hesab bağlanır. Yəni 81№-li «Mənfəətin istifadəsi» hesabında toplanmış məbləğlər dekabr ayının sonunda həmin hesabın krediti üzrə yekun yazılışları aparılmaqla 80№-li «Mənfəət və zərər» hesabının debetinə silinir.
Auditor yoxlama apararkən əldə olunmuş mənfəətin istifadəsi ilə əlaqədar olaraq Baş Kitabda, jurnal-orderlərdə, digər mühasibat uçotu yazılışlarında olan informasiyaları araşdırıb, təhlil etməklə yanaşı 2№-li «Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat» göstəricilərindən istifadə etməlidir. Xüsusilə mənfəətdən büdcəyə ayırmalardan sonra ehtiyat kapital və fondlarına, yığının fonduna, isıehlak fonduna xeyriyyə məqsədlərinə və digər məqsədlərə ayırmaların mövcud qanunvericiliyə uyğun müəyyən olunmasına diqqət verilməlidir.
Nəzərə alınmalıdır ki, büdcəyə vergilərlə əlaqədar olan ödəmələrin tə'min etdikdən sonra qalan mənfəət məbləğinin, əgər təsisedici sənədlərdə digər ayırmalar nəzərdə tutulmamışsa, müəssisələr mənfəətin istifadə olunması təyinatını özləri müəyyən ediriər.
Hesabat ilinin bölüşdürülməmiş mənfəətinin məbləği 80№-li «Mənfəət və zərər» hesabı ilə müxbirləşdirilməklə, dekabrın yekun dövrüyyələrİ ilə 88№-li «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» hesabının kreditinə sliinir. Hesabat ilinin zərər məbləği 80№-li «Mənfəət və zərər» hesabı ilə müxbirləşdirilməklə, dekabrın yekun dövrüyyələri ilə 88№-li «Böiüşdürülmüş mənfəət (ödənilməmiş zərər)» hesabının debetinə silinir.
Auditor mənfəətin təyinatı üzrə istifadə olunmasının yoxlayarkən müəssisənin mənfəətinin istifadə olunması, onun zərələrinin bərpa olunması mənbələri, mənfəətin istifadəsində mülkiyyət sahiblərinin qərarlarının olması və həmin göstəricilərin mühasibat uçotu yazılışlarda düzgün əks olunmasına da diqqət verilməlidir.
Özünüyoxlama sualları
-
Maliyyə nəticələrinin və onların istifadəsinin uçotunun auditinin aparılması üçün istifadə edilən əsas normativ sənədlərini sadalayın?
-
80 №-li hesab üzrə uçotun aparılmasının yoxlanılması necə təşkil olunur?
-
81 №-li hesab hansı məqsəd üçün təyin edilmişdir? Bu hesab üzrə uçotun aparılmasının yoxlanılması necə aparılır?
-
88 №-li hesab üzrə uçotun aparılması necə yoxlanılır?
VII MÖVZU. MUHASİBAT UÇOTUNUN TƏŞKİLİNİN VƏ HESABATININ AUDİTİ
7.1. Mühasibat uçotunun təşkilinin auditi
7.2. Mühasibat (maliyyə) hesabatının auditi
ƏLAVƏ ƏDƏBİYYAT
-
Andreev V.D. Praktiçeskiy audit. Spravoçnoe posobie, - M.: Gkonomika, 1994
-
Barişnikov N.P. Orqanizaüiə i metodika provedeniə obheqo audita. – M.: İİD «Filinğ», 1996
7.1. Mühasibat uçotunun təşkilatının auditi
Mühasibat uçotunun təşkili və aparılması metodologiyasının auditi aparılarkən ilk növbədə müəssisənin «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının 24 mart 1995-ci il tarixli Qanunun, Aəzrbaycan Respublikası Maliyyə Nazirliyınin 20 sentiyabr 1995-ci il tarixli, İ-94 saylı əmri ilə təsdiq edilmiş «Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlmınat» və digər mühasibat uçotuna aid olan metodoloci normativ sənədlərin yerinə yetrilməsi prinsipiəri müəyyən olunmalıdır. Onu da nəzərə almaq lazımdır ki, mövcud olan qanunvericiliyə gorə Azərbaycan Respublikasının ərazisində mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün müəssisələr mühasibat uçotu aparmağa borcludurlar. Müəssisənin mühasibat xidmətini onun müstəqil sıruktur bölməsi (idarə, şöbəsi) olan və bilavasitə müəssisənin rəhbərinə tabe olan mühasibatlıq, mərkəzləşdirilmiş, sərbəst mühasiblər, müqavilələr əsasında cəlb edilmiş mühasiblər həyata keçirə bilər. Mühasibat işlərinə rəhbərlik həmin bölmənin rəhbəri və ya baş mühasib tərəfindən həyata keçrilir. Müəssisənin baş mühasibinin tə'yin olunması və azad olunması müəssisə direktoru tərəfindən aparılır.
Auditor yoxlama dövründə müəssisədə istifadə olunan mühasibat uçotunun forması müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, istifadə olunan uçot forması müəssisənin özü tərəfindən müəyyən olunur. Auditor mühasibat uçotu yazılışları üzrə bütün əməliyyatların uçotda əks olunması qaydalarını bilməlidir. Auditor onu da bilməlidir ki, mühasibat uçotu müəssisənin əmlakının, öhdəliklərinin, kapitalının, dövrüyyə vəsaitlərinin və ümumiyyətlə, bütün təsərrüfat-maliyyə fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registirlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərəfindən ümumi prinsiplərə riayət edilməklə işlənib hazırlanmış uçot rekstirlərində yığılır və sistemləşdirilir.
Auditor müəssisədə aparılan təsərrüfat əməliyyatlarının mühasibat uçotunda doğru, düzgün və etibarlı əks olunmasını müəyyən etmək məqsədilə aşağdakıları müəyyənləşdirməlidir:
- müəssisə mühasibatlığı işçilərinin funksional vəzifələrinin yerinə yetirilməsinə dair təminatın tərtib olunması;
- hər bir mühasibat işçisi üçün konkret vəzifə bölgüsü və uçot əməliyyatlarının yerinə yetirilməsi qrafikinin müəyyən olunması;
- mühasibat uçotu əməliyyatlarının icra olunması üzrə sənəd dövrüyyəsinin müəyyən olunması;
- mövcud olan əmlakın hərəkəti, onlardan istifadə olunması üzərində nəzarətin tə'min olunması;
- mühasibat uçotu prinsipləri və slandartlarının yerinə yetrilməsi üzərində nəzarətin tə'min olunması;
- müəyyən olunmuş vaxtlarda müəssisə əmlakının invertarlaşdırılmasının aparılması, onun nəticələri, sənədləşdirilməsi və nəticələrin mühasibat uçotu göstəriciləri ilə müqayisə olunması nəticələri.
- mühasibat uçotunun təşkilinin mövcud olan əmlakın qorunub saxlanmasına cavab verməsi, əmlak və pul vəsaitinin mənimsənilməsi hallarının qarşısının alınması ilə əlaqədar olaraq tədbirlər görülməsi;
- tərtib olunmuş illik mühasibat (maliyyə) hesabatında əks olunmuş göstərıcilərin mühasibat uçotu yazılışlarına uyğun olması və sairə.
Auditor müəssisədə mühasibat uçotunun təşkilini yoxlayarkən daxili nəzarət xidmətlərınin işi ilə ətraflı tanış olmalı və bu sahədə görülən işlər və buraxılan nöqsanlan müəyyən etməlidir.
Mövcud olan qanunvericiliyə görə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir. Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şəraitt yaradır, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatlarının vaxtında və düzgün tərtib və təqdim edilməsi işində tələblərin yerinə yetrilməsini tə'min edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.
Müəssisənın baş mühasibi bütün mühasibat uçotu standartlarının və uçota aid olan normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edliməsinə nəzarət etməlidir,
Mühasibət uçotunun təşkilinin auditi aparılarkən müəssisə təsərrüfat-maliyyə fəaliyyətini mühasibat uçotunda əks olunmuş göstəricilərin doğru, düzgün və etibarlı olmasını müəyyən etmək üçün auditor test-audit formasından da istifadə elə bilər. Son illərdə bu forma bir sıra öikələrdə audit yoxlamalarda tətbiq olunur. Bu formanın mənası ondadır ki, auditor yoxlamanı başlamazdan qabaq, auditin məqsədinə uyğun olaraq suallar hazırlayır və həmin sualları müəssisənin mühasibat işçiləri, rəhbərliyi, bölmə rəhbəri arasında həmin sualları yayır və onlardan müəyyən formada cavablar toplayır. Bunda əsas məqsəd müəyyən olunmuş nöqsanların aradan qaldırılmasından ibarətdir.
Belə aparılan «test-auditi» suallarında müəssisə mühasibat uçotunun təşkilində və daxili şəraitdə mövcud olan əməliyyatlara aid suallar əhatə olunur, Bu formada aparılan audit nəticəsində mühasibat uçotunun təşkili və daxili auditlə əlaqədar müsbət və zəif cəhətlər müəyyənləşdtrilir.
7.2. Mühasibat (maliyyə) hesabatının auditi
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən olduğuna görə xarici invesıisiyalı müəssisələr istisna olmaqla bütün müəssisələr rüblük və illik mühasibat hesabatı tərtib etməlidirlər.
Mühasibat (maliyyə) hesabatı mülkiyyətçilərə, dövlət vergi, Slatislika orqanlarına və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəssisənin fəaliyyətinin ayrı-ayrı tərəflərinin yoxlaması və müvafiq hesabatların alınması həvalə edilmiş digər dövlət orqanlarına təqdim olunmalıdır.
Müəssisələrin maliyyə (mühasibat) hesabatlarının başqa ünvanlara göndərilməsi təsisedici sənədlərə və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduqda həyata keçrılır. (2-ci bölmənin 9-cu fəsilində ətraflı şərh olunmuşdur).
Auditor mühasibat (maliyyə) hesabatının auditini apararkən xüsusilə «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununun mühasibat uçotunun təşkili məsələlərinə dair tələblərin yerinə yetrilməsinə xüsusi diqqət verilməlidir.
Bu tələblər aşağdakılarla xarakterizə olunur;
1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün əməliyyatlarının mühasibat uçotunu və Qanun əsasında işlənib hazırlanmış mühasibat uçotu standartlarına, mühasib uçotunun hesab planına və başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılmalıdır.
2. Mühasibat uçotunun aparılmasında hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarını uçotunda düzgün əks etdirməli, əmlakın qiyrnətləndirilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot siyasətinə və Qanuna uyğun hazırlanmış mühasibat uçotu slandartları və uçota dair başqa normativ sənədlərin tələblərinə əməl olunmalı, keçən dövr ilə müqayisədə uçot siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilməlidir.
3. Hesabat dövründəki (ay,rüb, il) mövcud əmlakın, öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərfətlərin invertarizasiyanın nəticələri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot registirlərində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir.
4. Gəlir və xərclər hesabat dövrünə düzgün aid edilməlidir. Uçotda cari xərclərin isıehsala (tədavül xərclərinə) və kapital qoyluşlarına ayrılması dürüst müəyyənləşdirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesablarının məlumatları ilə üzləşdirilərək onların bərabərliyi və düzgünlüyü müəyyənləşdirilməlidir.
5. Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, vergi orqanları, investorlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesablarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırılmaqdır.
Maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etməkdir.
6. Müəssisədə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir, Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şərait yaradır, uçotla əlaqədar olan bütün bölmələrinə, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatların vaxtında və duzgün tərtib və təqdim edilməsi işində, tələblərin yerinə yetrilməsini tə'min edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.
7. Mühasibat uçotunun təşkili, aparılmasl, uçot siyasətinin formalaşması, daxili mühasibat hesabatı, inventarizasiya qaydası, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsulları və s. barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazırlayır. Bu zaman o, mühasibat uçotunun təşkilatı formasını, sənəd dövriyyəsi qaydasını və uçot məlumatlarının texnoloqiyasını təyin edir, daxili uçot və hesabat sistemini işləyib hazırlayır, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatları üzərində qaydasını, sənədlərə imza etmək hüququ olanları və s. müəyyən edir.
8. Müəssisənin mühasibat xidmətinə baş mühasib rəhbərlik edir. Baş mühasib və mühasibat xidmətinin rəhbəri müəssisə tərəfindən həyata keçrilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddəttərdə tərtib və təqdim edilməsini, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatın məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini həyata keçirliməsini tə'min edir. Auditorun tərtib etdiyi proqramaya uyğun olaraq müəssisənin bütün təsərrüfat-maliyyə fəaliyyəti üzrə yoxlamalar aparıldıqdan sonra toplanmış materiallar mühasibat (maliyyə) hesabatının düzgünlüyü və etibarlılığını qiymətləndirməyə şərait yaranır.
Bununla əlaqədar auditor Azərbaycan Respublikası Maliyyə Nazirliyinin illik mühasibat (maliyyə) hesabatının həcmi üzrə müəyyən olunmuş hesabat formalarını yoxlamaqla, hesabat nəticələrini müəyyənləşdirir. Auditor yoxlaması ilə əlaqədar müəssisənin balansı, maliyyə nəticəiəri haqqında hesabat, əmlakın hərəkətinə dair hesabat, pul vəsaitinin hərəkətinə dair hesabat, müəssisə balansına əlavə, illik hesabatı izahatlı arayış müvafiq normativ sənədlərlə qüvvədə olan digər hesabat formaları və sair.
Hesabatlar yoxlanarkən auditor qanunvericiliklə müəyyən olunmuş normativ sənədlərlə yanaşı aşağıdakı informasi mənbələrindən istifadə edə bilər:
- müəssisə təsərrüfat maliyyə fəaliyyəti ilə əlaqədar olan hesabat formaları;
- illik hesabatın tərtib olunması ilə əlaqədar olan inventarlaşdırma məlumatları;
- sintetik və analitik hesablarda əks olunmuş mühasibat uçotu yazılışları və sair.
Audit aparılarkən hesabat ilinin sonuna olan dövr üçün müəssisə balansının bütün maddələri, əvvəldəki keçirilən inventarlaşma nəticələri əsasında əsaslı şəkildə yoxlanmalıdır. Mühasibat uçotu yazılışlarda bütün səhvlər və nöqsanlar müəyyən olunmalı və aid olan uçot yazılışlarında lazımi düzəlişlər aparılmalıdır.
Auditor balans maddələrinin düzgün qiymətləndirilməsini yoxtamalı və balansa əlavə olunmuş maliyyə nəticələrinin, kapitalın hərəkətinın, pul və satışın hərəkəti və digər hesabatların uçot göstəricilərinə uyğunluğunu müəyyən etməlidir. Bundan sonra auditor mühasibat uçotu analitik və sintetik hesablarında əks olunmuş məlumatları yox-lamalı və həmin göstəricilərin hesabat formalarında əks olan göstəricilərə uyğunluğu müəyyən olunmalıdır. İilik hesabatlar yoxlanarkən rüblük hesabatlar da yoxlanmalı və onların bir-birinə uyğunluğu müəyyən olunmalıdır. Nəzərə almaq lazımdır ki, rüblük mühasibat hesabının məzmunu və tərkibində illik hesabat göstəricilərindən fərqiər müəyyən oluna bilər. Belə halda auditor rüblük və illik hesabatların tərtib olunması qaydaları ilə əlaqədar olan məlumatlardan istifadə etməlidir.
Özünüyoxlama sualları -
İllik hesabatın auditor yoxlamasının aparılması zamanı auditor hansı əsas normativ sənədlərə əsaslanmadır?
-
Hesabatı kim tərtib edib rəsmiləşdirməlidir?
-
Mühasibat hesabatının düzgünlüyünə məsuliyyət kim daşıyır?
-
İllik mühasibat hesabatının tərkibi necə olmalıdır?
Dostları ilə paylaş: |