Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


-90-cı illərdə Almaniyanın xarici siyasəti



Yüklə 0,52 Mb.
səhifə102/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   98   99   100   101   102   103   104   105   ...   138
Yeni tarix müh

70-90-cı illərdə Almaniyanın xarici siyasəti. Bismark həm də aktiv xarici siyasət yeritməkdə davam edirdi: Avropanın mərkəzində iqtisadi cəhətdən güclü, hərbi sahədə möhtəşəm və ərazi cəhətdən iri dövlət yarandıqdan sonra kontinentdə geosiyasi şərait də dəyişdi. Bismark Almaniyanın xarici siyasətdəki əsas məqsədini onun Avropada təsirinin artmasında görürdü. Hətta o, bilirdi ki Fransa Almaniyanı ötüb keçmək istəyəcək ki, ona görə də müttəfiqlərin və güclü ordunun olması mütləqdir. Liberallarla müttəfiq olmaq Bismarka 1874-cü ildə “Septenad” adlı qanun qəbul edilməsinə mane olmadı. Bu qanuna görə 7 il müddətinə orduya diqqət xüsusi ilə artırılmalı idi. Bu illər ərzində ordu 50% böyümüşdür. Almaniya bu yolla Fransanı siyasi mühasirədə saxlamağa çalışırdı. Bismark istehfaya gedənə kimi hərbi blokun yaradılması ətrafında düşünmüşdür. Bu məqsədlə o, Avstriya-Macarıstana və Rusiyaya müraciətlər etmişdir. Məhz 1872-1873-cü illərdə diplomatik fəaliyyətin güclənməsi nəticəsində 1873-cuil 6 iyun tarixində Vyana yaxınlığında Şenbrun adlı yerdə Rusiya və Avstriya-Macarıstan monarxları arasında məxfi razılaşma əldə olundu. 23 oktyabrda isə kayzer I Vilhelm də bu müqaviləyə qoşuldu. Razılaşmaya görə, bu dövlətlərin hər hansi birinin ərazisinə istənilən digər Avropa ölkəsi hücum edərdisə hər iki tərəf öz üzərinə öhtəlik götürürdü ki, müttəfiqinə kömək məqsədilə 200 minlik ordu göndərəcək. Əslində Almaniya Rusiya və Avstriya-Macarıstan arasında arbitr rolunu oynayırdı. Hansı ki, Balkan məsələsi üzrə bu dövlətlər əks istiqamətdə idilər. Beləliklə “Üç imperator ittifaqı”nın əsası qoyuldu. Üç mürtəce monarxın bu yeni koalisiyası stabil xarakterli deyildi. Almaniya ilə Rusiya arasında kəskin mübahisı var idi. Almaniyanın Avropada hegemonluq uğrunda apardığı siyasət Rusiyanı qane etmirdi. 1877-1878-ci illərdə aparılmış rus-türk müharibəsi də alman-rus münasibətlərin pisləşdirmişdi. Bu səbəblər üzündən ittifaq faktiki olaraq dağılmışdı.

Fransa ordusunun bərpasının qarşısını almaq üçün reyxkansler hərbi hiyləyə əl atmağa məcbur oldu. Hərbi nöqteyi nəzərdən 1874-1875-ci illərdəki müharibə Almaniya üçün əlverişli oldu. 1875-ci ilin aprel aynda alman mətbuatında Bismarkın təhriki ilə Fransanın hərbi hazırlığı ilə bağlı məqalə çap olundu. Elə bu vaxt da Baş Qərargah rəisi Helmut fon Moltke Fransaya qarşı müharibə ideyasını yayırdı. Bismarkın bu dəfəki əməli müharibənin başlanmasına səbəb olmadı. Çünki bu vaxt Rusiya və İngiltərə Fransanı dəstəkləyirdilər. Hətta Rusiya imperatoru II Aleksandrın Berlinə səfəri zamanı Bismark bəyan etmişdir ki Fransaya hücum etmək niyyətləri olmayıb və Moltke siyasətdə hələ uşaqdır. Bu ciddi diplomatik müvəffəqiyyətsizlik alman-rus münasibətlərinin sərinləşməsi üçün əsas mərhələ oldu. Rusiya Almaniyanın ən güclü və təhlükəli qonşusu idi. Eyni zamanda Balkanlarda Habsburqların maraqlarının təmin olunmasına çalışırdı. Hansı ki, burada rus maraqları da güclü idi.

Qarışıq bir zamanda Bismark Almaniyanın iştirakı ilə İttifaqlar şəbəkəsi qurmağa çalışırdı. Rusiya ilə münasibətləri pozmaq istəyən Almaniya Avstriya-Macarıstanı özünün müttəfiqinə çevirməyə çalışırdı. Bismark I Vilhelmin inadlı müqavimətini aradan qaldırmağa məcbur oldu. Çünki I Vilhelm Rusiyaya qarşı “satqınlıq” etməkdən imtina edirdi. 1879-cu ilin oktyabrında Vyanada məxfi alman-Avstriya ittifaq müqaviləsində nəzərdə tutulurdu ki, əgər Rusiya bu tərəflərdən birinin üzərinə hücum edərdisə, digəri özünün hərbi qüvvələri ilə ona kömək etməli idi və müttəfiqlərdən heç biri heç kimlə separat sülh bağlamamalı idi. Əgər tərəflardən biri Rusiyadan başqa digər üçüncü dövlət tərəfindən başqasına məruz qalardısa ikinci tərəf xoşməramlı neytrallığa riayət etməli idi.

Fransanın təcridinə çalışan Bismark İtaliyanın Almaniyaya yaxınlaşmaq meylindən istifadə etdi və bəyan etdi ki, Almaniyaya açılacaq yolun açarını Romada və Vyanada axtarmaq lazımdır. İtaliyanlar da avstriyalılarla razılaşa bildilər. Nəticədə 1882-ci ilin may ayında Vyanada Almaniya, Avstriya-Macarıstan və İtaliya arasında “Üçlər İttifaqı”nın yaradılması haqqında razılıq müqaviləsi imzalandı. Razılaşmaya görə əgər İtaliya Fransanın hücumuna məruz qalardısa Almaniya və Avstriya-Macarıstan bütün imkanlarından istifadə edərək İtaliyaya kömək etməyi öz öhtələrinə götürürdülər. Eynilə Almaniya da bu cür hücumlara məruz qalardısa İtaliya belə etməli idi. Növbəti illərdə “Üçlər İttifaqı” haqqında müqavilə dəfələrlə uzadıldı və I Dünya müharibəsinə kimi qüvvədə qaldı.

Bir il davam edən danışıqlardan sonra 1881-ci ilin iyun ayında Almaniya, Rusiya və Avstriya-Macarıstan arasında bağlanmış “Üç imperator ittifaqı”nın bərpası haqqında müqaviləyə əsasən üç dövlətdən birinin “dördüncü” nəhəng dövlətlə müharibə aparacağı təqdirdə digər ikisi neytral qalmalı idi. Fransadan başqa digər dövlətlər hücum etsəydi Almaniya üçün Rusiyanın neytrallığı təmin edilirdi.

Almaniya vaxt itirmədən 1883-cü ildə Avstriya-Macarıstan və Ruminiya arasında bağlanmış gizli ittifaq müqaviləsinə qoşuldu. Müqavilənin şərtləri tərəflərdən biri hücuma məruz qalacağı təqdirdə birlikdə köməyi nəzərdə tuturdu. İtaliya bu müqaviləyə yalnız 1888-ci ildə qoşuldu.

Beləliklə, çoxillik səylər nəticəsində Bismark Almaniyanın iştirakı ilə bloklar sistemini təşkil edə bildi. Onun fikrincə bu bloklar nəinki, Almaniyanın təhlükəsizliyini, hətta onun Avropa qitəsində hegemonluğunu təmin etməli idi.

80-ci illərin ortalarında Bismark əsasən gəmiçilik və dəniz ticarəti ilə məşğul olan təbələrinə mühafizəedici tərifnamələr vermək yolu ilə alman müstəmləkə imperiyasının əsasını qoydu. 1884-cü ilin aprelində Bremenli sahibkar Lüderis cənub-qərbi Afrika sahillərində, Anqra-Pekes rayonunda yaşayış sahəsi saldı və Bismarkdan xahiş etdi ki, həmin ərazidə alman protektoratlığı yaradılsın. Bu mandat çox müvəffəqiyyətlə seçilmişdi, çünki, İngiltərə, Fransa və Rusiya da həmin boş əraziyə meyl edirdilər və buna görə də onlar arasında münasibətlər pozulmuşdu. Bundan da Almaniya çox məharətlə istifadə etdi. Elə həmin ildə Almaniya Toqo və Kamerun üzərində də öz protektoratlığını yaratdı. Beləliklə də Cənubi-qərbi Afrikada alman kaloniyası yarandı. Eyni zamanda alman kolonistləri Okeaniya üzərində öz ekspansiyalarını gücləndirmişdilər. Buradakı Marşal adaları və Yeni Qveneyanın şimal-şərq hissəsi Almaniya tərəfindən anneksiya olundu.

1885-ci ildə Şərqi Afrikadageniş ərazilərə yiyələnmiş Karl Petersə və onun yaratmış olduğu Alman müstəmləkə cəmiyyətinə mühafizəedici tərifnamə verilmişdir. 1887-ci ildə Alman müstəmləkə cəmiyyəti yaradılmışdır. Almaniyanın müstəmləkələr tutmaq yolunda qədəm qoyması onun İngiltərə ilə münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb oldu. Bismark İngiltərənin Misir və Konqoda yeritməkdə olduğu siyasətə maneçilik törətməyə başladı.

Onu da qeyd edək ki Avropada güc nisbəti həmişə Bismarkın diqqət mərkəzində olmuşdur. Fransada ordunun gücləndirilməsi üçün aparılan tədbirlərə cavab olaraq Bismark 1886-cı ildə reyxstaqa dinc zamanda alman ordusunun tərkibini və hərbi xərcləri artıracaq, eləcə də hərbi büdcənin 7 il qabaqcadan müəyyən edilməsini tələb edən qanun layihəsini təqdim etdi. Lakin, Rusiya ilə müharibədən ehtiyat edən Bismark 1887-ci il hərbi həyəcan dövründə Fransaya hücum etməkdən çəkindi.

1885-1886-cı illərdə Balkanlardakı hadisələrlə əlaqədar olaraq Rusiya-Avstriya-Macarıstan münasibətlərinin pisləşməsi “Üç imperator ittifaqının” fəaliyyət müddətinin uzadılmasını mümkün etdi. Lakin 6 iyun 1887-ci il tarixində keçirilmiş uzun danışıqlardan sonra Berlində “sığorta müqaviləsi” adını almış məxfi rus-alman razılaşması imzalandı. Müqavilədə nəzərdə tutulurdu ki, əgər onu imzalayan biri üçüncü böyük dövlətlə mühiraribə şəraitində olarsa, digər tərəf birinciyə münasibətdə xoşxasiyyətli olacaq. O ki, qaldı Fransa və Avstriya-Macarıstanla müharibəyə onda neytrallıq o vaxt qüvvəyə minəcək ki, bu ölkələrdən biri müqavilə bağlayan ölkələrin birinə hücum etsin. Beləliklə Bismark Almaniyanın Fransaya hücum edəcəyi təqdirdə Rusiyanın neytral qalacağını təmin edə bilmədi.

Elə bu vaxt Almaniya ilə Rusiya arasında gömrük müharibəsi başlandı. 1887-ci ildə Bismark imperiya bankına göstəriş verdi ki, rus qiymətli kağızlarını girov götürməsin. Almaniya ordusunun baş qərargah rəisi Moltke və onun köməkçisi Valderze Rusiyadakı hərbi islahatlara işarə edərək ona qarşı qabalayıcı müharibə aparmağı təkid edirdi. Lakin, Rusiyanı qorxutmaq istəyən Bismark bu ideyaya qarşı idi və nəyin bahasına olursa olsun iki cəbhədə müharibə aparmaqdan qaçmağa çalışırdı. Rusiya və Fransa ilə munasibətlər kəskinləşdiyindən Bismark İngiltərə ilə yaxınlaşmağa çalışırdı. Lakin, Londonda aparılan danışıqlar da nəticəsiz qaldı.

Uzun çəkməyən fasilədən sonra Almaniyanın Avropadan kənardakı siyasəti 90-cı illərin ortalarında yeni implus aldı. Bu illərdə II imperiyanın xarici siyasətində yeni keyfiyyətlər meydana gəldi. Onun siyasəti imperialist-müstəmləkə siyasəti kimi formalaşırdı. Almaniya artıq bölünmüş torpaqları yenidən bölməyə qəti olaraq tərəfdar idi. Əsasən də, Afrikadakı inglis kaloniyaları onu cəlb edirdi. Avropada sənaye istehsalı sahəsində aparıcı yer tutan Almaniya güclü iqtisadi potensiala malik idi.

Nəhayət, tezliklə möhkəmlənən alman kapitalı özünün eksponsionist siyasətini həyata keçirmək üçün yeni vasitələr axtarırdı. Belə bir vasitə 1888-ci ildə tikilib başa çatmış böyük hərbi dəniz donanması oldu. Bu İngiltərə və digər müstəmləkəçilər üçün çağırış idi.Ümumiyyətlə, Almaniyanın xaric siyasəti də daxili inkişafı kimi millitaristlik və şovinistlik nişanı altında həyata keçirilirdi. Ölkədə mürtəce ideologiya və siyasət sahəsində geniş təşkilatlar şəbəkəsi ( Panalman ittifaqı, Donanma ittifaqı və s.) yaradılmışdır.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin