Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Avstriya-Macarıstan monarxiyası I dünya mühari­bəsinə qədərki illərdə



Yüklə 0,52 Mb.
səhifə67/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   138
Yeni tarix müh

Avstriya-Macarıstan monarxiyası I dünya mühari­bəsinə qədərki illərdə. 1903-cü il böhranına baxmayaraq Avstriya- Macarıstan iqtisadiyyatı müharibə ərəfəsində stabil inkişaf edirdi. Avstriyada bu artım 3.8% idisə Macarıstanda 4% idi. Bu dövrdə imperiya iqtisadiyyatında aqrar sektorun payı çox böyük idi. Avstriyada əhalinin çox yarısı sənayedə çalışırdı. Onun tərkibində aqrar sahədə geri qalmış sırf aqrar əyalətlər ( Qalitsiya, Dolmatsiya, Bukovina və b) özünü göstərirdi. Macarıstanda kəndlilər əhalinin 62% təşkil edirdi. Fəhlə sinfi isə 1mln civarında idi. Ancaq onun təşkilatlanması və ölkənin siyasi həyatındakı fəal rolu nəhəng qüvvəyə çevrilmişdir. Ölkənin ümumi səviyyəsi yalnız onun iqtisadi və sosial faktorilə deyil həmdə onun təhsil və mədəniyyətinin səviyyəsi ilədə ölçülür. Beləki Avstriya –Alman və Çex torpaqlarında savadsızlıq praktiki olaraq XIX əsrin ortalarında ləğv edilmişdir. Bu proses Macarıstanda da sürətlə gedirdi. Artıq müharibə ərəfəsində ölkə əhalinin 70% oxumağı və yazmağı bacarırdı. Lakin burada milli fərqlər açıq şəkildə hiss olunurdu. Almanlar və macarlar içərisində savadsızlıq az olduğu halda Zakarpat Ukraynası, Ruslar və Rumunlar içərisində savadsız daha çox idi.

Avstriya-Alman millətinin formalaşması başa çatmamışdı. Belə ki, hələ ümum Avstriya düşüncəsi etnik məsələlərdən çox üstün di. Alman dili əhalinin bir hissəsi (Çexiyada yaşayan Sudet Almanları) Avstriyaya deyil Almaniyaya meyilli idilər. Macarıstanda isə vəziyyət başqa idi. Yəni macarlarda milli hislər çox güclü idi. Bu şovinizm ideyasına söykənən formalaşmış keyfiyyətə əsaslanan mədəniyyətləri ilə digər xalqlardan – slavyan və ruminlərdən üstün olmaları idi. Lakin administrativ təzyiqlərlə Macarlaşma- mədəniyyət mərkəzlərini bağlamaq və məktəblərin sayını azaltmaq milli problemləri daha da dərinləşdirmişdi. XX əsrin ilk onilliyində krallığın qeyri –macar əhalisinin yalnız 20% macar dilində danışa bilirdi. Kor təbii gedən assimilyasiya prosesinə isə əsasən şəhər əhalisi ilk növbədə isə yəhudilər ,almanlar və slovakların bir hissəsi məruz qalmışdılar. Hətta bu dövrdə də parlamentin qeyri-macar deputatlarının sayı 76(ümumi 413 nəfər idi) nəfərə kimi olmuşdur. Odur ki krallıqdakı milli gərginlik parlamentdə elədə hiss olunmurdu. Lakin Avstriya reyxstağında istismar olunan xalqların səsi xüsusən də 1907ci il seçkilərində ümumi seçki hüququ tətbiq etdikdən sonra daha güclü idi. Bu qanunda demək olar ki müasirlikdən uzaq idi.

I dünya müharibəsinə kimi çex milli hərəkatı Avstriya dövləti və imperiyası çərçivəsində inkişaf edirdi. O , çex taxt -tacına aid Çexiyanın Maroviyanın, Avstriya Sileziyasının torpaqlarını vahid idarəçilikdə birləşdirilməsini isdəyirdi. Çexiya yalnız 1917-ci ilin may ayında Avstriyanın tərkibindən çıxa bildi.

Müharibəyə qədər ki illərdə çex və slovak əhalisinin milli-mədəni əlaqələri güclənmişdir. Çex dairələrində slovakların milli özünəməxsusluğu inkar edilir və Çexoslovakiya konsepsiyasi – yəni iki qohum xalqın birliyi fikri geniş yayılmışdır. Slovaklarin milli hərəkatı isə dövlət aparatının daima təzyiqi altında olduğuna görə zəif inkişaf etmişdir. Belə bir vəziyyətdə onlar hətta Macarıstan tərkibində belə slovaklar yaşayan torpaqlara inzibati muxtariyyət verilməsini tələb etməkdən də uzaq düşdülər.

Avstriya-Macarıstanın cənub vilayətlərində isə məskunlaşmış cənub slavyanları olan serblərdə və Xarvatlarda milli hərəkat başqa formada inkişaf edirdi. Belə ki onların şüuruna müstəqil dövlətlər olan Serbiya və Çernoqovaniyanın təsiri daha çox idi.

Qonşu ölkələrin Avstriya-Macarıstan imperiyasının tərkibində olan qohum xalqlarına olan təsirini artırması müharibə ərəfəsində monarxiyanın hakim dairələrini İtalyanlar və Cənub Slavyanları ilə milli məsələni nizama salmağa məcbur etmişdi. Almaniya isə I dünya müharibəsi ərəfəsində öz müttəfiqləri olan italiya və Ruminiyanı müdafiə etmək üçün milli məsələnin sakitliklə həllinə tərəfdar idi. Macar baş naziri İştivon Tisa ilə danışıqlar olsa da güzəşt çox olduğuna görə razılaşma alınmadı. Vyanın güzəştə getməsi isə İtaliyada Antanta tərəfdarlarının mövqeyini gücləndirirdi.

Yuqoslaviya vilayətlərində baş vermiş çaxnaşmalar Vyana və Budapeştdə güclü həyəcana səbəb olmuşdu. Hələ 1878-ci ildə monarxiyanın serblər ,xorvatlar və müsəlmanlar yaşayan Osmanlı əyalətləri və 1908-ci ildə Bosniya və Hersoqavaniya aneksiya edilməsi monarxiyanın mövcudluğu üçün qorxulu vəziyyət yaratmışdı. Bunun nəticəsində beynəlxalq siyasi böhran yaranmışdı. Nəticədə monarxiya bu əyalətə iddia edən Rusiya və serbiya lə müharibə vəziyyətinə gəlmişdilər.

Taxt-tacın varisi olan hersoq Frans Ferdinand və onun yaxınları anneksiyadan sonra monarxiyanın daxilində radikal dəyişikliklər aparmaq istəyirdilər. O Macarıstanın imperiya daxilindəki mövqeyini zəiflətmək, ikili sistemi ləğv etmək və Habsburqların keçmiş böyüklüyünü bərpa etməyi arzulayırdı. Məhz onun başçılığı ilə imperiyanın əvvəlki mərkəzləşdirilmiş vəziyyətinin bərpası layihəsi hazırlanmışdı.

Bu variantlardan biri Avstriya-Macarıstan ikiliyinin Avstriya-Macarıstan-Yuqoslaviya üçlüyü ilə əvəz olunmasını nəzərdə tuturdu. Bu layihənin müəllifi xaric işlər naziri qraf Aloir Erentala görə Xorvatiya, Sloveniya, Dolmasiya, Bosniya və Hersoqovaniya birləşdirilməli idi. Bu isə bir tərəfdən cənub slavyanlarını özünə çəkən Serbiyanı neytrallaşdırıldı, digər tərəfdən isə Macarıstanın imperiya tərkibindəki xüsusi mövqeyini aradan qaldırırdı.

Lakin Budapeşt anneksiya edilmiş əyalətləri nə özü götürmək istəyirdi nədə Avstriyaya vermək istəyirdi. Odur ki anneksiya praktiki olaraq əyalətlərin vəziyyətini dəyişmədi yalniz imperiyanın düşmənlərini artırdı. Belə ki Serbiya Çernoqoriya ilə sülh bağladı, Rusiyayla isə rəqabəti gücləndirdi. Bundan sonra cənub slavyanları Avstriya-Macarıstanın simasında özlərini milli mənafelərini reallaşdırmaqda bir maniyə kimi görürdülər. XIX əsrin sonlarında əyalətlərin birləşdirilməsi Avstriyanın Macarıstanla münasibətlərinin korlanmasına son qoymadı. İkili hakimiyyət sistemində sülalə güclər nisbətini Avstriyanın xeyrinə dəyişdirmək istəsə də, uğursuzluğa uğradı.

Avstriya –Macarıstan ordusunun imperiyanın Macarıstan hissəsində deslakasiya olunan hərbi hissələrində macar dilində işədiləsi, milli bayraqlardan istifadə, macar hərbi birləşməsinin macar krallığının ərazisində yerləşdirilməsi müstəqil gömrük sisteminin yaradılması , müstəqil milli bankın yaradılması və s. həyata keçirilə bilmədi. Odur ki müxalifət Avstriya ilə münasibətləri minimuma endirməyə çalışırdı. Bunun əsasında yaranmış macar böhranı 1905-1906-ci illərdə özünün ən yüksək nöqtəsinə çatmışdı ki, buda imperiyanın siyasi vəziyətinə böyük təsir göstərmişdi. Rusiyada proletariatın çıxışları Avstriya-Macarıstan imperiyasında da proletan təbəqənin siyasi quruluşun demokratikləşməsi uğrunda siyasi tətillərə başlamağa ruhlandırırdı. Sosial demokratların başçılığı ilə Avstriya proletariatı 1907-ci ildə böyük qələbə qazana bildi. Yəni onların mübarizəsinin nəticəsi olaraq imperiya ümumi seçki hüququ haqqında qanun qəbul etdi. Macarıstanda isə milli hərəkatla sosialist fəhlə hərəkatının yolları ayrıldı. Sonunculardan qorxuya düşən milli müxalifət 1905-1906cı illərdə ölkənin siyasi həyatını iflic etmiş “ passiv müqavimətini” dayandırdı. Sülalə qarşısında təslim oldu və növbəti dəfə Avstriya ilə razılaşmaya getdi. Beləliklə 1907-ci ildə ikili imperiya hakimiyyətinin təhlükəli böhran vəziyyəti aradan qalxdı. İmperiyanın həyat fəaliyyətini təmin edən bütün mexanizm çat vermişdi. Və onun qeyri-stabil olması göz qabağında idi. 1905-1906-cı illər hadisələri eyni zamanda Bosniya və Hersoqavinanın birləşdirilməsi gösdərirdi ki ikili sistemin saxlanması ilə monarxiyanın heç bir hissəsində radikal islahatlar aparmaq mümkün deyildir. Bununla imperiya sona doğru gedirdi, çünki yeniləşmə aparmaq mümkün deyildi.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin