Ölkənin siyasi həyatı və Leyboristlər partiyasının yaranması. 1895-ci ildən hakimiyyətdə olan mühafizəkarlar əvvəlcə Salsberinin (1895-1902) sonra isə onun qohumu olan Balfurun (1902-1906) dövründə daxili irticaçı siyasət yeritmişdir. 1902-ci ildə məktəblər haqqında verilmiş qanun kilsələrdə və aristokratiyada güclü narazılıqlar yaratmışdır. Mühafizəkarlar 1907-ci ildə keçirilmiş parlament seçkilərində daha çox nümayəndə ilə təmsil oluna bilmişdilər.
Burlarla müharibə qurtardıqdan sonra hakim sinfin cərgələrində siyasi mübarizə daha da gücləndi. Xarici iqitsadi təzyiqlərdən əzab çəkən burjuaziya gömrük təhlükəsizliyini tələb edirdi. Bu məsələdə onların əsas dayağı Cozef Çebmrlen oldu. O, azad ticarətdən imtina etmək üçün səs-küylü bir kompaniya başlatmışdır və imperiyaya gömrük haqqı ödəməkdən boyun qaçırmışdır. Lakin burjuaziya da qorxurdu ki, Çemberlinin bu siyasəti onlara ziyan vura bilər. Odur ki, burjuaziya Çemberlinin proqramından imtina etdi. Mühafizəkarlar partiyasının rəhbərliyində itsə birlik yox idi. Çemberlin hökumət kabinetinin tərkibindən çıxaraq müstəqil təbliğat aparmağa başladı.
1906-cı il parlament seçkilərində liberallar mühafizəkarların cərgələrindəki bu dağınıqlıqdan istifadə edərək öz planlarını həyata keçirməyə başladılar. Onlar iri kapitalistlərin və xırda burjuaziyanın maraqlı dəstələrinə “azad ticarətin” və “ucuz çörəyin” saxlanmasına söz verdilər. Fəhlələrə isə sosial sahədə islahatlar keçirəcəklərinə söz verdilər. Beləliklə seçkidə onlar daha çox səs ala bilib 29 yerlə parlamentlə təmsil olundular. Aparıcı partiyaların sosial fəallığının zəifləməsi, həmin partiyalarda əmək və kapital arasındakı münasibətlərə qarışmamaq tərəfdarlarının qələbəsi ölkənin siyasi həyatında açıq-aydın özünü büruzə verirdi. XX əsrin əvvəllərində milli gəlir 1,8 milyard funt-sterlinqə və ya adam başına 43 min funt-sterlinqə çatmışdır. Lakin tori hökuməti üzücü yoxsulluğa görə şikayət edir, məşhur Rodşild bankirlər evinin başçılığı altında işsiz və ehtiyacı olanlar üçün vəsait tapılmırdı. Hüquq və qanunvericilik sahəsində də həmin biganəlik göstərilirdi. Belə ki, 8 saatlıq iş günü haqqında qanunun taleyi bilinmirdi. Bu qanunun ikinci oxunuşundan (1894) onun qəbulunadək 15 il keçmişdir.
Fəhlə dairələrində liberalların və mühafizəkarların vasitəçiliyi olmadan müstəqil olaraq parlamentdə təmsil olunma fikrinin zəruriliyi yetişirdi. Tred-yunionların Plimut Konqresində (1899) açıq mesajlarla nitqlər olurdu. Fəhlələr üçün zəruri olan qanun layihələri kənara atılırdı. 1900-cu ilin fevralında Londonun Memorial sarayında həmkarlar ittifaqının yarım milyondan çox olan kütləsi və üç sosialist təşkilatı (Müstəqil fəhlə partiyası, Fabian cəmiyyəti, sosial demokrat federasiyası) Fəhlə nümayəndəliyinin komitəsini (FNK) yaratdılar.
FNG-nin 1906-cı ildə keçirilmiş altıncı konfransının nümayəndələri qərara gəldilər ki, bu komitənin Leyborist partiyasına çevrilməsinin vaxtıdır. Beləliklə Böyük Britaniyanın müasir iki partiyasından biri – Leyboristlər partiyası bu cür yaranmışdır. Nİtqində “Əmək və kapital arasında münaqişələrin qarşısının alınması işində həmkarlar ittifaqının böyük xidməti olduğunu xatırlatmış yeni baş nazir Kempbel-Bannerman (1836-1908) və onun davamçısı Herbert Askvitin (1852-1928) kabinetlərinin əsas daxili probelmləri güclənməkdə olan fəhlə hərəkatı olmuşdur.
Fəhlə sinfinin hörmətini qazanmaq üçün leyborist hökuməti məhz Kempbel-Bannermanın dəstəyi ilə “Taft vadisinin işi” haqqında qərarı ləğv etdirdi (Bu qərara görə dinc piketlər sanksiyalaşdırılır və həmkarlar ittifaqına və onların vəzifəli şəxslərinə qarşı, cinayət işləri istisna olmaqla məhkəmə işinin açılmasına icazə verilmişdi).
Leyboristlər partiyasının 2 prinsipli üzvlüyü var idi – fərdi və kollektiv. Əgər hər-hansı bir tred-yunionun yığıncağına üzvlərinin yarısı üstəgəl 1 səs partiyaya daxil olmaq üçün bəs edirdi. Bununla belə hər bir şəxs seçkidə istədiyi kimi səs verə bilərdi. Parlamentdəki leyborist fraksiyası partiyanın icraiyyə komitəsinə tabe deyildir. Və hər il keçirilən konfransların qərarları onun üçün məsləhət xarakteri daşıyırdı.
Leyboristlər həmişə əmək mübahisələrinə müdaxilə edir, sahibkarların maraqlarını müdafiə edirdilər. NÜmayişçilər üzərinə polisi, hətta ordu yeridirdilər. Leyborist partiyasının təşkil etdiyi hökumətdə daha böyük rolu olan Devid Lloyd Corc (1863-1945) 1907-ci ildə dəmir yolçuların, 1908-ci ildə isə gəmidüzəldənlərin tətillərini amansızcasına dağıtdırmışdır. 1911-ci ildə isə hökumət nəqliyyatçıların tətillərini dağıtmışdır. Həmin dövrdə leyboristlər fəhlə sinfində inqilabi meyllərin güclənməsinin qarşısını almaq məqsədi ilə bəzi güzəştlərə getdilər. Onlar 1906-cı ildə istehsalatda bədbəxt hadisələr zamanı kompensasiyaların verilməsi haqqında qanun qəbul edildi. 1908-ci ildə isə parlament mədənçilər üçün 8 saatlıq iş günü haqqında qanun qəbul etdi. Həmin ildə qocalığa görə (70 yaşa çatan şəxslərə) pensiyaların verilməsi haqqında qanun da qəbul edildi. 1911-ci ildə işsizlik və xəstəliyə görə sığorta təminatı haqqında qanun da qəbul edildi. Fəhlələr bu sığortanın 44 faizini, 33 faizini sahibkarlar, qalan hissəsini isə dövlət ödəyirdi.
Bu qanunların qəbul edilməsində 1908-ci ildə Maliyyə naziri kürsüsündə oturmuş D.H.Corc böyük rol oynamışdır. Bu tədbirlərlə o, leyborist partiyasının sosial bazasını genişləndirməyi nəzərdə tuturdu. L.Corcun siyasi fəaliyyətinin əsasını isə demoqogiya təşkil edirdi. Bununla L.Corc özünün kapitala sadiq olduğunu sübut etməyə çalışırdı.
Dövlət büdcəsinin formalaşdırılması üzərində həmişə leyboristlərlə lordlar palatası arasında kəskin mübarizə getmişdir. Leyboristlərin məqsədi bu məsələ üzrə lordların hüquqlarını əlindən almaq olmuşdur. Ona görə də 1910-cu ildə parlamentə 2 seçki kampaniyası (yanvar və dekabr aylarında) keçirdilər. Lakin hər iki kampaniyada onlar az səs toplamışdır. 1911-ci ilin may ayında isə icmalar palatası yuxarı palatada islahat keçirilməsi haqqında bill qəbul etdi. Bu qanuna görə yuxarı palata büdcə məsələsinin müzakirəsi hüququnu itirmiş oldu. Beləliklə, hər bir qanun aşağı palatanın 3 dəfə təsdiqindən sonra qüvvəyə minmiş hesab olunurdu.
Dostları ilə paylaş: |