İrlandiya məsələsi. Liberalların böhranı. İrlandiyanın dövlət atributlarından məhrum olmasının ədaləstsiz olduğuna əminlik və Zümrüd adasında ab-havanın gərginləşməsi Qladsonu daha da həvəsləndirdi. Belə ki, XIX əsrin son otuz ilində İngiltərənin siyasi həyatında İrlandiya məsələsi xüsusi yer tuturdu. İrlandiyanın milli azadlıq mübarizəsində aparıcı qüvvə isə icarədar kəndlilər idi. Kənd təsərrüfatı mallarının qiymətinin aşağı düşməsi və okeanın o birisi tayından (Amerikadan) gətirilən ucuz mallar irland kəndlilərinin daha da yoxsullaşmasına səbəb olmuşdur. İrlandiyada baş vermiş kəndli hərəkatı 1879-cu ildə yaradılmış torpaq liqasının rəhbərliyi ilə təşkilati forma almışdır. Bu liqanı Maykl Devit (1846-1906) yaratmışdır. O, uşaq ikən ailəsi ilə birlikdə torpaqdan qovulduqdan sonra İngiltərəyə köçmüş irlanddır. 11 yaşında olarkən İngiltərədə fabrikdə işə düzəlmişdir ki, burada da qolunun birini dəzgah qoparmışdır. 1870-ci ildə isə ingilislərə qarşı mübarizədə iştirak etdiyinə görə 7 il katorqada sürgündə qalmışdır.
Torpaq liqası İrlandiyada torpağın milliləşdirilməsi və bərabər şəkildə kəndlilərə paylanmasını tələb edir, kəndlilərin isə mülkədar özbaşınalığına qarşı mübarizəsini müdafiə edirdi. Onların əsas mübarizə metodu isə özünəməxsus şəkildə tətil forması idi. Bu metodla kəndlilər lendlordlarla bütün münasibətləri kəsməklə onları güzəştə getməyə məcbur edirdilər. Kəndlilərin bu taktikası aksiyanın rəhbərlərindən biri olan kapitan Baykotun adı ilə adlandırılaraq “baykot” adını almışdır. Belə ki, kəndlilər lendlordlarla bütün əlaqəni kəsir, vergiləri vermir və salamlaşmırdı.
İrlandiyada lendlordları sıxışdıra biləcək heyvandarlıqla məşğul olan rencer qrupu formalaşmışdır. Hansı ki, bu vaxt torpaq sahibləri torpağı sataraq səhm alıb kapitala sahib olmaq arzusunda idilər. Torpağından qovulan kəndli isə rencerə nifrət bəsləməyə başlayırdı. Torpaqların özbaşına zəbt edilməsi, lendlordların baykot olunması, onlara aid mal-qaranın qaçırılması və şikəst edilməsi, terros aktları, ordu və polislə toqquşmalar- bütün bu kimi problemlər gündəlik hadisələrə çevrilmişdir. London hökuməti isə mövcud vəziyyətə təsir etmək iqtidarında deyildir. 1881-ci ildən başlayaraq 30 il ərzində həm liberal, həm də mühafizəkar hökumətləti parlamentdə 5 aqrar qanun qəbul etdirə bilmişdilər ki, bu aktlarda kəndlilər tərəfindən daha dözümlü şərtlərlə torpağın satın alınması nəzərdə tutulurdu. Hansı I Dünya müharibəsi ərəfəsində artıq İrlandiya lendlordlardan təmizlənmişdir. Bu xırda fermer təsərrüfatları ilə əvəz olunmuşdur. Tədricən ortabab fermer təsərrüfatı meydana gəlirdi. Kənd təsərrüfatının bütün sahələrində texniki tərəqqi qeydə alınırdı. Əhalisi isə öz milli simasını qaytarmağa çalışırdı. Xeyli sayda mədəni cəmiyyətlər yaranaraq xalqın maariflənməsi yolunda fəaliyyət göstərirdilər. Gel dili inkişaf etməyə başladı, qədim xalq mədəniyyəti və ənənələri bərpa olunmağa başlandı.
İrlandiyalılar tərəfindən dəstəklənməsi şübhğsiz ki, Qladsonu homrul haqqında birinci billi – Zümrüd adasının 1886-cı ildə öz idarəçiliyinə qəbul etməyə məcbur etdi. Nəzərdə tutulmuşdur ki, Dublində müstəqil irland parlamenti bərpa olunsun. Lakin idarəetmənin əsas strukturları yenə də Londonun əlində qalırdı. Belə ki, ordu xarici işlər və maliyyə məsələləri Londonun səlahiyyətlərinə daxil idi. Lakin Qladsonu məğlubiyyət gözləyirdi. Onun xeyli tərəfdarları mühafizəkarların tərəfinə keçdi. Və homrul haqqında qanunun qəbulu üçün ikinci cəhd də (1892-ci ildə) o iflasa uğradı. Qanun icmalar palatasından keçsə də, lordlar palatasından keçmədi. Qladsonun fəaliyyətinə son qoyuldu.
İrlandiyada iqtisadiyyatın inkişafı və onun ingilis bazarı ilə möhkəm bağlılığı milli-azadlıq hərəkatını zəiflədirdi. Parlamentdə təmsil olunan İrlandiya liqası öz tələblərini Britaniya imperiyası tərkibində İrlandiyanın muxtariyyət əldə etməsi ilə məhdudlaşdırırdı. Hansı ki, parlamentdə irlandlılar əvvəlcə liberallara dəstək verirdilər. Lakin liberallar onların ümidlərini doğrultmadıqlarına görə bütün məsələlərdə parlamentin işini pozmağa başladılar. Parlamentdəki irland fraksiyanının (fraksiya icmalar palatasında təşkil olunaraq 80-90 nəfərdən ibarət idi) lideri isə əslən ingilis olan Çarlz Parnel idi. O, həqiqətən də azad İrlandiya tərəfdarı idi. Ona görə də həmişə İrlandiya torpaq liqasının dəstəyini alırdı. Bu da İrlandiyada milli hərəkata yeni güc verirdi. Parlamentdə İrlandiya fraksiyası hətta o qədər güclənmişdir ki, 1885-ci il parlament seçkilərindən sonra onlar hökuməti belə devirmək iqtidarında olmuşdular. Odur ki, 1886-cı ilin əvvəllərindən Qladson hökuməti İrlandiya parlamentinin layihəsini hazırlamışdır. Layihə liberalların kəskin müqaviməti ilə üzləşdi. Layihənin əlehdarlarına isə Cozef Çemberlen (1836-1914) başçılıq edirdi. O hətta liberal partiyanın yenidən qurulmasının təşəbbüsçulərindən biri idi. Çemberlen Qladson hökumətində yerli idarəçilik naziri vəzifəsində çalışmışdır.
Onun başçılığı ilə liberalların böyük biri qrupu özlərini yakobinçilər adlandırırdı. Bunlar isə ingilis-irland birliyinin tərəfdarları idilər. Odur ki, onlar parlamentdə island layihəsinin qəbuluna mane olurdular. Çemberlen və onun tərəfdarları liberalların tərkibindən çıxaraq mühafizəkarlar partiyasına daxil oldular. Beləliklə liberal hökuməti yıxıldı və mühafizəkarlar hakimiyyətə gəldi. Mühafizəkar kabinetdə baş nazir Markir Salsber (1830-1903) oldu.
İngiltərədən ayrılmağın və İrlandiyada respublikanın elan olunmasının tam tərəfdarı fenilər idi. Onların ABŞ diasporası ilı sıx əlaqələri var idi. Fenilər isə azadlığın yalnız bir yolunu tanıyırdılar – silahlı mübarizə yolunu. Onlar ABŞ-dan silah, pul alırdılar. Hətta təcrübəli hərbiçilər belə gəlirdi. İrlandiyada geniş xalq üsyanı üçün şərait olmadığına görə fenilər xırda terror və qiyama əl atırdılar. 1886-cı ildə Dublinin Feniks parkında gəzinti zamanı qətlə yetirilən İrlandiya işləri üzrə qərargah katibi olan lord F.Kavendişin ölümü də onların ayağına yazılmışdır.
XIX – XX əsrin qovşağında İrlandiyada milli hərəkatın genişlənməsinin nəticəsi olaraq Şin-feyn (biz özümüz) təşkilatı yarandı. Bu təşkilat irlandların ingilis parlamentindən geri çağırılmasını İrlandiyada milli xalq asambleyasının çağırılmasını, irland parlament üzvlərindən ibarət 300-lər Şurasının yaradılmasını, İrlandiyaya özünə idarəetmə hüququnun verilməsini və s. tələblər irəli sürürdü. Şin-feyn həm də adada ingilis mallarının baykot edilməsi ilə hədələyirdi. Lakin irland burjuaziyasının bir hissəsi İngiltərə hökuməti ilə kompromisə hazır idi. Burjuaziyanın bu hissəsinin əsas fikri milli mədəniyyəti qoruyub saxlamaqla öz var-dövlətlərini artırmaq idi. Bu vaxt İrlandiyada milli-azadlıq hərəkatının başlıca hərəkətverici qüvvəsi isə fəhlə sinifi idi. İrland fəhlə sinifinin sənayenin inkişafı zamanı sayı artmış və öz həmkarlar ittifaqlarını möhkəmləndirə bilmişdilər. İrland fəhlələrinin mübarizliyini 1911-ci il dəmiryolçuların, 1912-ci ildə isə Dublin tranvayçılarının möhtəşəm tətilləri göstərmişdir. Fəhlə sinfinin mübarizəsi önündə (1898-ci ildə) yaranmış sosialist partiyasının nüfuzu daha yüksək idi. Partiyanın lideri Ceyms Konnolı (1870-1916) idi.
İrlandiya məsələsi üzrə hadisələrin belə gedişatında İngiltərənin liberal hökuməti güzəştə getməyin vacib olduğunu başa düşdü. Onlar 1912-ci ildə parlamentdə homrul haqqında yeni bill qəbul etdilər. Bu qanunu isə mühafizəkarlar pis qarşıladılar. Qanunun əlehdarları İrlandiyanın parçalanmasını
istəyirdilər. Bunun cavabında İrlandiyanın siyasi lierləri silahla cavab verəcəklərini bildirdilər və silahlanmağa başladılar. İngiltərənin hökumət dairələrində də İrlandiyanın tərəfini saxlayanlar çox oldu 1914-cü ilin mart ayında Olsterdə qayda-qanun yaratmaq əmri alan ordu komandirləri həmin əmri etirazla qarşılamışdılar.
Dostları ilə paylaş: |