Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə85/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   138
Yeni tarix müh

Dreyfusun işi. Liberal mühafizəkar güclərin birləşmələrinə can atan proqressist partiyası 90-cı illərin sonunda baş verən sərt siyasi böhrana tab gətirə bilmədi. Hərbi tribunalın baş qərargahın Kapitani Alfred Dreyfusun xəfiyyəçilik üstündə çıxardığı ömürlük həbs cəzası hökmü uzaqdan-uzağa ona bəhanə oldu. Sonradan sübut etmək mümkün oldu ki, iş saxtalaşdırılıbmış. Lakin fransız ordusunun nüfuzunu qoruyan hərbi tribunal Dreyfusun işinə yenidən baxmadı. Antisemit əhval-ruhiyyəsi də rol oynadı. Kapitan Dreyfus yəhudi idi, Elzas sənayeçisinin oğlu, hərbi kastaya yad adam idi. Dreyfusun işi (hərbi sirrin alveri ilə günahlandırılırdı) açıqlananda, ehtiraslar qeyri-adi güclə alovlandı. Əvvəlcə hüquqi olan qeyri-ədalətli hökm işi siyasi xüsusiyyət aldı. Yazıçı Emil Zolyanın dövləti, baş ştabın məmurları və hərbi hakimlərin hərəkətlərini ifşa etdiyi “Mən günahlandırıram” məqaləsinin nəşri böyük rol oynadı. Onun çıxışı Dreyfusun işinə münasibətdə elə bil ki, iki düşmən düşərgəsinə parçalanmış ölkəni silkələdi.

Ordunun “namusunun” müdafiəsinə və işə yenidən baxılmasına qarşı mühafizəkar- katolik partiyasının çoxluğu və respublikaçıların prezidenti Tor daxil olmaqla proqressistlərin bir hissəsi ayağa qalxdı.

Millətçilər təkid edirdilər ki, başqa dindən olan insan “tam ölçüdə” fransız sayıla bilməz və təhlükə anında vətən ona arxalana bilməz. Antisemitizmi qızışdırmaq üçün onlar əsrin ən gur dələduzluğundan, maliyyə sui-istifadələrindən vəzifəli şəxslərin satın alınmasından istifadə etdilər. Nəticədə isə Panama kanalı kompaniyası iflasa uğradı və 85 min səhmdar əmanətlərini itirdilər. Parlamentin 140 deputatından istifadə etmişdilər. Panama hay-küyü Fransa tarixində antisemitizmin görünməmiş tüğyanına təkan verdi. Onun əsas günahkarları yəhudi-baron Reynax və Hers hesab olunurdu. 1898-ci ildə eyni vaxtda bir neçə kütləvi, millətçi təşkilat meydana gəldi. Onların sıralalrında yüz minlərlə adam hesablanırdı (misal üçün, bir tək fransızların vətən liqası-yarım milyona qədər idi) və hakimiyyətə güclü təsir göstərirdilər ki, Dreyfusun işinə yenidən baxılmasın. Millətçilər işə yenidən baxılmasını tələb edir və demokratik hüquq və azadlıqların müdafiəsi şüarını irəli sürürdülər. Bu şüarın altında müxtəlif siyasi qüvvələrin nümayəndələri birləşmişdi, ictimai hərəkatlar, kontessiyalar-radikallar Jores tərəfindən idarə olunan sosialistlərin bir hissəsi frankmasonlar, protestantlar, antimilitaristlər, antiklerikallar və s. 1898-ci ildə onlar tərəfindən hüquq müdafiəsi hərəkatın tarixində vacib rol oynamış, insan hüquqları liqi yaradılmışdır. Bir çox halda masonların səylərinin nəticəsində dreyfusarların düşərgəsində olan, sosial və siyasi yanaşmada, bu qədər inadkar güclərin birliyini təşkil etmək mümkün oldu.

1898-ci ilin yayında Dreyfusun işi üzrə sənədləri dəyişdirdiyini etiraf edən hərbi kəşfiyyat rəisi polkovnik Anri intihar etdi. İşin yenidən baxılması qaçılmaz oldu. Ona ancaq millətçilərin ciddi cəhdlə həyata keçirməyə çalışdıqları dövlət çevrilişi mane ola bilərdi. Torun ölümü və 1899-cu ilin yayında hökumətin istefası ilə işə qanuni gediş verməyə imkan yarandı. Lakin hərbi tribunal yenidən kapitan Dreyfus üçün təqsirləndirici qərar çıxardı. Yalnız 1906-cı ildə kassasiya məhkəməsi Dreyfusa tam bəraət verdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin