Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İspaniyanın vacib müstəmləkələrini itirməsi



Yüklə 0,52 Mb.
səhifə71/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   138
Yeni tarix müh

İspaniyanın vacib müstəmləkələrini itirməsi. XIX əsrin sonlarında İspaniya nəyin bahasına olursa olsun müstəmləkələrini əlində saxlamaq istəyirdi. Kastiliyanın qətlə yetirilməsindən 2 ay sonra hakimiyyətə liberallar gəldlər. Saqasti hökuməti (1897-1899) xarici siyasətdə böhranla qarşılaşdı. Hansı ki, bu böhran İspaniyanın ABŞ-la müharibəyə qədər gətirib çıxardı. İspaniya hələ də Kubanı, Puerto-Rikonu, Vest-İndiyanı, Karolin və Marşall adalarını, Filippini, Sakit okeandakı Palay adasını və Afrika kontenindəki bir sıra torpaqları öz əlində saxlayırdı. Bu müstəmləkələrin əhalisi İspaniyaya qarşı gərgin mübarizə aparırdı. XV əsrdə ispanlar tərəfindən işğal edilmiş Melilli rayonunda 1893-cü ildə mərakeşlilərlə ciddi toqquşmalar oldu. Başlanğıcda ispanlar çox itkilər verərək qaçmağa məcbur oldular. Ispanlar general Martines Kompasın komandalığı ilə Aralıq dənizinin cənub hissəsinə 25 min nəfərlik ordu çıxartmağa məcbur oldular. Bundan sonra mərakeşlilər geri çəkildilər və sülh müqaviləsi bağlamaqa razı oldular. Müqavilə 1894-cü ilin mart ayında bağlandı.

Puerto-Riko adasının sakinləri də müstəqillik uğrunda ispanlara qarşı çox gərgin mübarizədə idilər. Nəhayət ki, bu ada mübarizənin nəticəsi olaraq İspaniya kortesinə (parlamentinə) öz nümayəndələrini göndərmək hüququ ilə yanaşı təkcə İspaniya ilə deyil, həm də digər ölkələrlə ticarət əlaqələri və yerli idarəetmə orqanları yaratmaq hüququ aldılar.

Ispaniya üçün ən böyük problem Kuba xalqını itaətdə saxlamaq idi. Buradakı nümayişlər on il davam etmişdir. Nəhayət 1897-ci il fevral ayında Kubaya və Puerto-Rikoya muxtariyyət vermək haqqında dekret verilmişdir. Lakin buna baxmayaraq Kubada müstəqillik uğrunda xalq hərəkatı genişlənirdi. Belə bir vəziyyət- yəni müstəmləkələrdəki milli-azadlıq hərəkatları İspaniya imperiya hökmranlığını zəiflədirdi. Buna baxmayaraq ölkədəki hakim partiyalar- mühafizəkarlar və milli liberallar ardıcıl olaraq İspaniyanın müstəmləkə siyasətini müdafiə edirdilər. Lakin sosialistlər, anarxistlər və federalistlər dövlətin müstəmləkə uğrunda apardığı siyasətinin əleyhinə çıxırdılar.

Kubada və Filippin adalarında ispan ordusunun müvəffəqiyyətsizliyi, eləcə də daxili narazılığın artması, eləc də həmin müstəmlkələrdə ABŞ tərəfindən təqib olunması İspaniyanın müstəmləkə siyasətini bir qədr yumşaltmışdır. ABŞ isə həmin müstəmləkələri İspaniyanın əlindən almaq istəyirdi. Odur ki, İspaniya ilə müharibəni başlamaq üçün ABŞ-a bir bəhanə lazım idi. Bu da özünü çox gözlətmədi. Belə ki, 1898-ci il 15 fevral tarixində Havana limanında reyddə dayanan ABŞ-a məxsus Kreyserdə partlayış baş verdi. ABŞ “Men” adlı hökuməti isə İspaniyanı bu partlayışı təşkil etməkdə günahlandıraraq aprel ayında ona qarşı müharibə elan etdi. Dörd aydan sonra müharibə İspaniyanın məğlubiyyəti ilə başa çatdı. Bu müharibədə İspaniya regionda saxladığı bütün donanmasını itirdi.

ABŞ qoşunları Santyaqo de Kuba rayonuna çıxarıldı. Dəniz döyüşlərində İspaniya gəmiləri darmadağın edildi. Ispanlar əvvəlcə Kubada, sonra isə Puerto-Rikoda məğlub oldu. 896-cı ildən ispanlara qarşı mübarizə aparan Filippinə isə ABŞ-a bir şərtlə-azad olduqdan sonra ABŞ-ın potektoratlığı altında respublika elan olunması şərti ilə kömk edəcəyinə söz verdi. Və ABŞ-ın hərbi dəniz qüvvələri 1898-ci il 30 aprel tsrixində Manila buxtasında daxil oldu və qısa zamanda zəif ispan donanmasını darmadağın etdi. Tezliklə Maniladakı ispan qarnizonu da təslim oldu. 10 dekabr 1898-ci il tarixində ABŞ ilə İspaniya arasında Parisdə bağlanmış sülh müqaviləsinə əsasən İspaniya Kubanı itirdi. Puerto-Riko və Vest-İndiyanın digər adaları olan Quanı və Filippini 20 milyon dollara ABŞ-a güzəştə getdi.

1899-cu ilin fevral ayında Almaniya İspaniyanı məğlub etdi və Karolin və Marian adalarının ona satılmasını tələb etdi. Beləliklə İspaniyaya yalnız Afrikadakı torpaqlar : Qvineya, Qərbi Saxara, İfni və Mərakeşdəki bir neçə dayaq məntəqəsi qalmışdır. Ümumiyyətlə XIX əsrin sonlarındakı müstəmləkə uğrunda müharibələr İspaniya üçün milli məğlubiyyət oldu.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin