XIX mühazirə: İtaliya XIX əsrin son 30 ili XX əsrin əvvəllərində
1861- ci ildə İtaliya krallığının yaranmasından, 1915- ci ildə I dünya müharibəsinə qoşulana kimi keçmiş dövr ərzində cəmiyyətin iqtisadi, sosial-siyasi və mənəvi həyatında ciddi dəyişikliklərlə xarakterizə olunurdu. Bunlar da ölkənin simasını, İtaliya cəmiyyətində bütün siniflərin, sosial təbəqələrin, həmçinin yeni dövlətin beynəlxalq arenada mövqeyini və rolunu dəyişdirmişdir. Belə ki, vahid İtaliya dövlətinin yaradılması və xarici təcavüzün aradan qaldırılması ölkədə kapitalizmin inkişafı və onun Avropadakı mövqeyinin möhkəmlənməsi üçün əlverişli şərait yaratmışdır. Lakin burjuaziya və zadəganlar arasında sinfi kompromisin saxlanması ölkənin siyasi və iqtisadi quruluşunda feodal qaydalarının qalmasına səbəb olmuşdur. XIX əsrin son 30 ilində İtaliyanın inkişafının ən xarakterik cəhəti sənaye ilə kənd təsərrüfatının bərabər inkişafı olmuşdur.
1871- ci ildə İtaliya yenə də aqrar ölkə olaraq qalmaqda idi. 1961- 1870-ci illərdə ölkənin milli gəlirinin yarıdan çoxunu torpaqdan gələn gəlir ( 25 milyon lirə) təşkil edirdi. Lakin feodal mütləqiyyətin ləğv edilməsi kapitalizimin inkişafı üçün bir təkan oldu. Bu da vahid milli bazarın yaranması ilə nəticələndi. Ayrı- ayrı vilayətlər arasında gömrük məhdudiyyətləri qoyuldu. Dəmir yolunun və digər rabitə əlaqələrinin tikintisi genişləndi. 1865- ci ildə 4420 km. dəmir yolu var idisə, 1900- cu ildə onun uzunluğu 15.880 km. Çatmışdır, yəni 3.5 dəfə artmışdır.
İtaliya sənayesinin manufaktura formasından fabrik- zavod formasına keçidi başlamışdır. Pambıq parça, yun istehsalı və dağ mədən sənayesi sürətlə inkişaf edirdi. Pyemontda, Lombardiyada, Liquridə maşınqayırma və metallurgiya sənayesi genişlənmişdir. Dövlətin köməyi ilə bank işi və dəmir yol kompaniyaları genişləndi. Roma, Milan, Turin və Neopol şəhərlərinin əhalisi artdı. Bütün bunlara baxmayaraq XIX əsrin sonlarında sənaye yenə də özünün emalatxana və yarımkustar xarakterini saxlamaqda idi.
İtaliyada kənd təsərrüfatında kapitalizmin inkişafı Prussiya yolu ilə gedirdi. Lakin kapitalizmin inkişafı burada da bərabər səviyyəli getmirdi. Şimalda əsasən də Lombardiyada, Pyemontda burjuaziya xüsusi rol oynasa da ölkənin mərkəzi əyalətlərinin bir hissəsində, Siciliya və Sardiniyada hələ də iri mülkədar təsərrüfatları qalmaqda idi.
Ümumiyyətlə risordjimentonun (İtaliyanın birləşdirilməsi prosesi belə adlanırdı) başa çatdırılması İtaliyada millətin təşəkkülündə, milli bazarın formalaşmasında və vahid iqtisadi sistemin yaradılmasında mühüm rol oynamışdır.
Dostları ilə paylaş: |