Mühazir Arxitektura anlayışı. Fon Neyman prinsipləri. Ehm-lərin inkişаf tаriхi və nəsilləri



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix18.05.2020
ölçüsü3,92 Mb.
#31234
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15
komputer arxitekturasi pdf


Standart CMOS Setup 
Əsas Menyudan bu bölməyə girdiyinizdə, əsas sistem nizamları və sistem saatı ilə 
əlaqədar seçimlərlə qarçılaşacaqsınız. Bunların funksiyaları aşağıda təqdim edilmişdir. 
Date/Time: Sistem saatını və tarixini buradan nizamlaya bilərsiniz.  
Sərt  Disklər:  BIOS  və  ana  platalar  4  IDE  driver-e  (sərt  disk  və  ya  CD-ROM) 
dəstəkləyir.  IDE  disketlərinizin  nizamlarını  "Hard  Disks"  adlı  bu  bölmədə  görə 
bilərsiniz.  
downloaded from KitabYurdu.org

34 
 
Disk  Driver-lər:  Bu  bölmədən  disket  driver-inizin  tipini  seçəcəksiniz.  Bir  disket 
driver-iniz varsa bunu 1.44M, 3.5 olaraq seçə bilərsiniz. Digər disket driver-i (Drive B) 
isə "Not Installed" (Qurulmamış) olaraq buraxılır.  
Halt-On:  POST,  yəni  BIOS-un  həyata  keçirdiyi  təchizat  testləri  əsnasında  bir 
təchizat səhvi  ilə  qarşılaşılsa  sistem  dayanır. Halt-On  seçimi  ilə  bəzi  səhvlərin  diqqətə 
alınmamasını, POST əməliyyatının davam edərək sistemin açılmasını söyləyə bilərsiniz. 
Bu seçimlər aşağıdakı kimidir: 
• No errors POST - heç bir səhvdə dayanmır. 
• All errors BIOS - bir səhv təsbit etdiyində dayanır və sizə bu səhvi düzəltməyiniz 
üçün xəbərdarlıq edir. 
• All, But Keyboard POST - klaviatura səhvləri xaricindəki səhvlərdə dayanır. 
• All, But Disket POST - disket driver səhvləri xaricindəki səhvlərdə dayanır. 
•  All,  But  disk/Key  POST  -  klaviatura  və  disket  driver  səhvləri  xaricindəki 
səhvlərdə dayanır. 
Yaddaş  Məlumatları  :  Bu  sahədəki  məlumatlarda  dəyişiklik  edə  bilməzsiniz. 
Burada ənənəvi (base), genişləndirilmiş (extended) və digər yaddaş tutumları haqqında 
məlumatlar  verilir. 
BIOS Features Setup 
CPU  Internal  Core  Speed:  Bəzi  ana  platalarda  istifadəçinin  sürəti  görünür. 
(233MHz, 300MHz kimi). Yeni Abit, Chaintech kimi ana platalarda bu bir seçim olaraq 
verilmişdir və prosessor sürətini BIOS proqramından nizamlağa icazə verir.  
Virus Warning:  Bu seçim Boot virusları üçün gözəl vasitədir.  
CPU  Internal  Cache:  Çox  istifadə  edilən  bəzi  məlumatlar  müəyyən  müddətlik 
sürətli operativ yaddaşda saxlana bilər - bəzi əməliyyatlar daha sürətli həyata keçirilir. 
BIOS  Update:    BIOS  yeniləmə  modulunun  prosessora  lazımlı  məlumatları 
çatdırmasını təmin edir. Enabled mövqeyində olmalıdır. 
Quick  Power  On  Self  Test:    POST  əməliyyatının  4  dəfə  yerinə  (bəzi  PClərdə  3 
dəfə) bir dəfə edilməsini təmin edir.  
Boot  Sequence:  PC-niz  açıldıqda  BIOS-un  əməliyyat  sistemi  üçün  öncə  hansı 
driver-ə baxması lazım olduğunu bildirir.  
downloaded from KitabYurdu.org

35 
 
Gate  A20  Option:  Bu  seçim,  sistemin  1  MB-dan  çox  genişlənmiş  yaddaşı 
(extended memory) necə istifadə edəcəyi ilə əlaqədardır. 
Security  Option:  Sisteminizə  və  BIOS  Setupındakı  nizamlara  başqalarının  girə 
bilməməsi üçün BIOS Setupdan şifrə qoya bilərsiniz .  
CHIPSET Features Setup 
Ana  platanın  chipseti  ilə  əlaqədar  nizamlar  bu  hissədə  olur. Çox  ana platada  olan 
chipset və yaddaş nizamları ilə əlaqədar seçimləri bu bölmədə izah edəcəyik.  
EDO  Avto  Configuration:  EDO  RAM  ilə  əlaqədar  texniki  məlumatlar  saxlayan 
nizamları olduğu kimi buraxmanız məsləhətdir.  
SDRAM Configuration: Sisteminizdə SDRAM tipində yaddaş istifadə edirsinizsə 
yaddaşlarınızın sürətini burada təyin edə bilərsiniz.  
8/16 Bit I/O Recovery Time: 8 və 16 bitlik ISA kartlar üçün zamanlama.  
CPU  Warning  Temperature:  Prosessor  istiliyi  neçə  dərəcəyə  gəldikdə  sistemin 
siqnal verəcəyini təyin edir.  
POWER Management Setup 
Bu bölmədə sisteminizin enerji istifadəsini azaltmaq üçün nizamlar var. 
Power  Management:  Nizamı  "Max  Saving"-ə  gətirsəniz  sistem  qısa  bir  vaxt 
istifadə  edilmədən  dayansa  enerji  qənaət  rejiminə  keçəcək.  "Min  Saving"də  də  eyni 
əməliyyat olur amma bu dəfə sistem enerji qənaət rejiminə daha uzun müddətdə keçir.  
Video  Off  Option:  Bu  seçim  monitorun  nə  vaxt  enerji  qoruyucusunun  qənaət  edə 
biləcəyini göstərir.  
Video Off Method: Monitorun nə şəkildə asqıya alınacağını təyin edir.  
PM Timers: Bu bölmədə diski enerji qənaət rejiminə keçirən "HDD Power Down" 
vaxtı,  və  sistemin  Yuxu,  Gözlətmə  və  Təxirə  salma  (Doze,  Standby,  Suspend) 
rejimlərinə keçmələri üçün lazımlı vaxtlar nizamlana bilər.  
Power Up Control: Sistemin nə vaxt avtomatik açılacağı təyin olunur.  
Automatic  Power  Up:  Sisteminizin  günün  təyin  etdiyiniz  saatlarında  avtomatik 
olaraq açılmasını təmin edir. 
PNP/PCI Setup 
downloaded from KitabYurdu.org

36 
 
Bu  pəncərədə  BIOS-u  istifadə  etmək  yerinə  PCI  məlumatları  nizamlayaraq  Qoş-
İşlət (Plug and Play) əməliyyat sistemlərindən faydalanmaq üçün lazımlı seçimlər olur. 
Nizamların  qarşısında  "Yes"  seçilmişsə  əməliyyat  sistemi  cihazla  əlaqədar  kəsmələri 
özü nizamlayır. 
Resources Controlled By: Qoş-İşlət funksiyasını dəstəkləyən BIOS-lar bütün boot 
əməliyyatlarını və Qoş-İşlət cihazları idarə edə bilər.  
Load BIOS Defaults 
BIOS nizamları ilə əlaqədar hər hansı ciddi bir problem ilə qarşılaşdığınızda 
istifadə edilir.  
Load Setup Defaults 
Bu BIOS-un zavod nizamlarını yükləyir.  
Supervisor/User Password 
Supervisor Password, həm BIOS Setup-a həm də sistemə şifrə qoyur.  
HDD  Low  Level  Format:  Bəzi  BIOS-larda  olan  bu  seçim  sabit  diski  aşağı 
səviyyəli format edir. Çox təkrarlanması diski poza bilər.  
Save & Exit Setup 
BIOS  Setupda  edilmiş  dəyişikliklərin  heç  biri  BIOS-a  yazılmadan  fəaliyyətə 
girmir.  'Enter'  vurub  Y  düyməsinə  basaraq  etdiklərimizi  yazaraq  və  təkrar  sistem 
açılışına geri dönmək olar.  
Exit Without Saving  
Dəyişiklikləri    yadda    saxlamadan,  yəni    bu    dəyişiklikləri  fəaliyyətə  keçirmədən 
BIOS Setupdan çıxmaq üçün bu seçimin üzərinə gəlib Enter düyməsini sıxmaq lazımdır.  
 
Mühazirə 
6.  
Mikrorrosessоrların prinsipial sxemi və təsnifatı.  
 
Kompüterin  iş  prinsipini  başa  düşmək  üçün,  onun  əsas  hissələri  və  yerinə 
yetirdiyi  əməliyyatlar  haqqında  az  da  olsa,  məlumat  əldə  etmək  lazımdır.  Kompüter 
arxitekturasını  əsas  olaraq:  prosessor,  əməli  yaddaş  və  giriş/çıxış  portundan  ibarət 
downloaded from KitabYurdu.org

37 
 
struktur  daxilində  gözdən  keçirmək  olar.  Kompüterin  əsas  arxitekturası  şəkildə 
göstərilmişdir (Şəkil 1). 
 
 
 
Səkil 1. Kompüterin əsas arxitekturası 
MƏRKƏZİ  ƏMƏLİYYAT  QURĞUSU (CPU) - PROSESSOR 
  Kompüterin “beyni” olaraq da adlandırılan mərkəzi əməliyyat qurğusu – MƏQ (
CPU 
– 
Central  Processing  Unit
)  adı  ilə  geniş  istifadə  edilir.  Bütün  əməliyyatlar  MƏQ-də 
aparılır.  MƏQ  dörd  əsas  hissədən  ibarətdir:  Registrlər  (
Registers
),  Hesab-Məntiq 
Qurğusu  –  HMQ  (
ALU 
– 
Arithmetic  Logic  Units
),  İnterfeys  Qurğusu  –  İNQ  (
IU 
– 
Interface Unit
) və İdarəetmə Qurğusu – İQ (
CU 
– 
Control Unit
). 
 
Hesab-Məntiq  Qurğusu  –  riyazi  və  məntiqi  əməliyyatları  yerinə  yetirmək  üçün 
nəzərdə  tutulmuşdur.  Mikroprosessor  daxilində  bir-neçə  HMQ  ola  bilər.  HMQ  riyazi 
əməliyyatların nəticələrinin registrlərə yazılmasında da iştirak edir. 
İnterfeys  Qurğusu  –  proqram  əmrləri  və  verilənlərin  mikroprosessorla  digər 
qurğular arasında (klaviatura, 
Mouse
, monitor və s.) mübadiləsini təşkil edir. Buna görə 
də  İNQ  mikroprosessor  ilə  digər  qurğular  arasında  giriş-çıxış  interfeysi  kimi  istifadə 
edilir. 
İdarəetmə  Qurğusu  –  Yaddaş  Verilənlər  Registri  (
MDR 

Memory  Data 
Register
), Yaddaş Ünvan Registri (
MAR 
– 
Memory Address Register
), Əmrlər Registri 
(
IR 
– 
Instruction  Register
)  və  Proqram  Sayğacından  (
PC 
– 
Program  Counter
)  təşkil 
downloaded from KitabYurdu.org

38 
 
olunmuşdur.  İQ  mikroprosessor  daxilində  verilənlərin  daxili  qurğular  arasında 
ötürülməsinə  və  əmrlərin  icrasına  nəzarət  edir.  Əsas  funksiyası  zaman  və  siqnal 
yoxlanmasını həyata keçirməkdir. 
MİKROPROSESSORLARIN İNKİŞAF TARİXİ 
İlk  mikroprosessor 1971-ci ildə İntel  (ABŞ) firmasının  istehsal  etdiyi 4004(108 
kHz  tezliyə,  yəni  saniyədə  108000  takt,  2300  tranzistordan  və  10-mikron  (1mikron  =  
10
-6
  metr)    texnologiyaya  əsaslanırdı.    Hal-hazırda  yüzlərlə    müxtəlif  mikroprosessor 
istehsal  olunur ( İntel, AMD, Cyrix və s. firmaları). 
1972
-ci ildə 
Intel 
şirkəti tərəfindən istehsal edilən 
8008 
adlı mikroprosessor 
4004
-
dən  ikiqat  daha  sürətli  idi.  Bu  mikroprosessor  TV  ekranının  kağız  üzərində  çap  edilə 
bilməsi işini görən çap qurğusu da istifadə edə bilirdi. 
1974
-cü  ildə 
8008
-in  daha  da  inkişaf  etdirilməsi  ilə  hazırlanan 
8080 
adlı 
mikroprosessorun  ilk  proqramlaşdırılabilən  kompüterlər  üçün  uyğun  olduğu 
düşünülürdü. 
8080 
mikroprosessoru 

bitlik məlumat emaledə bilirdi. 
1975
-ci ilə qədər 
inkişafın  nəticəsində 
Altair 
adlı 
256 
işarəni  yadında  saxlaya  bilən  elektron  maşın 
hazırlandı. 
Altair 
hər hansı bir məlumat saxlama qurğusuna, monitor və klaviaturaya malik 
deyildi. Bu maşın aldığı elektrik siqnallarından asılı olaraq kağız lent üzərində dəliklər 
açmaqla informasiya hazırlayır, yenə eyni dəlikləri oxumaqla kəlmələrə çevirə bilirdi. İş 
məntiqi cəhətdən teleqrafa bənzəyirdi və sürəti olduqca aşağı idi. 
Kompüter  proqramçıları  Paul  Allen  və  Bill  Gates 
1975
-ci  ildə 
BASIC 
proqramlaşdırma  dili  ilə 
Altair 
üçün  proqram  yazmaq  və  cihazı  sürətləndirmək  üçün 
fəaliyyətə  başladılar. 
1976
-cı  ilin  sonlarında  ortaya  çıxan  layihədən  şirkət  işçiləri  razı 
qalmadılar.  Şirkət  rəhbərliyini  inandıra  bilməyən  proqramçılar  şirkətdən  ayrılaraq 
Microsoft 
proqram istehsalçısı şirkətini qurdular. 
1979
-cu ildə 
Intel
-in 
8088 
mikroprosessoru 
IBM PC 
tərəfindən istifadə edilməyə 
başlandı. 
8088 
ilə başlayan mikroprosessorların inkişafı 
80286

80386

80486

Pentium 
I

Pentium II

Pentium III

Pentium IV 
ardıcıllığı ilə davam etməkdədir. Müasir dövrdə 
mikroprosessorların əsası 
8088 
arxitekturası üzərində qurulmuşdur. 
MİKROPROSESSOR  İLƏ YADDAŞIN ƏLAQƏSİ 
downloaded from KitabYurdu.org

39 
 
ƏYQ  ilə  mikroprosessor  fiziki  olaraq  ünvan  şini,  informasiya  (
data
)  şini  və 
nəzarət şini ilə bir-birinə bağlıdır. MƏQ daxilində Registrləri bir-biri ilə əlaqələndirən 
şinlər  mövcuddur.  Şəkildə  ƏYQ  ilə  mikroprosessor  arasındakı  əlaqə  göstərilmişdir 
(Şəkil 2) 
 
Şəkil 2. ƏYQ ilə mikroprosessor arasında əlaqə 
 
Mikroprosessor bir və  ya  bir  neçə  BİS  və İBİS əsasında hazırlanmış, proqram 
üsulu  ilə  idarə  edilən,  rəqəmli  informasiyanın  emalını  və  idarə  olunmasını  təmin  edən 
tam bitkin funksional qurğudur. 
Bir  BİS  (İBİS) əsasında  reallaşdırılan  MP-a  birkristallı,  bir  neçə  BİS (İBİS) 
əsasında yaradılan  – çoxkristallı  MP  deyilir. İki  və daha çox  mikrosxemi (seksiyanı)  
müəyyən qaydada bir-birilə    birləşdirməklə mərtəbələlərin sayı  artırıla bilən  mərkəzi  
prosessor  yaratmağa    imkan  verən  çoxkristallı  mikroprosessorlara  coxseksiyalı 
mikroprosessor  deyilir.    Mikroprosessorlarda  iki    cür    idarəetmə  üsulundan  istifadə 
olunur: sərt (sxemlə)  və mikroproqramla. Sərt idarəetmə üsulu cəld, mikroproqramla – 
daha çevikdir (universaldır). 
BİS və İBİS mikporosessorlara xarakterikdir: 
-istehsalın sadəliyi (vahid texnologiya); 
- aşağı qiymət (kütləvi istehsalda); 
- kiçik ölçülər (lövhənin sahəsi bir neçə kv.sm); 
- yüksək etibarlıq; 
downloaded from KitabYurdu.org

40 
 
- enerjidən az istifadəsi. 
Mikroprossesor aşağıdakı funksiyaları yerinə yetirir: 
-əsas yaddaşdan əmrlərin oxunmasını və deşifrasiyasını; 
-    xarici    qurğuların  adapter  registrlərini    və    verilənlərin  əsas  yaddaşdan 
oxunması; 
-    xarici   qurğuların   xidməti üçün   adapterlərdən  əmrlərin   və    sorğuların 
qəbulu və emalı; 
-  verilənlərin    emalı    və  xarici  qurğuların  adapter    registrlərinə    və 
əsasyaddaşa yazılması; 
-  FK-nın        bütün  bloklar  və    qovşaqları  üçün  idarəedici    siqnalın 
yaradılması. 
Mikroprosessorun  verilənlər şinin   mərtəbəlliyi  FK   mərtəbəlliyini bütövlükdə, 
mikroprosessorun ünvan şinin  mərtəbəlliyi  –  onun ünvan fəzasını müəyyənləşdirir. 
Bütün mikroprosessorları üç qrupa bölmək olar: 
-  CİSC    tipli    mikroprosessorlar    (Complex  İnstruction  Set  Computing)  -  tam 
dəstli əmrli; 
-  RİCS tipli  mikroprossesor (Reduced İnstruction Set Computing) - ixtisar dəstli 
əmrli; 
-  MİCS tipli mikroprossesor (Minimum İnstruction Set Computing) – çox yüksək 
tezliyə və minimal dəstli əmrli. 
CİSC  - İBM  tipli  bir çox FK-lərdə istifadə  edilir.  Bu  tip  mikroprosessorlarda 
əmrlər konveyer üsulu  ilə  yerinə  yetirilir,    hesablama şəbəkələrində  işləmə  imkanı, 
çoxməsələlik  iş  prinsipi,  “virtual  maşın”  rejiminin dəstəklənməsi, yəni çoxməsələlik 
iş  prinsipində  bir  MP  bir  neçə  paralel  və  müxtəlif  Əməliyyat  Sistemi    işləyən  
kompüterdir. 80286-dan başlayaraq  iki  rejimdə  işləmə  imkanı:  real (Real mode) və 
qoruyucu  (Protected  mode).  Bütün  Pentium    mikroprosessorlarda  keş-yaddaşın 
mövcudluğu - ayrıca əmrlər üçün, ayrıca verilənlər üçün. 
RİCS –  Daha    mürəkkəb əmrlərin  yerinə  yetirilməsi zamanı avtomatik olaraq 
sadə  əmrlər  yığımından  istifadə  edilir.  Bu  mikroprosessorlarda  hər  bir  sadə  əmrin  
paralel  yerinə  yetirilməsinə  görə  bir maşın taktı  sərf olunur (CİSC- ən  azı adətən 4 
downloaded from KitabYurdu.org

41 
 
takt).  RİCS  mikroprosessorlarə  təxminən  150  mln  əməl/san  yetirir.  Bu  tip 
mikroprosessorları  yüksək  tezliyə  malıkdirlər,  lakin  CİSC  ilə proqram uyğunsuzluğu 
yaranır ( kəskin iş effektivliyinin  aşağı düşməsi). 
Mikroprosessorlarda mikro- və makroarxitektura anlayışı mövcuddur. 
Mikroarxitektura  – mikroprosessorun aparat və  məntiqi strukturunu, registrləri,  
idarəedici    sxemlər,    HMQ,    yaddaş    qurğusu    və    onları  əlaqələndirən  informasiya 
magistralı başa düşülür. 
Makroarxitektura  -  əmrlər    sistemidir,    emal    edilən    verilənlərin    tipləri, 
ünvanlaşdırma rejimləri və mikroprosessorun iş prinsipidir. 
Funksional cəhətdən MP iki hissədən ibarətdir: 
- əməliyyat  –  idarə qurğusu,  HMQ  və mikroprosessorun yaddaşından ibarətdir; 
-  interfeys    –  mikroprosessorun  yaddaşının  ünvan  registrləri,  əmrlər  registr 
blokundan, portların və şinlərin idarə sxemləri daxildir. 
Hissənin ikisi də paralel işləyir. İnterfeys hissə əməliyyat hissəni üstələyir. 
Mikroprosessorun  strukturu.  Mikroprosessora  daxildir:  idarəetmə  qurğusu, 
HMQ, mikroprosessor yaddaşı, mikroprosessorun interfeys sistemi. 
İdarəetmə qurğusu – funksional baxımdan  xeyli  mürəkkəb qurğudur. İdarəetmə 
qurğusu  əvvəlki  əməliyyatların    nəticələrinə    görə    və    yerinə    yetirilən  əməliyyatın 
xüsusiyyətinə    görə    lazım    gəldikdə    təlimat  şini    ilə  daxil  olan    müəyyən    idarə 
siqnallarını  (idarəedici  impulsları)  EHM-in  bütün  bloklarına  ötürür;  yerinə  yetirilən 
əməliyyatda  istifadə  olunan  yaddaş  xanasının  ünvanını  müəyyən  edir  və  bu  ünvan 
EHM-in    müvafiq    bloklarına  ötürülür;    idarəedici    qurğu  ardıcıl    impulsları  takt 
impulsları generatorundan alır. 
İdarəetmə    qurğusuna    daxildir:  əmrlər  registri,  əməliyyatların  deşifratoru, 
mikroproqramların  daimi  yaddaş  qurğusu, ünvanı  müəyyən edən qovşaq, verilənlər, 
ünvan və təlimatlar şini. 
Əmrlər  registri  -  əmrlər  kodunu  yadda  saxlayan  registrdir.  Əmrlər  registri 
registrin əmr blokunda, mikroprosessorun interfeys hissəsində yerləşir.  
Əməliyyatların    deşifratoru    –  məntiqi  blokdur,  əmr  registrdən    daxil    olan 
əməliyyat kodunu seçir. 
downloaded from KitabYurdu.org

42 
 
Mikroproqramların    daimi    yaddaş  qurğusu    –    FK    bloklarında  informasiyanın  
emal    edilməsi  üçün  əməliyyatların    yerinə    yetirilməsini    təmin    edən  idarəedici 
siqnalları xanalarda saxlayır. 
Ünvanı  müəyyən  edən  qovşaq    –  MP  interfeys  hissəsində  yerləşir    və  əmr 
registrindən    və  MP  yaddaş  registrindən  daxil  olan  yaddaş    xanaların  ünvanını 
hesablayan qurğudur. 
Verilənlər,  ünvan  və  təlimatlar  şini  –  MP  interfeys  şininin  daxili  hissəsidir.  İQ  
aşağıdakı əsas prosedurların yerinə  yetirilməsi üçün idarəedici siqnalları təşkil edir: 
-  əməli    yaddaş  qurğusu  xanasından  növbəti  əmrin  kodunun    seçilməsi    və  əmr 
registrində yerinə yetirilən əmrin qəbulu; 
- verilmiş əmrlərin  xüsusiyyətlərini  və əməliyyatların kodunu şifrə edilməsi; 
-    mikroproqramların    daimi    yaddaş  qurğusu  xanasından    idarəedici  siqnalların  
oxunması    və    maşının    bütün    bloklarında  müəyyən    olunmuş    idarəedici  siqnalların 
ötürülməsi; 
-  əmrlər  registrindən    və  mikroprosessorun  yaddaş    registrindən  hesablamalarda  
iştirak edən operandların ünvanının oxunması  və  müəyyən olunması; 
-  operandların  seçimi    və  bu  operandların    emalı  üçün    verilmiş  əməliyyatların 
yerinə yetirilməsi; 
- əməliyyatların nəticələrini yaddaşa yazılması; 
-  proqramin növbəti əmrinin ünvanının müəyyən edilməsi. 
HMQ  –  informasiyanın  emalında  hesab  və  məntiqi  əməliyyatların  yerinə 
yetirilməsi  üçün    nəzərdə    tutulub.    Funksional    cəhətdən    HMQ    iki    registrdən, 
cəmləyicidən və idarə sxemindən ibarətdir. 
downloaded from KitabYurdu.org

43 
 
 
Cəmləyici onun girişinə  daxil  olan  ikilik  kodların toplama prosedurunu yerinə 
yetirən hesablama sxemidir. Cəmləyicinin mərtəbəlliyi iki maşın sözüdür. 
Registr  –    yaddaşın müxtəlif    uzunluqlu   tezişləyən  xanasıdır.    Rg1  mərtəbəlliyi  
iki    sözdür,  Rg2  –  bir  sözdür.  Əməliyyat    yerinə    yetirilən  zaman  Rg1-ə  birinci  ədəd 
yerləşdirilir,  əməliyyat  bitdikdə  -  nəticə  yerləşdirilir.  Rg2-ə  ikinci  ədəd,  əməliyyat  
bitdikdə    informasiya    dəyişməz  qalır.    Rg1    verilənlər  şinindən  informasiyanı  həm 
qəbul,  həm də ötürə  bilər.  Rg2  isə  yalnız informasiyanı qəbul edə  bilər. 
İdarə sxemləri – idarə qurğusundan təlimatlar şini ilə idarəedici siqnalları qəbul 
edir və  onları HMQ-ı cəmləyicisi  və registrləri  idarə edən  siqnallara çevirir. 
HMQ  yalnız    tam    ikilik  ədədlər  üzərində  hesab  əməllərini    yerinə  yetirir.  
Sürüşən  vergüllü    və    ikilik    kodlaşdırılmış    onluq  ədədlər  üzərində  əməliyyatları    ya  
köməkçi prosessor vasitəsilə ya da xüsusi hazırlanmış proqramla yerinə yetirilir. 
Mikroprossesor  yaddaşı  –  çox  böyük  həcmi  olmayan,  lakin  yüksək  tezliyə 
malikdir(Ghz-lərlə ölçülür).  Maşının  yaxın  iş  taktında  informasiyanın  qısamüddətli 
saxlanması,  yazılması  və  ötürülməsi  üçün  nəzərdə  tutulub.  Mikroprosessor  yaddaşı 
maşının    yüksək    tezliyini    təmin    edilməsi  üçün  istifadə  olunur.    Mikroprosessor 
yaddaşı  maşın  sözünün  mərtəbəliyindən az olmayan tezişləyən registrlərdən ibarətdir. 
Registrlərin  mərtəbəlliyi    və    sayı  müxtəlif  MP  müxtəlifdir.  MP  registrləri  xüsusi  və 
ümumi təyinatlı registrlərə bölünür. 
Xüsusi    registrlər    –    müxtəlif  ünvanların,    yerinə    yetirilən  əməliyyatların 
xüsusiyyətlərini və FK işləmə rejimlərini yadda saxlanması üçün istifadə olunur. 
downloaded from KitabYurdu.org

44 
 
Ümumi    registrlər    –  universaldırlar  və  istənilən    informasiyanın  yadda 
saxlanması üçün istifadə olunur. 
Mikroprosessorun interfeys hissəsi  ilə FK sistem şininin əlaqəsi,  yerinə yetirilən  
proqramların  əmrlərini    analizi,    operandların  ünvanlarını    müəyyən  edilməsi  üçün  
nəzərdə  tutulub.  Interfeys  hissəyə    daxildir:    mikroprosessorun  yaddaşın  ünvan 
registrləri, ünvanı müəyyən edən qovşaq, əmrlər registr bloku, MP daxili interfeys şini 
və giriş-çıxış portların idarə sxemləri. 
Giriş-çıxış  portları – FK sistem interfeysidir.  MP(məs. 8088)-də 65536 port  ola  
bilər    və    hər  portun  ünvanı    var.    Portların    və  şinlərin    idarə    sxemləri  aşağıdakı 
funksiyaları yerinə yetirir: 
-  portlarin ünvanlarını müəyyən edir; 
- portdan idarəedici informasiyanın alınması; 
- MP və giriş-çıxış portları arasında verilənlərin ötürülməsi. 
 
MİKROPROSESSORUN ƏMR DÖVRÜ 
Kompüterlər  onlara  verilən  əmrləri  icra  edirlər  və  heç  bir  zaman  əmr  xaricinə 
çıxmazlar. Bir proqramın icrası üçün mikroprosessor üç əsas əməliyyatı icra edir: 
• Əldə etmə (
fetch
) – yaddaşdan MƏQ-ə əmr ötürülür; 
•  Kodlaşdırılma  (
decode
)  –  əmr  araşdırılaraq  yerinə  yetiriləcək  iş 
müəyyənləşdirilir; 
• İcra etmə (
execute
) – əmr icra olunaraq nəticə saxlanılır; 
MƏQ tərəfindən bu dövrün icrası aşağıdakı kimi olur: 
1. 
Yaddaşdan növbəti əmri əmr yazılan yerə alır; 
2. 
Proqram sayğacını növbəti əmrin yerinə görə dəyişdirir; 
3. 
Alınan əmrin tipini dəqiqləşdirir; 
4. 
Əmr yaddaşda olan verilənlərdən istifadə edəcəksə, yerlərini dəqiqləşdirir; 
5. 
Lazım olduğunda verilənləri MƏQ-in daxili yaddaşına yazır; 
6. 
Əmri icra edir; 
7. 
Nəticəni uyğun yerə yazır; 
8. 
Birinci maddəyə gedərək növbəti əmr üçün eyni əməliyyatları təkrarlayır. 
downloaded from KitabYurdu.org

45 
 
Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin