Kommunanın sosial-iqtisadi siyasəti. Paris Kommunası fəhlələrin, sənətkarların və Parisin yoxsul təbəqəsinin maraqlarından çıxış edərək 29 mart 1871-ci il tarixində Milli Qvardiyanın MK-nın mənzil haqlarının ləğv edilməsi haqqındakı qərarını yenidən təsdiq etdi. Həmin qərarla mənzilə olan borclar da ləğv edildi. Sahibləri xaricə qaçmış fabrik və zavodların fəhlə birliklərinə verilməsi haqqında qərar da verildi. Bir sıra müəssisələrdə və təşkilatlarda fəhlə nəzarəti tətbiq olundu. Paris zəhmətkeşlərinin vəziyyətini yaxşılaşdırmaq
məqsədi ilə may ayında çörəyin qiyməti haqqında qanun qəbul edildi. Həmin qanunla sağ prudonçuların müqaviməti də sındırılaraq kasıblar tərəfindən lombardlara qoyulmuş 20 frankdan aşağı borclar da ləğv edildi. 8 saatlıq iş günü tətbiq edilməsi haqqında müzakirələr aparıldı. Lakin bu mümkün olmadı, iş gününün uzunluğu 10 saat olaraq qəbul edildi. Bunun özü də o dövr üçün əmək qanunvericiliyində irəliyə doğru bir addım idi. Kommuna Şurasının “Kilsənin dövlətdən ayrılması haqqındakı” dekreti çox böyük siyasi əhəmiyyətə malik idi. Bu dekretlə doğum, ölüm və evlənmək haqqında qeydiyyat kilsənin əlindən alınaraq dövlət təşkilatına verildi. May ayında isə Fransada qadınların hüquqlarının təmin edilməsi haqqında dekret verildi.
Dostları ilə paylaş: |