Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


Bir sıra fiziki-kimyəvi terminlərinin izahı



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166981
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   25
ki

Bir sıra fiziki-kimyəvi terminlərinin izahı 
Əsas terminlərdən biri sistemdir. 
1-ci sistem: Fəzanın bu və ya digər məqsədlə maddə və ya maddələr 
mövcud olan ayrılmış hissəsi sistem adlanır. Sistemlər iki qrupa ayrılır: 
termodinamik və fiziki-kimyəvi sistemlər. 
1)
Termodinamik sistem o sistemlərə deyilir ki, hissəciklər arasında 
müəyyən enerji mübadiləsi mövcud olsun.
2)
Hissəciklər arasında eyni zamanda istilik və maddə mübadiləsi olarsa, belə 
sistemlərə 
fiziki-kimyəvi sistem
deyilir. 
Məsələn, fərz edək ki, A, B, C, D maddələrindən ibarət
 
sistem verilmiş 
və bunların tərkibi a, b, c, d stexiometrik miqdarlarından ibarətdir. Əgər A ilə 
B, B ilə C, C ilə D arasıda istilik, maddə mübadiləsi gedirsə, bu bir vahid 
sistem hesab edilir. 
Sistemə misal olaraq: dibində bərk duz fazası olan məhlulu və onun 
üzərindəki buxarı göstərmək olar. Burada bərk duzla məhlul arasında, məhlul 



ilə onun üzərindəki buxar fazası arasında maddə mübadiləsi olduğundan onlar 
vahid sistem təşkil edirlər. 
Sistemlərin aşağıdakı növləri vardır: 
1.
Bağlı sistem.
Əgər sistem xarici mühitlə maddələr mübadiləsi etmirsə, 
belə sistem 
bağlı sistem 
adlamr 
2.
Adiobatik sistem.
Əgər sistem xarici mühitlə istilik mübadiləsi edə 
bilmirsə, belə sistem 
adiobatik sistem
adlanır. (bərk və ya açıq sistem) 
3.
İzolə edilmiş və ya qapalı sistem
. Əgər sistem xarici mühitlə nə 
maddə, nə də islilik mübadiləsinə məruz qalmırsa, belə sistcm 
izolə edilmiş 
və ya 
qapalı sistem 
adlanır. 
4.
Homogen və heterogen sistemlər.
Əgər sistemin daxilində sərhəd
ayrılma səthi yoxdursa o homogen, sərhəddlə müəyyən hissələrə ayırma və 
səthi olan sistemlərə isə 
heterogen sistem
deyilir. Qabda məhlul (qab sistemin 
hissəsi hesab edilmir) homogen, dibində bərk faza olan duz məhlulu isə 
birlikdə heterogen sistemdir. 
Sistemin halı. 
Sistemin iki halı məlumdur: stasionar və tarazlıq halları. 
1)
Əgər sistemin halı vaxtdan asılı olaraq dəyişmirsə, o stasionar 
sistemdir. 2) Əgər sistemin halı vaxtdan asılı olaraq dəyişmirsə, həm də bu 
dəyişməməzlik xarici təsirlərdən asılı dcyilsə, bu tarazlıqda olan sistemdir. 
Beləliklə, tarazlıq halı stasionar halın xüsusi formasıdır. Stasionar 
ümumi, tarazlıq isə onun xüsusi halıdır. 
Stasionar halda temperatur və təzyiq sabit qalırlar. Tarazlıq halında isə 
tcmperatur və təzyiq həm sabit kəmiyyətlərdir, həm də sistemin bütün 
nöqtələrində bərabərdirlər. 
Sistcmin halının dəyişməsinə temperatur və təzyiqdən başqa qatılıq da 
tə’sir göstərir. Sistemin halını xarakterizə edən kəmiyyətlər - temperalur, 
təzyiq, qatılıq və digər xassələr hal parametrləri adlanır. Ümumi halda deyə 
bilərik ki, vaxtdan asılı olaraq sistemin bütün hal parametrlərinin sabitliyi halı 
tarazlıq halıdır. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin