Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Hakimiyyətin sturukturu. Bismark Bonapartizmi



Yüklə 0,52 Mb.
səhifə99/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   138
Yeni tarix müh

Hakimiyyətin sturukturu. Bismark Bonapartizmi. İmperiya yarandıqdan sonra ilk onillik hakimiyyət Bonapartizmin alman variantı kimi fəaliyyət göstərirdi. Bu hakimiyyət imperiyanın kansleri Otto fon Bismarkın şəxsində özünü göstərirdi. O, eyni zamanda Prusiyanın prezident - naziri idi. İmperiyada 3 siyasi qüvvə mövcud idi: Prusiya yunkerliyi, millitaristlər və iri burjuaziya. Əsas zərbə qüvvəsi isə yunkerlik və militaristlik idi. İri burjuaziya isə kompramis mövqedə dururdu. Məhz bu sistem vasitəsilə Bismark siyasi hakimiyyəti öz əlində saxlaya bilirdi. Bismark böyük siyasi xadim olmaqla təkcə taxt-tac və yunkerliyi möhkəmlətməklə məşğul deyildir. O, həm də kapitalizmin sürətli inkişafının mümkünlüyünü başa düşürdü. Bismark N.Bonopart tərəfindən yaradılmış bonapartist diktaturanın özünə məxsus formasını işləyib hazırlamışdır. Əsas hakimiyyət isəhərbi despotizm və iri bürokratik hakimiyyət aparatında cəmlənmişdir. Yəni bütün hakimiyyət imperiya kanslerinin əlində cəmlənmişdir.Eyni zamanda o, həm də Xarici İşlər Naziri olmaqla yanaşı Elzas və Lotaringiyanın idarə olunması ilə də məşğul olurdu. Bismark hakimiyyətinin özünəməxsusluğunun biri də dəmir yolunun, poçt, teleqrafın, siqaretin və suyun milliləşdirilməsi ilə dövlət mülkiyyətinin təşkil edilməsi idi.

70-ci illərdə dövlət idarəçiliyində mühüm orqanlar olan nazirliklər yaradıldı. Belə ki, 1871-ci ildə Xarici İşlər Nazirliyi, 1873-cü ildə İmperiya Dəmiryolu Nazirliyi, 1874-cü ildə Ümumimperiya Poçt Xidməti,1877-ci ildə Ədliyyə Nazirliyi və 1879-cu ildə Daxili İşlər Nazirliyi yaradıldı. 1875-ci ildə isə vahid Mülki və Cinayət Məcəllələri qəbul edildi (1879-cu ildə qüvvəyə minmişdir). Beləliklə 70-ci illərdə idarəetmədə imperiya sistemi formalaşdırıldı. Bu sistemə reyxstaqın heç bir təsiri yox idi. Kansler yalnız kayzer qarşısında cavabdeh idi. Almaniyada hakimiyyətin bu iki strukturunu ölkənin siyasi quruluşunun demokratik olmadığı xarakterini özündə əks etdirirdi.

Bismarkın əsas mübarizəsindən biri də Burjua-monarxist dövlətin mərkəzləşdirilməsi və imperiyanın hakimiyyət aparatlarının gücləndirilməsi idi ki, bu da onun liberallarla ittifaqda olub katoliklərilə mübarizə apardığı bir dövrə düşmüşdur ki, bu mübarizəni də proqresist partiyanın üzvlərindən olan Virxov mədəniyyət uğrunda mübarizə (kulturkampf) adlandırmışdır. Bu siyasət həm ölkənin daxilində, həm də xaricində güclü müqavimətə rast gəldi, hətta papa IX Piy 1875-ci ildə 1873-cü il may ayında qəbul edilmiş qanunun qüvvədən düşdüyünü elan etmişdir. Katolik kilsəsinin rahibləri və “Mərkəz” partiyası demoqoqcasına siyasət aparırdılar. Hətta reyxstaqa seçkilər zamanında belə fəhlələr arasında katolikliyin tərafdarları artmışdır. 70-ci illərdə Aşağı Reyn və Rur vilayətlərində xristian-sosialist fəhlə ittifaqları yaranmışdır ki, bu da sosialist fəhlə hərəkatına qarşı yönəlmiş qüvvə idi. Demək olar ki, bu məsələdə Bismarkın planları tamamilə məğlubiyyətə uğramışdır.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin