Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İmperiyanın siyasi sistemi



Yüklə 0,52 Mb.
səhifə100/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   ...   138
Yeni tarix müh

İmperiyanın siyasi sistemi. İmperiyanın partiyalı siyasi sisteminin mərkəzində milli-liberal partiya dururdu. Bu partiya sahibkarların və Almaniyanın protestantlığın yayıldığı regionlardan olan ziyalıların geniş dairələrinə arxalanırdı. 1877-ci ildə olmuş reyxstaq seçkilərində bu partiya 29,7% səs toplaya bilmişdir. Partiya biristiqamətli deyildi. Partiyanın sağ qanadına R.Benniqsen, sol qanadına isə E.Lasker (1829-1884) başçılıq edirdilər. Proqressiv partiya da fəaliyyətdə idi. O, azad ticarət prinsiplərindən artıq uzaq düşmüşdü. 1877-ci il seçkilərində partiya 7,8% səs toplaya bilmişdir. Bu partiyanın lideri isə O.Rixter (1838-1906) idi. İmperiyanın siyasi sisteminin sağ cinahında 1877-ci il seçkilərində 7,9% səs toplamış Azad Mühafizəkarlar Partiyası və 9,8% səs toplamış Alman Mühafizəkarları Partiyası dururdular.Mühafizəkarlar isə imperiya siyasətində Prusiya yunkerlərinin və kəndlilərin maraqlrını əks etdirirdilər. 1871-ci ildə isə katolikçi Mərkəz Partiyası yaranmışdır. Bu partiyanın başında vəkil , Hannoverin keçmiş Ədliyyə Naziri L.Vindxorst (1812-1889) dururdu. 1871-ci ildə bu partiyanın nümayəndələri Papanın hüquqları uğrunda mübarizə aparmaq üçün reyxstaqa müraciət etmişdilər. Elə həmin ildə kansler Prusiyanın Mədəniyyət Nazirliyində katolik şöbəsini ləğv etmişdir. Belə ki, Bismarka görə kilsə dövlətə tabe olmalı idi. 70-ci illərdə katolik kilsəsi əleyhinə yönəlmiş qanunlar qəbul olundu: kilsələrin məktəb təhsilinə qarışmağı qadağan olundu (1871), Yezuitlər ordeni Almaniya ərazisindən qovuldu (1872).

Lakin 1877-ci il seçkilərində xalq 24,8% səsini katoliklərə vermişdir. Almaniyanın sosialist partiyası isə 1875-ci ildə Qota şəhərində Alman sosial-demokrat fəhlə partiyasının və Ümumalman Fəhlə İttifaqının birləşmiş qurultayında yaradılmışdır. Partiya alman prolitariatının maraqlarını müdafiə edirdi. Bu partiya 1877-ci il seçkilərində 9,1% səs toplaya bilmişdir.

1877-ci ildə imperator I Vilhelmə edilmiş sui-qəsd nəticəsində reyxstaq buraxıldı. 1878-ci ildə reyxstaqda yenidən qruplaşma prosesi başladı. Mühafiəkarların mövqeyi daha da gücləndi. Liberallar isə müxalifətdə qaldılar, “frixtreder” kursunun tərəfdarları hakimiyyətdən uzaqlaşdırıldı. Bismark isə açıqca proteksianist təbliğatı müdafiə etməyə başladı. 1879-cu ildə mətbuatda gedən debatlardan sonra reyxstaqda proteksionist gömrük tarifi qəbul edildi. Bismarkın bu siyasətindən iri sənayeçilər və torpaq sahibləri xeyir görməyə başladılar.Hansı ki, onlar daxili bazarları ələ keçirməyi və xarici malların gətirilməsinin qarşısının alınmasını istəyirdilər.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin