Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri


Daxiletmə-xaricetmə sistemlərinin strukturu və qurulma prinsipləri



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix18.05.2020
ölçüsü3,92 Mb.
#31234
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
komputer arxitekturasi pdf


Daxiletmə-xaricetmə sistemlərinin strukturu və qurulma prinsipləri. 
Daxiletmə-xaricetmə    sistemləri  strukturunun    seçilməsində    və    onların 
qurulmasında  EHM-dəki    xarici    qurğuların    müxtəlifliyi,    miqdarı,    daxiletmə- 
xaricetmə əməllərinin    intensivliyi    həlledici    rol    oynayır.  EHM-də    daxiletmə- 
xaricetmə sistemlərinin əsasən  iki  xarakterik  qurulma  prinsipi  və onlara uyğun 
downloaded from KitabYurdu.org

86 
 
strukturlar  mövcuddur:    bir  ümumi    interfiysli    struktur;    daxiletmə-xaricetmə 
prosessorlu(kanallı) çox interfeysli struktur. 
Bir  ümumi  interfeysli    strukturda  ümumi  şinə(magistrala)  sistemi  (EHM-i)  
təşkil    edən    bütün  modullar:  prosessor,  əməli    yaddaş    və  sabit  yaddaşlar,  xarici 
qurğular  qoşulur  (şək.1).    Hər    bir  anda  ümumi  şinlə  iki  modul  qarşılıqlı əlaqəyə 
girərək  informasiya  mübadiləsində olur.  Bu strukturda prosessor da sistemin bir 
modulu  kimi  olur.  Hər bir xarici qurğu ümumi şinə xarici qurğunun  idarəetmə 
bloku    –    XQİB    (kontrolleri)  vasitəsilə  birləşir.    Bu    isə öz    növbəsində  XQ-lərdə 
informasiyanın təsviri formatları ilə ümumi şin üçün qəbul edilmiş format arasında 
uyğunluq  yaradır.  Ümumi  şində    informasiyanın    təsviri  formatı    isə,  adətən, 
prosessorun  və əməli    yaddaşın    sözləri  formatına  uyğun  olur.  Əgər  XQ-lərdə 
daxiletmə-xaricetmə əməlləri    baytlarla    yerinə  yetirilirsə,    onda    verilənlərin 
ö
türülməsi  prosesi  proqrama  əsasən  prosessor  tərəfindən    idarə  olunur:  bu  da 
idarəetmə  qurğularının  çox  sadə    olmasına    və ötürmə əməliyyatlarının    sürətinin 
azalmasına  səbəb    olur.    Lakin    bu  üsul    verilənlərin    bloklarla    (qruplarla) 
ö
türülməsi zamanı (maqnit disk və s yaddaş qurğularında) yaramır. Belə olduqda 
yaddaşa  birbaşa  daxilolma  üsulundan  və  uyğun  kontrollerdən  istifadə  edilir.  Bu 
halda XQ-lərin  informasiya  formatları  ilə  (adətən,  bir  bayt)  verilənlərin əməli  
yaddaşa  ötürülməsi  şinlərinin    sayı  arasında  uyğunluq  varsa  və    ya    fərq  azdırsa, 
onda buferləşdirmə və verilənlərin formatlaşdırılması məsələləri nisbətən asan həll 
edilir. 
Bu,  sözün  uzunluğu  1÷2 bayt olan mini və mikro-EHM-də özünü doğruldur. 
Ək
sinə, ümumi təyinatlı EHM-lərdə prosessor və əməli yaddaşda 4÷8 bayt formatlı 
verilənlərdən    istifadə    edildiyindən  ümumi  interfeysli    strukturdan  istifadə 
nəticəsində  buferləşdirmə    və  formatların    uyğunlaşdırılması    sxemləri  çox 
mürəkkəbləşir,    EHM-in    məhsuldarlığının    aşağı    düşməsinə    səbəb  olur.  Ümumi 
interfeysli strukturda daxiletmə-xaricetmə əməlinin  idarəedici  qurğuları  XQ-lərin 
sayından asılı olur. Qeyd etmək lazımdır ki, şək.1 göstərilən strukturda daxiletmə-
xaricetmə  əməlləri  yerinə  yetirilən  zaman  interfeys  işdə  olunduğundan, 
downloaded from KitabYurdu.org

87 
 
prosessorun  əməli    yaddaşla    informasiya  əlaqəsi    kəsilir.    Nəticədə    EHM-in  
məhsuldarlığı    aşağıdüşür.  Buna  baxmayaraq  bu  struktur  sadədir    və    müxtəlif  
konfiqurasiyalı hesablama komplekslərinin yaradılmasını asanlaşdırır. 
 
Şə
k.1. Ümumi interfeysli struktura malik daxiletmə-xaricetmə  
sisteminin blok sxemi 
 
Multipleks və selektor kanalları 
Multipleks kanalı -  eyni zamanda bir neçə nisbətən yavaş işləyən XQ-nin işini 
idarə edən kanal. 
Selektor  kanalı – üstünlüyə  malik  bir  XQ-nin  (nisbətən  böyük  sürətli)  işini 
idarə  edən    kanal.    SK    monopol    rejimdə  sinxron  işləyən    XQ-lər  üçün    nəzərdə 
tutulmuşdur.   
Müasir  dövrdə    bəzi  hallarda  MK-nın    müəyyən    altkanalları    da  monopol 
rejimdə  işlədilə  bilər.  Rabitə  seansı  keçirilən  altkanala    aktiv    kanal,    digər  
altkanallara  isə  passiv  altkanallar  deyilir 
İnterfeys
    –  informasiyanın  ötürülməsi  üçün  ayrılmış    unifikasiya  olunmuş 
ş
inlərdən, onlardan siqnalların keçməsini təmin edən  unifikasiya olunmuş elektron 
sxemlərdən   və   informasiya    mübadiləsini   idarə  edən    alqoritmlərdən   ibarətdir. 
Müasir  HS-lərdə  prosessorlararası  (birbaşa    idarəetmə),  əməli    yaddaşa    müraciət 
(prosessorlar  və  kanallar  tərəfindən),    daxiledici-xaricedici    (kanalla    XQ-lərin 
idarəetmə qurğları arasında) və XQ interfeysləri vardır. 
EHM-lərin qurğuları arasında  informasiyanın ötürülməsi üsulları 
downloaded from KitabYurdu.org

88 
 
Ü
mumiyyətlə,  informasiya  mübadiləsi  üçün  lazım  olan  unifikasiya  edilmiş 
ş
inlər,    siqnallar,    elektron    sxemləri    və    alqoritmləri  toplusuna  interfeys  deyilir. 
Müasir    hesablama    maşınları    və    sistemləri  aqreqat  (modul)  şəklində 
hazırlandığından  və  onlar  standart  interfeyslərlə öz  aralarında  birləşdirildiyindən, 
hesablama  maşını  və  ya  sistemin  tərkibini  həll  olunacaq  tipik  məsələlərə 
maksimum uyğunlaşdırmaq  olar.  Bu  isə sistemin istifadəçinin  tələblərinə uyğun  
təşkil  edilməsinə  imkan  yaradır.  Interfeysləri    dörd  tipə    ayırmaq  olar.  Əməli  
yaddaş interfeysi    (A)  vasitəsilə əməli  yaddaşla  prosessor  (prosessorlar)  və əməli 
yaddaşla  kanallar  arasında  informasiya  mübadiləsi  baş  verir.    Prosessor-kanal 
interfeysi (B) prosessorla kanal  arasında  informasiya  mübadiləsi yaradır.  A  və B 
interfeysləri böyük  cəldişləməyə  valikdir  və  onlarda  informasiya  sözlər  və ikiqat 
sözlərlə ötürülür.    Yalnız  çox  da  böyük    olmayan    EHM-lərdə  bu  interfeyslərdə  
yarımsöz işlənilir. Xarici qurğu interfeysləri (C) kanalla xarici qurğuların idarəedici 
qurğusu  arasında    informasiya    mübadiləsini    yaradır.  Burada  əksər  hallarda 
informasiya  baytlarla  ötürülür.    XQ-lərin    idarəedici    qurğusu    ilə    bilavasitə  XQ 
arasında  informasiya    mübadiləsini  xarici  aparat  interfeysi    (D)  yaradır.  Bu    tip 
interfeyslərtam standartlaşdırıla  bilmir. Çünki  XQ-lərin çeşidi çox müxtəlifdir.  XQ-
lər  interfeysi    (C)  xüsusi  əhəmiyyətə    malikdir.  Çünki    hesablama    sistemlərində 
geniş çeşiddə XQ-lərdən istifadə olunur. 
EHM-lərin qurğuları  arasında  diskret informasiya mübadiləsi baş  verir. Bu 
siqnalların ötürülməsinin əsas prinsipi məlumdur: sinxron və asinxron. 
Sinxron prinsipə görə ötürücü qurğu öz çıxışlarında siqnalın iki  mümkün olan 
vəziyyətdən  birini  (0  və ya  1) hasil edir və onu əvvəlcədən  müəyyən vaxt ərzində  
həmin  çıxışlarda    saxlayır.    Bu    vaxt    bitdikdən  sonra  ötürücü  siqnalın  vəziyyəti 
dəyişdirilə bilər. Siqnalın interfeys şinində ötürülməsi vaxtı həmin siqnalın şin üzrə 
yayılması  vaxtından  və    qəbuledici    trigger    sxemlərində  tanınması    və    qeyd 
edilməsi vaxtından ibarətdir. Deməli, ötürmə vaxtı əlaqə xəttinin parametrlərindən, 
ö
türücü    və    qəbuledici    qurğuların  xarakteristikalarından  asılıdır.  əgər  siqnalın 
downloaded from KitabYurdu.org

89 
 
maksimal ötürmə vaxtını T  ilə  işarə etsək,  onda  informasiyanın sinxron ötürülmə 
periodu T-dən az olmalıdır. 
τ ≥
 T 
 
Ö
türücü Ö1qurğusundan  Q2    qəbuledici    qurğusuna  Ş0  interfeys  şini    ilə 
siqnalın sinxron ötürülməsi. 
Asinxron    prinsipinə    görə    qəbuledici    qurğu  bir  interfeys  şini    vasitəsilə 
siqnalı qəbul edərək özündə qeyd edir (Ş0) digər şin ilə (Ş1) ötürücü qurğuya qəbul 
haqda siqnal (cavab siqnalı) göndərir. Ötürücü qurğu cavab siqnalını alandan sonra 
ö
z çıxışlarında ötürülən siqnalın hasilini dayandırır. Beləliklə, burada da τ periodu 
dəyişəndir  və    mübadilədə    iştirak  edən  konkret  əlaqə    xətləri    və  qurğularının 
xarakteristikalarından asılıdır. Əgər siqnalın əlaqə  xəttinin  bir tərəfindən  o  biri 
tərəfinə göndərilməsi vaxtını t ilə işarə etsək, onda τ ≥ 2t olmalıdır. 
Mühazirə 
13  
Kompüterin dахiletmə qurğuları
  
Daxiletmə  qurğuları  informasiyanı  kompüterə  daxil  etmək  üçündür:  klaviatura, 
mouse, skaner, foto və video kameralar, mikrofon və s. 
Klaviatura 
Klaviatura  –  düyməli  daxiletmə  qurğusudur.  Klaviaturasız  kompüteri  təsəvvür 
etmək  çətindir.  Çünki  məlumatları  əsasən  klaviatura  ilə  daxil  edirlər.  PC-lərin 
klaviaturaları,  adətən  104  –  112  düyməli  olur.  Düymələri  aşağıdakı  qruplara  bölmək 
olar:  1)  əsas  sahə  hərf-rəqəm  düymələri;  2)  F1  –  F12  –  funksional  düymələr;  3)  əsas 
sahə  düymələrinin  ətrafında  yerıəşdirilmiş  idarəedici  düymələr;  4)  kursoru  hərəkət 
etdirmək üçün düymələr;  5) əlavə sahə rəqəm-idarəedici düymələr. Lakin bəzən xüsusi 
məqsədlər  üçün  xüsusi  klaviaturalar  olur.  Məsələn,  musiqiçilər  üçün  pianinonun 
downloaded from KitabYurdu.org

90 
 
klavişlərinə bənzər klavişləri olan klaviaturalar (MİDİ-klaviatura), fotostudiolarda görə 
biləcəyimiz  klaviaturalar,  bu  klaviaturalarda  bir  çox  düymələr  ixtisar  olunub.  Bəzən 
kalkulyator  kimi  istifadə  etmək  üçün  yalnız  rəqəmlərdən  və  əməl  işarələrindən  ibarət 
klaviaturalar da olur. Biz özümüz də öz məqsədlərimiz üçün klaviatura düzəldə bilərik. 
Burada yalnız lazım olan kodu göndərmək üçün qurğunu düzəltmək lazımdır. Bunu isə 
qurğumuzun içərisinə mikroçip qoyub mikroçipi isə proqramlaşdırmaq kifayət edər.  
Kompüterin klaviaturası kompüterə informasiyanı daxil etmək və idarə edici 
siqnalları vermək üçün qurğudur. Çap maşınının standart düymələr yığımına və bəzi 
əlavə düymələrə - idarə edici və funksional düymələrə, kursoru idarə edən düymələrə və 
kiçik rəqəmli klaviaturaya malikdir. Klaviaturada yığılan bütün simvollar dərhal 
monitorda kursorun mövqeyində əks olunurlar. 
 
Bu gün düymələri klaviaturanın əlifba-rəqəm hissəsinin yuxarı sol cərgəsində 
yerləşən düymələrə görə 
QWERTY 
(«kverti» oxunur) adlanan düzülüşə malik klaviatura ən 
çox yayılmışdır 
Belə klaviatura yuxarı kənar boyunca yerləşən 12 funksional düyməyə malikdir. 
Funksional düymənin basılması kompüterə bir simvolun deyil, simvolların bütöv 
məcmusunun göndərilməsinə gətirir. Funksional düymələr istifadəçi tərəfindən 
proqramlaşdırıla bilir. Məsələn, bir çox proqramlarda kömək almaq üçün 
F1 
düyməsi, 
proqramdan çıxmaq üçün isə 
F10 
düyməsi nəzərdə tutulmuşdur. 
İdarə edici düymələr aşağıdakı təyinatlara malikdir: 
downloaded from KitabYurdu.org

91 
 
Enter 
— daxil etmə düyməsi; 
Esc 
(Escape - çıxış) hər hansı əməlliyatların ləğv edilməsi, proqramdan, menüdən və 
s. çıxmaq üçün düymə; 
Ctrl 
və 
Alt 
— bu düymələr müstəqil məna daşımır, lakin digər idarə edici düymələrlə 
birgə basıldıqda onların funksiyalarını dəyişir; 
Shift 
(registr) — düymələrin registrinin (yuxarıdan aşağıya və əksinə) dəyişməsini 
təmin edir; 
Insert 
(içinə daxil etmək) - içinə daxil etmə (yeni simvollar artıq yığılmış simvolları 
ayıraraq onların arasına daxil edilir) və əvəz etmə (köhnə simvollar yeniləri ilə əvəz 
edilir) rejimlərini dəyişdirir; 
Delete 
(pozmaq) - kursorun mövqeyindən simvolu pozur; 

Back Space 
və va <- kursorun qarşısındakı simvolu 
Home  və  End  —  kursorun  uyğun  olaraq  sətrin  birinci  və  sonuncu  mövqeyinə 
yerdəyişməsini təmin edir; 
Page  Up  və  Page  Down  —  mətn  üzrə  uyğun  olaraq  bir  səhifə  (bir  ekran)  geri  və 
irəli yerdəyişməsini təmin edir, 
Tab  —  tabulyasiya  düyməsi,  kursorun  növbəti  tabulyasiya  mövqeyinə  qədər  bir 
dəfəyə bir neçə mövqe sağa yerdəyişməsini təmin edir, 
Caps  Lock  —  yuxarı  registri  təsbit  edir,  sətir  hərfləri  əvəzinə  baş  hərflərin  daxil 
edilməsini təmin edir; 
Print  Screen  —  cari  anda  ekranda  görünən  informasiyanın  çap  edilməsini  təmin 
edir; 
Aşağıda yerləşən uzun düymə - aralıqların daxil edilməsi üçün nəzərdə tutulmuşdur; 
      d ü y m ə l ə r i   kursorun  yuxarı,  aşağı,  sola  və  sağa  bir  mövqe  və  ya 
sətir yerdəyişməsinə xidmət edir. 
downloaded from KitabYurdu.org

92 
 
Kiçik  rəqəmli  klaviatura  iki  rejimdə  -  ədədlərin  daxil  edilməsi  və  kursorun  idarə 
edilməsi rejimlərində istifadə edilir. Bu rejimlərin dəyişdirilməsi Num Lock düyməsi ilə 
həyata keçirilir. 
Klaviaturanın  tərkibində  daxili  mikrokontroller  (idarə  qurğusu)  vardır,  hansı  ki, 
aşağıdakı funksiyaları yerinə yetirir: 
-daxil  edilən  siqnalı  oxuyaraq  və  düymənin  ikilik  skan-kodunu  hasil  edərək  ardıcıl 
olaraq düymələrə sorğu göndərir; 
-klaviaturanın işıq indikatorlarını idarə edir; 
-nasazlıqların daxili diaqnostikasını həyata keçirir; 
-klaviaturanın giriş-çıxış portu vasitəsilə mərkəzi prosessorla qarşılıqlı əlaqəni 
həyata keçirir.  
Klaviatura 
daxili bufer
ə -
 daxil edilən simvolların yerləşdiyi kiçik ölçülü aralıq yaddaşa 
malikdir. Buferin həddən artıq dolması halında düymənin basılması səs siqnalı ilə 
müşayiət olunacaq - bu o deməkdir ki, simvol qəbul edilməyib. Klaviaturanın işinə 
BlOS-a «tıkılmiş» xüsusi proqramlar, həmçinin azərbaycan və rus hərflərinin daxil 
edilməsinin mümkünlüyünü, klaviaturanın iş sürətinin idarə edilməsini və s. təmin edən 
klaviatura drayveri
 yardım edir. 
 
Siçan (mouse) 
Siçan vasitəsi ilə ekranın işçi nöqtəsini göstərən marker – kursor hərəkətə gətirilir. 
Siçanın içərisində olan olan təkərciklər fırlanır və fırlanma nəticəsində kontaktlar 
vasitəsi ilə yaranan siqnallar kompüterə ötürülür. İlk siçan bu üsulla işləyirdi. Xatırladaq 
ki, ilk siçanı Douglas Engelbart ixtira etmişdir. Sonralar siçanlarda kürəciklər 
yerləşdirdilər. Siçanı sağa-sola və yuxarı-aşağı hərəkət etdirmək üçün iki ədəd təkərcik 
evəzinə bir ədəd kürəcik yerləşdirmək işi daha da asanlaşdırdı. Beləliklə siçanların 
ölçülərini kiçiltmək daha asan oldu. Bu siçanlarda da hərəkət kontaktlar vasitəsi ilə 
olunurdu. Daha sonra kontakt əvəzinə optik hissedicilər yerləşdirdilər. Kürəciklə olan 
siçanları tez-tez təmizləmək lazım gəlir. Çünki tozdan fırlanan çubuqcuqlarda toz qatı 
downloaded from KitabYurdu.org

93 
 
əmələ gəlir və kürənin həmin çubuqcuqları fırlatmasına mane olur. Bu problemi isə yeni 
siçanların yaradılması ilə həll etdilər. Optik siçanlar yaradıldı. Kürənin və diyircəyin 
işini işıqlar gördü. İşığın ötürülüb qayıtmasına əsaslanan bu siçanlar 1-ci nəsil optik 
siçanlar oldu. Bu siçanlar üçün xüsusi altlıq tələb olunur. Yalnız onun vasitəsi ilə işıq 
qayıda bilir. 2-ci nəsil optik siçanlarda kiçik təsviri emal etmək üçün mikroprosessor 
və kiçik miniatür videokamera yerləşdirdilər. Bu cür siçanlar üçün xüsusi altlıq tələb 
olmur. İstənilən yerdə işləyir. Lakin güzgü, şüşə və digər əks etdirici müstəvilərin 
üzərində siçan yaxşı işləməyəcək. Təbii ki, işıq daha uzağa gedir və geri qayıtması 
siçanın optik qurğusuna yox uzağa gedir (optik hadisələrə əsaslanır). Müasir siçanlarda 
adətən, iki düymə və track ball olur. Düymələr 3 rejimdə işləyir: 1) klik – ani zərbə; 2) 
dubble klik – ikiqat ani zərbə; 3) mouse down – düymənin sıxılıb saxlanması. Track ball 
vasitəsi ilə səhifələmək mümkündür. Siçanın üzərindəki əlavə düymələrin işi 
drayverlərdən asılıdır. 

Microsoft firmasının mausu ( Microsoft Mouse) - 2 idarə düyməsinə malikdir. 

"Maus” sistemli ( Mouse System Mouse) - 3 idarə düyməsinə malikdir ( 3-cü düymə 
adətən 1-ci düymənin funksiyalarını təkrar edir). 
Mausun ayrıdetmə qabiliyyəti  200, 400, 600, 900 dpi olur. 
Mausu kompyuterə qoşmaq üçün 3 üsul mövcuddur: Stolüstü İBM -lə uyğunlaşan 
bütün kompyuterlər üçün ən geniş yayılmış üsul kompyuterin ardıcıl portu vasitəsi ilə 
mausun kompyuterə qoşulmasıdır. II üsul şin interfeysli mausların (bus-mouse) 
qoşulması üçün xüsusi lövhə tələb edir. III üsul isə PS/2 üslubunda olan mauslardır. 
Mausun quyruğunda DB-9 tipli kontaktlar sistemi olur. Hər bir maus üçün 
quraşdırma və test aparmaq üçün proqram təminatını təşkil edən xüsusi "drayverlər” 
olur. Bəzi "ağıllı” mauslar "Paint Brust” tipli sadə şəkil çəkmək üçün proqramlara malik 
olurlar. 
Ardıcıl interfeysə malik olan "Microsoft” firmasının istehsal etdiyi mausların 
prosessora öz hərəkətləri haqqında məlumat vermək üçün 3 bayt formatından istifadə 
downloaded from KitabYurdu.org

94 
 
edirlər. "Mouse System” tipli mauslar isə bu məqsəd üçün 5 baytlıq formatdan istifadə 
edirlər. Ona görə də belə mauslar bir-birini əvəz edə bilmirlər. 
Coystik (joystick) 
Costik(joystick) 
– 
Costik 
əsasən 
nəqliyyat 
vasitələrinin  simulyatorlarını  idarə  etmək  üçün  xarici 
qurğudur.  Əsasən  oyunlarda,  gəmi,  vertolyot,  təyyarə  və  s. 
simulyatorlarında  maşını  idarə  etmək  üçün  istifadə  olunur. 
Costikləri 
iki 
yerə 
bölmək 
olar: 
Diskret costiklər işləyən zaman iki siqnal göndərə bilir “0” 
və “1”. Bu tip costiklər demək olar ki, hal-hazırda işlədilmir.  
Analoq  costiklər  siqnal  0-dan  yuxarı,  tutacağın  əyilmə  bucağından  asılı  olaraq 
bir çox qiymətlər ala bilər. 
Coystiklər 
ailəsinə  daxil  edilən  sükan  da  mövcuddur.  Avtomobil 
simulyatorlarında maşını idarə etmək üçündür.  
İşıq qələmi 
İşıq qələmi (LightPen) – İşıq qələmi adi qələmə oxşar bir qurğudur. Kompüterə 
qoşulur  və  onun  vasitəsi  ilə  monitorda  yazı  yazmaq  olur.  Qələmlə  monitorda 
“yazdıqda”  qələmin  ucundakı  fotoelement  vasitəsi  ilə  onun  olduğu  nöqtənin 
parlaqlığının  dəyişməsi  qeyd  olunur  və  xüsusi  proqram  təminatı  onun  koordinatlarını 
hesablayır. Sonra lazım olan əməliyyatı icra edilir.  
Veb kamera 
Veb kamera - adından göründüyü kimi İnternetdə istifadə etmək üçün kameradır. 
Çox ucuz başa gəlir. Təsvir o qədər də keyfiyyətli olmur. Lakin İnternet vasitəsi ilə tez 
ötürmək  üçün  elə bu  cür  lazımdır.  Çünki təsvirlərin keyfiyyətli  alınması üçün  kamera 
keyfiyyətli olmalıdır. Bu isə kameranın qiymətinin bir az baha olması deməkdir. İkinci 
tərəfdən  isə  keyfiyyətli  məlumatın  həcmi  böyük  olur  ona  görə  də  İnternet  vasitəsi  ilə 
videotəsvirin ötürülməsi çətinləşir.  
downloaded from KitabYurdu.org

95 
 
Mikrofon 
Mikrofon  –  kompüterə  audio  informasiyaların  –  səsin  daxil  edilməsi  üçün 
istifadə olunur. Mikrofonla kompüterə məlumat(səs) – adi elektik cərəyanı kimi ötürülür 
və səs kartı (SoundCard) vasitəsi ilə “kompüterin dili”nə - 2-lik koda çevrilir. Səs kartı 
səsi tezliklərə görə rəqəmli formata salır.  
Skanner 
Skanner – Kompüterin xarici qurğularındandır. Bu 
şəkli rəqəmli formaya salmaq üçündür. Yəni hər hansı bir 
təsviri  skanerin  şüşə  stolunun  üzərinə  qoyub  onun 
analoqunu kompüterə köçürmək üçündür. 
İş prinsipi aşağıdakı kimidir. Ayna üzərinə qoyulan 
obyekt  hərəkət  edən  işıq  vasitəsilə  “seyr”edilir.  Yəni 
lampa bütün obyekt boyu keçir. Təsvirdən qayıdan şüalar 
3  filtrdən  (RedGreenBlue)  keçəndən  sonra  sonra  güzgü 
vasitəsi  ilə  işığahəssas  matrisə  (CCD  element)  ötürülür. 
CCD 
–  matris  (ingiliscə  “Charge-Coupled  Device”,  ruscaPЗS-mа́triца -
«pribоr заrədоvоy svəзью») üzərində  çoxlu  işığahəssas  elemetlərdən  ibarət  müstəvidir. 
Skanerlərdə  xətkeş  tipli  CCD-lərdən  istifadə  olunur,  yəni  təsvir  ardıcıl  xətlər  kimi 
ötürülür.
 
Daha  sonra  təsvir  kompüterdə  zolaqlar  şəklində  birləşdirilir.  Bununla  da 
skanerin  işi  bitir.  Zolaqları  birləşdirib  bütöv  şəkil  formasına  salmaq  isə  proqram 
təminatının ixtiyarına verilir. 
Skanerlərin skan etmə üsuluna görə bir neçə növləri vardır: 
Planşet  şəkilli  –  istifadəçi üçün  çox  rahatdır.  Şəffaf şüşənin  üzərinə lazım  olan 
obyekt qoyulur və skaner öz işini görür. 
Əl skaneri – Bu növ skanerlərdə lampa hərəkət etmir. Skanerin özünü obyektin 
üzərində biz özümüz hərəkət etdirməliyik. Bu skanerin müsbət cəhəti ondan ibarətdir ki, 
ölçüsü  kiçik  olur  və  daha  ucuz  olur.  Lakin  mənfi  cəhətləri  də  vardır.  Təsvir  dəqiq 
alınmır. Çünku əllə bərabərsürətli hərəkət etdirmək mümkün deyil. Bəzən əyri hərəkət 
etdirə bilərik. Bu amillərinə görə bu tip skanerlər səliqəli təsvir vermir. 
downloaded from KitabYurdu.org

96 
 
Səhifələyən  skanerlərə  kağızı  çoxlu  miqdarda  qoymaq  olar.  O  özü  səhifələyib 
hər səhifəni skanerlə skan edəcək. Kitabları bu cür skanerlərlə rəqəmli formaya salırlar.  
TV Tuner 
TV  Tuner  –adından  göründüyü  kimi  televiziya  kanallarına  computer  vasitəsilə 
baxmaq  üçündür.    Yəni  bu  qurğu  vasitəsi  ilə  antenadan  gələn  PAL  ,  SECAM  və  ya 
NTSC formatlı siqnallar monitora verilir. Bu üsulla kompüterdə televizora baxa bilərik, 
istənilən videotəsvirləri rəqəmli formata sala bilərik.  
Mühazirə 
14  
Kompüterin xaricetmə qurğuları 
Xaricetmə  qurğuları  kompüterdə  işlənmiş  informasiyanı  istifadəçiyə  ötürmək 
üçündür:  videomonitor, printer, səs kolonkaları və s. 
Videomonitor 
Monitor  –kompüterin  xaricetmə  qurğusudur.  Monitor  verilənləri  vizual  şəkildə 
göstərmək  üçündür.  Monitordakı  təsvirin  ən  kiçik  elementi  piksel  (pixel)adlanır. 
Monitorlarda rəng çalarlarının sayı videokontrollerin ona göndərdiyi veriləndəki ikilik 
kodun  mərtəbələrinin  sayindan  asııdır  (məs.  8,  16,  24,  32  mərtəbəli  kodlar  müvafiq 
olaraq – 2
8
, 2
16
, 2
24
, 2
32
 sayda rəng çaları yarada bilər). Monitorları iş prinsipinə görə bir 
neçə növə bölmək olar: 
Elektron  şüa  borulu  (CRT  –  Cathode  Ray  Tube  )  monitorlar  –  CRT 
monitorların  əsas  elementi  elektron  şüa  borusudur.  Bu 
elektron  şüa  borulu  televizorlarla  eyni  prinsipdə  işləyir. 
Borunun  ön  səthi  (ekran)  içəridən  lyuminofor  adlanan 
materialla  örtülüb  və  içəridən  bu  səthə  düşən  elektronlar 
onu  işıqlandirir.  Lyuminofor  qatının  hər  pikseli 
triadalardan  təşkili  olunub.  Triadalar  -  3  nöqtədən  ibarət 
elementlərdir. Bu üç nöqtə qırmızı (Red), yaşıl (Green) və mavi (Blue) rəngi əks edən 
elementlərdir.  Borunun  dar  ucunda  elektron  topu  (elektronlar  mənbəyi)  yerləşir.  Bu 
“top”dan  çıxan  elektron  şüaları  onun  kənarında  yerləşən  elektromaqnit  sarğılardakı 
sahənin  köməyilə  ekranın  yuxarı  sol  küncündən  aşağı  sağ  küncünə  qədər  sətirlərlə 
downloaded from KitabYurdu.org

97 
 
hərəkət  etdirilir  (bir  saniyədə  50-100  dəfə).  Həmin  şüalar  triadaların  üzərinə  lazımi 
intensivlikdə  düşərək  lazımı  rəngi  verir.  Məsələn,  ağ  rəngi  vermək  üçün  RGB  (max, 
max,  max)  olmalıdır,  yəni  qırmızı,  yaşıl  və  mavi  elementlər  maximum  intensivliyə 
malik olur. Qara rəng üçün isə  RGB  (0,0,0)-minimum olmalıdır. Beləliklə hər pikselə 
bir triada uyğun gəlir və pikselin rəngi triadanın elementlərinə düşən elektron süalarının 
intensivliklərindən asılıdır.  
Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin