Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri


qrafiki  kontrollerin  qoşulması  üçün  PCI  Express  slotlarından  istifadə  olunur



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix18.05.2020
ölçüsü3,92 Mb.
#31234
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15
komputer arxitekturasi pdf


qrafiki  kontrollerin  qoşulması  üçün  PCI  Express  slotlarından  istifadə  olunur. 
Köhnə ana kartlarda isə ümumi şinlər(İSA, VLB, PCI və AGP) istifadə edilirdi. 
  Cənub  körpü  (ing.  Southbridge),  ICH  (l/O  controller  hub),  periferik 
kontroller  -  periferik  qurğuların  kontrollerini,  o  cümlədən  (  sərt  disk,  Ethernet, 
Audio),  PCI  və  PCI  Express  şinlərinə  qoşulan  periferik  qurğular  üçün  şin 
kontrolleri,  yüksək  buraxma  qabiliyyəti  tələb  etməyən  komponentlər  üçün  LPC 
şinin  kontrollerini  özündə  birləşdirir.  Bununla  bərabər  LPC  şini  yükləyici  ROM 
(BIOS)  və  multikontrollerin  bağlanması  üçün  də  istifadə  edilir.  Multikontroller 
mikrosxemlərdən  ibarət  olub  məlumatlann  ötürülməsi  üçün  istifadə  edilən  aşağı 
məhsuldarlığa  sahib  olan  «köhnəlmiş»  interfeyslərdir  (ardıcıl  və  paralel 
interfeysləri, maus və klaviatura kontrollerləri). 
Bir  qayda  olaraq,  şimal  və  cənub  körpüləri  ayrı-ayrı  IC  (inteqral 
mikrosxemləri)  şəklində  realizə  olunur.  Tək  chipset  şəklində  realizə  olunan 
körpülər də vardır. Beləliklə, sistem məntiqini realizə edən chipset ana kartın əsas 
xarakteristikalannı və hansı qurğulann bağlanmasını təyin edir. 
1.  Mikroprosessor (MP) portu. Kompüterin əsas funksional ğurgusu olan  
MP bu porta qoşulur. MP- mikroelektron texnologiyalardan istifadə olunmaqla 
bir  və  ya  bir  neçə  korpusda  yerləşdirilmiş  milyonlarla  məntiq  elementindən 
ibarət  inteqral  mikrosxemdir  (mikroçip).  MP-yə  kompüterdə  proqram  üzrə 
emal  olunan  verilənlərin  və  proqram  əmrərinin  2-lik  kodları  daxil  olur. 
Verilənləri emal edən MP hissəsi Hesab Məntiq Qurğusu adlanır.  
2.  BİOS  (Basic  İnput-Output  System-  Əsas  daxiletmə-xaricetmə  sistemi)  portu. 
Kompüterin  ilkin  işini  (xarici  yaddaşdan  proqramlar  yüklənənə  kimi)  təşkil 
edən  proqramlar  və  müxtəlif  parametrlərini  saxlayan  daimi  yaddaş  (ROM  – 
Read  Only  Memory  –  Yalnız  oxumaq  üçün  yaddaş)  mikrosxemi.  Setup  – 
rejimində bu parametrlərə baxmaq olar. 
3.  Əməli yaddaş (RAM – Random Access Memory – iş zamanı dəyişdirilə bilən 
yaddaş)  portları  (2  və  ya  4  port).  Bu  portlara  kompüterin  əsas  işlək  və 
downloaded from KitabYurdu.org

24 
 
tezişləyən  yaddaşı  olan  əməli  yaddaş  mikrosxemlərini  təşkil  edən  modullar 
qoşulur.  
4.  PCİ  (Peripherial  Component  İnterconnect  –  Kənar  Qurğuların  qoşulması) 
portları.  Kompüterə  qoşulan  kənar  qurğuları  (printer,  skaner,  modem, 
LANCard,  SoundCard  vəs.)  qoşmaq  üşün  interfeys  və  ya  adapter  portları. 
İnterfeys  qurğular  arasında  informasiyaları  bir-birinə  uyğunlaşdıran  və  bu 
mübadiləni  təşkil  edən  elektron  moduldur.      Bu  modullar  xarici  qurğunu 
qoşmaq  üçun  kompüterin  sistem  blokunun  xarici  səthində  əlavə  portlar 
yaradir. 
5.  AGP (Advanced Graphic Port – təkmilləşdirilmiş qrafiki port). Videomonitora 
informasiyanın  ötürülmə  sürətini  artırmaq  üçün  xüsusi  videoadapter  (əsasən 
aralıq yaddaşdan ibarətdir və bu yaddaş nə qədər böyük olarsa videomonotora 
informasiya o qədər yaxşı ötürülür) portu. 
6.  Hard Disklərin (Sərt disk-Vinçester), CD və DVD qurğularin qoşulması üçün 
İDE, EİDE və ya SCSİ tipli portlar. 
Bunlardan  əlavə  Ana  Moduldan  kompüterin  kənar  səthinə  aşağıdakı  standar 
portlar çıxarılır: 
1.  LPT-port (Line  
Print  Terminal) – çap qurğularını qoşmaq üçün xüsusi port. 
2.  Videmonitor portu. 
3.  Klaviatura portu. 
4.  Mouse portu. 
5.  COMM  portlar-  Kommunikasiya  (şəbəkə)  vasitələrini  qoşmaq  üçün  xüsusi 
portlar. 
6.  USB – müxtəlif qurğuları qoşmaq imkanı yaradan yeni tip universal portlar. 
Ancaq  iki  qurğunu  bir-birinə  bağlayan  şin  port  adlanır.  Müasir    kompüter 
sistemləri  əsas  giriş-çıxış  portlarla    təmin    olunur.    Bu  portlar  ardıcıl  və  paralel 
portlardır. 
  
Ardıcıl portlar adətən kiçik həcimdə  olan  informasiyanı (verilənləri) tez bir 
vaxtda ötürən qurğuları qoşmaq üçün istifadə  olunurdu.  Məsələn,  mausu  və xarici  
modemi.    Paralel    portlar    isə  vaxt  məhdudiyyəti    qoyulmadan    boyük    həcimli 
downloaded from KitabYurdu.org

25 
 
informasiyanı ötürən  qurğuları  qoşmaq  üçün    nəzərdə    tutulmuşdur.    Məsələn, 
printerləri və ya skanerləri. 
Ana  platanın  xarici  portları:  PS/2 (1  - mouse,  2  - klaviatura), şəbəkə RJ- 45  (3), 
USB (4), D-subminiature (COM-portun  9-kontaktlı  portu 
(5),  LPT    portu    (6),  VGA  portu  (7),  MIDI  (8)  i  3.5  mm 
audio giriş-çıxış   (9) 
COM1  …  COM4  -        (ingil.  COMmunication)  ardıcıl  
portu  olub, vəzifəsi  RS-232  interfeysindən  istifadə edən  
(məsələn,    modemlər)  yüksək    sürətli,  kommunikasiyalı 
qurğuları qoşmaqdır.  
LPT1  ..  LPT3  paralel  portu  olub (ingilis. Line   Print  Terminal),  vəzifəsi 
IEEE  1284  interfeysi  istifadə  edən  printerləri  qoşmaqdır.  Əvəllər,    COM    və  LPT 
portlar anakartın üzərində yerləşmirdilər,  onlar əlavə genişlənmə kartı  vasitəsilə  
reallaşırdılar,    Genişlənmə  kartı  da    anakartında  olan  İSA-slot  genişlənməsinə 
taxılırdılar. 
IEEE  1394 (FireWire)  portu  100,  200,  400,  800  və 1600  Mbit/s sürəti  ilə 
qurğular arası    verilənləri ötürmək üçün  nəzərdə tutulub,  sərt disklərlə,  rəqəmsal 
video-audio  qurqularla    və başqa yüksək  sürətli  xarici  komponentlərlə    rahat  iş 
təmin etmək üçün istifadə olunur. 
USB  (Universal    Serial    Bus  –    Universal    Ardıcıl  Şin)Portları –  USB  portu 
hazırda ən çox istifadə olunan xarici  portdur. Ən  böyük üstünlüyü,  sərt disk  də 
daxil olmaqla bir çox qurğuları xaricdən kompüterə asanlıqla qoşub istifadə  etmə 
imkanının    olmasıdır.  USB    portunu  istifadə  etməyin    digər  əsas  üstünlüyü,    USB 
qurğularını  qoşub  ayırdıqdan    sonra  portu  və  ya  qurğunu  qorumaq  məqsədilə 
kompüteri bağlama məcburiyyətinin olmamasıdır. Anakartlar əsasən 2 USB portu 
downloaded from KitabYurdu.org

26 
 
və əlavə olaraq 2 kabel alternativi ilə istehsal edilir. 
FireWire  da  USB  kimi  ardıcıl  şinlərə    aiddir.  Ardıcıl  interfeysin    seçilməsi 
ondan irəli gəlir ki, interfeysin işləmə sürətini qaldırmaq üçün onun işləmə tezliyini 
qaldırmaq    lazimdır,  paralel  interfeysində    isə    siqnalların  fazada  yerdəyişməsi 
nəticəsində  (ləngimə    ucbatindan)    kabellərin    uzunluğuna  məhdudiyyət  qoyulur. 
Bundan başqa, paralel şinlərin kabelinin və portun qabaritləri böyük olur. 
Accelerated Graphics Port (AGP).  AGP  xüsusən ekran kartları üçün  dizayn  
edilmişdir.    AGP    kompüter  dünyasını  qrafik  
kartlarında  daha  geniş    verilənlər  şini  istifadə 
etməyə  məcbur etmişdir. AGP 66 MHz 1x, 133 
MHz  2x,  266  MHz  4x  sürətilə  həm  olduqca 
sürətli  verilənlər  şini,  həm  də  ana  yaddaş  ilə 
daha  sürətli  əlaqə  saxlayan  bir  portdur.  AGP 
sadəcə, ekran kartı  və  mikroprosessor  ilə istifadə  edilməsi  və genişlənə  bilməsi 
səbəbilə  bir verilənlər şini  deyil,  daha çox  port  kimi  istifadə olunur. 32 bit həcmi 
olan  və  PCI  2.1    standartı  istifadə  edən    AGP    33    MHz    yerinə    66    MHz  ötürmə 
sürətinə malikdir. 
PCI  (Peripheral  Component  Interconnect    –  Xarici  Əlaqəli  Periferiya  
Komponentləri)    Slot        məlumat 
ş
ini    Intel    tərəfindən    inkişaf  
etdirildi,  ancaq  sadəcə    Intel-in  
istehsal 
 
etdiyi  
mikroprosessorlara    deyil,    bütün 
mikroprosessorlara uyğun gəlir və 
anakartlarda  mütləq  olması  vacib 
olan  standart  halına  gəlmişdir.  Anakartlar  üzərində əsasən  1-  dən  6-ya  qədər  PCI 
slotları  olur.  32    bit    verilənlər  şini  olan  PCI  33    MHz  sürətində    işləyir.    PCI  
verilənlər  şini  əməliyyat  sistemlərinin  avtomatik  olaraq  qurğunu  tanıyaraq 
yüklədiyi qoş və  işlət (plug&play)  xüsusiyyətini  dəstəkləyən bir verilənlər şinidir.  
downloaded from KitabYurdu.org

27 
 
PCI  verilənlər şini  səs kartından ekran kartına qədər  müxtəlif  qurğuların istifadə  
etdikləri  verilənlər 
ş
inidir.  
Small    Computer    System    Interface  (SCSI)  Sistemi  İnterfeysi)  –  əsasən  
Windows  NT  və  Unix  server  kompüterlərində  istifadə  edilir.  Son  zamanlarda  FK-da 
istifadə  edilməyə  başlanmışdır.  Yüksək  mübadilə  sürətinə  malik  qurğular  və 
informasiya  şinləri  üçün  hazırlanan  bir  Standarddır.  SCSI  tipli  qurğular  üçün  ilkin 
informasiya interfeysi olaraq istifadə edilir. 
 
 
Əsasən  sərt  disk,  CD-ROM,  optik  oxuyucularda  istifadə  edilən  bir  interfeysdir. 
SCSI  interfeysləri  mikroprosessoru  məşğul  etmədən  SCSI  cihazlar  arasında  SCSI  şini 
üzərindən  məlumat  mübadiləsi  aparırlar.  Bir  SCSI  interfeysi  8  bit  genişliyində 
informasiya  şini  istifadə  etdiyi  və  sistem  lövhəsində  bir  biti  istifadə  etdiyi  üçün  yeddi 
ədəd qurğunu eyni anda istifadə edə bilir. Genişləndirilmiş şin sayəsində hazırda qoşula 
biləcək  qurğuların  sayı  artmış  və  14  qurğuya  qədər  dəstəkləyə  bilən  SCSI-lər  geniş 
istifadə edilir. 
Industry Standard Architecture (ISA) - ISA  slotları  köhnə  tipli  anakartlarda:  
modem,  səs, ekran, şəbəkə  və  başqa kartların qoşulması üçün istifadə edilirdi. ISA 
PCI və AGP-yə nisbətən aşağı sürətlə işləyən bir sistem şinidir. Maksimum  8  MHz  
sürətilə   işləyir,    ancaq  bəzi    sistemlərdə əlavə sürətləndiricilər ilə 12 MHz sürətinə 
qədər yüksəldilə bilər. Yeni anakartlarda ya ən sol  kənarda tək sökük halında olur, 
ya  da  heç    olmaya    bilər.    ISA  16    bit    məlumat  ötürmə şininə    malik    olub,    eyni  
vaxtda    16    bit    məlumata    müraciət  etməyə    imkan  verir.  Extended  Industry 
Standard Architecture: 1-EİSA 8Bit, 2-EİSA 16Bit, 3-EİSA 32 Bit 
downloaded from KitabYurdu.org

28 
 
IDE  (Intelligent  Drive 
Electronic  –  Ağıllı  Elektron 
İ
darəetməsi) 
ə

geniş 
istifadə    edilən  interfeysdir. 
IDE interfeysi  iki ədəd çevik 
disk qyrğusu və iki ədəd sərt 
disk qurğusunu eyni anda dəstəkləyə  bilir.  Digər interfeyslər  ilə  tamamilə uyğun  
olub,  birlikdə istifadə oluna bilər.  8  və 16 bit interfeyslə  informasiya mübadiləsi  
təmin  edilir.  Nəzarət  dövrələri  qurğusu  üzərində  yerləşir.  Buna  görə  də  IDE  
interfeysi    tamamilə ötürücü  cihaz  halına  gəlmişdir.  AT  (ISA)  informasiya  şininə 
bağlı  bir  standart  olduğu  üçün  8  bit  əlaqəsində  maksimum  4  Mb/san    və  16  bit 
ə
laqəsində maksimum 8 Mb/san  məlumat ötürmə sürətinə malikdir.  
Serial  ATA  (SATA) 
SATA  standartı  Paralel  ATA 
standartlarında olduğu kimi  
CD,    DVD    qurğuları,    CD  
yazanlar,    böyük    həcmli  
ç
evik  disk  qurğuları  və maqnit lent backup qurğularının qoşulması üçün istifadə 
edilir.
 
 
Mühazirə 5 
BİOS və onun proqramlaşdırılması 
Adətən istifadəçilər  kompüterin  proqram və aparat hissələri  arasında elə də  fərq  
görmürlər.  Bu  sistemin  yüksək inteqrasiya  dərəcəsi  ilə izah  olunur. 
BİOS  (Basic  Input-Output  System)  termini  giriş-çıxış    baza    sistemini    təsvir  
etmək  üçün  istifadə  edilir.  Bir  növ  BİOS  proqram  və  aparat  hissələri  arasında  “aralıq 
lay” kimi baxılır.  Bir çox istifadəçilər  BİOS-u qurğuların drayveri kimi nəzərdə tutur. 
BIOS-un  böyük  hissəsi  sistem  qoşulanda  işləyir  və  əməliyyat  sistemi  fəaliyyətə 
keçdikdə  işini  bitirir.  Buna  baxmayaraq  onun  vəzifəsi  bitmiş  sayılmır,  çünki  sistemin 
dərinliyindəki bəzi funksiyalar və enerji qənaət funksiyaları hələ BIOS-un idarəsindədir. 
downloaded from KitabYurdu.org

29 
 
Sistemdə  bir  problem  olmadıqda,  ya  da  yeni  qoşulan  başqa  bir  qurğu  ilə  üst-üstə 
düşmədikcə BIOS arxa  planda işləyir. 
İlk dəfə hazırlandıqda BIOS-un 4 funksiyası var idi:  
1.  Sistem  açıldıqda,  ilk  olaraq  aparat  hissəsinə  nəzarət    edərək  bir  səhv  olub 
olmadığını təsbit etmək (Power On Self Test - POST). 
2. Sistem işlədikdən sonra RAM yaddaşı davamlı olaraq yoxlamaq. 
3. Sistem açılanda bəzi kiçik RAM bloklarına sistem haqqında məlumatlar yazmaq. 
Bunun məqsədi isə, proqramlarınızın sisteminizdəki qurğular haqqında məlumat sahibi 
olmamasıdır. Məsələn, bir proqramın yaddaşdakı müəyyən bir sahəyə baxaraq neçə GB-
lik bir disk istifadə edildiyini və neçə diskin olduğunu anlaya bilməsi üçün. Bu bloklara 
BIOS Data Area deyilir. 
4. Proqramların aparat hissəsi ilə əlaqələndirilməsini təmin etmək. 
İndiki  vaxtda,  inkişaf  etmiş  əməliyyat  sistemləri  BIOS-un  gördüyü  bir  çox  işi 
üzərilərinə  götürür.  BIOS-dan  hələ  də  istifadə  olunur,  amma  əməliyyat  sistemlərinin 
çoxu  BIOS  parametrini  də    keçə  bilirlər.  Məsələn,  BIOS-un  Setup  ekranına  girib, 
sistemə  taxılı  disklərinizdən  birini  sıradan  çıxarsanız  da,  Windowsa  girərkən  diskin 
yerində olduğunu görəcəksiniz. 
BIOS-un  ilk  funksiyası, sistemin  açılmasını  təmin  etməkdir. Əgər  prosessorunuza 
nə  edəcəyini  söyləməsəniz,  ana  platanın  üzərində  öz  başına  işləyəcək.  Halbuki  BIOS, 
prosessora  ilk  əsas  əmrləri  verərək,  sistemin  açılışını  başladır.  POST  əməliyyatı 
tamamlandıqdan sonra da idarəni digər proqramlara verir. BIOS işini qurtardıqdan sonra 
əməliyyat sistemi fəaliyyətə keçir.  
Sistem BİOS-u ilə yanaşı sistemin yüklənməsi zamanı yüklənən adapter BİOS-u  
da  mövcuddur.    Aparıcı    BİOS  istehsalçıları    AMİ  (American  Megatrends, 
Incorporated),  Award və Phoenix, ASUS, İntel firmalarıdır. 
İlk    PC    təqdim    olunduqda    sistem    platasında  yerləşən    ROM  (Daimi  yaddaş 
qurğusu) mikrosxeminə yazılan BİOS  sistemin  proqram  təminatına  bütün qurğuların 
drayverləri    daxildir.  Drayverlər  əvvəlcədən  yaddaşa    yüklənirdi    və    kompüterin    işi  
boyu   istifadə olunurdu. 
downloaded from KitabYurdu.org

30 
 
ROM    mikrosxemində  POST  (Power  On  Self  Test    –  qoşulma    zamanı 
testləşdirmə)  proqramı    və  özüyükləmə  (autorun)  proqramı    yazılır.    Sərt  diskdə  
yükləyici sektoru yoxlayan özüyükləmə proqramı ƏS (əməliyyat sisemi)  yüklənməsini  
təmin  edir.  Yükləmədən  sonra  ƏS  BİOS-un  aşağı  səviyyəli  (qurğuların  drayverlərinə) 
prosedurlara müraciət edir. 
Kompüter  erasının  əvvəlində  BİOS-da  qurğuların  bütün  drayverləri  saxlanırdı  –  
klaviatura    drayveri,    videoadapter,    paralel    və    ardıcıl    port,  cevik  və    sərt  diskin 
kontrolleri və s. 
ƏS  yükləndikdən  sonra  qurğularla  iş  üçün  drayverləri  yükləmək  lazım  gəlmir, 
cünki  onlar əvvəlcədən  ROM-a yüklənib.  Belə yanaşma o  vaxta qədər  yaxşı idi ki, 
sistemə yeni qurğu qoşulmayıb. 
İlk    yükləmədə  ƏS    yükləmə  faylı    (İO.SYS)    qurğuların  drayverləri  haqda 
məlumat  təsbit  edən  konfiqurasiya  faylına  (CONFİG.SYS)    müraciət    edir.  
CONFİG.SYS  faylı    göstərilən  drayverlərlə    yükləmə    diskində  yerləşməlidirlər. 
İO.SYS    tələb olunan  məlumatı əldə edəndən sonra, o göstərilən  drayverləri yaddaşa 
yükləyir  və  BİOS-la  əlaqələndirir.  Sistem    platasının  və  ya  adapter      platasının 
mikrosxemində yerləşən BİOS-un bir hissəsi firmware (ROM-da qoruyucu proqramlar)  
adlanır  və bu mikrosxem mövcud olduğu üçün bəzən istifadəçilər BİOS-u kompüterin 
aparat hissəsinə aid edirlər. 
BİOS  bir  və  ya  bir  neçə  mikrosxemdə  yerləşən    kompleks  proqramıdır.  BİOS 
əsasən aşağıdakı funksiyaları  yerinə yetirir. 
1. Bütün  Ana platalarda  proqram  təminatı  yazılan BİOS  və  ya  ROM  BİOS 
mikrosxemi mövcuddur. Bu mikrosxemə tələb olunan sistemin yüklənməsi üçün və əsas 
aparat  təminatının  işlənməsi  üçün  start  proqramları  və  drayverləri    təsbit  edir.  Buraya 
avtomatik    testləşdirmə  POST(Power  On    Self  Test)  və  sistem  konfiqurasiyasının  
verilənləri    daxildir.    Bütün  bu  parametrlər  sistem  platasında  yerləşən  və  batareyadan 
qidalanan  CMOS(Complementary  Metal-Oxside  Seminconductor)  proqramı    yaddaşa 
yazılıb. CMOS yaddaşı bəzən NVRAM(Non- Volatile  RAM - enerjidən  asılı  olmayan  
ixtiyari  müraciətli  yaddaş) adlanır. NVRAM tipli yaddaşın ən geniş istifadə olunan – 
fləş yaddaşdır . 
downloaded from KitabYurdu.org

31 
 
2. Testləşdirmə  bitdikdən sonra ƏS (Boot Loader) başlanğıc  yüklənməsi təmin  
olunur.  ƏS-nin  yaddaşa    yüklənməsi    iki    pillədə    yerinə    yetirilir:    BİOS    sistem 
diskindən  ƏY-ya  başlanğıc    yükləmənin    xüsusi  blokunu  yükləyir,  sonra  ona 
idarəetməni ötürür, o da öz növbəsində ƏS digər modullarını yükləyir. 
3.  Müxtəlif  əməliyyatların  yerinə    yetirilməsi  üçün  nəzərdə  tutulmuş  sistem 
müraciətlərin  və  kəsilmələrin  xidməti.    Sistem  müraciətlərin  yerinə    yetirilməsi  üçün 
kəsilmələr mexanizmi nəzərdə tutulub. 
BİOS-a  servis  funksiyaların    minimal    dəsti    daxildir.  Məs.  klaviaturadan 
simvolların  yığılması,  ekranda  hər  hansı  bir  məlumatın  əks  olunması.  BİOS-un   
versiyasından  və  ana  platanın    modelindən  asılı  olaraq,  BİOS-u  sazlama  funksiyaları 
dəyişə bilər və eyni funksiya müxtəlif adla ifadə oluna bilər. 
          BİOS səsli səhv xəbərdarlıqlarının və POST mesajları: 
Normal  bir  boot  (yükləmə)  əməliyyatı  əsnasında  elektrikə  qoşulma  zamanı 
kompüterin bütün komponentlərinə enerji verilir, ekran kartı dərhal öz reklamını edir və 
POST  ekranı  gəlir.  Ekranda  prosessorun  sürəti,  RAM  həcmi  kimi  bəzi  məlumatlar 
verilir. Əməliyyat sisteminin yüklənməyə başlamasından dərhal əvvəl ekrana bir cədvəl 
gəlir. Bu cədvəldə POST əməliyyatının nəticələri verilir.  
Kompüterin işə başlamasına maneə törədəcək hər hansı bir səhvə görə ya səsli ya 
da yazılı POST səhv mesajları verilir. Səsli səhv mesajları qəza, yazılı POST mesajları 
isə  xəbərdarlıq  xarakterlidir.  Məsələn,  ekran  kartı  qəzasını  ifadə  edən  bir  səsli  xətt 
mesajı yalnız ekran kartı  (AGP) yerindən oynayanda ortaya çıxa bilər.   
  
Xəta
 
Mənası
 
1  
 
Davamlı Səs
 
Güc qaynağı qəzası  
 
2  
 
Bir çox qısa bip
 
Anakart qəzası  
 
3  
1 uzun
 
Yaddaş təzələnilməsində səhv   
 
4  
1 uzun 1qısa
 
Anakart və ya BIOS çipi qəzası   
 
5  
1 uzun 2 qısa
 
Ekran  kartı  qəzası  (Ümumiyyətlə  köhnə  kartlardakı  DIP 
switch qaynaqlıdır)   
6  
 
1 uzun 3 qısa
 
Ekran kartı qəzası  
 
7  
2 uzun 1 qısa
 
Ekran kartı qəzası (RAMDAC qaynaqlı)
 
8  
2 qısa
 
Yaddaş parity (yoldaşlıq) səhvi 
 
9  
3 qısa
 
Yaddaşın ilk 64kb-lik hissəsində səhv  
 
10   4 qısa
 
Timer səhvi 
 
downloaded from KitabYurdu.org

32 
 
11   5 qısa
 
Prosessor səhvi 
 
12   6 qısa
 
Klaviatura prosessoru səhvi
 
13   7 qısa
 
Prosessor səhvi
 
14   8 qısa
 
Ekran kartı yaddaşında oxuma/yazma səhvi 
15   9 qısa
 
BIOS ROM səhvi
 
16  10 qısa
 
CMOS oxuma/yazma səhvi
 
 
Yazılı POST mesajları:  
BIOS  ROM  checksum  error  -  System  halted:  BIOS  tipindəki  bir  səhvi  göstərir. 
Tipdə  fiziki  səhv  və  ya  BIOS  proqramında  pozuqluq  ola  bilər.  Sisteminizi  yeni  bir 
BIOS  ilə  update  edin,  problem  davam  edirsə,  yeni  bir  BIOS  tipi  əldə  etmək  lazım 
olacaq. 
CMOS  battery  failed:  BIOS  batareyası  boşalıb  və  ya  işləməmüddəti  bitmək 
üzrədir. Batareyanın növünü təyin edib ən yaxın saatsazdan yenisini ala bilərsiniz. 
CMOS  checksum  error  -  Defaults  loaded:  Hər  hansı  bir  səbəbdən  ötrü  BIOS 
nizamlarında  pozuqluq  meydana  gəlmişdir  (böyük  ehtimalla  vaxtı  bitmək  üzrə  olan 
BIOS  batareyası  üzündən).  Fərz  edilən  nizamlar  yüklənərək  sistemin  zərər  görməsinə 
maneə törədilmişdir. 
Floppy  disk(s)  fail:  Sistemə  taxılmış  olan  disket  idarəediciləri  ilə  BIOS-dakı 
disket drayveri nizamları bir-birini tutmur.  
Keyboard  error  or  no  keyboard  present:  Bəlkə  də  ən  çox  qarşılaşılan  POST 
mesajıdır.  Bu  mesaj  ümumiyyətlə  "Press  F1  to  continue"  deyə  davam  edir.  Siz  də 
olmayan  klaviaturanın  F1  düyməsinə  basaraq  səhvdən  xilas  ola  bilər  və  ya  yeni  bir 
klaviatura taxaraq əməliyyata davam edə bilərsiniz. 
Memory  test  fail:  POST  mesajlarının  bəlkə  də  ən  cansıxıcısıdır.  BIOS-dakı 
yaddaş  nizamlarınızda  ola  biləcək  bir  problemdən  qaynaqlana  bildiyi  kimi,  yaddaş 
modullarınızdakı  qismi  (bəlli  bir  hissəsindəki)  qəza  səbəbiylə  də  ortaya  çıxa  bilər. 
Nizamlarınızdan əminsinizsə, başqa bir yaddaş ilə sisteminizi təkrar açmağı yoxlayın. 
Hard  Disk(s)  Fail:  Sisteminizdə  mövcud  disk(lər)lə  BIOS-da  meydana  çıxmış  disk 
nizamları bir-birini tutmur. BIOS-dan disk nizamlarını avtomatikə gətirin, master/slave 
downloaded from KitabYurdu.org

33 
 
nizamlarına nəzarət edin. Problem davam edirsə, disk qurğusunda fiziki bir pozuqluğun 
olması deməkdir.   
Setup  menyusunu  başlıqları  ana  platanın  markasına  görə  dəyişə  bilər  amma 
ümumiyyətlə eynidirlər. 
CMOS Setup Utility
 
 
ADVANCED  BIOS  FEATURES 
ADVANCED  CHIPSET  FEATURES 
INTEGRATED  PERIPHERALS 
POWER  MANAGEMENT  SETUP 
PNP/PCI  CONFIGURATİONS 
PC  HEALTH STATUS/HARDWARE MONITOR 
LOAD  FAIL  SAFE  DEFAULTS  
LOAD O PTIMIZED  DEFAULTS  
SET  SUPERVISOR & USER  PASSWORD 
SAVE  AND  EXIT  SETUP  
EXIT  WHITOUT  SAVING 
CMOS  (Complementary  Metal  Oxide  Semiconductor):  BIOS  məlumatlarını 
saxlayan yarımkeçirici mikroçipə verilən addır. BIOS Setup-ı ilk açildıqda ekrana gələn 
menyuya  CMOS  Setup  adı  verilir.  OK  düymələri  ilə  buradakı  seçimlərdən  birinin 
üzərinə gəlib Enter düyməsinə basdığınızda ya alt menyulara keçilir, ya da bu seçimlər 
onsuz  da  öz  başına  bir  əmrdir,  bu  əmr  yerinə  yetirilir.  BIOS  Setup-ın  bütün 
pəncərələrində olduğu kimi bu pəncərədən də Esc düyməsinə basılaraq çıxa bilər və ya 
F10 düyməsinə basaraq etdiyiniz dəyişiklikləri yazaraq çıxa bilərsiniz. 
Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin