Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri


Mühazirə  23.   Kompüter texnikasının inkişaf perspektivləri



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix18.05.2020
ölçüsü3,92 Mb.
#31234
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   15
komputer arxitekturasi pdf


 
Mühazirə 
23.  
Kompüter texnikasının inkişaf perspektivləri 
 
Son  illər bir sıra maraqlı ixtiralarla yadda qalıb.  
Adi  kompüterdən  100  milyon  dəfə  sürətli  kompüter  istifadəyə  verilib. 
“Google”  şirkətinin  kvant  süni  intellekt  laboratoriyasının  (Quantum  Artifical 
İntelligence  Lab)  tədqiqatçıları  "D-Wave  2X”  kompüterinin  sınaqlarının  nəticələrini 
dərc  ediblər.  “Google”  kompüteri  2013-cü  ildə  Kanadanın  “D-Wave  Systems” 
şirkətindən  satın  alıb.  Şirkət  kompüterin  imkanlarından  süni  intellektin  yaradılması 
işində istifadə etmək niyyətində olub. “Google” və “NASA” mütəxəssislərinin sözlərinə 
downloaded from KitabYurdu.org

157 
 
görə, onlar kompüterdən “təxminən min ikiqat dəyişənlə” tapşırığın həlli üçün istifadə 
etməyə nail olublar. Sınaqdan məlum olub ki, “D-Wave” qarşıya qoyulan vəzifəni bir 
prosessorla  işləyən  ənənəvi  kompüterlə  müqayisədə  100  milyon  dəfə  sürətli  yerinə 
yetirib.  Kvant  kompüter  iş  prinsipi  adi  kompüterlərdən  fərqlənən  və  kvant  mexanika 
əsasında işləyən hesablayıcı qurğudur. O, ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə 
edir. Kvant kompüterin praktiki tətbiqi hələ ki, sübut edilməyib. Hesab edilir ki, kvant 
kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki 
maneələri  aradan  qaldıra  bilər.  Kubitlər  və  ya  kvant  bitlər  informasiyanın  kvant 
kompüterdə  saxlanılması  elementləridir.  Kvant  mexanikasının  qanunları  onlara  ikili 
vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar 
apara  bilir.  Lakin  kubitlər  temperatur  və  maqnit  sahəsi  dəyişikliklərinə  qarşı  çox 
həssasdır.  
  
  Dünyada  ilk  foton  prosessoru  yaradılıb.  Kolorado Universitetinin alimləri ABŞ-ın 
bir  sıra  ən  böyük  ali  təhsil  müəssisələri  ilə  əməkdaşlıq  çərçivəsində  dünyada  ilk  dəfə 
olaraq  foton  prosessoru  hazırlayıblar.  Qeyd  edək  ki,  bu  prosessor  müasir  elektron 
analoqlarla  müqayisədə  informasiyanı  dəfələrlə  sürətli  emal  edir.  Yenilik  nəhəng 
informasiya  email 
mərkəzlərinin  daha  çevik  işləməsinə  səbəb  olacaq.  
Məlumatları  işığın  köməyi  ilə  ötürən  prosessor  kvadrat  millimetr  üçün  300  Qbit/s 
buraxılış  qabiliyyətini  təmin  edən  850  ədəd  optik  giriş-çıxış  elementindən  ibarətdir. 
Bu  göstərici  adi  prosessorla  müqayisədə  10-50  dəfə  çoxdur.  Bundan  başqa,  foton 
mikroçipi  iki  nüvədən  ibarətdir  və  daha  kiçik  ölçüyə  (3x6  mm)  malikdir.  
Layihənin  rəhbəri  Miloş  Popoviçin  sözlərinə  görə,  prosessorun  hazırlanmasında 
qovşaqlar arasında informasiyanın ötürülməsi üçün infraqırmızı işıqdan istifadə edir ki, 
bu  da  minlərlə  server  arasında  məlumatların  ötürülməsini  dəfələrlə  sürətləndirməyə 
imkan  verəcək.  2017-ci  ilin  əvvəlinə  prosessorların  ilk  sınaq  nümunələrinin  hazır 
olacağı gözlənilir. 
Samsung”  ikinci  nəsil  14  nanometrlik  texnologiyadan  istifadəyə  keçir. 
"Samsung  Electronics"  şirkəti  təkmilləşdirilmiş  "LPP"  (Low-Power  Plus)   14 
nanometrlik mikrosxemlərin kütləvi istehsalına başlayacaq. İkinci nəsil 14 nanometrlik 
texnoloji prosesin tətbiqi istehsal olunan məhsulların yüksək məhsuldarlığını və enerji 
downloaded from KitabYurdu.org

158 
 
səmərəliyini  təmin  edəcək.  Təkmilləşdirilmiş  14  nanometrlik  "LPP"  tranzistor 
strukturunun  yaxşılaşdırılması  və  prose
s
slərin  optimallaşdırılması  sayəsində  əvvəlki 
texnoloji  proseslə  müqayisədə  hesablamaların  sürətini  artırmağa  və  enerji  sərfiyyatını 
15  faiz  azaltmağa  imkan  verir.   İkinci  nəsil  14  nanometrlik  mikrosxemlərin 
hazırlanması  mobil  rabitə  və  "Əşyalar  interneti"  texnologiyaları  sahəsində  yüksək 
məhsuldarlıqlı və enerjiyə qənaətcil qurğulara artan tələbatı ödəməyə şərait yaradır.  
Qəzet  kimi  bükülən  displey.  2014-cü  ildə  "LG"  şirkətinin  nümayəndəsi 
bildirmişdi  ki,  qəzet  kimi  bükülən  18  düymlük  "OLED"  displey  yaradıb. 
 Şirkət ultra nazik displeyini "CES" beynəlxalq istehlak sərgisində ictimaiyyətə nümayiş 
etdirməyə hazırdır. Cənubi Koreya şirkəti sərgi çərçivəsində bir çox yeniliklərini təqdim 
etməyi  planlaşdırır. Məsələn, diametri 3 sm, təsvir ölçüsü  1200x810  piksel təşkil  edən 
dairəvi "OLED" displeyin nümayiş etdiriləcəyi də gözlənilir. Belə displeylər futuristik 
(müasir-mütərəqqi)  qurğuların  hazırlanmasını  mümkün  edəcək.  Bundan  başqa,  "LG" 
şirkəti televizor üçün kağız kimi nazik 55 düymlük "OLED" displeyini təqdim etməyi 
planlaşdırır.  Həmçinin  displeyin  hər  iki  tərəfindən  tamamilə  fərqli  təsvirlərin 
göstərilməsinə imkan verən yeni  displey də  nümayiş etdirilməlidir. 
 "Apple  Watch"  yalnız  "ağıllı"  saat  deyil,  həm  də   kiçik  portativ  kompüterdir. 
Bu  saat  özündə  sensor  ekran  və  fiziki  düymələri  birləşdirir.  Qurğu  mesaj  göndərə, 
komanda  verə,  insan  orqanizminin  göstəricilərini  izləyə  və  kontaktsız  ödənişlər  edə 
bilər.  
 
"Microsoft  Surface  Pro  3"-    planşeti  noutbukları  əvəz  etmək  üçün  yaradılıb. 
"Surface  Pro  3"  –   "Microsoft"un  istehsalı  olan  ən  nazik  və  yüngül  planşetdir.  Eyni 
zamanda,  tamölçülü  noutbuk  kimi  eyni  gücə  malikdir.  Dördüncü  nəsil  "Intel  Core  i3" 
prosessoruna,  4  QB  əməli  yaddaşa,  64  QB  tutumunda  sərt  diskə  və  daxili  "MicroSD" 
kart riderinə malikdir. Bu planşet sübut edir ki, artıq noutbuklar dövrü bitir. 
  
“Toshiba” şirkəti korporativ  sinfə  aid  olan  MG04  seriyasının 3,5  düymlük  sərt 
disklərlə  artırılmasını  elan  edib:  artıq  6  TB  tutumlu  SATA  və  SAS  modeli  təqdim 
edilib. 
"Ağıllı"  telefon,  "ağıllı"  saat  və  qolbaqlardan  başqa  "ağıllı"  mayka  və  "ağıllı" 
balışların mövcudluğu məlum idi. İndi isə “ağıllı” corablar satışa çıxarılıb. 
downloaded from KitabYurdu.org

159 
 
 
Yaddaş. 
Yaddaş  kompüterin  əsas  funksional  hissələrindən  biridir  və    kompüterin  iş 
effekivliyi  onda  istifadə  olunan  yaddaşın  parametrlərindən  asılıdır.  Kompüterdə  emal 
olunan  bütün  informasiyalar  onun  malik  olduğu  müxtəlif  tip  yaddaşlarda  saxlanılır. 
Böyük 
yaddaş 
banklarının 
(BigData) 
qurulması 
və 
onların 
emalı 
texnologiyaları(analitikası)  bugünün ən aktual problemlərindəndir.   
Yaddaş  texnologiyaları  sahəsində  dünyanın  müasir  vəziyyəti    və  perspektivləri 
aşağıdakı kimidir: 
5. 
Əməli yaddaş. Yaddaş modullarının istehsalı ilə məşğul olan “SK hynix” 
şirkəti 128 QB həcmində dünyada ilk DDR4 əməli yaddaş modulunu nümayiş etdirib. 
Öncə  yaddaş  modulu  server  sistemlərində  istifadə  ediləcək.  Yaddaş  modulu  20 
nanometrlik texnoloji proses üzrə hazırlanıb. Yaddaş modulunun işləməsi üçün 1,2 volt 
gərginlik  lazımdır,  müqayisə  üçün  DDR3  yaddaş  modulunda  bu  göstərici  1,35  volt 
təşkil  edir.  Yeni  yaddaş  modulları  2  GHs  takt  tezliyində  işləyir.  DDR4  yaddaş 
modullarının dəstəyi ilə server prosessorları artıq cari ilin sonunda çıxarılmalıdır. 
Elektron  yaddaşın  indiki  yaradılma  texnologiyası  -  silikon  çiplərdə  bir-birindən 
eni minimum 40-50 nanometrə  qədər (bundan daha sıx olanda elektronlar tranzistorun 
ayirıcı  təbəqələrini  deşə  bilir  –  qısa  qapanma)  aralı  yerləsdirilmiş  cıgırlı 
mikrosxemlərdir.  Dünyada  artıq  en  kəsiyi  1  nanometr  olan  karbon  nanokapilyarlar 
alnmışdır və ondan tranzistor (metal-yarımkeçirici) alınmışdır. Bu texnologiyanın əməli 
yaddaş qurğularında istifadəsi,  yaddaşın sıxlığını və sürətini 10-larla dəfə artıra bilər. 
Son  vaxtlar  tədqiq  olunan  və  yarımkeçirici  texnologiyalı    ənənəvi  elektron 
yaddaşları  əvəz edə biləcək sahə “Spinotronika”dır. Bildiyimiz kimi, hər bir elektronun 
müxtəlif  istiqamətli  spini  vardır.  Elektronları  polyarizə  etməklə  spinin  istiqamətini 
kənar  maqnit  sahəsinin  köməyilə  idarə  etmək  olar.  Spinin  bir  istiqamətini  “1”,  əks 
istiqamətini “0”-la işarə etsək, onda elektronlarda yaddaş yaratmaq olar. Material kimi 
polimer  plastiklərdən  istifadə  olunarsa,  belə  yaddaşı  və  ya  prosessoru  olan  kompüter 
kagız  qalınlığında  da  ola  bilər    və  onun  kimi  deformasiyaya  davamlı  ola  bilər.  Belə 
yaddaş çox böyük sıxlıqlı və müqayisəolunmas dərəcədə sürətli olar. 
downloaded from KitabYurdu.org

160 
 
6. 
Sərt  disk.  “SanDisk  Corporation”  şirkəti  yeni  "Optimus  MAX”  bərk 
cisimli toplayıcı nümayiş etdirib. Şirkət onu “SAS” interfeysli 4 terabaytlıq sərt disklər 
(SSD)  sahəsində  dünyanın  birinci  bərk  cisimli  toplayıcısı  adlandırır.  Toplayıcının 
tutumu şpindelinin fırlanma sürəti dəqiqədə 10-15 min dövrə təşkil edən ən qabaqcıl 2,5 
düymlü  “SAS” interfeysli sərt diskdən yüksəkdir. Mütəxəssislər  əmindirlər ki, onların 
qurğusu  məlumat  emalı  mərkəzlərində  ənənəvi  sərt  diskləri  əvəz  edəcək.  “Optimus 
MAX”-ın  əsas  fərqləndirici  cəhətləri  arasında  “SATA  SSD”  ilə  müqayisədə  əlverişli 
qiyməti qeyd olunur. Bununla yanaşı, yeni toplayıcıların məhsuldarlıq və funksionallığı 
çox  yüksək  səviyyədədir.  Əksər  şirkətlər  çoxdandır  sərt  disklərdən  (HDD)  fləş-
yaddaşdan  istifadə  edən  həllərə  keçmək  üçün  üsullar  axtarır.  İndiyədək  bundan  onları 
qiymət məsələsi çəkindirib, lakin “Optimus MAX” onları kompromisə getməyə məcbur 
etmir  və  özündə  ən  yaxşı  keyfiyyətləri  birləşdirir.  Yeni  toplayıcı  çoxlu  texnologiya  və 
funksiyanı,  o  cümlədən  "FlashGuard”,  “DataGuard”,  “EverGuard”  texnologiyalarını 
dəstəkləyir.  Cari  ilin  üçüncü  rübündə  satışa  çıxarılacaq  qurğu  19  nanometrlik  “MLC 
NAND” mikrosxemlərindən istifadə edir. 
Bir  çox  üzvi  molekullar  möcuddur  ki,  onlar  elektrik  düzləndiricisi  və  yaddaş 
qurğusu  kimi  istifadə  oluna  bilər.  Belə  olan  halda  1  bit  informasiyanı  saxlamaq  üçün 
cəmi  1  molekuldan  istifadə  olunacaq.    Bu  yolla  sərt  disk  hazırlanarsa  ,  o  idinin  ən 
irəlidəki sələflərindən 10 dəfələrlə çox yaddaşa malik ola bilər. 
Nano  yaddaş  qurğusununu  mexaniki  yolla  yadadılması  yolu  da  perspektivli  ola 
bilər. IBM firması güc mikroskopundan istifadə edərək 1024 nöqtəli matrisdə (milliped) 
yerləşdirilmiş  nanoiynələrlə  yumşaq  polimer  səthdə  dəliklər  açmaq  (yaddaşa  “1” 
yazmaq) texnologiyasına nail omuşdur. Millipeddən informasiyanın oxunması da sadə 
yolla – “iynə” dəliyi tapırsa “1” oxunur. Bu yolla yaddaşın 80 Gb/cm
2
  sıxlığını almaq 
olar  (indiki  texnologiyalar  8  Gb/cm
2
  -ə  kimi    sıxlığa  çatır).  Gələcəkdə  millipeddəki 
“iynələrin”  sayının  milyona  (bir  maşın  taktında  milyon  bit  yazılır  və  ya  oxunur) 
çatdırılması mümkündür, deməli 80Gb-ni 80 Tb-yə qaldırila  bilər. 
7. 
Yaddaş kartları. 512 Qb tutumunda “SD” formatlı “SanDisk” yaddaş kartı 
daxilində  “JPEG”  formatında  200  min  fotoşəklin  yerləşdirilməsinə  imkan  verir  və  4K 
formatlı  videonun  çəkilməsi  üçün  optimallaşdırılıb.  “SanDisk”  korporasiyası  rekord 
downloaded from KitabYurdu.org

161 
 
tutuma (512 Qb) malik “SD” formatlı yaddaş kartını buraxıb.   Sözügedən yaddaş kartı 
4K (3840x2160p) formatı ilə işləyən peşəkar fotoqraf və videooperatorlar üçün nəzərdə 
tutulub. Kartın yaddaşında JPEG formatında 8 meqapiksel təsvir ölçülü təxminən 200 
min  şəkil  və  ya  RAW  formatında  eyni  təsvir  ölçüsünə  malik  təxminən  20  min  şəkil 
saxlamaq  olar.  “SanDisk  Extreme  PRO  SDXC  UHS-I”  yaddaş  kartında  məlumatların 
karta  yazılması  sürəti  90  Mb/s  və  ötürülmə  sürəti  95  Mb/s  təşkil  edir.  Yaddaş  kartı 
yüksək və aşağı temperatur (-25°C-dən 85°C-dək), nəmlilik, mexaniki təsir və rentgen 
şüalarının təsirinə qarşı davamiyyət baxımından sınaqdan keçirilib. Şirkətdən bildirilib 
ki,  yaddaş  kartlarının  tutumu  11  ildə  1000  dəfə  artırılıb.  2003-cü  ildə  şirkət  512  Mb 
tutumunda yaddaş kartını buraxmışdı.
 
8. 
Mikrokompüterlərin  yaddaşı.    “Saygus"  şirkəti  "CES  2015"  sərgisində 
320  Qb  tutumunda  rekord  daxili  yaddaşa  malik  smartfonunu  təqdim  edib.  3  Qb  əməli 
yaddaş, "V2" aparatında daxili fləş daşıyıcısının həcmi 64 Qb təşkil edir. 128 QB-dək 
tutumda  kartlardan  istifadəyə  imkan  verən  iki  ədəd  "Micro  SD"  slotunun  hesabına 
maksimal yaddaşın tutumu 320 Qb təşkil edir.  
Bulud texnologiyaları 
  
Proqram  təminatında  ən  son  texnologiya-  virtual proqram  mühiti  yaradan  Bulud 
texnologiyasıdır.  Bulud  texnologiyaları  ─  ümumi  kompüter  resursları  toplusunu 
(məsələn, şəbəkə, serverlər, məlumat anbarları, proqramlar və servislər) sorğu əsasında 
şəbəkə vasitəsilə əldə etməyə imkan verən modeldir. 
Resurslar  minimal  istismar  xərcləri  sərf  etməklə  və  ya  servis  provayderlərinə 
müraciət etməklə əldə edilir. Tərifdən göründüyü kimi, bulud texnologiyaları müəyyən 
bir 
konstruksiyadır. 
Bu 
konstruksiya 
vasitəsilə 
kompüter 
resurslarının 
virtuallaşmış 
infrastrukturu 
ümumi  İnternet  şəbəkəsindən 
istifadə  etməklə  istifadəçilərə 
servis şəklində təqdim olunur. 
downloaded from KitabYurdu.org

162 
 
Bulud Texnologiyasının müxtəlif modelləri, tipləri və.s var. Bulud Texnologiyasının 
4 tipi var, bunlar aşağıdakılardır: 
Public  Cloud  -  da  lazım  olan  strukturu  tamamilə  buludda  qururuq.  Yəni  bu  o 
deməkdir ki, Buna nümunə olaraq istifadə etdiyimiz elektron poçtları göstərə bilərik. Bu 
elektron  poçtlara  heç  bir  pul  ödəmədən  bunların  müxtəlif  funksiyalarından  istifadə 
edirik. Public Cloud - da əsasən nə qədər istifadə edirsənsə, o qədər də ödəyirsən. 
 
Private  Cloud  daha  böyük  şirkətlər  və  məlumatları  daha  önəmli  olan  şirkətlərin 
üstünlük  verdiyi  bir  tipdir.  Buna  nümunə  olaraq  Microsoft  şirkətinin  təqdim  etdiyi 
Hyper-V  və  System  Center  məhsullarını  göstərmək  olar.  Private  Cloud  bizim  şəxsi 
qurduğumuz struktur olduğuna görə bütün məlumatlar bizim əlimizin altındadır. 
Hybrid  Cloud    -  Public  və  Private  Cloud-un  birləşməsindən  ortaya  çıxan 
strukturdur. Harada ki, təhlükəsizlik və gizlilik daha önəmlidir bu zaman Private Cloud 
istifadə  olunur,  ancaq  yuxarıda  sadaladıqlarım  önəmli  olmayan  hallar  üçün  isə  Public 
Cloud istifadə olunur.Bunların birləşməsi də şirkətlərin həcminə görə dəyişir. 
Community  Cloud  -  Bu  tipdən  qısa  olaraq  bəhs  edəcəm.İlk  öncə  onu  demək 
istəyirəm ki, bi o qədər istifadə olunan tip deyil.Qısa olaraq bunu açıqlasaq, bu zaman 
belə  izahat  verə  bilərik:  Bulud  üzərində  aldığımız  hər  hansı  bir  xidməti  əgər  bir  neçə 
şirkət ilə ortaq istifadə ediriksə, buna Community Cloud deyilir. 
 
 
ƏDƏBIYYАT 
1.  О.А.Аkulоv, N.B.Medvedev. Infоrmаtikа. Bазоvыy kurs. Mоskvа, 2007 
2. A.B. Babayev, E.V. Seyidzadə. Kompüterin elment vasitələri, 2013 
3. Ə.Abbasov, M.Əlizadə və s. İnformatika və kompüterləşmənin əsasları. Dərslik. 
Bakı, 2006. 
4.  Kərimоv  S.Q.,  Həbibullаyev    S.B.,  Ibrаhimзаdə  T.Ş.  –  Infоrmаtikа.  Аli  
məktəblər  цчцn dərslik. Bаkы 2009 
5. www.ictnews.az 
downloaded from KitabYurdu.org

163 
 
 
 
 
downloaded from KitabYurdu.org

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin