Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix18.05.2020
ölçüsü3,92 Mb.
#31234
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   15
komputer arxitekturasi pdf



 
Mühazirə1.  
 
Arxitektura anlayışı. Fon Neyman prinsipləri.  
EHM-lərin inkişаf tаriхi və nəsilləri.
 
 
 
Kompüterin  arxitekturası  dedikdə  aparat  –  proqram  vasitələrinin  ümumi 
prinsipləri və müəyyən sinif məsələlərin  həlli üçün  onların  funksional  imkanlarını  
təyin  edən  xarakteriskaları  başa    düşülür.    Kompüterin  arxitekturası  aparat  və 
proqram vasitələri  kompleksinin  qurulması  ilə bağlı  bir çox  amilləri  nəzərə  alan 
məsələləri əhatə  edir.  Bu  amillərdən əsasları kompüterin  qiyməti,  tətbiq sahəsi,  
funksional  imkanları,  istismarın  asanlığı    hesab    olunur.    Kompüterin 
arxitekturasının əsas tərkib hissələri aşağıdakı kimi təsvir olunur.  
Kompüterin  arxitekturası    və  strukturu  anlayışlarını  bir-birindən 
fərqləndirmək  lazımdır.  Kompüterin strukturu müəyyən  səviyyədə onun konkret 
tərkibini  ( qurğular,  bloklar,  qovşaqlar və  s.)  və onlar arasındakı əlaqələri  təyin 
edir.    Arxitektura  isə    kompüterin    tərkib  hissələrinin  hansı  qaydalarla  qarşılıqlı 
ə
laqələndirilməsini  təyin edir. Tərkib hissələrinin  təsviri  isə  yalnız  bu  qaydaların 
formalaşdırılması üçün  tələb  olunan  səviyyədə  verilir.  Həm  də əlaqələrin  hamısına 
yox, əsasən  bu  vasitələrdən istifadə  olunması üçün  lazım  olanlarına baxılır. 
 
 
 
downloaded from KitabYurdu.org


 
 
Məsələn,  istifadəçi üçün kompüterin  hansı elementlərdə qurulması, əmrlərin  
sxem və ya proqram vasitələri    yerinə yetirlməsi əhəmiyyət  kəsb etmir. Əhəmiyyət  
kəsb  edən    məsələlər  bunlardır:  kompüterin  bu  və  ya  digər    xüsusiyyətləri 
istifadəçiyə verilən    imkanlarla    necə əlaqəlidir,    kompüterin    tərkibinə  daxil  olan  
qurğuların  xarakteriskaları  bir-birilə  necə əlaqələndirilir    və  bu  xarakteriskalar 
kompüterin ümumi xarakteriskalarına necə təsir edir və s. Başqa sözlə, arxitektura 
kompüterin  layihələndirilməsinin,    qurulmasının  və  proqram  təminatının  ümumi 
problemlərini əks etdirir. 
V    nəsilin    bəzi    nümayəndələrin  çıxmaqla    bütün    nəsil    kompüterlərin 
arxitekturasında məşhur  amerika  alimi  Con  fon  Neyman  tərəfindən 40-cı  illərdə 
təklif etdiyi prinsiplər əsas götürülür. Başqa sözlə desək indiki kompüterlər hələ ki, 
Neyman  arxitekturası    ilə    qurulur.    Neyman    arxitektirasının  əsas  prinsipləri 
aşağıdakılardır: 
 
1. Yaddaş – məsələhəllinin proqramını, verilənləri, aralıq və con nəticələri yadda 
saxlamaq üçün kompüterin yaddaşı olmalıdır. 
 
2.  Proqram  –  kompüterdə  informasiyanın  emalı  proqramların  köməyilə  yerinə 
yetirilir. 
 
3.  Ünvanlılıq  –  Kompüterdə  bütün  verilənlər  –  həmçinin  proqram  əmrləri 
müxtəlif ünvanlarda yerləşdirilir və emal zamanı proqramda bu verilənlərin özləri yox, 
ünvanları iştirak edir. 
 
4.  Avtomatizm.  Proqram  və  verilənlər  kompüterin  yaddaşına  daxil  edildikdən 
sonra,  maşın  proqrmın  ərlərini  insanın  müdaxiləsi  olmadan  avtomatik  yerunə  yetirir. 
Yəni kompüter ardıcıl olaraq proqramın yerləşdiyi ünvanlara müraciət edir. 
 
5.  Ünvandəyişmə. Yaddaşda göstərilən ünvanlar proqramdakı təlimatlara əsasən 
hesablana və dəyişdirilə bilər, yəni kompüter yerinə yetirdiyi əmri özü hazırlaya bilər. 
Kompüter  proqramla  idarə  olunan  avtomatdır,  yəni  kompüterin işləməsi 
üçü
n  proqram  lazımdır.  Proqram  bir  tərəfdən  kompüterin  işini  idarə  edir,  digər 
tərəfdən isə qoyulmuş məsələni həll edir. 
downloaded from KitabYurdu.org


 
Kompüter  ardıcıl  ünvanlanan  vahid  yaddaşa    malik    olmalıdır.  Yaddaş 
birölçülü  və  xəttidir,  yəni  sözlər vektor şəklindədir.  Həmin  yaddaşda müəyyən 
ü
sulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır. 
Ə
mrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərlə 
verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər. 
Verilənlərin    təyin    edilməsi  aparat  səviyyəsində  yox,  proqram  səviyyəsində 
aparılır.  Məsələn, maşın sözündəki  bitlər yığımının hər hansı ədəd və ya simvollar 
sətri olmasını proqram müəyyənləşdirilir. 
   
Kompüter texnikasının  inkişaf  mərhələlərində  Neyman  arxitekturası xeyli  
təkmilləşdirilmiş    və    kompüterə  qoyulan  tələblərin    böyük  hissəsi  proqram 
vasitələrinə  istiqamətləndirilmişdir. 
Ə
vvəllər  I və II nəsil kompüterlərin aparat və proqram vasitələri bir-birindən 
asılı    olmadan,    ayrı-ayrılıqda  yaradılırdı.  III  nəsildən  (60-cı    illərin  sonu) 
başlayaraq  kompüterin    aparat    (ingilisçə “hardware”)  və  proqram  (“software”) 
vasitələri  vahid  bir  sistem  kimi  layihələndirilməyə başlandı.  Bununla  da  prinsip 
baxımdan  yeni  olan  “kompüterin  arxitekturası”  anlayışı yarandı.   
Neyman  arxitekturalı  hər  bir  kompüter  iki  hissədən  -  mərkəzi  və  periferiya 
(xarici)  -  ibarət  olur.  Mərkəzi  hissə  hesab-məntiq  qurğusundan  (HMQ),  idarəetmə 
qurğusundan  (İQ)  və  daxili  yaddaş  qurğusundan  (DYQ)  ibarətdir.  Müasir 
kompüterlərdə  HMQ  və  İQ  prosessor  adlanan  bir  qurğuda  birləşdirilir.  Periferiya 
hissəsinə  xarici  yaddaş  qurğuları  (XYQ),  daxiletmə  -  xaricetmə  qurğuları  (DXQ)  və 
idarəetmə  pultu  (İP)  daxildir.  Köhnə  kompüterlərdə  (I  və  II  nəsil)  mərkəzi  hissə  ilə 
periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə əlaqələndirilirdi. Bu isə periferiya 
qurğularının  tərkibini  və  sayını  istifadəçilərin  tələblərinə  uyğun  quraşdırmağa  imkan 
vermirdi. Müasir kompüterlərdə mərkəzi 
 
İlk  EHM  ABŞ-da  C.Maykli  və  D.Ekkertin  hazıladığı  və  1946-cü  ildə  işə 
salınmış  ENİAC  kommpüteridir.  Bu  maşın  Con  Fon  Neyman  tərəfindən  verilmiş 
prinsiplər  əsasında  qurulmuşdu  Bu  kompüterin  məntiq  elementləri  elektron-qaz 
lampaları əsasında qurulmuşdu və saniyədə 1000 mikroəmr yerinə yetirə bilirdi. Yaddaş 
downloaded from KitabYurdu.org


 
kimi ferrit içlikli elektromaqnit makaralardan istifadə olunurdu. Bu tip maşınlar I nəslə 
aiddir. 
 
EHM-in  nəsili  dedikdə  müxtəlif konstruktorlar tərəfindən,  amma eyni 
elmi və  texniki prinsiplər əsasında yaradılan bütün EHM tipləri  və modelləri başa 
düşülür.    Hər    bir    yeni    nəslin    yaranması əvvəlki    nəsildəkindən    prinsipcə  
fərqlənən  yeni    elektron  elementlərinin,    istehsal    texnologiyasının  meydana  
gəlməsi  ilə xarakterizə olunur. 
Birinci    nəsil  (1946-1958)  EHM-lərin  element  bazası  elektron  vakuum 
lampaları.  Passiv  elementlər  kimi  rezistorlardan  və  kondensatorlardan  istifadə 
edilmişdir.  Elektron  lampaları metal özül üzərində yerləşdirilir,  özül özü EHM-in 
korpusuna  bağlanır.    Elementlər    naqillərlə  birləşdirilir.    Birinci    nəslin    EHM-ləri 
MESM,  BESM,    ENİAC    (Electronic    Numerical  İntegrator  and  Computer)  18000 
elektron lampasından istifadə olunurdu. 
Nəslin əsas  xarakteristikası: 
1. Ölçüləri: bu maşınlar iri şkaflardan ibarət idi və 200 m
2
 sahə tuturdu, çəkisi 
27 ton. 
2. Sürəti: saniyədə 10-20 min əməliyyat. 
3. İstismarı şox mürəkkəb idi, lampalar tez-tez sıradan çıxırdı. 
Birinci    nəsil  EHM-lərin  yaddaşı  maqnit  barabanlarında  təşkil    olunurdu. 
Birinci  nəsil  hesablama  maşınları üçün  xarakterik  istifadə üsulu  maşınla  bilavasitə 
mübadilə üsulu    olmuşdur.    Proqramlar  əsasən    maşın    dilində (əmrlərin    ikilik- 
səkkizlik  say  sistemindəki  kodlarından  istifadə edərək)  yazılırdı. Əsas  iş  rejimi 

açıq” rejim idi. Bu rejimin mahiyyəti aşağıdakılardan ibarətdir: 
Maşın T  müddəti ərzində proqramçı-riyaziyyatçının ixtiyarına verilirdi. 
T=t
1
+t
2
+t

t
1
-  müddətində proqramçı  idarəetmə pultu arxasında oturub proqramı sazlayırdı. 
Proqramın  hissə-hissə  icrası    mümkün  olurdu.    Proqram  sazlandıqdan  sonra 
alqoritmin sazlanması başlanırdı (t
2
 müddəti). Nəhayət, alqoritm  seçildikdən sonra 
və proqram  sazlandıqdan sonra  məsələnin özü  həll  olunurdu(t
3
  müddəti). 
downloaded from KitabYurdu.org


 
Ü
mumiyyətlə, t
1
 maşın vaxtı sərfinin 50 %-ə qədərini təşkil edirdi (t
1
+t
2
)>>t
3

Belə  maşınlardan  biri  İBM  firmasının  laboratoriyasında  Hovard  Aykenin 
rəhbərliyilə bir qrup alim tərəfindən hazırlandı və onu Mark I adlandırıldı. Mark I 
23 mərtəbəli onluq ədədlər ilə dörd əsas hesab əməliyyatını yerinə yetirirdi, həm də 
xüsusi    daxili    alqoritmlərin  koməyilə  triqonometrik  və    loqarifmik    funksiyaları 
hesablaya    bilirdi.    Maşın    yalnız    irəliyə    tərəf    hərəkət  edən  perfolentdən 

proqramlaşdırılırdı”  (perfolentdə    də  informasiya  perfokartda  olduğu    kimi 
müəyyən  yerlərdə  deşiklərin  açılması  ilə  kodlaşdırılırdı). Buna görə  də  dövrlərin 
yerinə yetirilməsi və idarənin geriyə ötürülməsi mümkün deyildi. EHM-in iş rejimi –
birproqramlı. 
İ
kinci    nəsil  (1959-1963)  EHM-lərin    element  bazasının  aktiv    elementlər 
yarımkeçirici  cihazlar (tranzistorlar, diodlar), passiv  elementləri  isə rezistorlar və 
kondensatorlar  olmuşdur.   Yarımkeçirici  elementlər    elektron    lampalarını əvəz 
etmişdir.    EHM-in    bütün  xarakteristikasına,    imkanlarına,  hazırlanma  prosesinə, 
ö
lçülərinə, etibarlığına,  sürətinə,  istismar şərtlərinə  və s. əhəmiyyətli dərəcədə təsir 
göstərdi. İlk yarımkeçirici RCF-501 modeli (1959 -ABŞ) olmuşdur. 
Nəslin əsas xarakteristikası: 
1. Ölçüləri:  EHM-lər  eyni  tipli  insan  boyundan  bir  az böyük şkaflardan 
ibarət idi, maşınların qurulması üçün xüsusi maşın zalı tələb olunurdu. 
2. Sürəti: saniyədə 100 minlərlə -1 mln. əməliyyat idi. 
3.  İstismar    sadələşmişdi,    etibarlığı  artmışdı,    isinmə    yox    idi.    Bir    neçə 
element sıradan çıxdıqda plata bütöv dəyişdirilir. 
4. Proqramlaşdırma əhəmiyyətli  dərəcədə  dəyişir, daha mükkəməl alqoritmik  
dillər meydana gəlir. Proqramçıların  maşın zalında  olmasına ehtiyac qalmır, orada 
xüsusi  ixtisaslı  operatorlar  işləyir.    Məsələlər    paket    rejimində    həll  olunur,  yəni 
bütün proqramlar EHM-ə bir-birinin ardınca daxil edilir. 
Bu    maşınların  yaddaşı  kiçik    həlqələr  şəklində    olan    maqnit  özlüklərində 
təşkil edilmişdir. 
downloaded from KitabYurdu.org


 
İ
kinci  nəsil  maşınların  struktur  xüsusiyyətlərindən  biri  də  odur  ki,  onlarda 
pilləvari    iyerarxik    yaddaşdan  istifadə    olunmuşdur.  Burada  müəyyən    miqdarda 
registrlərdən ibarət olan yüksək sürətli əməli yaddaş maşının HMQ-ya daxil edilir. 
İ
kinci    nəsil    maşınların    daxiletmə    və  xaricetmə  proseslərinin    idarə 
edilməsinin 
İ
Q-dən 
ayrılmasıdır, 
yəni 
qismən 
idarəetmənin 
qeyri-
mərkəzləşdirilməsi  prinsipə  keçilməsidir.  Əsas  İdarəetmə    Qurğusu  uyğun 
daxiletmə-xaricetməci  qurğulara,  onların  icra  edəcəyi  əməllər  haqqında 
informasiyanı ötürür.  İkinci  nəslın  EHM-ləri  BESM-6,  Dnepr-1.  EHM-in  iş  rejimi  – 
paket emalı. 
Üçü
ncü    nəsil  (1964-1972)  maşınlar    struktur  cəhətdən  daha  da 
təkmilləşdirildi.    İstifadə üsuluna  görə əlverişli    imkanlar    yaradılmışdır.    Mərkəzi 
prosessor  mürəkkəbləşmiş,  onun  tərkibinə    bir    neçə    xüsusi  prosessor  daxil 
edilmişdir(məs.  tam  10-luq ədədlər üzərində əməlləri  yerinə yetirir, müəyyən qrup 
ə
məllər  icra  edir  və  s.).  Əgər    ikinci    nəsil    maşınlarda    yalnız  ünvanların  
dəyişdirilməsi  mexanizmindən  istifadə    olunurdursa,    indi  ünvanların    hasili  
qurğusundan  istifadə olunur.  Üstün    cəhətlərə    malikdir,    məsələn,  proqramlar  və  
verilənlər yaddaş daxilində öz yerlərini  dəyişə  bilir;  hər  bir  məsələnin proqramı  
və  verilənləri  digər proqramlar tərəfindən  müdaxiləyə qarşı  mühafizə olunur və  s.  
Hal-hazırda  bu  əməliyyatlar  ƏS    tərəfindən    yerinə  yetirilir.  Üçüncu    nəsil  
maşınlarda  idarəetmə prosesi  yüksək  dərəcədə    təkmilləşdirilmişdir    və  qeyri-
mərkəzləşdirilir.    İnformasiya  mübadiləsi  üçün  xüsusi  selektor  və  multipleks 
kanalları yaradılmışdır. 
Multipleks   kanalı –    Eyni    zamanda   bir    neçə   nisbətən  yavaş  işləyən  XQ-
nin(çap qurğusu, informasiyanı daxil edən müxtəlif qurğular və s.) işini idarə edən 
kanal. 
Selektor  kanalı – üstünlüyə    malik    bir  XQ-nin  işini    idarə  edən  kanal.  SK 
monopol rejimdə sinxron işləyən XQ-lər üçün nəzərdə tutulmuşdur. 
Üçü
ncü    nəsil    EHM-lərin  element  bazası    inteqral    sxemlərdən  istifadə 
olunurdu.  İnteqral    sxem  müəyyən  funksiyanı    yerinə    yetirən  elektron 
downloaded from KitabYurdu.org


 
sxemdir.Texniki  olaraq  ölçüləri  mm
2
  ifadə  olunan  silisium  kristalında  hazırlanır 
(İlk İS 1958 -Djek Kilbi və 2000-ci ildə Nobel mükafatı. Eyni vaxtda Robert Noys). 
İ
nteqral sxemin mühüm  xarakteristikası onun inteqrasiya dərəcəsidir. 
KİS(kiçik inteqral sxem) - kristalda 100 elementə qədər 
OİS(orta inteqral sxem) – kristalda 1000 elementə qədər 
BİS(böyük inteqral sxem) – kristalda 100000 elementə  qədər 
İ
BİS(ifrat böyük inteqral sxem) – kristalda 1000000 elementdən artıq 
Üçü
ncü    nəsil    EHM-lərdə    istifadə üsulu  vaxtın    bölüşdürülməsi.    Müəyyən 
miqdarda istifadəçi  kifayət  qədər kiçik  zaman  intervalı ərzində  bilavasitə maşınla 
ə
laqədə olur – paket emalının mənfi cəhətləri müəyyən qədər aradan qaldırılır. ƏS 
isə proqramçı və operator tərəfindən icra olunan funksiyaları daha böyük hissəsini 
ö
z  üzərinə    götürmüşdür.  Üçüncü    nəsil    EHM-lərin  əsas  istifadə üsulu    vaxtın 
bölüşdürülməsidir. 
Bu nəslin EHM-ləri İBM 360/370, ES EHM. 
Üçü
ncü nəsil EHM-lərin xarakteristikası: 
1. Ölçüləri: xarici tərtibatı ikinci nəsil EHM-lərə oxşardır. 
2. Sürəti: saniyədə milyonlarla əməliyyat. 
3. İstismarın xarakteri  dəyişmişdir.  Sıradan çıxan  elementlərin  təmiri 
operativ həyata keçirilir. 
4.  Proqramlaşdırma  texnologiyası  və  EHM-də  məsələnin  bundan  əvvəlki 
nəsillərdə    analoji    prosesə  oxşardır.    Displeylər  EHM-lə  daha  operativ  ünsiyyətə 
imkan verir. 
Dördüncü    nəsil(1973...)    EHM-ləri    BİS  və İBİS  texnologiyasına  əsaslanır. 
Dördüncü nəsil EHM-lərə çoxprosessorlu HS-lər  aid  edilə  bilər.  Onlarda  bir  sıra 
xarakteristikalar üçüncü nəsl EHM-lərə nəzərən daha  da yaxşılaşdırılmışdır(sürət, 
etibarlıq, strukturun avtomatik dəyişdirilə bilməsi  – rekonfiqurasiya və  s.).   Misal 
olaraq Elbrus-2 çoxprosessorlu  kompleksini  göstərmək  olar(san.  100  mln-dək 
ə
məliyyat  yerinə  yetirə  bilir, əmrlər  sistemi  yüksək səviyyəli  alqoritmik  dillərə 
ç
ox yaxındır və s.). 
downloaded from KitabYurdu.org


 
Dördüncü    nəsil    maşınları    iki    istiqamətdə    inkişaf    etdirilir    və 
təkmilləşdirilir.  Birinci  istiqamət  sürəti  saniyədə  10  milyard  əməliyyatdan  artıq 
olan  çoxprosessorlu  hesablama  sistemləri  yaradılması.  İkinci  istiqamət  ucuz  və 
kompakt  mikroEHM-lərin    və    onların    bazasında  hesablama  şəbəkələrinin 
yaradılması. 
Hesablama şəbəkələri  bir-birindən  müəyyən  məsafədə  olan  və informasiya 
mübadiləsi, məsələlərin birgə həlli üçün bir neçə EHM-in xüsusi xətlə birləşdirilmiş 
sistemdir. 
Beşinci  nəsilin  xüsusiyyətləri  Yaponiya  elmi-tədqiqatlar  komitəsinin  işi  ilə 
ə
laqədar  olmuşdur (1981  il).  Həmin  layihəyə əsasən  beşinci  nəslin kompüterləri 
yüksək məhsuldarlığa  və etibarlığa  malik  olmaqla  ucuz  qiymətli  olmalı, İBİS-lər  
və  yeni  texnologiyalar  əsasında    qurulmalı,    keyfiyyətcə  yeni  funksional  tələblərə 
cavab verməlidir. 
İ
nformasiyanın    səs    və    təsvirlərlə  daxil    və    xaric    edilməsinin    səmərəli 
sisteminin    tətbiq    olunması,    təbii    dillərdən  istifadə  etməklə    informasiyanın  
dialoq rejimində işlənməsi və məntiqi nəticəyə gəlmənin reallaşdırılması. 
 
V  nəsil  kompüterləri  formal  olaraq  intellektual  kompüterlər  adlandırırlar.  Bu 
kompüterlər  özü-özünü  proqramlaşdıra  bilməli  və  tam  mükəmməl  informasiya 
mübadiləsi  texnologiyalarına  malik  olmalıdir.  Müasir  kompüterlərlərdə  intellektual 
elementlərdən  –  Smart  və 
Pluq  аnd  Plаy  texnologiyalardan,  həmçinin  geyri  səlis 
məntiqli (Lütfizadə nəzəriyyəsi) elektron qurğulardan istifadə olunmağa başlanmışdır. 
 
 
 
 
 
Mühazirə 2.  
EHM-lərin ümumi strukturu və növləri
   
Kompüter qurğularına baxdıqda onların arxitekturası və strukturu bir-birindən fərqlənir. 
Kompüterin  arxitekturası  istifadəçinin  proqramlaşdırma  imkanlarının,  əmrlər  sisteminin, 
ünvanlanma sisteminin, yaddaşın təşkilinin və s. təsviri daxil olmaqla onun hər hansı ümumi 
səviyyədə  təsvirinə  deyilir.  Arxitektura  kompüterin  əsas  məntiqi  hissələrinin  -  prosessor, 
downloaded from KitabYurdu.org


 
əməli  YQ,  xarici  YQ  və  periferiya  qurğularının  iş  prinsipini,  informasiya  əlaqələrini  və 
qarşılıqlı  birləşməsini  müəyyən  edir.  Müxtəlif  kompüterlərin  arxitekturasının  ümumiliyi 
istifadəçi nöqteyi-nəzərindən onların uyğunlaşmasını təmin edir. 
Kompüterin  strukturu  onun  funksional  elementlərinin  və  onlar  arasında  olan  əlaqələrin 
yığımıdır.  Kompüterin  hissələri  ən  sadə  sxemlərdən  ən  müxtəlif  qurğulara  qədər  ola  bilər. 
Kompüterin  strukturu  qrafiki  olaraq  struktur  sxemlər  şəklində  təsvir  edilir.  Bu  sxemlər 
vasitəsilə hər hansı detallaşdırma səviyyəsində kompüterin təsvirini vermək olar. 
Ən çox yayılmış aşağıdakı arxitekturalardır: 
Klassik arxitektura (fon Neyman arxitekturası) - verilənlər axınının keçdiyi bir HMQ və 
əmrlər  axınının  (proqramın)  keçdiyi  bir  İQ.  Bu,  birprosessorlu  kompüterdir.  Ümumi  şinli 
fərdi kompüterin arxitekturası da bu tip arxitekturaya aiddir. Burada bütün funksional bloklar 
öz aralarında sistem magistralı adlanan ümumi şinlə əlaqələndirilirlər. 
Fiziki  olaraq  magistral  elektron  sxemlərinin  qoşulması  üçün  yuvalara  malik  olan  çox 
naqilli  xətdir.  Magistralın  naqilləri  ayrı-ayrı  qruplara  bölünür:  ünvan  şini,  verilənlər  şini  və 
idarəetmə şini. 
Periferiya qurğuları (printer və s.) xüsusi kontrollerlər - periferiya qurğularını idarə edən 
qurğular vasitəsilə kompüterə qoşulur. 
downloaded from KitabYurdu.org

10 
 
Müasir  fərdi    kompüterlərin  arxitekturası    magistral  – modul    prinsipinə 
ə
saslanır. 
- Modul  prinsipi  istifadəçiyə  kompüterin  konfiqurasiyasını  istədiyi  kimi 
komplektləşdirməyi və modernləşdirməyi etmək üçün imkan yaradır. 
-  Magistral    (şin)  prinsinpi  kompüterin  qurğularını  bir-biri  ilə  informasiya 
magistralı (sistem magistral) vasitəsilə birləşməyə imkan yaradır. 
Magistral-modul prinsipi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müasir hesablama maşınlarını əsasən dörd böyük sinfə bölmək olar: 
· 
Superkompüterlər 
· 
Meynfreymlər 
· 
MiniEHM-lər 
· 
Portativ kompüterlər 
Ямяли 
йаддаш 
гурьусу 
Видeоада
пт
ер 
Клавиатур
а 
контролле
ри 
Sərt 
магнит 
диск 
контролл
ери 
Cevik 
магнит 
диск  
контролл
ери 
Mouse 
контроллер
и 
ПРИНТЕР 
Сканер
 
СКАНЕР 
Шякил 1. Фярди компцтерлярин структур схеми 
Мяркязи 
просессор 
 
 
КЕШ 
йаддаş 
Систем  
magistralı
 
ssmmmmma
ш
ини  

 
Mouse
 
MOUSE 
 
Шябякя 
контроллер
и 
Принтер 
контроллер
и 
Сканер 
контроллер
и 
 
PSI,
 
ISA
 
 
Monitor 
 
Klaviatura 
Сярт 
mагнит 
диск
 
гурьусу
  
(HDD)
 
 
Çevik
 
магнит 
диск 
гурьусу 
(FDD) 
downloaded from KitabYurdu.org

11 
 
Superkompüter    –  çox  prosessorlu  hesablama    sistemidır.  İlk 
superkompüter  amerikalı  elektronçu-mühəndis  Seymur    Krey  tərəfindən  1975-ci 
ildə  yaradılmışdır.  Kompüterlərin    məhsuldarlığı  ədədlər    (sürüşən  vergüllü) 
ü
zərində    bir    saniyədə  aparılan  hesab  əməliyyatlarının  sayı    ilə  ölçülür. 
Superkompüterlərin    məhsuldarlığı    sürüşən  vergüllü ədədlər  üzərində    saniyədə 
yerinə    yetirilən    trilyon  əməliyyatlarla  ölçülür.    Superkompüterlərdən 
aerodinamika, seysmologiya, nüvə  fizikasında və  digər elm sahələrində meydana 
çı
xan mürəkkəb  məsələlərin  həllində geniş istifadə  olunur.  Superkompüterlərdə 
ç
oxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə 
etmək olur. Superkompüterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülür. 
Meynfreym    – ümumi    məqsədli    yüksək    məhsuldarlığa    malik    universal 
elektron-hesablama  maşınıdır.    70-ci    illərdə    dünya    kompüter  parkının    böyük 
hissəsini  meynfreym  kompüterləri  təşkil  edirdi.  Fərdi  kompüterin  inkişafı  ilə 
ə
laqədar    olaraq    meynfreymlərin    tətbiq  sahələri    azalmağa  başladı.  Buna 
baxmayaraq  bu  kompüterlərdən  müdafiə,  maliyyə  və  sənaye sahələrində  geniş 
istifadə  olunur.  Meynfreym    kompüterləri    böyük,    mürəkkəb    hesablamalar 
aparmaqla  yanaşı özünə çoxlu  sayda  terminal  birləşdirir.  Təyyarə  və qatarlara 
sərnişin  biletlərinin satışını  mərkəzləşdirilmiş qaydada həyata keçirən  hesablama 
sistemlərində  meynfreymlərdən istifadə  olunur.  Meynfreym  kompüterləri əsasən 
İ
BM  firmasında istehsal olunur.  Bu cür  kompüterlərin  qiyməti  1  milyon dollar  
dəyərində    olur.    Hal-hazırda  istifadə  olunan  16-32  mikroprosessorlu  server 
kompüterlər meynfreym kompüterlərin sələfləri sayılır. 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin