Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix18.05.2020
ölçüsü3,92 Mb.
#31234
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
komputer arxitekturasi pdf


Sərt diskin xüsusiyyətləri 
Tutum (ing.  Capacity)  —  daşıyıcıda  saxlanıla  bilən  məlumatların həcmidir. 
İ
stifadə    edilən    sərt  diskin    tutumunun  maksimal  ölçüsü    bir  çox  faktordan, 
həmçinin interfeys, idarəedici (driver), əməliyyat və fayl  sistemlərindən asılıdır. 
Sürət  (ing.    Performance)    — əsas  parametrlərdən    biridir.    Daşıyıcının 
sürətini  2  parametr  üzrə  qiymətləndirmək  olar:  verilənlərin  ötürülmə  sürəti;  orta 
müraciət müddəti. 
Verilənlərin  ötürülmə    sürəti  daşıyıcının  ümumi    məhsuldarlığının 
qiymətləndirilməsində ən vacib xüsusiyyətlərdən  biri sayılır. 
Orta  axtarış  müddəti  millisaniyə    (ms)    ilə ölçülür.    Maqnit  başlığının    1 
silindrdən digərinə təsadüfi yerini dəyişməsi üçün lazım olan vaxtdır. 
Gözləmə  müddəti      maqnit    başlığının    müəyyən    cığıra  çatdıqdan  sonra 
göstərilmiş  sektora    yerini  dəyişməsi  üçün    lazım    olan  orta  vaxtdır.    Millisaniyə 
(ms)  ilə ölçülür.  Orta  hesabla  bu,  sərt  diskin  bir  dövrəsi  üçün  tələb  olunan  vaxtın 
yarısına  bərabərdir.  Diskin  fırlanma  tezliyinin  2  dəfə  artırılması  zamanı  gözləmə 
müddəti    yarım    dəfə    azalacaq.  Gözləmə    müddəti  daşıyıcının  oxuma  və    yazma 
sürətini    müəyyən  edən    amillərdən    biridir.    Gözləmə    müddətinin    azaldılması 
(yalnız    fırlanma    tezliyinin    artırılması    zamanı    nail    olmaq    olar)    fayl    və  ya 
məlumatlara    müraciət    müddətini    azaldır.  Hal-hazırda    bir  çox  daşıyıcıların 
fırlanma  sürəti  7200  dövr/dəq  təşkil  edir  və  bu  daşıyıcılar  üçün  gözləmə  müddəti  
4.17 ms-ə bərabərdir. 
Orta müraciət müddəti  daşıyıcının təsadüfi yerləşmiş sektora müraciəti üçün  
lazım olan vaxtı xarakterizə  edir.  Adətən  millisaniyə  (ms)  ilə ölçülür. 
Mühazirə 
11  
Optik yaddaş qurğuları 
CD  -  ROM  qurğusu  hələlik
  hazırda  istifadə  olunan  bütün  fərdi  və  xidməti 
kompüterlərdə ən azı sərt disk qədər vacib qurğulardan biridir. Əməliyyat sistemləri də 
downloaded from KitabYurdu.org

76 
 
daxil olmaqla, bütün proqramlar 
CD 
ilə birlikdə verilir. Buna görə də 
CD 
qurğularının 
istifadəsi  ehtiyacdan  çıxıb  tamamilə  məcburiyyət  halına  gəlmişdir.  Xarici  və  daxili 
olmaqla iki ayrı formada istehsal edilir. 
1980
-ci  illərdə  ilk  dəfə  istifadəyə  çıxarılan 
CD-ROM
-lar  hazırda  geniş  istifadə 
edilən yaddaş qurğusudur. İlk olaraq multimedia sistemlərində istifadə edilmiş, sonralar 
isə  yüksək  yaddaş  imkanına  sahib  olduğu  üçün  oyun  və  video  məlumatlarının 
saxlanılmasında  da  istifadə  edilməyə  başlamışdır.  Müasir  dövrdə 
CD-ROM 
kompüterlərin  əsas  tərkib  hissələrindən  biri  olmuşdur.  Əməliyyat  sistemlərindən 
idarəedicilərə  qədər,  müxtəlif  proqramlardan  multimedia  çəkilişlərinə  qədər  əksər 
məlumatlar 
CD
-də saxlanmaqla istifadə edilir. 
CD-ROM 
(
Compac  Disk  Read  Only  Memory 
– Yalnız Oxuna Bilən Kompakt 
Disk) 
120  mm 
diametr  və 
1.2  mm 
qalınlığında  üç  laydan  təşkil  olunmuş  və  sadə 
texnologiyaya  baxmayaraq  yüksək  həcmdə  məlumatı  saxlaya  bilən  bir  sabit  yaddaş 
qurğusudur. 
Məlumatların sərt diskdə maqnit mühitində saxlanmasından fərqli olaraq 
CD
-də 
girinti və çıxıntılar halında optik mühitdə saxlanılır. Buna görə də 
CD
-lər daha etibarlı 
yaddaş qurğularıdır. 
Sərt və çevik disk idarəedicilərində olan oxuma-yazma başlığı yerinə 
CDROM
-da 
disk səthini oxuyan lazer oxuyucu istifadə edilir. 
CD
-nin  təşkil  olunduğu  üç  təbəqədən  ortada  olan  təbəqəsi  işığı  əks  etdirən 
alüminiumdan  hazırlanmışdır. 
CD
-yə  rəng  verən  hissə  də  bu  laydır.  Bu  layın  üstündə 
0.002  mm 
qalınlığında  mühafizə  layı  və  ən  altda  polikarbonatdan  hazırlanmış    şəffaf  
lay vardır. Alüminiumun hava  ilə təması kəsilmişdir. 
CD
-də  də  sərt  disklər  kimi  məlumat  saxlamaq  üçün  cığır  və  sektorlar  istifadə 
edilir.  Məlumatlar  alüminium  səthinin  üzərindəki  girinti  və  çıxıntılar  sayəsində 
CD 
ətrafında 
2 Kb
-lıq sektorlarda saxlanılır. 
CD 
idarəedicisinin 
CD 
üzərindəki məlumatları 
oxuya  bilməsi  üçün 
180 
nanometr  qalınlığında  lazer  şüasından  istifadə  edilir. 
CD 
üzərindəki  girinti  və  çıxıntılar  “
1
”  və  “
0
”  rəqəmlərinə  uyğun  gəlir.  Bu  çıxıntılardan 
müxtəlif  formalarda  əks  etdirilən  lazer  şüası  foto-diod  üzərinə  ötürülməklə  elektrik 
downloaded from KitabYurdu.org

77 
 
siqnallarına çevrilməsi təmin edilmişdir. Şüanın çıxıntılara görə müxtəlif formalarda əks 
etdirilməsi müxtəlif elektrik cərəyanının meydana gəlməsinə səbəb olur. (Şəkil 1). 
 
Şəkil 1. 
CD-ROM
-da oxuma/yazma prosesinin təşkili 
CD
-nin  parlaq  (oxunan)  hissəsinin  qorunması  üçün  bu  hissənin  cızılmaması  və 
hətta  əllə  toxunulması  belə  qadağan  olunduğunu  hər  kəs  bilməlidir.  Yuxarıda  şərh 
edilən 
CD 
oxuma  əməliyyatı  əslində  şərh  ediləndən  daha  geniş  və  böyük  həcmdədir, 
çünki  lazer  şüasının  yüksək  sürətlə  və  çox  zaman  titrəmələrlə  bərabər  dönən 
CD 
üzərində  oxunacaq  məlumat  üzərində  toplanması,  bu  nöqtədə 
CD
-nin  yaxşı 
təmizlənməmiş olması və şəffaf hissəsinin bəzi yerlərinin pozulmuş olmaları səbəbi ilə 
məlumat  oxuma  əməliyyatı  çətinləşir. 
CD 
idarəedicisinin  başlığı  bu  səbəbdən  bəzi 
yerləri (xətalı oxumaları düzəltmək məqsədilə) dəfələrlə oxuyur. Buna görə də 
CD
-nin 
yaxşı qorunması çox vacibdir. Digər tərəfdən, 
CD
-nin üst səthində olan rəngli hissə eyni 
dərəcədə  vacib  qorunmalıdır.  Hər  nə  qədər  oxuma  əməliyyatı  ilə  bu  səthin  əlaqəsi 
olmasa  da,  alüminium  təbəqənin 
CD
-nin  üst  səthində  yerləşən  rəngin  altına 
yerləşdirilmiş  olduğu  unudulmamalıdır. 
CD
-nin  üst  hissəsinin  hər  hansı  bir  metal 
parçası ilə cızılması alüminium təbəqənin də zərər görməsinə səbəb ola bilər. 
Köçürülmə 
CD
-nin  alüminium  hissəsində  yanaraq  əmələ  gətirilən  pitlər  (girinti-
çıxıntılar) orijinal 
CD
-dəki qədər təmiz olmur. 
Bəzi 
CD 
idarəediciləri  lazer  şüasını  və  oxuma  dövrələrinin  həssas  bir  şəkildə 
hazırlanmış  olmaması  səbəbi  ilə  köçürülmə 
CD
-ləri  oxuya  bilmirlər.  Yeni  bir 
CD 
idarəedicisi almazdan əvvəl, bu mövzuya əhəmiyyət vermək daha məqsədəuyğundur. 
downloaded from KitabYurdu.org

78 
 
CD  (compact  disk)
  üzərindəki  girinti  və  çıxıntıların  doğru  şəkildə  oxunması 
məqsədilə  verilənlərin  olduğu  izlərin  üç  müxtəlif  tərəfdən  lazer  şüaları  ilə  izlənməsi 
təmin edilmişdir. 
CD
 - lər arasındakı əsas fərq də budur. 
CD-ROM
-lar üç müxtəlif lazer 
şüası ilə izləmə sayəsində xəta tapma və düzəltmə imkanına sahibdirlər. 
CD 
idarəedicisi 
daxilində olan lazer mənbəyindən çıxan şüa əksetdiricilər sayəsində üç müxtəlif hissəyə 
bölünərək  onun  üzərinə  üç  müxtəlif  bucaq  ilə  göndərilir. 
CD 
üzərində  olan  çıxıntı 
şəklindəki hissələrdən əks olunaraq geri dönən  şüalar təkrar toplanaraq paralelləşirlər. 
Şüalardan xətalı olanları paralelindəki şüaların köməyi ilə düzəldilir. Nəticədə müxtəlif 
xətalı şüalar düzəldilmiş halda çıxışda əks etdirilir. 
Hazırda  bazarda  mövcud  olan 
CD 
idarəedicilərinin  demək  olar  ki,  əksəriyyəti 
CIRC 
(
Cross  Interleaved  Reed  Solomon  Code
)  adı verilən  alqoritm  ilə  ikinci bir xəta 
ayırd etmə mexanizmini istifadə edirlər. Bu alqoritm sayəsində 
CD 
səthindəki cızıq və 
tozlar  səbəbi  ilə  meydana  gələn  xətalar  aradan  qaldırıla  bilir  və  “göz  yumula”  bilir. 
Beləliklə, 
CD
-də  əmələ  gələn  kiçik  cızıqlara  baxmayaraq  oxuma  əməliyyatı  aparıla 
bilir,  lakin  bütün 
CD 
idarəediciləri 
CIRC 
alqoritmini  tam  mənası  ilə  istifadə  etmirlər. 
Buna görə də bəzi 
CD 
idarəediciləri üzərində cızıqlar olan 
CD
-ləri oxumaya bilərlər. 
CD 
idarəediciləri 
CD
-ləri  oxumaq  məqsədilə  istifadə  edilir. 
CD 
üzərində  hər 
hansı bir dəyişiklik aparıla bilməz. 
CD 
üzərində dəyişiklik apara bilmək və ya yeni bir 
CD 
yaza  bilmək  üzün 
CD 
yazanlar  istifadə  edilir,  ancaq 
CD 
yazanlar  daha  yüksək 
texnologiya  ilə  hazırlandıqları  üçün  bahalıdırlar.  Buna  görə  də  sadəcə  lazım  olan 
yerlərdə  istifadə  edilirlər. 
CD 
idarəediciləri  quruluş  baxımından  çevik  disk 
idarəedicilərinə oxşayırlar (Şəkil 2). 
 
downloaded from KitabYurdu.org

79 
 
Şəkil 2. 
CD 
idarəedicisinin tərkib hissələri 
1. 
Disk qapağı; 
2. 
Qulaqlıq çıxışı; 
3. 
Səs artırma/azaltma; 
4. LED 
xəbərdarlığı işığı. 
CD 
idarəedicisinin işə hazır olduğunu bildirir; 
5.  CD 
idarəedicisinin  qapağı  açılmadığı  zaman  mexaniki  açılmasını  təmin  edən 
dəlik; 
6. 
Audio 
CD 
səsləndirmə düyməsi; 
7. CD 
idarəedici qapağını açma-bağlama düyməsi. 
CD 
idarəedicilərinin arxasında: güc mənbəyi girişi, səs kartı ilə əlaqələndirilməsi 
üçün səs çıxışı və verilənlər şini üçün giriş olur. 
Demək olar ki, 
CD 
idarəedicilərinin hamısı 
IDE 
interfeysini istifadə edirlər. 
IDE 
interfeysinin 
CD 
idarəediciləri ilə tam ahəng saxlaya bilməsi üçün 
ATAPI 
(
AT Atachment Programmable 
Interface
)  adı  verilən  proqramlaşdırılabilən 
interfeys əlavə edilmişdir. 
IDE 
interfeysi  mikroprosessora  yük 
düşməməsi  və  sürət  artımını  təmin  etmək 
üçün 
DMA 
adı  verilən  yaddaş  kanallarını 
istifadə edir. 
IDE 
interfeysi yalnız bir 
DMA 
rejimi istifadə edir. Əsasən 
CD 
idarəediciləri 
DMA3 
rejimini  istifadə  edirlər.  Bu  rejimdə 
işləyən 
CD 
idarəediciləri 
məlumat 
mübadiləsini yaxşı həyata keçirirlər.  
2.3. Optik disklər 
Floppy  disklərdən  sonra  və  günümüzdə  ən  cox  istifadə  olunan  informasiya 
daşıyıcıları optik disklərdir. Bu disklər 12 smdiametrə malikdir. Üç əsas optik disk növü 
var: CD (Compact Disc), DVD (Digital Versatile Disc/Rəqəmsal çoxyönlü disk), Blu-
Ray (Mavi Lazer texnologiyalı disk). 
downloaded from KitabYurdu.org

80 
 
Oxunma və yazıla bilmə qabiliyyətinə görə isə bir neçə növləri ayrıla bilər: CD-
R, CD-RW, DVD, DVD+RW. 
Optik disklərin oxunması və yazılması Optik disk idarəediciləri vasitəsilə həyata 
keçirilir.  Optik  idarəedicilərin  ən  əsas  hissəsi  optik  lazerlərdir.  Kirlənməsi  və 
korlanması halında disklər oxunmaya bilər.  Bundan əlavə ilişmələr zamanı diskləri əllə 
çıxarmaq üçün idarəedicilərin ön hissəsində xırda deşik də mövcuddur. 
Optik  disklərdə  məlumatlar  mikroskopik  dəliklər  vatisətilə  yazılır.  Və  bu 
məlumatlar diskin üst hissəsinə yaxın bir yerdə yerləşir. Disklərin alt tərəfi çızılmışdırsa 
və bu cızıqlar bir o qədər də dərin deyildə disklər hec bir xəta vermədən işləyər. Xəta 
verdiyi təqdirdə isə üzərindəki izlərin bir az silinməsi kifayətdir. Disklərin üst tərəfinin 
zədələnməməsinə diqqət yetirmək əhəmiyyətlidir. Yuxarıda qeyd etdiyimiz kimi, diskə 
yazılmış məlumatlat üst hissəyə yaxındır. 
Məlumatlar  disklərə  0  və  1-lər  şəklində  yazılır.  Disk  yazılarkən  lazer  başlıqlar 
disk üzərində xırda dəliklər açır və bəzi yerləri düz saxlayar. Dəlik açılmış hissələr 0, 
düz olan hissələr isə 1-ə uyğun gəlir. Diskin oxunması zamanı göndərilən lazer işıqları 
düz hissəsyə rast gələrsə bir başa əks olunar, ancaq dəliklərə rast gəlinərsə bir başa əks 
olunmaz  və  bu  əks  olunan  şüalar  disk  oxuyucular  üzərindəki  ayna  vasitəsilə  ikilik 
kodlara çevrilər və məlumatlar oxunar. Disk üzərində açılmış bu dəliklər nə qədər xırda 
və sıx olarsa diskin həcmi də bir o qədər böyük olar. 
Bütün optik disklərin işləmə prinsipi demək olar ki, eynidir. 
2.3.1. CD (Compakt disk): 
İlk  CD-lər CDDA (CD  Digital  Audio)  adında  Audio  disklərdir.  Bu  CD-lər  səs 
fayllarını  saxlamaq  üçün  təyin  olunmuşdu,  yalnız  fayl  və  qovluq  quruluşuna  sahib 
deyildirlər. CD üzərində digər verilənləri saxlamaq üçün xüsusi üsullar hazırlanmışdır. 
CD-ROM CD-lərin fayl və qovluq xüsusiyyəti əlavə olunmuş halıdır. 
CD-lər CDFS fayl  sistemini  istifadə  edir.  Bu  isə  öz  növbəsində  kompüter 
olmayan digər qurğularda CD-lərin oxunmasını təmin edir. 
İlk  CD-ROM  idarəedicilərin  sürəti 150  KB/s idi.  İllərlə  CD  sürəti  artıqca  bu 
sürətlər ilk sürətin qatları şəklində ifadə olunmağa başladı. Misal üçün 52x yazılışı 7800 
KB/s  (52×150) sürətində işləyən bir idarəedicini ifadə edir. 
downloaded from KitabYurdu.org

81 
 
CD-R (CD-Recordable) tipi CD üzərin. məlumat yazmağa imkan verir. 650-700 
MB  həcmi  olan  növləri  var.  Yazma  xüsusiyyəti  olan  idarəedicilərin  lazer  oxuma 
başlığından başqa daha güclü olan ikinci bir lazer başlığı da vardır. Yazma sürəti də 150 
kb/s-nin qatları şəklində ifadə olunmasına baxmayaraq oxuma və yazma xüsusiyyətləri 
fərqlidir. Hər zaman Yazma sürəti ya oxuma sürətinə bərabərdir, ya da daha yavaşdır. 
CD-RW: CD-Rewritable – təkrar yazıla bilən diskləri ifadə edir. CD-R yalnız bir 
dəfə  yazılıb  daha  sonra  silinə  bilməzkən,  CD-RW  disklər  isə  silinə  bilər  və  yenidən 
məlumat  yazıla bilər.  CD-RW  idarəedicilər  yazma,  yenidən  yazma  və  oxuma  kimi  üç 
sürətə sahibdir. (misal: 8x4x32). 
UDF (Universal  Data  Format)  CDFS  (ISO-9660)  fayl  sisteminin  əvəzinə 
təkmilləşdirilmişdir və CD- RW disklərin sabit disklərin kimi istifadə olunmasını təmin 
edir.  Fəqli  idarəedicilərdə  və  fərqli  əməliyyat  sistemlərində  oxuna  bilən  tək  bir  fayl 
forması  yaradır.  Windows  Vista-ya  qədər 
Windows-un heç bir əməliyyat sistemi UDF 
disklərə  yaza  bilmirdi,  ancaq  bu  fayl 
sisteminə  malik  diskləri  oxuya  bilirdi. 
Əvvəlki  Windows  versiyalarında  bunun 
üçün  əlavə  UDF  diskləri  yaza  bilən 
proqramlardan istifadə olunmalı idi. 
2.3.2. DVD (Digital Versatile Disk): 
DVD-lər  ilk  olaraq  “DVD  Video 
Disk” olaraq bazara çıxarılmışdır. Daha sonra digər fayllar əlavə olunması xüsusiyyəti 
ilə “Versatile” olaraq dəyişilmişdir. 
DVD-lərin tək və ikiüzle, tək və ikiqatlı növləri  vardır: 
SS: Single Sided / DS: Double Sided 
SL : Single Layer / DS: Double Layer 
Bu xüsusiyyətlərinə görə 4 fərqli DVD növü mövcuddur: 
DVD-5  (SS/SL)         4.37 GB 
DVD-9   (SS/DL)       7.95 GB 
DVD-10   (DS/SL)     8.74 GB 
downloaded from KitabYurdu.org

82 
 
DVD-18  (DS/DL)     15.9 GB 
DVD-lər  daha  çox  həcmə  malik  olmalarına  baxmayaraq  CD-lərlə  eyni 
xüsusiyyətə  malikdirlər.  DVD-R  və  DVD+R  disklər  CD-R  disklərinə  uyğun  gəlir  və 
yazıla biləndirlər. DVD-RW  və DVD+RW isə CD- RW növünə uyğundur və yenidən 
yazıla  bilmə  xüsusiyyətinə  malikdirlər.  “-”  və  “+”  işarələri  fərqli  firmaların 
xüsusiyyətlərini  ifadə  edir.  İlk  DVD  idarəediciləri  DVD  oxuya  bilən  CD-  RW 
idarəediciləri  idi.  Ancaq  tezliklə  yerlərini  DVD±  RW  idarəedicilərinə  verdilər.  DVD 
üçün 1x sürət 1350 KB/s-dir. Yəni CD-lərdən 10 dəfəyə qədər  daha sürətlidir. 
2.3.3. Blu-Ray: 
Blu-Ray disklər CD və DVD-dən fərqli olaraq 
qırmızı  yox,  mavi  lazer  işiğı  istifadə  edir.  Elə  adını 
da buradan götürmüşdür. CD və DVD-yə uyğun olan 
növləri vardır: BD-ROM (Sadəcə oxuna bilən), BD-
R  (yazıla  bilən),  BD-RE  (Yenidən  yazıla  bilən). 
DVD-yə  oxşar  şəkildə  iki qatlı və iki üzlü  formaları 
da  mövcuddur.  (Single-Side  Blu-Ray  25  GB  həcmə 
malikdir). 
Blu-Ray-də 1x sürəti 36MB/s-ir.  8x sürətə qədər dəstəklənməkdədir. 
 
Mühazirə 
12 
Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər. 
Daxiletmə-xaricetmə  kanalları öz  yaddaşında  saxlanılan  proqrama  əsasən 
idarə olunan,    məntiqi    mənada  sərbəst  qurğulardır.    Odur    ki,    bu    cür  kanala 
daxiletmə-xaricetmə  prosessoru  da  deyilir.    Kanalın    (kanalların)  olması    EHM-in 
ə
sas  prosessorunu  daxiletmə-xaricetmə  proseslərin    təşkili  üçün  lazım  olan  çoxlu 
sayda xidmətçi funksiyaların yerinə yetirilməsindən azad edir. Bu prosessor yalnız 
daxiletmə-xaricetmə əməlini    başlamaq    haqqında  göstərişi    xarici  qurğuya  verir. 
Mərkəzi  prosessor  kanala  daxiletmə-xaricetmə  əmrini  göndərir,  özü  isə  əsas 
proqramın    yerinə    yetirilməsini    davam    etdirir.    Kanal    daxiletmə-xaricetmə 
ə
məlinin idarəsini öz üzərinə götürür. Kanal xarici qurğunu (XQ) işə salaraq onunla 
downloaded from KitabYurdu.org

83 
 
birgə  (əsas prosessordan ayrı)  işləyir.  İşini  bitirdikdən sonra isə bu barədə uyğun 
dayandırma siqnalı ilə əsas prosessora xəbərdarlıq edir. İnformasiyanın yaddaşdan 
qəbulu və ya yaddaşa ötürməsi üçün  daxiletmə-xaricetmə əməli  zamanı XQ əməli 
yaddaşla    (ƏY)    qısamüddətli  əlaqədə    olur.    XQ-lərdə    informasiyanın  kanala 
ö
türülməsi üçün aparılan hazırlıq işlərinə  sərf olunan vaxt (və ya kanaldan alınan 
verilənlərin    emalı  vaxtı)    onların  ƏY-yə ötürülməsinə    və  ya  ƏY-dən  alınmasına 
(yaddaşın işləmə dövrü  daxil  olmaqla) lazım  olan  vaxtdan dəfələrlə çoxdur. Bu isə 
XQ-lərin  prosessorla  və    bir-birilə  paralel  işləməsinə  imkan  yaradır.    Odur    ki, 
prosessor  əvvəl    işə  salınmış  qurğuların    işini    bitməsini    gözləmədən,    kanallara  
yeni  işəsalma  əmrlərini  göndərmək  imkanına  malik  olmalıdır.  XQ-nin  kanalla 
qarşılıqlı əlaqəsinin  təşkili  YQ  ilə  XQ-nin  işləmə  sürətləri  arasındakı  nisbətdən 
asılıdır. XQ - lər iki qrupa ayrılır:  birinci  qrup  –  informasiyanı  saniyədə 25-125 
min  dördbaytlı  söz  sürəti  ilə  qəbul  edən  və  ötürən  cəldişləyən  XQ-lər(maqnit 
barabanları, diskləri, lentləri və s.); ikinci qrup – saniyədə 250-500 söz və daha az 
sürətlə  işləyən  XQ-lər  (perfolent,  perfokart,  çapetmə  və  s.).  Daxiletmə-xaricetmə 
kanallarının əsas funksiyalarına baxaq.  
Daxiletmə-xaricetmə əməlində istifadə olunacaq yaddaş  hissəsi sahəsini təyin 
etmək  üçün  sahənin  başlanğıc  ünvanını  bə  onun  ölçüsünü  bilmək  lazımdır.  Bu 
sahənin ölçüsü maşın üçün standart olan informasiya vahidlərində (söz, bayt və s.) 
verilir.    Göstərilən    verilənlər,    daxiletmə-xaricetmə əməlinin    kodu    və  başqa 
məlumatlar uyğun göstərişlərlə birlikdə kanal üçün əmr rolunu oynayan idarəedici 
sözdə (İS) birləşdirilir. Daxiletmə-xaricetmə əməli yerinə yetirilərkən kanal, yaddaş  
xanaları ünvanlarını İS-də    verilmiş  başlanğıc  ünvandan  başlayaraq  yaradır    və 
kanaldan keçən sözlərin cari sayını İS-də verilən sayla müqayisə edir. Göstərilənləri 
yerinə yetirmək üçün kanalda cari ünvanın təyini üçün cəmləyici sayğac və sözlərin 
cari  sayının    təyini  üçün  çıxan  (azalan)  sayğac    olmalıdır.    Daxiletmə-xaricetmə 
ə
məlinin əvvəlində bu  sayğaclara İS-dən uyğun  informasiya  köçürülür  və sonra 
onlardakı informasiya əməli olaraq dəyişilir. Ötürülən (və ya qəbul edilən) sözlərin 
miqdarının dəyişdirilməsi ilə əməlin sonu təyin olunur. Bəzən ola bilər ki, daxil və 
downloaded from KitabYurdu.org

84 
 
xaric  edilən  informasiya  massivi  yaddaşda  bir  bütöv    sahədə  yerləşmir.    Onda  
onları  altmassivlərə  parçalamaqla  ayrı-ayrı  yaddaş sahələrində yerləşdirmək  (və 
ya  sahələrdən  götürmək)  lazımdır.  Bu  halda  verilənlər  zənciri  təşkil  olunur. 
Verilənlər  zənciri  uyğun  miqdarda  İS-lər  ardıcıllığından  istifadə edilərək    emal  
olunur.  Hər  bir İS-də uyğun  altmassivin  başlanğıc ünvanı  və uzunluğu göstərilir. 
Verilənlər zəncirinin İs-lər ardıcıllığını XQ bir əməl kimi qəbul edir.  Kanal  massivin  
bir    hissəsi  üzərində    daxiletmə-xaricetmə əməlini  qurtardığı anda  növbəti  İS-ni 
seçir və əməl yeni altmassiv üzərində davam etdirilir. Belə İS-yə birmərtəbəli  zəncir  
göstəricisi    daxil    edilir.    Həmin  mərtəbədə    sıfır  varsa,  bu  uyğun  İS-nin  zəncirdə 
sonuncu  İS    olmasını    göstərir.  Əgər    zəncir    göstəricisi    vahid  vəziyyətindədirsə, 
deməli,    cari  İS  zəncirdə  aralıq  sözdür    və əməliyyat    növbəti  İS  ilə  hələ davam  
etdiriləcəkdir. 
Daxiletmə əməlləri    zamanı    bəzən  massivin  müxtəlif    hissələrini    yaddaşa 
köçürməmək,  yəni buraxmaq lazım olur. Belə əməlləri  yerinə yetirmək üçün İS-yə 
informasiyanın    buraxılması    göstəricisi    mərtəbəsi    daxil    edilir.  Əgər    həmin  
mərtəbə vahid olarsa, İS uyğun yaddaş sahəsinə informasiya yazmır və kanal yalnız 
XQ-dən gələn sözləri sayır. Bu mərtəbədə vahid olarsa, onda əməl normal aparılır, 
nəticədə XQ-dən  alınan  fasiləsiz  informasiya  axınında  seçilmiş    müəyyən  hissələr 
yaddaşa yazılmır  və ya ayrı-ayrı avtonom  sahələrə yazılır.  Eyni  bir  XQ  yaddaşın 
müxtəlif  sahələrlə  daxiletmə-xaricetmə əməlləri  ardıcıllığını  yerinə  yetirə  bilər.  Bu 
halda hər dəfə EHM idarəetmə prosesinə qoşulmasın deyə əməllər zənciri qurulur. 
Onda XQ dayanmadan bu zənciri yerinə yetirir. Əməllər  zənciri yaratmaqla kanala 
məntiqi  sərbəstlik    verilir.  əməllər    zənciri,    hər    biri    yeni    informasiya    massivi 
ü
zərində  yeni  daxiletmə-xaricetmə  əməlinin    aparılacağını    göstərən  uyğun  
miqdarda  İS-lər  ardıcıllığıdır.  əməllər  zənciri  bir  XQ-yə  aiddir.  Növbəti  massiv 
ü
zərində daxiletmə-xaricetmə əməli qurtardıqdan sonra kanal  ƏY-dən  növbəti İS-
ni  seçir  və yeni əməlin başlanması haqda siqnalı XQ-yə göndərir. Əməllər zəncirini 
göstərmək  üçün  İS-də  birmərtəbəli  əməllər  zənciri  göstəricisi  və  daxiletmə-
xaricetmə  əməlinin  kodu  üçün  xüsusi  sahə  ayrlmalıdır.    Göstərici    vahid 
downloaded from KitabYurdu.org

85 
 
vəziyyətində  olduqda,  kanal  cari  İS-dən  istifadə    etdikdən    və    bu    daxiletmə-
xaricetmə əməlini  bitirdikdən sonra, yaddaşdan növbəti İS-ni seçir  və ondakı kod 
sahəsindəki  əməlin  kodundan  asılı olaraq    yeni    daxiletmə-xaricetmə əməlinin  
icrasına başlayır.  Göstərici  sıfır vəziyyətində olduqda isə İS zəncirdə sonuncu olur 
(əgər verilənlər zənciri göstəricisi vahid vəziyyətdə deyilsə). Deməli, tərkibində bir 
ə
mələ  aid  İS  qruplarını  təşkil  edən  verilənlər  zəncirləri  olan  əməllər  zəncirləri 
ardəcəllığı kanal proqramını təşkil edir. 
Yuxarıda  göstərildiyi  kimi,  kanal  uyğun dayandırma sorğuları göndərməklə 
prosessora  daxiletmə-xaricetmə  əməllərinin    müxtəlif    mərhələləri  haqqında 
məlumat verir. Kanalda yaranan dayandırmalar iki  cür olur: proqramçı tərəfindən  
planlaşdırılan və  proqramla  idarə  edilən dayandırma;  kanal  tərəfinfən avtomatik 
yaradılan dayandırma.  Proqramla  idarə  edilən dayandırma  daxiletmə-xaricetmə 
ə
məlinin  (əməl qurtarmadıqda belə) istənilən mərhələsində yarana bilər. 
Bunu  üçün  İS-yə  xüsusi  birmərtəbəli  proqramla  idarəedilən  dayandırma 
göstəricisi daxil  edilir. Əgər kanal proqramında həmin  mərtəbədə  vahid  olan İS  
götürülərsə, onda kanal dayandırma sorğusu siqnalını yaradır və eyni zamanda cari 
daxiletmə-xaricetmə əməlini  yerinə  yetirir.  Bu  siqnalın  yaranması  zəncirdəki  İS-
lərin  hamısına  müvafiq    daxiletmə-xaricetmə əməllərinin    yerinə    yetirildiyini  
göstərir.  Bu  isə proqrama İS  zəncirinin  icrasını izləməyə imkan verir və  növbəti  
daxiletmə-xaricetmə əməli  mərhələsi  qurtaran  kimi  verilənlər üzərində əməllərin 
icrasına keçilə  bilir.  Avtomatik  yaranan  dayandırma  isə İS  zəncirindəki  bütün 
ə
məllərin normal yerinə yetirildiyini və qeyri-adi hal olmuşsa, məcburi qurtardığını 
göstərir.  
Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin