Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Fəhlə və sosialist hərəkatı



Yüklə 0,52 Mb.
səhifə93/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   138
Yeni tarix müh

Fəhlə və sosialist hərəkatı. Müxtəlif formalarda bütün Avropanı bürümüş sosialist ideyalarının təzahürü İngiltərədən də yan keçməmişdir. Kapitalizmin inkişafı ölkədə sinfi münasibətləri daha da kəskinləşmişdir. Yalnız fəhlə sinfinin kiçik bir qrupu özlərinin həyat şəraitinin təmin edə bilirdi. XIX əsrin son onilliyində yeni açılmış sənaye müəssisələrində çalışan fəhlələrin hesabına tred-yunionların cərgəsi xeyli böyümüşdür. 1888-ci ildə Londonun bir sıra zərərli sənaye müəssisələrində fəhlələr sahibkarları maaşı artırmağa məcbur edə bilmişdilər.Ən böyük sinfi toqquşma 1889-cu ilin avqustunda Londonda olmuşdur. Bu üsyan nəticəsində bir sıra sənaye müəssisələrində tred-yunionlar yaradılmışdır. Əgər 1870-ci ildə tred-yunionların üzvlərinin ümumi sayı 289 min nəfər idisə 1895-ci ildə bu say 1 milyona yaxın olmuşdur.

70-80-ci illərində baş vermiş böhranlar isə işsizlərin sayını artırmış, sosial vəziyyəti dahada çətinləşdirmişdir. Belə ki, 1886-cı ildə işsizlik hərəkatı daha geniş yayılmışdır.Bu hərəkatı həm də işləyən fəhlələr də müdafiə etmişdir. Hansı ki, bu hərəkat 1887-ci ildə artıq siyasi xarakter almışdır. Belə ki, həmin il 13 noyabr tarixində Trafalqar meydanına cəmləşmiş böyük xalq nümayişi hakimiyyət əleyhinə siyasi şüarlar irəli sürmüşdür. Liberalların və konservatorların islahat potensialı tükəndikdən sonra fəhlə hərəkatı daha da gücləndi. Lakin İngiltərədə kök salmış siyasi mədəniyyət inqilabı istiqamətli ideyaların populyarlığını istisna edirdi. Baxmayaraq ki, kommunizmin yaradıcıları olan K.Marks və F.Engels hər şeydən əvvəl İngiltərə kapitalizminin analizinə əsaslanaraq ömürlərinin xeyli hissəsini orada keçirtmişdilər.

1884-cü ildə yaranmış sosial-demokrat Federasiyası elan etmişdir ki, marksizmi o da bölüşməkdədir. Kapitalizmin devrilməsi üçün yorulmadan təbliğat aparır və nəşr etdirdiyi “Castins” (ədalət) qəzetində müəssisələrin, yoxsul məhəllələrin, fəhlələrin doğulduqları üfunətli daxmaların və s. mahiyyəti açıqlanıb göstərilirdi. Lakin SDF-sı nəzəriyyədə doqmatizmlə, təcrübədə isə təriqətçilikdən əziyyət çəkirdi. Hərəkatın lideri H.M.Hayndman hesab edirdi ki, cəmiyyət inqilaba hazırdır, və onun partiyası inqilabın başlaması üçün təkan gözləyir. Cəmiyyət parlament yolu ilə dəyişikliyi inkar edir, təşkilatı işləri lazımınca qiymətləndirmir, islahatçılıq fəaliyyətinə nifrət bəsləyirdi ki, bunlarında hamısı həmkarlar təşkilatlarına etinadsız yanaşmanın nəticəsi idi. Nəticədə isə SDF-sı kütlədən uzaq düşürdü. Odur ki, bu təşkilat inqilabçı ziyalıların kiçik bir qrupu olaraq qaldı.

Yenə 1884-cü ildə 12 gəncin yaratmış olduğu cəmiyyətin adı isə müharibədə Karfagenin rəhbərin Hannibala qarşı gözləmə və zəiflətmə strategiyasından istifadə edən Roma sərkərdəsi Fabiu Kunk Fatorun şərəfinə Fabian cəmiyyəti adlandırılmışdır bu cəmiyyət sosialist ideyalarına bağlı olmaqla bu ideyanın beyin mərkəzlərindən birinə çevrildi.

Birinci nəsil fabiançıların arasında tred-yunionizmin tanınmış ideoloqlarından Sidney və onun həyat yoldaşı Bedtrisa Vebbilər, məşhur dramaturq Corc Bernard Şou və yazıçı-fantazyaçı Herbert Uels də var idilər. Onlar mövcud quruluşun nöqsanlarını, birilərinin baş gicəlləndirici cahi-cəlalda, digərlərinin isə dilənçilik içində yaşadığını üzə çıxaran pamfletlərinin buraxılışını qaydaya saldılar. Mənəvi irsə əsaslanaraq fabiançılar sübut edirdilər ki, “aşağıları” ən ümdə ehtiyaclarından məhrum etməklə toplanan həddən çox var-dövlət mənəviyyatdan kənardır.

Fabian tənqidinin kəskinliyi hər bir ev sahibi və kirayəçidən bol vergi yığan torpaq sahiblərinə qarşı yönəlmişdir. Onların baxışlarına görə cəmiyyətdəki əsas mübarizə əməklə kapital arasında deyil, çoxluq təşkil edən əhali və bir ovuc mənimsəyicilər arasında gedir. Onlar öz vəzifələrini irəli sürmüş olduqları ideyanın yayılmasında görürdülər ki, bununlada insanları inandırmağa çalışırdılar ki, lendlordlarsız və kapitalistlərsiz ölkəni idarə edə bilərlər.

Fabiançıların baxış sistemi bələdiyyə sosializmi adını almışdır. Hər bir mülkiyyətin dövlət və ya bələdiyyə mülkiyyətinə keçməsini onlar sosialist hadisəsi hesab edir. Vəhesab edirdilər ki, demokratikcəsinə köklənmiş və onların ideyalarını mənimsəmiş seçici yerli hökumət orqanlarında istifadə olunacaq ki, yalnız qaz və su təchizatı deyil, həmçinin yaşayış üçün ev tikintisi, sonra isə istehlak mallarının istehsalın da öz nəzarəti altına alsın.

Onların ideyalarına görə özəl kapitalla rəqabətdə bütün üstünlüklər şəhər idarəçiliyinin tərəfindən olmalı: evlərin tikintisi, yolların çəkilməsi, enerji təchizatı və s. elə aparılmalıdır ki, bələdiyyə müəssisələri ən əlverişli vəziyyətdə olsun. Lakin fabian cəmiyyəti evsizlərin aqibətinin yaxşılaşdırılması üçün xeyli iş görsə də bu təşkilat bir neçə yüz nəfərdən ibarət ziyalı elitanın təşkilatı olaraq qalmışdır.

Beləliklə böhran içərisində olan və bu vaxta qədər passiv və ixtisassız olan , heç bir həmkarlar ittifaqına daxil olmayan və sosial qanun vericiliyin heç bir üstünlüklərindən istifadə etməyən fəhlə kütləsini hərəkətə gətirmişdir. 1889-cu ilin avqustunda dokerlərin tətili başladı. Tətili hətta işi olan fəhlələr də qatılırdı. Beləliklə tezliklə tətilçilərin sayı 100 mini ötüb keçdi. Tətil çox böyük olduğuna görə sahibkarlar tətilçilərin tələblərini yerinə yetirib təslim olmalı oldular.

Dokerlərin tətili son demək deyildi. Bu tətil proletariatı silkələdi, onda özünə inam yaratdı, yeni yunionçuluğa (ittifaqçılığa) təkan verdi. Həmkarlar ittifaqlarına bütün təminatı olan insanlar deyil cəmiyyətdəki nemətlərdən öz payını ala bilməyən, ixtisassız fəhlələr daxil olmağa başladı.

Hərəkatın dalğası limançıları, nəqliyyat işçilərini, toxucuları və enerji sahəsində çalışanları da əhatə etdi. Yeni həmkarlar ittifaqları qapılarını irlandlılara da açdılar. Hər iki ada dokerlərin və dənizçilərin birilkləri ilə əhatə olundu. Onların isə sayının çox olması adi qayda üzrə sahibkarların kompromisə getməsinə yəni əmək haqqının artırılmasına mane olurdu.

1893-cü ildə “işsizlərin deputatı” adını qazanmış, fəhlə hərəkatının liberallara tabe olmasına qarşı çıxış edən və icmalar palatasına seçilməyə nail olan Ceyms Hardinin başçılığı ilə Müstəqil fəhlə partiyası yaradıldı. Hardi özünü sosialist hesab edirdi. Belə ki, partiyanın qurultayında qəbul olunmuş proqramda partiyanın son məqsədi öz əksini belə tapmışdır. İstehsal vasitələri üzərində kollektiv mülkiyyətin bərqərar olması, 8 saatlıq iş günün tətbiqi, 14 yaşa çatmamış uşaqların işləməsinin qadağan olunması, bütün səviyyələrdə təhsilin (hətta universitetlərdə) pulsuz olması. Siyasi sahədə isə - ümumi seçki hüququnun qəbul edilməsi, monarxiyanın və lordlar palatasının ləğv edilməsi nəzərdə tutulurdu. Partiya tətillərin təşkili və keçirilməsində fəal iştirak edirdi. Fəhlələrin maraqlarını mətbuatda və mitinqlərdə müdafiə edirdilər.

XX əsrin əvvəllərindən başlayaraq İNgiltərə cəmiyyətində zəhmətkeş təbəqənin həyat tərzi daha da pisləşməyə başladı. Lakin zəhmətkeşlər içərisində yeni qüvvələr meydana gəldi. Hansı ki, bu vaxt fəhlə sinfi öz etirazını tətil hərəkatı ilə bildirirdi. I Dünya müharibəsinə qədər olmuş tətillər içərisində dəmiryolçuların tətil hərəkatı xüsusi xarakter daşımışdır. Hansı ki, bu hərəkat 1911-ci ildə bütün ölkədə nəqliyyatın işini poza bilmişdir. Hətta Liverpulda fəhlələr ilə ordu arasında qanlı toqquşma olmuşdur. 1912-ci ildə baş vermiş ən böyük tətil isə mədənçilərin tətili olmuşdur. Hansı ki, onların əsas tələbi minimum əmək haqqının qaldırılması olmuşdur. Bu tətildə küçələrə çıxmış 1 milyon mədənçilərə 1 milyon da fəhlə birləşmişdir. Ümumiyyətlə İngiltərədə XX əsrin əvvəllərində başlamış tətil hərəkatı I dünya müharibəsi ərəfəsinə kimi davam etmişdir. Hansı ki, bu dövrdə ingilis fəhlələrinin təşkilatlanması prosesi də yüksəlmişdir, tred-yunionların üzvlərinin sayı çoxalmış və yeni fəhlə ittifaqları meydana gəlmişdir. 1910-cu ildə isə dəniz nəqliyyatı və liman fəhlələri, eləcə də dənizçiləri özündə birləşdirən ən böyük tred-yunion yaranmışdır. 1913-cü ildə isə ölkənin 3 ən böyük tred-yunionları – dəniz yolçuların, mədənçilərin və dekerlərin tred-yunionları birgə fəaliyyət haqqında müqavilə imzaladılar.

İngiltərədə fəhlə sinfinin siyasi səviyyəsinin yüksəlməsi Leyboristlər partiyasının yaranması ilə nəticələndi. Belə ki, qabaqcıl fəhlələr parlamentdə öz deputatlarının liberal partiyadan asılılığını qəbul etmirdilər. Odur ki, parlamentdə müstəqil nümayəndəliklərini yaratmağa çalışırdılar. Bu da onların qanunvericiliyə birbaşa təsir göstərmək istəyindən irəli gəlirdi. Fəhlələrin bu cəhdlərinin qarşısını almaq məqsədilə aqressiv burjuaziya 1898-ci ildə sahibkarların parlament şurasını təşkil etdi. Onların ilk hədəfləri tred-yunionlar oldu. Taf (Cənubi Uels) çayı hövzəsində dəmir yolçuların tətili zamanı yol sahibləri məhkəməyə verərək onlardan dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etdilər. Məhkəmə də işi şirkətlərin və lordlar palatasının xeyrinə həll etdi. Böyük məbləğdə cərimənin ödənilməsi tred-yunionların vəziyyətini daha da çətinləşdirdi. Bununla onlar mübarizə aparmaqdan belə məhrum olmuşdular. Ən qorxulusu isə o idi ki, gələcəkdə fəhlələr üzərinə məhkəmə təzyiqlərinin artması halı genişlənirdi. Odur ki, tred-yunionların 1900-cu ildə Londonda toplanmış konfransı fəhlə nümayəndələri komitəsi yaratdı. 1906-cı ildə isə bu komitə Böyük Britaniyanın əsas məqsədi parlamentdə öz nümayəndələrini yerləşdirmək idi. Ümumiyyətlə leyboristlər partiyası tred-yunionların, müstəqil fəhlə partiyalarının, sosial-demokrat federasiyasının və digər fəhlə təşkilatlarının əsasında yaradılmışdır.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin