Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə87/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   138
Yeni tarix müh

Sol blok. 1902-ci il seçkilərindən sonra “sol” respublikaçı partiyalar parlamentdə özünəməxsus təyinedici mərkəz “solların nümayəndə heyətini” yaratdılar. Bu “sol blok” Emil Kombanın başçılığı ilə sosialistlərin daxil olduğu koalisiya hökumətini yaratdı. Qarşıda duran əsas məsələ klerikallıqla aparılan mübarizə hesab olunurdu. Parlament çoxluğu konqreqasiyaların qeydə alınması xahişlərini rədd etdi, nəticədə onların çoxu fəaliyyətini dayandırdı. Əvvəllər icazəli olan minlələ konqreqasiyaya qadağa qoyuldu, hərbçilərə dini cəmiyyətlərin yığıncaqlaeında iştirak etmək, ruhanilərə isə univrersitet dərəcəsi almaq qadağan olundu.

Bu Fransana ilə Vatikan arasında münasibətlərin kəskin pisləşməsinə gətirdi. Vatikan Fransa hökumətinin hərəkətlərinə qarşı etirazlar silsiləsi ilə çıxış etdikdən sonra, onunla diplomatik əlaqələrini kəsdiyini bildirdi. 1905-ci ildə kilsənin dövlətdən ayrılması haqqında qanun qəbul olundu, bununla belə respublika vicdan azadlığı və bütün inancların sərbəstliyinə zəmanət verirdi. Kilsənin əmlakı “dini asossasiyaların” sərəncamına verildi. Tədricən kilsə siyasi istəklərindən əl çəkdi, bununla belə, eyni zamanda antiklerikalizmin əsas mənbəyi tükəndi.

Kilsə ilə mübarizə XX əsrin əvvəlində “sol” respublikaçı kabinetlərin daxili siyasətinin əsas istiqamətini təşkil etsə də onlar ordunu da diqqətdən kənarda qoymadılar. Ordunun demokratikləşdirilməsi məqsədi ilə hərbi xidmətin 3 ildən 2 ilə qədər aşağı salınması haqqında qanun qəbul olundu. Zabit korpusunun klerikallar və millətçilərlə bağlı olan şəxslərdən “təmizlənməsi” həyata keçirildi.

“Sol blokun” daxili siyasəti “Kombizm” ifratçılığı adlandı. Bu da “sol”

respublikaçı ictiami döyüşkən əhval-ruhiyyəsi ilə bağlı idi. Lakin onların bir hissəsi hökumət çoxluğundan ayrılan sol respublikaçılara sakitləşdirici təsir göstərirdilər. Sosialistlər tərəfindən gözlənilən dəstək də zəiflədi. O vaxta qədər ki, onlar böyük sosial islahatların yoxluğuna göz yummağa razı idilər. Lakin 1906-cı ilin yazında tətil və hakimiyyət dalğası qalxanda, kütləvi 1 may qarma-qarışıqlığından qorxan sosialistlər hökuməti tənqid etdilər. Çünki onlar fəhlə secicilərinin etimadını itirməkdən qorxurdular.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin