Mini EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompüterlərə
nəzərən kiçik olan kompüterlər 1965-1980-ci illərdə mini-EHM adlanırdı. Hal-
hazıda mini-EHM dedikdə fərdi kompüterlər nəzərdə tutulur. Fərdi kompüterlərin
kütləvi istehsalına 1981-ci ildən başlanmışdır.
Portativ kompüterlər
adətən ofisdən kənar - evdə, təqdim etmə mərasimlərində və ya
ezamiyyətlərdə işləməsi gərək olan müəssisə rəhbərlərinə, menecerlərə, alimlərə,
jurnalistlərə lazımdır. Bu qurğular bir neçə saat ərzində akkumulyator batareyasının
downloaded from KitabYurdu.org
12
köməyilə işləyə bilir. Bu onların fərqləndirici xüsusiyyətidir.
Portativ kompüterlərin əsas növləri aşağıdakılardır:
•
noutbuk (notebook);
•
ultrabuk (ultrabook);
•
netbuk (netbook);
•
planşet (tablet PC);
•
çib kompüteri (pocket PC);
•
kommunikatorlar və smartfonlar.
Laptop (lap
— diz və
top
— üst sözlərindən). Ölçülərinə görə adi portfelə yaxındır. Əsas
xarakteristikalarına görə (sürət, yaddaş) təxminən stolüstü fərdi kompüterlərə uyğun
gəlir. İndi bu növ kompüterlər öz yerlərini daha kiçik kompüterlərə verirlər.
Notebook (bloknot). Ölçülərinə görə o, iri formatlı kitaba yaxındır. 2 kq-a yaxın
çəkisi var. Portfel-diplomatın içinə yerləşir. Ofislə əlaqə üçün onu adətən modernlə
komplektləşdirirlər. Noutbukları çox vaxt DVD-RW diski idarə edən qurğu ilə təchiz
edirlər.
Bir çox müasir noutbukların daxilində standart portlu bir-biri ilə əvəz edilə bilən
bloklar vardır. Belə modullar çox müxtəlif funksiyalar üçün nəzərdə tutulur. Eyni bir
porta ehtiyac olduqca kompakt-disklərin intiqalını, maqnit disklərində olan yaddaş
qurğusunu, ehtiyat batareyasını və ya mobil vinçesteri qoşmaq olar. Noutbuk qidalanma
gərginliyinin sıçrayışla dəyişmələrinə qarşı dayanıqlıdır. Hətta əgər o, enerjini adi
elektrik şəbəkəsindən alırsa, sıçrayışla dəyişmə olduqda o, ani olaraq
akkumulyatorlardan qidalanmağa keçir.
Planşet kompüterlər (Tablet PC). Bu kompüterlərin meydana çıxması Bili
Geytsin adı ilə bağlıdır: məhz Microsoft firmasının başçısı 2000-ci ilin yazında
"gələcəyin kompüteri" konsepsiyasını elan etdi.
downloaded from KitabYurdu.org
13
Təsəvvürünüzə adi noutbuku gətirin və onu 2 hissəyə bölməklə sındırın: prosessor və
digər daxili hissələri maye kristallı ekranın arxasında yerləşdirin, ekranın özünü isə
barmağın toxunmağına həssas edin. Bunun sayəsində biz özümüzü bir dəfəlik həm
klaviaturadan, həm də mausdan azad etmiş oluruq: mətni xüsusi elektron qələmlə daxil
etmək, işarələri isə barmağı toxunmaqla olar. TablePC-nin ekranı, cib kompüterində
olduğu kimi, barmaqla toxunuşa həssasdır.
Şübhəsiz ki, belə kompüterin hesablama gücü adi kompüterlər və noutbukla
müqayisədə bir qədər az olacaqdır. 2001-ci ilin axırlarında nümayiş etdirilən TablePC-
nin prototipi 600 meqahers tezlikli prosessora, 128 Mb əməli yaddaşa və 10 Qb sərt
diskə malik idi. Əlbbət ki, əksər hallarda bu cür kompüterin gücü mətni yazmaq,
elektron poçtunu qəbul etmək, filmə baxmaq və ya sevimli musiqi qrupunun yeni
albomuna qulaq asmaq kimi sadə məişət məsələlərini həll etmək üçün kifayət edir.
Tutduğu yerə gəldikdə isə, TablePC adi kitabın tutduğu yer qədər yer tutur və bu
zaman onun imkanları heç də adi kompüterin imkanlarından geri qalmır. Əgər enerji
tələbatı kimi, əsas problem həll olunarsa, o zaman TablePC sadə noutbukların əlbəttə ki,
üstələyəcəkdir.
Eyni zamanda, əgər Bili Geytsin sözünə inansaq, TablePC-nin inqilablılığı onun
kiçik ölçülərdə olmıası yox, kiçik kompüter ideologiyasında olmasıdır. Siz TablePC
kompüterini nəinki adi qol saatı və ya mobil telefon kimi özünüzlə gəzdirə, həmçinin
digər əşyalar kimi, həmin kompüterlə çox sadə bir tərzdə davrana bilərsiniz. TablePC
kitab va dəftərləri, jurnal və qəzetləri, qeyd kitabçalarını və orqanayzerləri əvəz
edəcəkdir. Gələcəkdə isə, mobil telefonla birləşərək, TablePC Vahid Rəqəm Rabitə
Mərkəzinə (VRMM) çevriləcəkdir.
Bizim həyatımıza "fərdi rəqəmsal köməkçinin" (FRK - ingilis dilindn PDA-
Personal Digital Assistant) və ya "cib kompüterlərinin" daxil olması ilə
miniatürləşdirmə üzrə daha bir rekord əldə edilmiş oldu.
downloaded from KitabYurdu.org
14
Palmtop
(ovuc içi) ən kiçik müasir fərdi kompüterlərdir. Ovucda yerləşirlər. Enerjidən
asılı olmayan elektron yaddaş onlarda maqnit disklərini əvəz edir. Disklərdə olan
yaddaş qurğuları yoxdur - adi kompüterlərlə informasiya mübadiləsi rabitə xətləri ilə
aparılır. Əgər Palmtopa onun daimi yaddaşına yazılan işçi proqramlar yığımı əlavə
olunsa, onda
PDA
alınır.
Portativ kompüterlərin imkanları daim genişlənir. Məsələn,
ASUS p550
müasir cib
kompüteri
(pocket PC)
məsələlərin siyahısını tutmaq, audiofayllar daxil olmaqla qeydləri
yadda saxlamaq, təqvimlə işləmək, elektron ünvanı oxumaq, PC, mobil telefonla
sinxronlaşmaq üçün lazım olan hər şeyə malikdir. Bundan əlavə ASUS video və səs
roliklərini oxutmaq, İnternetə daxil olmaq, sənədlərə və elektron cədvəllərinə baxmaq
və onları redaktə etmək, faylları yadda saxlamaq, onlarda sözləri axtarmaq, şəkillərə
baxmaq, ev mühasibatını aparmaq, oyun oynamaq, Acrobat Reader-in köməyilə
elektron kitabları oxumaq, proqram təminatı ilə mükəmməl işləməyə imkan verir.
Komminikatorlar.
Bu qurğular da praktiki olaraq, adi PC-dən heç nə ilə fərqlənmirlər.
Yalnız fərq ondan ibarətdir ki, burada daxildə quraşdırılmış GSM-modulu və adi mobil
telefonla işləməyə oxşar iş görmək üçün əlavə işlənmiş xüsusi proqram təminatı vardır.
Belə ki, "danışıq" funksiyaları kommunikator üçün ikinci yerdə durur. Əsas məsələ,
əlavə modullardan istifadə etməməklə, mobil şəbəkə vasitəsilə GRPS protokolu ilə
internetdə işləmək qabiliyyətidir. Ən geniş yayılmışı - Mobil Windows-2003 bazasında
və PalmOS platformasında yaradılan kommunikatorlardır.
Smartfonlar.
Əgər kommunikatorlar adi PC-dən əmələ gəlmişlərsə, smartfonlar adi mobil
telefonlardan yaranmışlar. Vaxt keçdikcə bu iki qurğu arasmdakı sərhəd yəqin ki,
silinəcəkdir, lakin indi bunların bir-birindən fərqli olması çox aydın görünür.
Kommunikatorlar - PC ilə mobil rabitə modulunun hibridindən ibarətdir. Smartfon isə -
yalnz rabitə üçün yaradılan həddindən artıq ağıllı olan mobil qurğudur. Aparat cəhətdən
onlar kommunikatorlara uduzurlar - buradakı prosessorun işləmə tezliyi zəifdir, daxildə
quraşdırılmış yaddaşın tutumu da azdır. Bundan başqa, smartfonda, FRK-da mütləq
vacib olan “əsas idarə qurğusu - stilus" yoxdur, çünki kiçicik ölçüdə ekran üçün sadəcə
downloaded from KitabYurdu.org
15
olaraq, buna ehtiyac yoxdur. Proqram təminatında da müəyyən fərqli cəhətlər vardır:
"Windows"un növbəti təkmilləşdirməsi əsasında əldə edilmiş "Phone Edition" proqram
təminatı çox da qenis tətbiq olunmur. Əksinə, "SymbianOS" xüsusi əməliyyat sistemi
ilə idarə olunan qurğulara daha tez-tez, rast gəlmək mümkündür.
Lakin bütün bunlara baxmayaraq, smartfonlar PC-ın bütün baza funksiyalarını yerinə
yetirə bilir: burada brauzer, poçt kliyenti, elektron cədvəli və mətn redaktoru,
planlaşdırıcı vardır.
Mühazirə 3
Registrlər və onların növləri
Kompüterlərin rəqəmsal siqnalları emal edən bütün qurğuları registrlər adlanan
bloklardan qurulur.
Registrlər sonlu uzunluqda maşın sözlərini müvəqqəti olaraq
ö
zlərində saxlanmasını və köməkçi sxemlər vasitəsi ilə orada müəyyən çevirmələr
aparılmasını təmin edən məntiq sxemləridir.
Registr ədədin və ya əmrin qısa müddətli yadda saxlanması funksiyasını yerinə
yetirir. Xüsusi elektron sxemləri bəzi registrlərin içindəkilərin üzərində bəzi
manipulyasiyaları yerinə yetirə bilər. Məsələn, sonrakı istifadə üçün əmrin ayrı-ayrı
hissələrini «kəsmək» və ya ədədlər üzərində müəyyən hesab əməllərini yerinə yetirmək
və s.
Registrin əsas elementi bir dənə ikilik ədədi (ikilik kodun bir mərtəbəsini) yadda
saxlamaq qabiliyyətinə malik
trigger
adlanan elektron sxemidir.
Registr ümumi idarəetmə sistemi vasitəsilə bir-biri ilə müəyyən qayda ilə birləşmiş
triggerlərin yığımıdır.
Registrlərdə yerinə
yetirilən əməllər mikroəməl adlanır. Hər mikroəməl uyğun
idarəedici siqnalın təsiri ilə icra olunur. Yerinə yetirilən əməliyyatların növünə görə bir-
birindən fərqlənən bir neçə registr növü mövcuddur. Bəzi mühüm registrlərin öz adları
downloaded from KitabYurdu.org
16
var, məsələn:
• cəmləyici
– Hesab-Məntiq Qurğusunun hər əməlin yerinə yetirilməsində iştirak edən
registri;
• əmrlər sayğacı
- içindəkilər növbəti yerinə yetirilən əmrin ünvanına uyğun gələn İQ
registri; ardıcıl yaddaş xanalarından proqramın avtomatik seçilib götürülməsi vəzifəsini
yerinə yetirir;
• əmrlər registri
- əmrin yerinə yetirilməsi üçün zəruri olan bir müddət ərzində əmrin
kodunu yadda saxlayan İQ registri. Onun mərtəbələrinin bir hissəsi
əməliyyatın kodunu,
digər
hissəsi isə
operandların ünvanlarının kodlarını
yadda saxlamaq üçün istifadə olunur.
Registr n-mərtəbəli ikilik sözlər üzırində məntiqi çevirmələri yerinə yetirən
və saxlayan ardıcıl rəqəmli qurğudur. Registr ardıcıl triggerlər toplusudur
(triggerlərin sayı sözün mərtəbə sayı ilə uyğundur).
Onlarda əsasən aşağıdakı əməliyyatlar icra olunmalıdır:
1) Registrin sıfır vəziyyətinə gətirilməsi (silinməsi)
2) Sözün qəbul edilməsi (məs. başqa registrdən)
3) Sözün digər sxemə ötürülməsi(məs.registrə)
4) Düz kodun əks koda və əksinə çevrilməsi (invertor)
5) Sözün sağa və ya sola müəyyən mərtəbələr qədər sürüşdürülməsi
6) Ardıcıl kodun parallel və əksinə çevrilməsi
7) Registrlərdə mərtəbə-mərtəbə dizyunksiya, konyunksiya və iki moduluna
görə ədədlərin toplanması əməllərinin yerinə yetirilməsi.
downloaded from KitabYurdu.org
17
n-mərtəbəli ikilik sözün saxlanması registrinin sxemi
S-registri n triggerdən ibarətdir. Registrin vəziyyəti triggerin vəziyyəti ilə
təyin olunur. Parafaz kodda S
n
, S
n
,...,S
1,
S
1
çı
xış siqnalların yığımı ilə təsvir olunur.
Giriş siqnalların toplusunun köməyi ilə parafaz kodda x
n
, x
n
, ..., x
1
, x
1
S
registrində saxlanması üçün n-mərtəbəli ikilik söz verilə bilər
X=x
n,
x
n-1
,...,x
1
Ə
gər girişə x
i
siqnalları daxil olursa (0 və ya 1 bərabər olan), onda S
registrin triggerləri x
i
dəyişənlərin qiymətinin vəziyyəti ilə təyin olunur. Girişə yeni
siqnalları daxil olana qədər registrin triggerləri S=X qiymətini saxlayır. S
n
registrində hər i-elementi (trigger) S
i
ikilik dəyişənə uyğundur və S registrin i-
mərtəbəsidir. Registrdə mərtəbələrin sayı onun uzunluğunu müəyyən edir. S
registrində n-yüksək mərtəbədir, 1 – kiçik. Registrin girişi X
n
–
giriş şini ilə, çıxışı
isə - çıxış şini ilə S
n
adlandırılır. N-mərtəbəli registrin vəziyyəti n-mərtəbəli ikilik
sözü ilə əks olunur. N-mərtəbəli S registrin vəziyyətinin sayı 2
n
bərabərdir. Əgər
registr ədədlərin saxlanması üçün istifadə olunursa, onda registrin hər vəziyyətinə
tam ədədlərdən biri 0...(2
n
-1) diapazonunda qoyula bilər.
Registrin vəziyyəti ikilik say sistemində tam ədədlə təsvir olunur (yazılışın
qısadılması üçün ikilik ədədin 8 və 16 – liq formasından istifadə etmək olar).
Simvollar vasitəsilə ilə də yazıla bilər (256 simvoldan).
Mürəkkəb rəqəmli qurğuların hazırlanmasında registrlərin rolu böyükdür.
downloaded from KitabYurdu.org
18
Registrin əsas xüsusiyyəti – strukturun eyni tipliyidir. Elementlərin
eyniliyi registrlərin hazırlanma, nəzarət, istismar prosesini sadələşdirməyə imkan
verir.
Registrlərdə yerinə yetirilən mikroəməllərin tipindən asılı olaraq aşağıdakı
tip registrləri mövcuddur:
-informasiyanın parallel qəbulu və ötürülməsi,
-informasiyanın ardıcıl qəbulu və ötürülməsi,
-informasiyanın ardıcıl qəbulu və parallel ötürülməsi,
- informasiyanın parallel qəbulu və ardıcıl ötürülməsi.
Giriş-çıxış kanallarının sayından asılı olaraq registrlər birfazlı (siqnallar bir
kanalla ötürülür) və parafazlı (cütfazlı – siqnallar iki kanalla ötürülür). Parafaz
registrlər RS-triggerlər, birfazlı D-triggerlər üzərində qurulur.
Registrlər mərtəbələrinin sayı ilə və tezliyi ilə xarakterizə olunur.
Yaddaş registri. Informasiyanın parallel qəbulu və ötürülməsi registrləri
yaddaş registri adlanır. Yaddaş registrlərin elementi kimi birfazlı giriş siqnallı
sinxronlu D-triggerlər istifadə olunur və ya parafaz giriş siqnallı RS-
triggerləri(şəkil 1).
Şəkil 1
RS-trigger ən sadə triggerdir və adətən Və Ya-Deyil və Və-Deyil elementləri
ü
zərində qurulur. RS– triggerin funksional sxemi. Triggerin iki simmetrik (R və
S) girişi və iki simmetrik (Q və Q-invers ) çıxışı var. Trigger VƏ YA –DEYİL
elementi
ü
zərində
qurulmuş
asinxron triggerdir.
downloaded from KitabYurdu.org
19
Ə
gər siqnal S - girişinə verilibsə, onda triggerin çıxışı həmişə 1 yadda
saxlayır. Əgər 1-ə uyğun siqnal R - girişinə verilibsə, onda çıxış 0 bərabərdir.
Q=1, siqnal S-ə verilib, Q-dəyişmir.
Q=0, siqnal S-ə verilib, Q=1.
Q=1, siqnal R-ə verilib, Q=0.
Q=0, siqnal R-ə verilib, Q- dəyişmir.
R və S girişlərinə 1 verilə bilməz.
“0”
-ın saxlanması : Tutaq ki, Q çıxışda – 0. Bu 0 yuxarı elementə(ventilə)
ö
türülür, inversiyalanır (1 alınır) və bu şəkildə aşağı ventilə ötürülür. Bu da
ö
znövbəsində yenidən inversiyalanır (0 alınır)və Q çıxışda 0 alınır.
“1”
-in saxlanması : Tutaq ki, S girişinə 1 verilib. Yuxarı ventilə ikinci
siqnal girir: 1- S-dən, 0- Q-dan. VəYa – Deyil elementi olduğu üçün çıxışda 0 olur.
0aşağı ventilə ötürülür, orada inversiyalanır(1 alınır) və Q çıxışında siqnal 1-ə
bərabər olur.
Registrin əvvəlcədən “0” vəziyyətinə sazlanması asinxron girişə “0sazlamaq”
siqnalın göndərilməsi ilə yerinə yetirilir. C sinxronlaşmış girişə siqnal daxil
olduqdan sonra registrdə informasiyanın dəyişməsi X girişində siqnalın
dıyişməsi ilə müşaidə olunur.
Sürüşdürmə registri. İnformasiyanın ardıcıl qəbulunu və ya ötürülməsini
yerinə yetirən registrlər sürüşdürmı registri adlanır. Sağa sürüşdürmə registrlərdə
x
1
daxil olan rəqəminin birinci mərtəbəsi S
n
registrinin sonunsu sol mərtəbəsinin
girişinə verilir və ilk sinxronlaşdırıcı C siqnalının daxil olunduqda registrə qəbul
olur.
Növbəti sinxronlaşdırıcı siqnalın gəlişi ilə x
1
qiyməti S
n
çı
xışından S
n-
mərtəbəsinə daxil olunur. S
n
mərtəbəyə x
2
qəbul olunur. Hər bir takta qəbul olunan
informasiya bir mərtəbə sağa sürüşdürülür. N sinxronlaşdırıcı siqnallardan sonra
bütün registr mərtəbələri x ədəd ilə dolur və x
1
ə
dədin birinci mərtəbəsi S
1
çı
xışında
ə
ks olunacaq. Sürüşdürmə registrləri D-triggerləri və RS-triggerləri üzərində
qurulur.
downloaded from KitabYurdu.org
20
Reversiv registrdə sürüşdürmə iki istiqamətdə yerinə yetirilir. Reversiv
registrləri stek registrlərin qurulmasında istifadə etmər olar. Stek registrlərin bir
ü
mumi girişi və çıxışı mövcuddur. Birinci daxil olan axırıncı çıxır prinsipi ilə işləyir.
Sürüşdürmə registrləri vurma və bölmə sxemlərində istifadə olunur.
Registrlərin sayı şox olduqda mürəkkəb ardıcıl rəqəmli qurğularda sözün bir
registrdən digərinə ötürülməsi ehtiyacı olur(xüsusi mikroəməllərin vasitəsilə yerinə
yetirilir).
Sözün S registrindən R registrinə ötürülməsi aşağıdakı mikroəməllə R:=S
ifadə olunur. Sözün ötürülməsi həm birfaz həm də parafaz kodda yerinə yetirilir.
Parafaz ötürülmədə R:=S mikroəməlin idarəedici siqnalın təsiri ilə yerinə
yetirilir. Bu siqnalla R registrin triggeri S registrin triggerinin vəziyyətinə
uyğunlaşır. Bu zaman S registrin vəziyyəti dəyişmir.
Birfazda ötürülmə iki takt ərzində yerinə yetirilir. Birinci taktda R registri 0
vəziyyətinə gəritilir (R:=0). Bu siqnalla R registrinin bütün triggerləri 0 vəziyyətinə
keçerilir. Ikinci taktda R:=S mikroəməli yerinə yetirilir. Belə sxemlərdə
informasiyanın ötürülmə vaxtı artır.
Bir çox vaxtda informasiyanın əks kodda bir registrdən digər registrə
ö
türülməsi tələb olunur. R:=S vahid və sıfır çıxışları ötürülmə sxeminə qoşularkən
yerlərini dəyişir və ya S registrin sıfır çıxışları ötürülmə sxemlərinə qoşulur.
Sürüşdürməni yerinə yetirən və parallel kodu ardıcıl koda və əksinə çevirən
registrlər statik registrlər adlanır.
Bir sxem şəklində realizə olunmuş registrlər universal registrlərdir.
Universal registrlər inteqral mikrosxem şəklində istehsal olunur. İdarəedici
siqnallardan asılı olaraq belə registrlər yaddaş registrinin, sürüşdürmə registrinin,
halqa registrinin rejimlərində və s. işləyə bilər.
Mühazirə
4
IBM tipli fərdi kompüterlər. Ana modul. Portlar.
Dünyanın kompüter parkının böyük əksəriyyətini İBM arxitekturalı Fərdi
Kompüterlər (Personal Computer –PC) təşkil edir. PC-lər Ana Modul və ya Əsas Modul
downloaded from KitabYurdu.org
21
(Mother Board, Main Board) elekrton-çap lövhəsinin bazasında qurulur (ədəbiyyatda
ana-kard terminindən də istifadə olunur). Kompüterin bütün qurğuları bu modulun
üzərində çəkilmiş sistem magistralı (elektrik siqnallarını ötürmək üçün mis kanallar)
vasitəsilə bir-biri ilə informasiya mübadiləsinə qoşulur. Bunun üçün magistral üzərində
müxtəlif tip portlar yerləşdirilir. Əsas 2 cür portlardan istifadə olunur: socket ( ayaq-
deşik keçidli) və slot (müstəvi-yarıq keçidli).
Ana modullar bir-birindən aşağıdakı əsas 2 parametrinə görə fərqləndirilir:
1) Birdəfəlik (bir maşın taktında) ötürülə bilən veriləndəki ikilik kodun
mərtəbələrinin (bitlərin) sayı ( “0” və “1”-lərin sayı) – 8, 16, 32, 64 və s.
2) Magistralda informasiyanın ötürülmə sürəti (bit/san) – nə qədər çox olarsa, o
qədər yaxşı sayılır.
Ana modul üzərindəki əsas portlar aşağıdakılardır:
1-Prosessor portu;
2 - Sistem m
əntiqini realizə edən mikrosxemlər (chipset);
3 -
əməli yaddaş mikrosxemlərinin yerləşdirilməsi üçün slotlar;
4-
AGP şin interfeysi;
downloaded from KitabYurdu.org
22
5-
PCI şin interfeysi;
6-S
ərt, CD və DVD tipli İnformasiya daşıyıcılarının ana kart ilə birləşdirilməsi üçün istifadə olunan interfeyslər:
7-Daxiletm
ə və xaricetmə portlarının yerləşdiyi blok;
8-Qida m
ənbəyinin birləşdirilməsi üçün istifadə olunan konnektor;
9-
Disk daşıyıcılarının birləşdirilməsi üçün istifadə olunan interfeys.
Ana modulda mərkəzi prosessor ilə bərabər iki ədəd körpüdən istifadə olunur.
Chipset mikrosxem topluğu (ing. chipset)— bir neçə mikrosxemdən ibarət olub mərkəzi
prosessoru operativ yaddaş qurğusu və periferik qurğulann kontrollefləri ilə
bağlanmasını təmin edir. Müasir sistem məntiqini təmin edən chipset, əsasən, «şimal»
və «cənub» körpülərindən ibarətdir.
•
Şimal körpü (ing. Northbridge), MCH (Memory controller hub), sistem
kontrolleri— mərkəzi prosessoru yüksək məhsuldarlığa sahib şinləri istifadə edən
qurğulara (RAM, qrafik kontroller) birləşdirmək üçün istifadə edilir. Mərkəzi
prosessoru sistem kontrollerinə birləşdirmək üçün FSB (Front Side Bus (FSB) —
bu şin x86 dəstəkli mərkəzi prosessor ilə daxili qurğular arasında bağlantını təmin
edir), HyperTransport ( əvvəllər Lightning Data Transport (LDT) kimi tanınılan
iki istiqamətli yüksək buraxma qabiliyyətinə və kiçik gecikməyə malik olan
ardıcıl/paralel kompyuter şinidir. HyperTransport Technology konsorsiumu
tərəfindən
hazırlanmışdır) və SCİ (ing. Scalable Coherent Interface
(miqyaslaşdırılabilən uzlaşdınlmış qarşılıqlı əlaqə və ya interfeys) — komponentlər
arasında böyük həcmdə və qısa mesajların ötürülməsini təmin edir. Bu mesajlar
üçün gecikmə zamanı həll edici rol oynayır) şinlərindən istifadə olunur. Adətən,
sistem kontrollerinə RAM bağlanır. Belə olan halda o həm də yaddaş kontrollerinə
də sahibdir. Tətbiq olunan sistem kontrollerindən operativ yaddaşının maksimal
həcmi həm də yaddaş şinin buraxma qabiliyyətindən asılıdır. Son zamanlar daxilə
quraşdınlmış RAM- lardan istifadə edilməyə başlanmışdır (misal üçün daxilə
quraşdınlmış yaddaş kontrollerin AMD K8 və İntel Core İ7 tipli prosessorlarda
istifadə edilmişdir). Bu isə öz növbəsində sistem kontrollerinin funksiyasının işini
downloaded from KitabYurdu.org
23
asanlaşdırır və istilik ayrilmalarının miqdannı azaldır. Müasir ana kartlarda
Dostları ilə paylaş: |