Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix18.05.2020
ölçüsü3,92 Mb.
#31234
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   15
komputer arxitekturasi pdf


Maqnit yaddaş qurğuları 
 
Sərt disk (Hard Disk)  
Sərt  disklər  uzərində  məlumatlar  sektor  (
sector
)  və  cığır  (
track
)  adı  verilən 
bölmələrdə  saxlanılır.  Məlumatlar  bu  sahələrə  görə  təşkil  olunur.  Sərt  disk  uzərində 
cığır və sektorların yerləşməsi aşağıdakı şəkildə verilmişdir (Şəkil 1). 
downloaded from KitabYurdu.org

65 
 
 
Şəkil 1 . Sərt disk uzərində sektor və cığırların təşkili 
Sektorlar  disk  uzərində  ünvanlaşdırıla  bilən  ən  kicik  hissələrdir. 
256 
və  ya 
512 
bayt  kimi  sabit  genişliklərdə  informasiya  saxlayırlar.  Əsasən 
512 
bayt  olaraq  istifadə 
edilir.  Aşağı  səviyyəli  formatlaşdırma  (
Low-Level  formatting
)  ilə  cığır  və    sektorlar 
təşkil  olunur.  Hər  sektorun  başlama  və  bitmə  noqtəsi  diskdəki  səthlər  uzərinə  yazılır. 
Yuksək  səviyyəli  formatlaşdırma  (
High-Level  formatting
)  ilə  sektorlarda  Fayl 
Yerləşdirmə Cədvəli (
File Allocation Table 
– 
FAT
) yaradılır. Maqnit başlığı da kicik bir 
elektromaqnit  kimi  işləyir.  Maqnit  başlığına  gələn  elektrik  axını  onunla  səth  arasında 
maqnit  sahəsi  meydana  gətirir.  Maqnit  sahəsi  usulu  ilə  məlumat  saxlayan  bütün 
cihazlarda  olduğu  kimi,  sərt  disklərdə  də  eyni  texnologiya  vasitəsilə  gözlə 
görünməyəcək  qədər  kicik  məlumat  xanaları  əmələ  gətirilir.  Bütün  məlumatlar  disk 
uzərində (“
1
” və “
0
”-lardan əmələ gələn) ikilik kodlar olaraq  saxlanılır. Bu məlumatlar 
elektrik  axını  kəsildikdən  sonra  da,  eyni  ünvan  sahəsinə  başqa  bir  məlumat  yazılana 
qədər qalır. 
 
downloaded from KitabYurdu.org

66 
 
 
Çox  çətin  inanmaq  olur  ki,      keçən  əsrin  70-ci  illərində  yaranmış  ilk 
vinçesterlərin  tutumu  onlarla  kilobayta  barabər  olmuşdur.  Artıq  IT  bazarında  10 
Meqabaytlıq  Vinçester  yarananda,  əksər  istifadəçilər  bilmirdilər  ki,  hansı 
informasiya  ilə  həmin  Vinçesteri  doldursunlar.  Çünki  o  vaxt  lazım  olan  bütün 
proqram təminatı (əmaliyyat sistemi, mətn redaktoru, bir neçə oyunlar) çox sadə 
bir tərzdə, 2-3 Mb tutumlu həcmdə yerləşə bilirdi. 
    Vaxt  keçdikcə  sərt  diskin  tutumunun  min  dəfələrlə  artırilmasına  baxmayaraq, 
onun  iş  prinsipində  elə  bir  ciddi  dəyişiklik  baş  verməmişdi.  Əvvəllər  olduğu 
kimi, vinçester 3 əsas blokdan ibarətdir: 
   Birinci blok - məhz informasiya saxlayan hissədir ki, o, bir və ya bir neçə şüşə 
(və  ya  metal)  disklərdən  ibarət  olub,  səthi  hər  iki  tətəfdən  maqnit  materialı  ilə 
örtülür və oraya da verilənlər yazılır. Əlbəttə ki, verilənlər diskə necə gəldi yox, 
diskin  fiziki  strukturuna  uyğun  olaraq  yazılır.  Verilənlərin  diskə  yazılması  belə 
baş  verir:  hər  bir  diskin  maqnit  səthi  konsentrik  "cığırlara",  onlar  da  öz 
növbəsində  hissələrə  sektorlara  bölünürlər.  Lakin  yaddan  çıxarmaq  lazım  deyil 
ki,  sərt  disk  –  2ölçülü  yox,  həcmli  qurğudur.  Vinçesterin  gövdəsində  disklər  bir 
neçə  dənə  olur  və  hər  bir  disk  2  işçi  səthə  malik  olur.  Buna  görə  də,  sərt  disk 
yaddaşını  virtual  silindirlər  sistemi  kimi  təsəvvür  etmək  olar.  Virtual  silindr 
downloaded from KitabYurdu.org

67 
 
bütün işçi sətirlərdə  eyni radiusa malik olan cığırlardan təşkil olunur. Beləliklə, 
sərt  diskin  yaddaş  fəzası  bir-birinin  içərisində  yerləşdirilmiş  silindrlərdən  ibarət 
olur. Silindirin sayı cığırların sayına bərabərdir. 
İkincİ  blok  -  sərt  diskin  mexanikasıdır  ki,  o,  diskin  firlanmasına  və 
oxuyan başlıqların dəqiq mövqe tutmasına cavabdeh olur. Sərt diskin hər bir işçi 
səthinə  şaquli  istiqamətdə  yerləşən  bir  oxuyan  başlıq  uyğun  gəlir.  Bu  da  o 
deməkdir  ki,  hər  bir  zaman  anında  bütün  başlıqlar  eyni  nömrəli  cığırlarda 
yerləşəcəklər, yəni onlar bir silindr hüdudunda işləyirlər. 
Ən  nəhayət,  üçüncü  bloka  verilənlərin  emalına,  mümkün  ola  bilən  səhv-
lərin  təshihinə  və  mexaniki  hissənin  idarəsinə  cavabdeh  olan  mikrosxem, 
həmçinin keş-yaddaşın mikrosxemi kimi elektron hissə daxildir. 
İndi isə, istənilən vinçesteri xarakterizə edən əsas parametrlərlə tanış olaq. 
Diskin  həcmi. İstənilən vinçesterin birinci və əsas parametri, onun özündə 
saxladığı informasiyanın miqdarıdır. Hələ bu yaxın vaxtlara qədər, onun tutumu 
meqabaytlarla  ölçülürdü,  lakin  bü  günkü  günd ə  vinçesterin  tutumu  yuzə  qədər 
qiqabaytlarla  ölçülür.  Burada  da  "Mur  qanununa"  oxşar  qanun  vardır  -  hər  il 
vinçesterə  qarşı  olan  bizim  tələbatımız  2  dəfə  artır.  İndi  tutumu  80  Qb-dan  az 
olan  vinçester  almaq  məsləhət  deyildir  -  çünki  vinçesterlərin  qiymətləri 
arasındakı  fərq  onların  tutumları  arasındakı  fərqdən  dəfələrlə  azdır:  30%  artıq 
ödəməklə, tutumu 2 dəfə böyük olan vinçester əldə etmək olar. 
Nəzərə  almaq  lazımdır  ki,  vinçesterin  tutumu,  istehsalçı  tərəfindən 
göstərilən  tutumdan  az  olur.  Məsələ  ondadır  ki,  sərt  diskin  tutumunu 
hesabladıqda  1Mb  =  1000  kilobayta,    1qiqabayt  =  1000  meqabayt  götürülür. 
Beləliklə,  vinçesterin  tutumundan  asılı  olaraq,  həcm  cəhətdən  bu  fərq  50-150 
Mb-a çata bilər. Bu fərq də göründüyü kimi, istifadəçinin xeyrinə deyildir. 
Verilənlərin oxunma sürəti. Çox qəribə də görünsə, vinçesteri mağazadan 
alan  zaman,  bu  parametrə  çox  az  diqqət  yetirilir.  Belə  flkirləşirlər  ki,  böyük 
tutumlu  istənilən  müasir  vinçesterin  sürəti  o  qədər  yüksək  olur  ki,  bir-iki  faiz 
fərq  yəqin  ki,  o  qədər  də  onun  işinə  təsir  göstərə  bilməz.  Həqiqətdə  isə,  bu  fərq 
20%-ə qədər olur, bu da əlbəttə ki, o qədər kiçik rəqəm deyildir. Bu günkü gündə 
downloaded from KitabYurdu.org

68 
 
vinçesterin  orta  sürəti  9-12  Mb/s  olur.  Əlbəttə  ki,  vinçester  istehsalçıları 
tamamilə  başqa  rəqəmlər  göstərirlər.  Belə  qəbul  edilir  ki,  CDMA/66 
spesifikasiyasına  uyğun  olan  sərt  disk  verilənləri  oxumaq  üçün  ən  azı  66  Mb/s 
sürətə  malik  olmalıdır.  Müasir  UDMA/100  və  UDMA/133  spesifikasiyalan 
istehsalçıların  dediklərinə  görə,  uyğun  olaraq,  ən  azı  100  vo  133  Mb/s  sürətə 
malik  olmalıdırlar.  Həqiqətdə  isə,  bu  kəmiyyətlər  diskdən  verilənlərin  oxunma 
sürətini  yox,  ATA  kanalı  ilə  onların  ötürülmə  sürətini  göstərir.  Bu  günkü  günə 
qədər verilənlərin oxunma sürəti 50 Mb/s-dən çox olmur. 
Daxil  olmanın  orta  müddəfi.  Bu,  millisaniyələrlə  ölçülür  və  axtarılan 
istənilən  sahəyə  daxil  olmaq  üçün  lazım  olan  zaman  müddətini  göstərir.  Bu 
kəmiyyətin orta göstəricisi  7-9 ms olur. 
Diskin  fırlanma  sürəti.  Bu  göstərici  bilavasitə  daxil  olma  sürəti  və 
verilənlərin  oxunma  sürəti  ilə  əlaqəlidir.  Fırlanma  sürəti  5400  dövr/dəq.-dən  az 
olan  vinçester  almaq  məsləhət  görülmür,  7200  dövr/dəq.  isə  -  bu  günkü 
standartdır;  İBM  tərəfindon  təklif  edibn  10000  dövr/dəq.  isə  sadəcə  olaraq,  ən 
ideal  bir  sürətdir.  Lakin  digər  nöqteyi-nəzərə  malik  düşüncələr  də  mövcuddur. 
Bəzi  mütəxəssislər  belə  hesab  edirlər  ki,  diskin  fırlanma  sürətinin  həddindən 
artıq  olması,  həqiqətdə  heç  də  verilənlərin  oxunma  sürətinin  artmasına  o  qədər 
da  təsir  göstərmir.  Lakin  bu  parametr  vinçesterdə  informasiyanın  davamlı 
saxlanılmasına və onun işləmə müddətinə kifayət qədər təsir edir. 
İnterfeysin  tipi.  Standart  interfeysli  vinçesterləri  işarə  etmək  üçün  İDE, 
UDMA,  ATA,  PİO  kimi  abbreviaturadan  istifadə  olunur.  İnterfeys  (vinçesterin, 
şinin,  portun tipi) haqqında söhbət apardıqda, adətən biz IDE (İntegrated Drive 
Electronics)  abbreviaturasından  istifadə  edirik.  Həqiqətdə  isə,  bu  abbreviatura 
vinvester  interfeysinin  tipini  yox,  yalnız  vinçesterdə  xüsusi  idarəedici 
mikrosxemin-kontrollerin  olmasını  göstərir.  Ona  görə    də,  bu  terminin  istifadə 
olunmasında  "şərti"  sözünü  qoymaq  lazımdır.  Həmin  sözləri  DMA  (Direct 
Memory  Access  -  Birbaşa  müraciətli  yaddaş)  (UDMA)  abbreviaturası  haqqında 
da  demək  olar.  Lakin  abbreviatura  təmamilə  başqa  mənada  tətbiq  edilir  – 
verilənlərin ötürülməsinin tipini və ötürülmə sürətini göstərir. Əksər müasir İDE-
downloaded from KitabYurdu.org

69 
 
vinçesterləri  Ultra  DMA/100  standartına  uyğun  gəlir  bu  zaman  vinçester 
prosessora  informasiyanın  100  Mb/s  sürətlə  ötürür).  PİO  (Programmed 
İnput/Output)  termini  də  verilənlərin  ötürülmə  rejimini  göslarir.  UDMA-dan 
fərqli  olaraq,  belə  rejimdə  verilənlər  yaddaşa  bir-başa  yox,  prosessor  vasitəsilə 
ötürülür.  Lakin  bu  halda  prosessor  lazım  olmayan  işlərlə  yüklənmiş  olur  və 
verilənlərin  oxunma  sürəti  aşağı  düşür.  Hazırda  PİO  rejiminda  az  sayda 
vinçeslerlər  işləyirlər,  vinçesterlərin  əksəriyyəti  UDMA  rejimindən  istifadə 
edirlər.  
ATA.  (AT  Attachment)  daha  təkmil  standartdır.  Lakin  burada  bir  amili 
qeyd  etmək  lazımdır:  bu  interfeyslə  qoşulan  CD-ROM  və  DVD  disklərindən 
söhbət  apardıqda,  dəqiqləşdirici  ATAPİ  (AT  Attachment  Pocket  İnterface  -  İDE 
daxili  yaddaş  yığıcılarının  (məsələn,  CD-ROM)  qoşulması  üçün  ınterfeys) 
termininindən  istifadə  edilir.  Lap  əvvəldən  ATA  intefeysi  "ardıcıl"  interfeyslərə 
aid  idi,  yəni  hər  bir  ATA/İDE  birləşdiricisinə  eyni  kabeldə  yerləşdirilən  və 
buraxma  qabiliyyətini  öz  aralarında  bolüşdürən  2  yaddaş  daşıyıcısı  qoşmaq 
mümkün olur. Bu halda, hər bir sərt diskdə "djamper" adlanan xüsusi çeviricilər 
olur  ki,  onların  köməkliyi  ilə  diskin  "vəziyyəti"  quraşdırılır  -  baş  və  ya  əlavə 
(master  or  slave).  Bu  vasitə  ilə  kompüterə  bildirilir  ki,  ona  qoşulmuş  disklərdən 
hansı  disk baş  diskdir,  hansı  disk  isə əlavə  diskdir.  Əməliyyat  sistemini  özündə 
yerləsdirən  yalniz  baş  disk  ola  bilər.  Əgər  bizdə  cəmisi  bir  sərt  disk  olarsa,  o 
zaman həmin diski CD-ROM yerləşdiyi şleyfə qoşmaq olmaz, əks halda sistemin 
işi  tormozlana  bilər.  2003-cü  ildə  interfeysin  yeni  standartı  -  SerialATA 
yaradılır. Adi "parallel" interfeysdən onun fərqi ondan ibarətdir ki, hər bir ATA-
kanala yalnız bir qurğu qoşulmaq imkanına malik olur. Master/Slave kimi köhnə 
ideologiya burada artıq işləmir. SerialATA-dan istifadə edilməsi sayəsində daha 
çox  yaddaş  daşıyıcılarını  kompüterə  qoşmaq  ımkam  yaranır  və  bu  halda 
verilənlər  mübadiləsinin  sürəti  də  artmış  olur.  SerialATA  şini  nəzəri  olaraq, 
verilənləri  150  Mb/s  sürətlə  ötürməyə  imkan  verir.  Bu  günkü  gündə  buraxılan 
sistem  platalarında  SerialATA  kontrolleri  artıq  qoyulmuşdur.  Xüsusi  keçid 
downloaded from KitabYurdu.org

70 
 
qurğusundan  istifadə  edərək,  SerialATA  stoluna  köhnə  İDE-vinçesterini  də 
qoşmaq mümkün olur. 
Asılı olmayan sərt disklər massivi (RAİD). 
İstənılən kompüterin daxilinə bir qayda olaraq, 2 və ya 3 disk quraşdırmaq 
olar.  Lakin  bu  disklər  birı-birlərindən  asılı  olmayaraq,  mövcud  olacaqlar,  biri  o 
birisinin  olmasının  sanki  hiss  etməyəcəkdir.  Bu  diskləri  birlikdə  işlətməyə  cəhd 
göstərilməsi  heç  bir  nəticə  verməyəcəkdir.  RAİD  texnologiyasından  istifadə 
etdikdə,  sərt  disklər,  yanında  qonşu  diskin  olduğunu  hıss  edir  v ə  müəyyən  sxem 
üzrə  disklər  bır-bıri  ilə  əməkdaşlıq  edirlər.  Onlardan  ən  sadəsi  olan  aşağıda 
baxılan 2 sxemdir: 
Birinci sxem (RAİD 0) 2-dən 4-ə qədər sərt diskləri vahid massiv şəklində 
bırləşməsinə  imkan  verir  və  kompüter  bunu  vahid  dısk  fəzası  kimi  qəbul)  edir, 
Sərt  diskə  gələn  bütün  verilənləri  RAİD-sistem  ayrı-ayri  bloklara  bölür  və 
onlardan  hər  birisi  massivin  istənilən  hissəsinə  yazıla  bilir.  Təbiidir  ki,  bu  cür 
texnologiyada  verilənlərin  oxunma  və  yazılma  sürəti  kəskin  artacaqdır.  Yalnız 
bir  amil  burada  pis  olur:  dısklərdən  biri  sıradan  çıxdıqda,  bütün  inforomasiya 
həcmi  itirilə  bilər.  2-3  diskdən  istifadə  etdikdə,  əlbətdə  ki,  belə  acınacaqlı 
hadisanin  baş  vermə  ehtimalı  da  2-  3  dəfə  artacaqdır.  RAİD  sxeminin  verdiyi 
imkanlar bu riskə getməyə dəyər, çünki alınan həcim və sürət bu riski doğruldur 
(sürət 199 Mb/s-yə bərabər olur). 
    İkinci sxem (RAİD 1) isə, əksinə olaraq, sürət üçün yox, davamlı işləmək üçün 
yaradılmışdır,  Bu  model  üzrə  kompüterə  eyni  model  və  həcmli  bir  və  ya  2  cüt 
sərt disklər quraşdırıla bilərlər. Cütlüyn birinci diskində saxlanılan informasiya o 
dəqiqə "güzgü'" (mirroring) rejimində işləyən əhliyat, ikinci diskdə təkrar edilir. 
Deməli,  hətta  qarşısı  alınmaz  xəta  baş  verdikdə  belə,  informasiyanın 
təhlükəsizliyinə  heç  bir  təhlükə  olmayacaqdır.  Belə  sxem  biznesmenlər  (iş 
adamları)  üçün  aktualdır,  çünki  onlar  üçün  hər  bir  sənədin  dəyəri  onu  saxlayan 
kompüterdən  çox  yüksəkdir.  Lakin  sadə  istifadəçilər  üçün  bu  model  əksər 
hallarda  faydasız  olur.  Yəqin  ki,  bu  halda  ehtiyat  köçürmə  üçün  sadə  CD-RW 
disk qurğusımdan islifadə etmək kifayəl edər. 
downloaded from KitabYurdu.org

71 
 
Maqnit  disk  səthləri  əslində  məlumat    saxlama    xüsusiyyətinə    sahib  
deyildirlər. Bu  xüsusiyyəti  təmin  etmək üçün  səth üzərinə maqnit sahəsinə  həssas 
plyonka  yerləşdirilmişdir.  Plyonka  ilə  oxuma-yazma  başlığı  arasında  çox  kiçik  bir 
məsafə olur.  Hər hansı  bir  səbəbdən  təmas  nəticəsində  ya  təmas  nöqtəsi,  ya  da  
sərt  diskin  əsas  bir  hissəsi    zədə    ala    bilər.    Sərt  sidk  üzərində  əməliyyat  
aparılmadığı zaman    oxuma-yazma    başlığı  disk  üzərində    olmayıb,    kənarda  öz 
yerinə çəkilir.  Oxuma-yazma  əməliyyatı    zamanı    isə    təyin    olunmuş    cığır    və  ya 
sektor üzərinə gedərək verilmiş əmri icra edir. 
Sərt  disklərin    sürəti      “rpm”-lə   (Revolution  per  minute    –  Dəqiqədə dövr) 
ö
lçülür. Əgər bir sərt diskin sürəti 7200 Rpm  göstərilibsə,  bu o deməkdir ki, həmin 
sərt  disk  dəqiqədə  7200  dövr  edir. Diskin    yüksək    sürətlə    dönməsi    nəticəsində 
ə
mələ    gələn  hava  təzyiqi  oxuma-yazma    başlığının  disk  üzərində    ola    biləcək  
təmasının qarşısını  alır.  Bu hava  yastığı  disk üzərində  elektrik  olduğu  müddətcə 
ö
z  vəziyyətini qoruyur. Elektrik  kəsildiyi  anda  isə bu hava  yox  olur. Kompüter 
söndürülərkən  oxuma-yazma  başlığı öz  yerinə çəkilir    və    lazımi    xəbardarlıqdan 
sonra elektrik kəsilir. Tələsik  və  düzgün  söndürülməmə  kimi  hallarda  oxuma-
yazma    başlığı    kənara  çəkilməmiş  və  hələ  də  sərt  disk  üzərində əməliyyat  icra 
edirmiş kimi olacaqdır və xəbərdarlıq olmadan kəsilən bu enerjinin nəticəsi olaraq 
başlıq  səthə  toxuna    və xarab  sektor  (bad  sector)  adlanan  hissələr  meydana  gələ 
bilər. Meydana gələn bu hissələrdə olan məlumatlar artıq oxuna bilməz və bu hall 
təkrarlandığı təqdirdə sərt disk təmamilə sıradan çıxa bilər. 
Diskin formatlanmasının 2 növü mövcuddur: 
· 
fiziki və ya aşağı səviyyəli formatlama; 
· 
məntiqi və ya yuxarı səviyyəli formatlama. 
Sərt disk üçün yuxarıda  qeyd olunmuş  2  formatlama əməliyyatları arasında  
yerinə  yetirilən  üçüncü  mərhələ -  bölmələrin  yaradılması  (Partitioning)  əməliyyatı  
da    mövcuddur.  Əgər    bir    kompüterdə  bir  neçə əməliyyat    və    ya    fayl  sistemi  
istifadə  etmək  nəzərdə    tutulubsa,    bölmələri    yaratmaq  tamamilə  mütləqdir.  Bu 
downloaded from KitabYurdu.org

72 
 
halda diskdə bir neçə məntiqi bölmə yaradılır, həm də əməliyyat sistemi onların hər 
birinə ayrıca hərf və ya ad verir. 
Fiziki    formatlama    sektorun    baytlarla  ölçüsünü,    cığırdakı  sektorların    və 
ü
zlərin  sayını    təyin    edir.    Bu    fiziki    və    aşağı    səviyyəli    formatlama    (physical 
formatting, low-level formatting) adlanır. Bu prosedur sərt diskin hazırlanmasında 
yerinə  yetirilir.  Fiziki  formatlama  zamanı  kontroller  diskin  sektorlarını  təyin 
edərək onları nömrələyir. 
Disk  üzərində  məlumat  saxlanmasının  təşkili  “fayl  sistemi”  adlanır.  Hər 
əməliyyat  sistemi  özünün  xüsusi    fayl    sistemini    istifadə  edir.  Ən  geniş  istifadə  
olunan  fayl  sistemləri  aşağıda verilmişdir: 
· 
FAT  (File  Allocation  Table    Faylların yerləşmə cədvəli). DOS və Windows  
9x/Me əməliyyat  sistemləri  tərəfindən  dəstəklənən standart  fayl  sistemidir.  DOS  
altında işləyən FAT bölmələrində  fayl  adlarının uzunluğu  11  simvol  (8  simvol  ad  
və 3 simvol genişlənmə üçün); Windows 9x və yuxarı  versiyalarda  fayl  adlarının  
uzunluğu  255  simvoldur.  Standart  fayl  sistemi  FAT  klasterlərin    eyniləşdirilməsi 
üçü
n 12 və  16  mərtəbəli ədədlərdən istifadə edir və buna görə də məntiqi bölmənin 
maksimal tutumu 2 QB-dır. 
· 
Fat 12 – 12 bit fayl sistemidir. Əsasən çevik disk (floppy) və çox kiçik həcmli 
sərt disklərdə istifadə olunub. 
· 
FAT16 –  16  bit  fayl  sistemidir.  DOS  ilə uyğunluq təşkil  edən sistemlərdə 
istifadə olunub. 
· 
FAT32  (File  Allocation  Table,  32-bit).  Bu  fayl  sistemi Windows  95 OSR2 
(OEM  Service  Release  2)  və daha aşağı versiyalar tərəfindən dəstəklənir. FAT32 
fayl  sistemində  klasterlərin  eyniləşdirilməsi üçün  32  mərtəbəli  ədədlərdən istifadə 
olunur,  buna  görə  də  məntiqi    bölmənin  maksimal  tutumu  Terrabayta  (2048 
Qiqabayt) qədər ola bilər. 
downloaded from KitabYurdu.org

73 
 
· 
HPFS (High Performance File system  Yüksək Məhsuldarlıqlı Fayl Sistemi)  – 
OS/2 əməliyyat  sistemində istifaə  olunan  bir  fayl  sistemidir.  Bu  fayl sistemində 
256 simvola qədər fayl adı verilə bilər. 8 GB-a qədər sərt disk bölməsi dəstəklənir. 
· 
NTFS    (New    Technology    File    System    Yeni    Fayl    Sistemi  Texnologiyası). 
Windows  NT  və  sonrakı əməliyyat    sistemlərində  istifadə    edilən  fayl  sistemidir. 
Fayl  adlarının  uzunluğu  256  simvol,  bölmənin  tutumu  isə  nəzəri  cəhətdən  16 
Ekzabayt  (16×1018  bayt)    ola    bilər.  NTFS  fayl    sistemi    digər  fayl  sistemlərində  
mövcud  olmayan,  məsələn  təhlükəsizlik  xüsusiyyətləri  kimi əlavə imkanlar təklif 
edir. 
Bu gün praktik olaraq bütün sərt disklər şüşə və ya şüşə-keramika lövhələr ilə 
istehsal olunur. Lövhənin əsası kimi hansı materialdan istifadə olunmasından asılı  
olmayaraq,    o,    xarici    maqnit    sahəsinin  təsirindən  sonra  qalıq    maqnitləşməni 
saxlaya    bilən  maddənin  nazik  qatı    ilə örtülür.  Bu  qat  işçi    və  ya  maqnit  adlanır, 
yazılmış  informasiya məhz onda saxlanılır. Maqnit qatının ən geniş yayılmış tipləri 
aşağıdakılardır: 
· 
oksid; 
· 
nazik plyonkalı; 
· 
ikiqat antiferromaqnit (AFC). 
Oksid    layı    dəmir pası ilə doldurulmuş polimer örtükdür. Əvvəl yüksək sürətlə 
fırlanan  alüminium  disk  üzərinə  dəmir  oksidin  məhlulu  səpilir.  Mərkəzdən  qaçma 
qüvvənin  hesabına  o  diskin  səthi  üzərinə  bərabər  axır.  Məhlul  polimerləşəndən  sonra 
səth  cılalanlr,  sonra  aşağı  sürtünmə  əmsalı  və  yüksək  dərəcəli  dözümlüyə  malik  olan 
təmiz  polimer  layı  çəkilir  və  disk  sonunda  polirovkalanır.  Əgər  daşıyıcının  içərisinə 
baxsaq, görərik ki, disklər qəhvəyi və ya sarı rəngindədir. 
Daşıyıcının  tutumu  artdıqca 
diskin  işçi    layı  daha  nazik  və  daha  hamar  olmalıdır.  Ənənəvi texnologiya vasitəsilə 
bunu  əldə  etmək  olmur.  Çünki  oksid  layı  daha  yumşaqdır  (kövrəkdir)
,  başlıqla 
toqquşanda  ovxalanır.  Belə  işçi  laylı  1955-ci  ildən  istifadə  olunurdu.  Oksid  işçi  layı 
downloaded from KitabYurdu.org

74 
 
sadə texnologiya və aşağı qiymətə malikdir. Müasir daşıyıcılarda bu lay tamamilə nazik 
plyonka disklərlə əvəz olundu. 
Nazik plyonka  işçi  layı  daha  nazik,  etibarlı  və örtüyü  daha  keyfiyyətlidir.  Bu 
texnologiya  hesabına  başlıq    və  diskin  səthi  arasında  məsafə  azalır    və  bu  yazı 
sıxlığının  artmasına  imkan  verdi.  Əvvəl    nazik    plyonkalı    disklər    yalnız    böyük 
tutumlu  yüksək    keyfiyyətli  daşıyıcılarda  istifadə  olunurdu.  Oksid  laydan  fərqli  
olaraq  nazik  plyonka işçi  layı daha  nazikdir.  Nazik  plyonka  işçi  layı  qalvanik  
və  ya   tozlanmış    adlandırırlar,  çünki diskin    səthi üzərinə nazik  plyonka  müxtəlif 
ü
sulla çəkilir. Nazik plyonka işçi  layı  elektroliz  yolu  ilə alınır.  Alüminium altlıq 
ardıcıl  müxtəlif    məhlullu    vannalara    yüklənir    və  nəticəsi    bir    neçə    metalik  
plyonka  layı  ilə örtülür.  İşçi  lay  bir  mikrodüym (≈ 0,0025 mkm) qalınlıqlı kobalt 
qatışıqlı olunur. 
İşç
i    layın    tozlanma  üsulu  yarımkeçirici    texnologiyasından  götürülüb. 
Ə
vvəlcə xüsusi vakuum kameralarda maddələr və ərintilər qaz halına salınır. Sonra 
altlığa  otuzdurulur.  Alüminium  üzərinə  fosforit  nikel,    sonra  isə    maqnit    kobalt 
ə
rintisi  çəkilir.  Qalınlıq  1-2  mikrodüym  (0,0025-  0,005  mkm)  təşkil edir. Analoji 
diskin maqnit layın üzərinə çox nazik və daha etibarlı karbon qoruyucusu örtük çəkilir. 
Bu  proses  yuxarıda  qeyd  olunduğundan  daha  bahalıdır,  çünki  yerinə  yetirilnəsi  üçün 
vakuum  şəraiti  tələb  olunur.  Başlıq  və  diskin  səthi  arasında  məsafə  kiçilir.  Başlıq  işçi 
laya  yaxınlaşdıqca  diskin  sıxlığı  artır.  Qalvanik  və  tozlanma  üsulunda  işçi  layı  daha 
nazik və etibarlı alınır. 
Müasir  nazik  plyonka  işçi  laylı  daşıyıcılar  vibrasiyaya  və  sirkələnməyə 
davamlıdır.  Sərt  disk  daşıyıcılarının  hazırlanma  texnologiyasında  son  nailiyyət  ikiqat 
antiferromaqnit qatlardan (AFC) istifadə sayılır.  AFC  işçi layın istifadəsi verilənlərin 
yazı  sıxlığını  1000  Gbit/düym  və  daha  artıq  artırmağa  şərait  yaradır.  Bu  texnologiya  
maqnit  qatın  sıxlığını əhəmiyyətli  dərəcədə  artırmağa imkan yaradır. 
Materialın sıxlığının artımı  diskin  maqnit  qatının  qalınlığını azaltmağa  imkan 
verir. AFC  qalınlığı üç atoma bərabər nazik metalik rutenium plyonkası ilə ayrılmış iki 
maqnit laydan ibatətdir. Çoxsaylı konstruksiya AFC birləşməsini yaradır və bu da fiziki 
downloaded from KitabYurdu.org

75 
 
baxımından daha qalın maqnit layın istifadəsinə imkan verir. Bunun nəticəsində daşıyıcı 
bir laylı kimi işləyir. 
 
Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin