Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Fransada üçüncü respublikanın qurulması



Yüklə 0,52 Mb.
səhifə81/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   138
Yeni tarix müh

Fransada üçüncü respublikanın qurulması. Paris Kommunası qan içərisində bağlandıqdan sonra Fransa taxt-tacına 3 sülalə birdən can atırdı. Bunlar – Burbonlar, Orleanlar və Bonapartçılar idilər. Lakin 1870-ci il 4 sentyabrda baş vermiş xalq üsyanından sonra Fransa respublika elan edilmişdir. 1871-ci il 8 fevral tarixində Milli Məclisə keçirilmiş seçkilərdə isə əksəriyyəti monarxistlər olmuşdur (630 deputatdan 400-ü monarxist idi). Respublikaçılar isə azlıqda qalmışdır. Ölkədə respublikaçılarsız respublika mövcud idi. Parlament yolu ilə faktiki olaraq monarxiyanın bərpası üçün imkan yaranmışdır. Lakin onların sıralarında birliyin olmaması buna ciddi maneçilik törədirdi. Odur ki, monarxiyanın restavrasiyası planı iflas etdi. Fransa əhalisinin əksiriyyəti respublika quruluşunun tərəfdarı idi.

Monarxiya tərəfdarları özləri 2 hissəyə bölünmüşdülər. Azlıqda qalan monarxiya tərəfdarları Burbonlar sülaləsinin tərəfdarı idilər. Onlar X Karlın nəvəsini taxta çıxarmaq istəyən qraf Şamboru dəstəkləyirdilər. Monarxiya

tərəfdarlarının əksəriyyəti isə Orleançılar idi və Lui Flippin oğlu olan Paris qrafını dəstəkləyirdilər.

Hər iki partiya iri torpaq sahiblərində ibarət idi. Legitimçilər əsasən kənd zadəganlarının olduğu halda, orleançılar isə iri daşımaz mülkiyyətə, bankların, sığorta şirkətlərinin, dəmir yolu kompaniyalarının, iri müəssisələrin səhmlərinə malik sahibkarların partiyası idi. Tyeri bu partiyaların arasındakı ziddiyyətlərdən məharətlə istifadə etdi. Və 1871-ci il 31 avqust tarixində o dövlət başçısı seçildi, respublikanın prezidenti oldu. O, hakimiyyətinin ilk aylarında Paris Kommunası və Fransa – Prussiya müharibəsinin nəticələrinin ləğvinə daha çox diqqət yetirirdi. İki daxili istiqrarların hesabına o, qısa bir müddətdə təzminatı ödədi və 1873-cü ilin martında Almaniya ilə işğal olunmuş bütün Fransa ərazisinin azad edilməsi haqqında konvensiya imzalandı.

1872-ci ilin noyabrında monarxiya tərəfdarları üçün gözlənilməz hadisə oldu. Parlament ölkədə respublikanın mövcudluğunu elan etdi. Bunun hətta orleançıların bir hissəsi də dəstəklədi. 1873-cü il 24 may tarixində tyeri istefaya göndərildi. Respublikanın prezidenti isə legitimçi marşal P.Mak-Maqon seçildi (1879-cu ilə kimi prezident olmuşdur). Həmin ilin noyabr ayında isə prezidentin səlahiyyəti müddətinin 7 il olmasını təyin edən qanun qəbul olundu

Mak-Maqon dövlət başçısı kimi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi “mənəvi intizamın” bərpası olduğunu bəyan etdi. Dövlət aparatında təmizləmə aparmış Hersoq de Brolyo hökümət başçısı təyin olundu. Respublika tərəfdarı olmaqla şübhəli bilinən dövlət qulluqçuları vəzifələrindən kənarlaşdırılır, monarxiya tərəfdarları ilə əvəz olunurdular. Eyni zamanda hakimiyyət katolik kilsəsinə də qəyyumluq edirdi. Elə bu vaxt siyasi həyatda bonapartçıların nüfuzu qalxmağa başladı. Hətta onlar Milli Məclisə keçirilmiş əlavə seçkilərdə uğur qazanmışdılar. Məhz bunun nəticəsi olaraq orleançıların bir hissəsi respublikaçılarla kompromisə getməyə məcbur oldular. 1875-ci ildə qəbul edilmiş konstitusiya da bu kompromisin nəticəsi idi.

Əvvəlki konstitusiyalardan fərqli olaraq yeni konstitusiya hakimiyyətin ali orqanlarının quruluşunu və səlahiyyətlərini müəyyən etdi. Qanunverici hakimiyyət 2 palatalı parlamentə qaytarıldı. Parlament Senat və deputatlar palatasından ibarət idi. Senat seçicilərin xüsusi kollegiyaları tərəfində, hər üç ildən bir tərkibinin üçdən birinin təkrar seçilməsi şərti ilə 9 il müddətinə seçilirdi. Senata seçilmək 40 yaşdan sonra mümkün idi. Ali məhkəmə hakimiyyəti də senata aid idi. Senat ölkənin ali məhkəməsi kimi də qərarlar qəbul edə bilərdi. Deputatlar palatası isə ümumi seçkilərdə 21 yaşına çatmış kişilərdən hər 4 ildən bir seçilirdi. Qadınlar, hərbiçilər, gənclər, mövsümi fəhlələr seçkilərdə iştirak etmək üçün hüquq ala bilməmişdilər. Palataların Konqres adlanan birgə iclaslarında ölkənin prezidenti seçilir və konstitusiyaya dəyişikliklər olunurdu.

Konstitusiya icra hakimiyyətini prezidentə tapşırmışdır. Prezident Milli Məclis tərəfindən 7 il müddətinə seçilirdi. O, nazirlər təyin edir və istefaya göndərir, iclaslara sədrlik edirdi. Lakin onların xəbəri olmadan hər hansı bir vacib qərar qəbul edə biməzdi (Əllərində real icra hakimiyyəti olan nazirlər palatalarının yanında həmrəy məsuliyyət daşıyan hökumət təşkil edirdilər). Eyni zamanda prezidentin müharibə elan etmək, sülh bağlamaq, qanunvericilik təşəbbüsü ilə çıxış etmək, ali mülkü və hərbi vəzifələri vermək hüququ var idi. Yəni prezidentin hakimiyyəti böyük idi. Və 3-cü respublikanın bu konstitusiya burjua konstitusiyası olmaqla hakim sinfin əmlakının toxunulmazlığını müdafiə edirdi.

Bu konstitusiya demokratik quruluşun bir sıra prinsiplərini möhkəmləndirmişdir. Bu prinsiplər – nümayəndəli idarəetmə, hakimiyyət bölgüsü, hökümətin parlament qarşısında məsuliyyəti və s. ibarət idi. Lakin bu konstitusiya özlüyündə ənənəvi insan və vətəndaş hüquqları Bəyannaməsini ehtiva etmirdi. Sonradan mətbuat, mütəxəssis asossasiyaları (birlikləri) və ictimai təşkilatlar haqqında qanunlar qəbul olunmuşdur.

Yeni konstitusiya əsasında 1876-cı ildə Milli Məclisə keçirilmiş seçkilərdə Senatda yerlər monarxiya tərəfdarları və respublikaçılar arasında bərabər bölündü. Deputatlar palatasında isə respublikaçılar üstünlük əldə etdilər. Yəni 170-ə qarşı 360 mandat əldə etmişdilər.

Əvvəlcə prezident Mak-Maqon hökuməti respublikaçılardan təyin etsə də sonradan mənarxiya tərəfdarlarını hakimiyyətə gətirdi və senatın razılığı ilə deputatlar palatasını buraxıb yeni seçkilər təyin etdi. Seçkilərə razılıq hökumətin müxalifətə qarşı təzyiqi altında keçdi. Respublikaçılar seçki qabağı blok yaratdılar. Bütün seçki dairələrində ümumi platforma və vahid namizəd irəli sürülürdü. Bu seçki taktikası özünü parlaq sürətdə doğrultdu. 1876-cı il 14

oktyabr seçkilərində respublikaçılar 335, monarxiya tərəfdarları isə 208 yer ala bilmişdilər.

Monarxiya tərəfdarlarının hakimiyyətinin saxlanması üçün bütün qanuni mübarizə metodları tükəndikdən sonra Mak-Maqon geri çəkildi. Azlığı təşkil edən hökumət kabineti istefaya göndərildi. Özü isə 1879-cu ilin yanvarında vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırıldı. Yeni prezident respublikaçılardan olan Jül Qrevi seçildi. Deputatlar palatasının sədri də respublikaçı Leon Hambetta seçildi. Beləliklə respublikaçılar dövlət hakimiyyətinin hər 3 qoluna sahib oldular.

Hakimiyyətə gəldikdən sonra respublikaçılar öz proqramlarında əks olunmuş prinsiplərdən - senatın ləğv olunması, prezident hakimiyyətinin məhdudlaşdırılması, kilsənin dövlətdən ayrılması, proqressiv gəlir vergilərinin tətbiqi və s. imtina etdilər. Onlar müstəmləkəçilik siyasətinə rəvac verdilər. 1881-ci ildə Tunis üzərində Fransanın protektoratlığı təşkil edildi. 1885-ci ildə isə Tonkin və Annam torpaqları üzərində Fransanın hüquqları möhkəmləndirildi. Eyni zamanda Fransa həmçinin Qərbi və Mərkəzi Afrikanı, Madakaskarı işğal etdi. Məhz bütün bunların nəticəsi olaraq, yəni müharibələrin çoxlu vəsait tələb etdiyindən vergilər artırıldı.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin