Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə91/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   87   88   89   90   91   92   93   94   ...   138
Yeni tarix müh

Ölkənin siyasi həyatı. XIX əsrin son 30 ilində İngiltərənin siyasi həyatında 2 iri partiya hakim idi. Bu partiyalar – liberallar və mühafizəkarlar (konservativ) partiyaları idi. Onlar hakimiyyətdə növbə ilə olurdular. Və onların həyata keçirdikləri sosial-iqtisadi dəyişikliklər islahatlar tələb edirdi. Bu partiyalar özlərinə məxsus zamanın tələbinə cavab verməyə çalışırdılar.

Liberallar iri burjuaziyanın maraqlarını özündə qoruyurdu. Hətta xırda burjuaziya da onlara əhəmiyyətli dərəcədə köməklik göstərirdi. 1877-ci ildə Milli Liberal assosiasiyası yarandıqdan sonra liberal partiyasında yeni sistemin formalaşması başa çatmış oldu. Partiyanın lideri Vilyam Qladson(1809-1898) idi. O, gəncliyində torilərin (mühafizəkarların) tərəfdarı olmuşdur. Qladson liberallar tərəfə keçməklə iri ticarətin azadlığını müdafiə edirdi. Və dövlətin iqtisadiyyata müdaxiləsinin əleyhinə çıxırdı. 80-ci illərdə liberallar hakimiyyətdə mühafizəkarları əvəz etdilər.

Konservatorlar (mühafizəkarlar) əsasən torpaq mülkiyyətçilərinə, iri fermerlərə və ingilis kilsəsinə arxalanırdılar. 70-ci illərin sonlarından başlayaraq mühafizəkarlar da liberallar kimi yenidən təşkil olunaraq 1883-cü ildə “Konservativ asossasiyaların milli ittifaqını” yaratdılar. Müafizəkarların lideri isə Bencamin Dizraeli (1809-1881) idi. O, dövrünün ünlü yazıçılarından idi. Dizraeli öz əsərlərində dövrünün sosial və siyasi problemlərinə toxunurdu. Hətta o, monarxiyanın bərpasından sonra həll oluna biləcək utopik planlar və onların həlli yollarını işləyib hazırlamışdır. “ Sivlizasiya və ya iki millət” əsərində o, İngiltərəni iki cəbhəyə bölən dərin sosial bərabərsizliyin mövcudluğunu göstərmişdir. Dizraeli 1837-ci ildə parlamentə seçilməklə mühafizəkarlara rəhbərlik etmişdir.

1870-1886-cı illər ərzində liberallar 10 ildən çox hakimiyyətdə olmuşdular. Qladson seçici kütləsini öz tərəfinə çəkmək məqsədi ilə 1872-ci ildə gizli səsvermə tətbiq etdi. Bu isə seçkiqabağı saxtakarlığı və seçicilərin satın alınması hallarını əhəmiyyətli dərəcədə zəiflətdi.1884-cü ildə isə parlament islahatı keçirdi. Bu islahata əsasən seçkilərdə əmlak senzi ləğv edildi. Odur ki, seçicilərin sayı 2 dəfə artdı. 1885-ci ildə bu islahat davam etdirildi. Yəni bütün ölkə eyni səviyyəli seçki dairəsinə bölündü (hər seçki dairəsinə 50 min seçici düşürdü). Liberallar digər islahatlar da keçirdilər. Belə ki, dövlət qulluğuna qəbul üçün imtahan tətbiq edildi. Ali məhkəmə sistemi ləğv edildi. 1870-ci ildə isə o vaxta kimi qeyri-mükəmməl olan ibtidai təhsil sistemi yenidən təşkil olundu, yerli vergilərin və müəyyən qədər də dövlət vəsaiti hesabına yerli məktəblər şəbəkəsi yaradıldı.

Sonrakı illərdə ordu yenidən quruldu. Muzdlu könüllülərin xidmət nüddəti 12 ildən 6 ilə kimi azaldıldı ki, bu da dövlət xəzinəsində xeyli ehtiyat yaradılmasına imkan yaratdı. Liberallar orta əsrlərdən qalmış adət olan zabit vəzifələrinin satılmasına son qoymağa müvəffəq oldu. Nəhayət, 1871-ci ildə qəbul edilmiş aktla tredyunionların mövcudluğu qanuniləşdirildi. Onlar hüquqi şəxs statusu aldılar. Bununla onlar bank hesabı almaq və məhkəmədə öz maraqlarını müdafiə etmək imkanı qazandılar. Tətil imkanları isə piket keçirildikdə “qorxutma” tətbiqi qadağan etməklə məhdudlaşdırılmışdır. Lakin hökumət mədənçilər üçün 9 saatlıq iş günü tətbiq edilməsinə maneə olurdu. Çünki hökumət elə hesab edirdi ki, mədən sahiblərinin işlərinə qarışmaq yolverilməzdir. Spirtli içkilərin qəbul edilməsini, ilk növbədə isə pivə qəbulunu məhdudlaşdırmaq cəhdi Qladson üçün uğursuz oldu. Belə ki, parlamentdə bu qərar qəbul olunmadı, lakin hökumət çətinliklə də olsa pivə sexlərində iş saatının məhdudlaşdırılmasına nail ola bildi. Hətta o vaxta yayılmış məlumatlara

görə Qladsonun anti-alkoqol siyasəti bir çox seçicilərini ondan uzqlaşdırmışdır. Bu da 1874-cü il seçkilərindəki məğlibiyyətini şərtləndirmişdir.

Qladsonun bu dəyişikliklərindən narazı olan liberal burjuaziyanın mötədil hissəsi dəstəkləyən seçiciləri ilə birlikdə mühafizəkarların düşərgəsinə keçdilər. Mühafizəkarlar isə seçkilərdə xalqın dəstəyini almaq üçün çoxlu sayda vədlər verirdilər. 1872-ci ildə Kristal sarayında çıxış edən B.Dizraeli partiyasını milli partiya kimi təqdim edərək əvvəlki mühafizəkar dəyərlərə sadiq qalacağını bildirib yeni bir dəyər əlavə edib – xalqın həyat səviyyəsini yüksəldəcəyinə söz verdi.

1874-cü ildə mühafizəkarlar tərəfindən qəbul olunmuş “Sahibkarlar və fəhlələr haqqında” qanun əks hərəkətin və piketin pozuntusuna görə məsuliyyət nəzərdə tuturduş Bu qanunla uğurlu tətil keçirilməsi şansi artmışdır. Tredyunionların növbəti konqresi məhz bu qərara görə hökumətə öz minnətdarlığını da bildirmişdir.

Bələdiyyələrə ucuz evlərin tikintisi üçün icazə də verildi. Ərzaq mallarının keyfiyyətinə nəzarət üçün dövlət qurumu da yaradıldı.

Fəhlə sinfinin səsinin həlledici olduğunu başa düşən mühafizəkarlar tətil zamanı nümayişləri qadağan edən qanunu, cənablar və xidmətçilər haqqında keçmiş qanunu ləğv etdilər. Məhkəmələrdə sahibkarların fəhlələr qarşısında cavabdehliyi tətbiq edildi. 10 yaşdan aşağı uşaqların əməyindən istifadə etmək qadağan edildi. 1888-ci ildə isə mühafizəkarlar yerli idarəetmədə islahat keçirdilər: Qraflıqlarda seçki şuraları yaradıldı. Əhali yerli xərclər (yol, məktəb, xəstəxana və s. tikintisi) üçün vergi verməyə başladılar. 1891-ci ildə isə pulsuz ibtidai təhsil tətbiq etdilər.

Mühafizəkarların həyata keçirmiş olduğu bu kimi tədbirlər göstərdi ki, onlar milli konsesusun (razılığın) yaradılması üçün ciddi qayğı göstərmişlər. Beləliklə parlamentdə fəhlələrin də nümayəndələri təmsil olunduş 1874-cü il seçkilərində İngiltərə tarixində ilk dəfə olaraq icmalar palatasında fəhlələrin iki nümayəndəsi təmsil olunmuşdur.

1880-ci ildə hakimiyyətdə növbəti “maneələrin” aradan qaldırılması başlandı. Belə ki, Dizraelinin kabineti köhnələrdən təşkil edilmişdir. Qoca baş nazir islahatlara qarşı biganələşmişdir. Partiyanın ənənəvi qanadı açıq-aydın

siyasətdə üstünlük təşkil edirdi. Eksponsionist (müdaxiləçi xarici siyasət) özünü döğrultmurdu. Britaniyanın ekspansiya korpusu Əfqanıstanda darmadağın edilmiş, Cənubi Afrikada isə zululara qarşı aparılan ekspansiya siyasəti müvəffəqiyyətsizliyə uğramışdır.

1884-cü ildə Qladson hökuməti seçki hüquqlarını əhəmiyyətli dərəcəd genişləndirdi. Belə ki, yaşamaq üçün ev kirayə edə bilən şəxslər, xırda icarədar fermerlər və lendlordların yaşamaq üçün kiçik evlər verdiyi kənd təsərrüfatı fəhlələri də seçkidə iştirak etmək hüququ qazanmışdılar. Bununla seçicilərin sayı bütün ölkədə 3 milyondan 5 milyona qalxmışdır. Sonra isə seçki dairələrinin yenidən formalaşdırılması prosesi başladı və dairələr arasında bərabərsizlik əhəmiyyətli dərəcədə azaldılmışdır.

Beləliklə hər iki partiyada islahatçılıq fikri tükənməmişdir. 80ci illərdə liberallardan olan Cozef Çemberlen tərəfindən təklif olunmuş radikal proqram (gəlir vergisinin tətbiqi, yaşayış səviyyəsinin yüksəldilməsi, pulsuz kitabxana şəbəkəsinin yaradılması) irəli sürmüşdür. “Xalqa etibar et” şüarını irəli sürən lord Randolf Çörçil mühafizəkarlarda şıltaq uşaq kimi çıxış edirdi. O,”mülkiyyətin və kapitalın hüquqlarının ağılsızca və uzağı görmədən dəstəklənməsinin təhlükəli olduğunu xəbərdar edərək bəyan edirdi ki, hər kəsin özünün yaşayış şərtləri vardır. O, ödənişsiz təhsil, istehsalatda alınan xəsarətlər üçün konpensasiya sisteminin yaradılması və iş gününün qısaldılması uğrunda çıxışlar edirdi. Mahiyyətinə görə mühafizəkar yuxarıların xalq kütləsi ilə yaxınlaşmasına səbəb olan “Qar çiçəyi” ittifaqı (təşkilat Dizraelinin xatirəsi şərəfinə belə adlandırılmışdır) Böyük Çörçil tərəfindən əsası qoyulmuşdur və indiyə kimi də fəaliyyətini dayandırmamışdır.

Partiyaların islahatlar uğrunda bu yarışmalarına baxmayaraq istehsal zəifləyir, işsizlik artır, kənd təsərrüfatı isə ucuz xarici məhsulun müdaxiləsindən əziyyət çəkirdi. London və ölkənin digər iri şəhərləri mitinqlər meydanına çevrilirdi. Yığıncaqların ənənəvi yeri olan – Trafalqar meydanında mitinqlərin keçirilməsinə maneçilik cəhdləri söz və yığıncaq azadlığına qəsd kimi qiymətləndirilirdi ki, bu da vəzyyəti daha da gərginləşdirirdi. 1887-ci il 13 noyabr tarixi isə İngiltərə tarixinə “ Qanlı bazar” günü kimi daxil oldu. Belə ki, həmin gün nümayişçilərə qanlı divan tutulmuşdur. Liberalların seçici bazası, onun sağ qanadı mühafizəkarlara qoşulması səbəbindən azalırdı. Beləliklə icmalar palatasında Qladson irlandiyalıların dəstəyindən asılı vəziyyətə düşmüşdür. Odur ki, o, öz siyasətini məhz bu istiqamətdə qurmalı idi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin