Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


İKİLİ SİSTEMLƏRDƏ SULU HƏLLOLMA DİAQRAMLARI



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166981
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   25
ki

İKİLİ SİSTEMLƏRDƏ SULU HƏLLOLMA DİAQRAMLARI
1.Su iştirakı ilə ikili həllolma diaqramları 
İki 
komponentli sistemlərdə komponentlərdən biri adi halda maye olursa 
belə sistemlər şərti həllolma sistemləri adlanı.Həlledicinin buxar təzyiqi 
arasında asılılığı səthi diaqram şəklində ifadə etmək olar .İki komponentli 
həllolma sistemlərində də ikili kondensə olunmuş sistemlərin bütün 
elementləri mövcuddur.Yəni həllolma əyriləri ,evtetika və s. elementlər eyni 
olaraq müşahidə olunur.Qatılığın ifadəsi adətən kütlə, mol payları və ya 
onların faizlə ifadəsi ilə, həm də 100,1000q və ya mol həllediciyə düşən 
qramların və ya molların sayı ilə ; 1litr məhlulda olan qramların və ya molların 
sayı ilə ifadə olunur.Sulu məhlullarda molyal qatılıqda ,yəni 1000q yaxud 55,5 
mol suda həll olan maddənin ifadəsi işlənilir.Bu diaqramların həndəsi təsviri 
iki oxlu koordinat sistemindən ibarətdir:absis oxunda temperatur,ordinat 
oxunda isə qatılıq ifadə edilir.Bəzən absis oxunda qatılığı və ordinat oxunda 
isə temperatur da götürülür. 
Fərz edək ki,B maddəsi A həlledicidə-suda müəyyən temperaturda həll olaraq 
doymuş məhlul əmələ gətirir.Belə doymuş məhlulu soyutduqda bundan B 
maddəsi kristallaşacaqdır və hər bir aralıq temperatur üçün doymuş məhlul 
alınacaqdır.Əgər daha duru məhlulları soyutsaq , o zaman həlledicinin 
kristalları alınacaqdır.Buradan belə nəticəyə gəlmək olar ki,elə qatılıqda 
məhlul olmalıdır ki, soyuma zamanı oradan həm həlledci (A),həm də həll olan 
maddə (B)kristallaşsınlar,yəni evtetik qatılığa uyğun məhlulda proses sabit 
temperaturda getməlidir.Buzun duzla və ya onun hidratı ilə əmələ gələn 
evtetikaya kriohidrat adı verilmişdir.Burada temperatur sabit qaldığı üçün 
əvvəllər onu birləmə kimi təsəvvür edirdilər.Lakin dəqiq mikroskopik analiz 
onun mexaniki qarışıq olduğunu aşkar edir. 
Həll olmaya aid real diaqramlar
a)
NaNO
3
-H
2
O sisteminin hal diaqramı.Qatılıq şəkil 1-də kütlə faizlə 
verilmişdir.Həllolma diaqramlarından göründüyü kimi OE həlledicinin –
H
2
O doymuş məhlullarının,EA isə NaNO
3
-ın doymuş məhlullarının 
əyriləridir.Bunlar evtektik nöqtə olan E-də görüşürlər.Bu nöqtənin 
koordinatları -18.5°C və 36.9kütlə faiz NaNO
3
qatılığına uyğun 
gəlir.Əgər fiqurativ nöqtəni verilən qatılıqdan kiçik qiymətlərə uyğun 
sahələrdətəsəvvür etsək.belə tərkibləri soyutduqda bu nöqtə OE 


10 
əyrisinə yaxınlaşar və məhluldan buz kristalları ayrılmağa 
başlayacaqdır.Diaqramdan göründüyü kimi qatılıq 36.9 kütlə faizi 
NaNO
3
çox olduqda bütün götürülmüş tərkibli məhlullardan NaNO

komponenti kristallaşacaqdır.OE və EA əyriləri kristallaşmanın başladığı 
əyrilər olduğu üçün onlar həllolma diaqramının likvidus əyriləri 
adlanır.OEA-dan sağdakı sahələr doymuş məhlullar sahəsidir.Belə 
qatılıqda temperatur arasındakı asılılığı təsvir edən həllolma 
diaqramları həllolma politermləri də adlanır. 
45
30 
15 
-20
-10 0 10 20
Şəkil 1.NaNO
3
-H
2
O sisteminin həllolma politermi 
b)NaCl-H
2
O sisteminin həllolma izotermi şəkil 2-də verilmişdir.Göründüyü 
kimi likvidus üç əyridən ibarətdir.OE

buzun, 
E
1
E

–NaCl ·H
2
O və E
2
G isə susuz 
NaCl-in doymuş məhlullarının əyriləridir.Bundan başqa sistemin həlloma 
diaqramınlarında qırıq xətlərlə verilmiş metastabil tarazlığı ifadə edən EE ifrat 
soyudulmuş susuz NaCl doymuş məhlulların əyriləridir. 
Həllolma diaqramında 2 stabil şərti nonvariant E
1
((buz +NaCl ·2H
2
O +məhlul 
)( -21.2°C+ 23.3%)) və E
2
((NaCl+NaCl·2H
2
O+məhlul)(0.2°C +38.1%)) həm də 
bir metastabil nonvariant E
3
((buz + NaCl +məhlul)(-25.2°C+36.04%)) 
nöqtələri vardır. 


11 
Şəkil2.NaCl-H
2
O sisteminin həlloma politermi

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin