Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XVI mühazirə: Fransa 1870-1914-cü illərdə



Yüklə 0,52 Mb.
səhifə75/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   138
Yeni tarix müh

XVI mühazirə: Fransa 1870-1914-cü illərdə


Fransa-Prussiya müharibəsi. Müharibənin başlanması üçün bəhanə ispan taxt-tacının tutulması məsələsi idi. 1868-ci il inqilabından sonra şahzadə İzabella İspaniyadan qaçdı və kortes ispan taxtını Prussiya sülaləsindən olan şahzadə Leopolda təklif edir. Fransa höküməti ispan kral taxtının Hogensollernlər tərəfindən tutulmasına cənub sərhədlərindən də alman təhlükəsi kimi baxaraq öz etirazlarını bildirdilər və buna imkan verməmək üçün bütün tədbirləri gördülər. Berlindəki fransız səfiri Benedetti Prussiya kralı I Vilhelmin istirahət etdiyi Ems şəhərinə gedərək, kraldan Berlinin Leopoldin namizədliyi üzərində israr etməyəcəyi haqqında şifahi təminat aldı. Bunun ardınca 1870-ci il iyulun 12-də şahzadə Leopold rəsmi olaraq ona təklif olunan ispan taxtından imtina etdiyini elan edir. Görünür ki, hadisə bitdi. Lakin Fransa və Şimali-Alman ittifaqı arasında asayişin olması hər iki tərəfin planlarına daxil deyildi. Buna görə də istər Fransa, istərsə də Prussiya konflikti yenidən qızışdırmağa başladılar. Berlin mətbuatı “Almaniyanın alçaldılması” haqqında danışırdı. Paris isə Benedettiyə təklif edir ki, I Vilhelmdən III Napoleonun adına onun Leopoldin namizədliyinə heç bir vaxt razılıq verməyəcəyi haqqında şəxsi məktubla təminat almağa nail olsun. Lakin I Vilhelm belə təminat verməkdən imtina edir. Ertəsi gün Benedetti ilə görüşündə kral fransız səfirə bildirir ki, növbəti danışıqlar Emsdə deyil, Berlində aparılacaq. Bunun ardınca Berlinə Bismarka, I Vilhelmin Benedetti ilə iyulun 13-dəki danışıqlarının məzmununu ifadə edən teleqram vurulur.

Teleqram alan Bismark onun məzmununu dəyişərək mətbuatda dərc etdidir. “Ems depeşasi”ı Bismarkın redaktəsi ilə Fransa üçün həqarət xarakteri daşıyırdı. Fransa höküməti “Ems depeşası”nı təhqir hesab edərək, 1870-ci il iyulun 19-da Prussiyaya müharibə elan etdi. Bismark zəfər çaldı: o Fransa ilə müharibə həsrətində idi və ona da nail olur.

Müharibəyə başlayan III Napoleon öz qüvvələrini çox pis hesablamışdı. “Biz hazırıq, biz tamamilə hazırıq” – deyərək hərbi nazir Qanunverici korpusun üzvlərini əmin edirdi. Bu lovğalıqdan başqa bir şey deyildi. Hər yerdə nizamsızlıq və hərc-mərclik hökm sürürdü. Ordunun nə ümumi rəhbərliyi, nə də müəyyən edilmiş müharibə aparılma planı yox idi. Nəinki əsgərlərin, həmçinin zabitlərin ən zəruri şeylərə ehtiyacı var idi. Zabitlərə alverçidən revolyer almaq üşün 60 frank paylanmışdı. Hətta Fransa ərazisində hərbi əməliyyat meydanının xəritəsi yox idi. Elə güman edilirdi ki, müharibə yalnız Prussiya ərazisində aparılacaq.

Mühariənin elə ilk günlərindən Prussiyanın üstünlüyü özünü biruzə verdi.

Prusslar qoşunların səfərbər edilməsinə və sərhəd boyunca cəmləşdirilməsinə görə fransızları qabaqlamışdı. Prussiya qoşunları iki dəfə onlardan artıq idi. Onların komandanlığı öncədən işlənib hazırlanmış müharibə planını inadla həyata keçirirdi. Əsgərlərin şücaətinə baxmayaraq, fransız diviziyaları bir-birinin ardınca məğlubiyyətə düçar oldular. Prusslara ilk döyüşlərdəcə fransız ordusunu iki hissəyə bölmək müyəssər oldu: marşal Bazenin komandanlığı altında olan fransız ordusunun bir hissəsi Mets qalasına sıxışdırılaraq mühasirəyə alındı, marşal Mak-Maqonun və imperatorun özünün komandanlığı altında olan digər hissəsi isə Belçika sərhəddinin yaxınlığında yerləşən Sedan kəndinə doğru geri çəkildi. 1870-ci il sentyabrın 2-də müharibənin nəticəsini həll edən döyüş baş verdi. Sedan yaxınlığındakə döyüşdə 3 min fransız öldürüldü. Prussiya ordusu fransızları darmadağın etdi. III Napoleon kapitulyasiya edildi. Marşal Mak-Mqonun 80 minlik ordusu və III Napoleonun özü əsir götürüldü. Prussiya qələbə çaldı.

Sedan fəlakəti onsuz da uçurumun astanasında olan III Napolen imperiyasına vurulan son zərbə idi. İkinci imperiya kartondan hazırlanmış evcik kimi dağıldı.

Sedan yaxınlığındakı məğlubiyyət və imperatorun əsir düşməsi xəbəri Parisdə 1870-ci il sentyabrın 4-də fəhlələrin və xırda burjua şəhər kütlələrinin üsyanına səbəb oldu. Fransada bütün zəhmətkeşlərin dəstəklədiyi, əsas hərəkətverici qüvvəsinin fəhlələr olduğu 4 sentyabr 1870-ci il inqilabı öz xarakterinə görə burjua-demokratik inqilabı sayılır. Fəhlələrin zəif təşkilatlanmasından istifadə edən, əvvəllər III Napoleon hökumətinə müxalifətdə olan burjua respublikaçıları həyətində minlərlə fəhlə və sənətkarın toplaşdığı Paris bələdiyyəsinə doğru yürüdülər. Fəhlələri öz tərəflərinə çəkmək üçün burjua respublikaçıları öncədən tərtib edilmiş hökumətin tərkibinə, III Napoleonu kəskin tənqidi ilə məşhurlaşan jurnalist Anri Roşfonu da daxil etdilər. Fransa respublika elan edildi. Milli müdafiə hökumətinin tərkibinə daxili işlər naziri vəzifəsini burjua respublikaçısı Jül Favr, xarici işlər naziri – sol burjua respublikaçısı Leon Hambetta, hərbi nazir postunu isə general Leflo tutdu. Hökumətə Parisin keçmiş hərbi qubernatoru, orleançı general Troşyu başçılıq edirdi.

Sedandan sonra prussiyalılar Parisə doğru irəlilədilər. Milli müdafiə hökuməti tələsik yeni ordu tərtib etdi, lakin bu ordu da güclü düşmənlə mübarizə

13

aparmaq iqtidarında deyildi. Şəhərin müdafiəsi hələ III Napoleon dövründə təşkil edilmiş Milli qvardiyaya tapşırıldı. İndi bu hökumət qvardiyaya tərkibində fəhlələr, sənətkarlar, xırda qulluqçular və ziyalılardan ibarət 200 yeni batalyon əlavə etdi. Oktyabrın əvvəlində milli qvardiya 250 min nəfərdən ibarət oldu. Beləliklə, burjuaziya xalqı silahlandırmalı oldu, əslində bu inqilabı silahlandırmaq demək idi. Almanlar Parisə yaxınlaşan zaman sentyabrın 19-da milli qvardiya vahid şəkildə doğma şəhərlərinin müdafiəsinə qalxdılar. Silahlanmış xalq qarşısında qorxuya düşən burjuaziya Parisi döyüşsüz təslim etməyə və almanlarla istənilən şərtlər əsasında sülh müqaviləsi bağlamağa hazır idi.



Leon Hambetta Fransanın aktiv müdafiəsi və düşmənə müqavimətin təşkil edilməsi tələbi ilə hökumət qarşısında çıxış etdi. Noyabrın 7-də Hambetta “Arman Barbes” adlı hava şarı ilə mühasirədə olan Parisi tərk etdi. O fransızları mübarizənin davamına qaldırmaq üçün Tur şəhərinə yola düşdü. Hambettaya bir ay ərzində Luar adlandırılan ordu toplamaq müəssər oldu. Onların uğurlu müharibə aparmaq üçün şansları var idi: Paris və Metsin mühasirəsi qarşı tərəfin bütün gücünü tükəndirirdi. Luar ordusu uğurlu fəaliyyət göstərirdi. Fransızlar hətta döyüşkənlikləri ilə düşməni də heyrətləndirirdilər. Luar ordusu hücuma keçərək Klum yaxınlığında almanlarla gərgin döyüşdən sonra noyabrın 7-də Orlean şəhərini ələ keçirdi. Luar ordusunun bir hissəsi general Burbakın komandanlığı altında olan Şərq ordusuna bölündü.

Xalq kütlələrinin himayə etdikləri Milli qvardiyaçılar almanların hücumlarını dəf edərək, mühasirədə olan Parisi müdafiə edirdilər. Parislilərin ərzaq vəziyyəti kəskin pisləşirdi. Yanvarın ortalarına doğru şəhərdə un ehtiyatı qurtarmışdı. Alverçilər ərzaqı gizlədirdilər, fəhlələr aclıq çəkirdi. Gündəlik çörək payı sutkada 30 qramadək azaldılmışdı. Lakin bu bir parça çörək üçün də qadınlar və uşaqlar səhər saat 5-dən çörək mağazalarının qarşısında növbəyə dururdular. Ərzağın qiyməti artmışdı: 300-400 qram it və ya pişik əti 5 franka, bir baş soğan isə 50 franka satılırdı. Yanacaq yox idi. Bulvarlardakı ağacları kəsirdilər. Almanların şəhəri top atəşinə tutmaları nəticəsində şəhər dağıntılara məruz qalmışdı. Şəhərdə bir çox müəssisələrin bağlanması nəticəsində işsizlərin sayı çoxalırdı.

Blankistlər yenidən 1871-ci il yanvarın 22-də üsyan etməyə cəhd etdilər, lakin onların çıxışları hökumət qoşunları tərəfindən yatırıldı. Fəhlələrdən ehtiyat

edən burjua hökuməti birbaşa xəyanətə keçdi. 1871-ci il yanvarın 28-də Fransanın milli müdafiə hökuməti Prussiya ilə Parisin kapitulyasiyası və tikilib başa çatdırılmamış istehkamların təhvil verilməsi şərtləri ilə barışıq imzaladılar. Barışıq bağladıqdan sonra burjuaziya öz hakimiyyətini möhkəmləndirməyə tələsdi. 8 fevral 1871-ci ildə Milli Məclisə seçkilər keçirildi. Monarxistlər və klerikallar fitnə xarakterli xəbər yayırdılar ki, fəhlələr işləmək istəmədikləri üçün almanlarla müharibənin davam etdirilməsinin tərəfdarıdırlar. Onlar kəndliləri əmin edirdilər ki, sosialistlər onların torpaqlarını bölüşdürməyə çalışır. Belə təbliğat nəticəsində Milli Məclisə yalnız mülkədarlar, iri burjuaziyanın nümayəndələri və monarxiya əhval-ruhiyyəli ruhanilər seçildilər. Milli Məclis ilk iclasında fevralın 12-də Fransanı respublika kimi tanımaqdan imtina etdi. Hökumətin başına Qanunverici korpusun üzvü Adolf Tyer keçdi. 1871-ci il fevralın 28-də Tyer hökumətinin Prussiya ilə bağladığı ilkin sülh müqaviləsinə görə Elzas və Lotaringiya Fransadan alınaraq Prussiyaya verildi. Fransa Prussiyaya 5 milyard frank təzminat ödəməli idi. İlkin sülhün Fransanın Milli Məclisi tərəfindən martın 3-də təsdiq edildikdən sonra Parisdə olan alman qoşunları şəhəri tərk edərək, Parisin şərq hissəsində mövqe tutdular.

İnqilabi Parisin yenidən tutulması başladı. Bu dəfə əksinqilabi ordu bunu edirdi. Martın 10-da Tyer hökuməti və Milli Məclis Bordo şəhərindən Versala köçdü və respublikaya qarşı vətəndaş müharibəsinə başladı. Tyer hökümətinin əsas işi isə Paris əhalisini tərksilah etmək idi. Xalq üzərinə hücuma keçən Tyer hökuməti parislilərin mənzil haqlarının ödənilməsi vaxtını uzatmadı. Bu da nəinki, fəhlələrin, hətta xırda burjuaziyanın evdən çölə atılması ilə nəticələnirdi. Martın əvvəllərində 2 gün ərzində vaxtı uzadılmış haqların ödənilməsi haqqında dekret verildi. Demokratik qəzetlərin nəşr olunmasına icazə verilmədi. İnqilab xadimlərinin həbsi başladı. O.Blanki də həbs edildi. Paris şəhərinə hökumət qüvvələri yeridildi. Martın ortalarında isə Milli Məclis Milli qvardiyanın tərksilah edilməsi haqqında qərar verdi.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin