Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Macarıstanda və Çexiyada milli məsələ



Yüklə 0,52 Mb.
səhifə66/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   138
Yeni tarix müh

Macarıstanda və Çexiyada milli məsələ. 80-ci ilin II yarısında yeni on illik razılaşma ilə əlaqədar yaranmış narazılıq nəticəsində Avstriya ilə Macarıstan arasındakı münasibətlər korlandı. Macarıstanın hakim dairələri çex alman münaqişəsi nəticəsində daxili çətinliklərlə üzləşmiş tərəfdaşı Avstriyanın vəziyyətindən istifadə edərək 2li alyansda öz hüquqlarını genişləndirməyə nail oldu. Lakin bu təhlükəli oyun Macarların milli hissiyyatlarını qarışdırmağa və Avstriyaya qarşı yönəlmişdir. Macarıstanın hakim sinfi istismar olunan xalqların əzilməsi işindən xeyir götürə bilmişdi. Yəni onlar qəddarcasına milli siyasət yeritməklə çox millətli Macarıstanda macar hegemonluğu yaratdılar. 1868-ci ildə parlament xalqların bərabərliyi haqqında qanun qəbul etdi və buna görə dilindən və dinindən millətindən asılı olmayaraq krallığın bütün vətəndaşları bütöv macar millətini təşkil edirdi. Xüsusən 70-ci illərdə krallıqda fəal macarlaşma siyasəti fiyaskoya uğradı. Bu siyasət ölkədə vəziyyəti daha da uğurlaşdırdı.

Avstriyada olduğu kimi Macarıstanda da milli ziddiyyətlər açıq münaqişəyə çevrilmədi. Bu problemin dərinləşməsinə baxmayaraq açıq siyasi müstəvidə hiss olunmurdu. Buna isə məqsədyönlü milli siyasət nəticəsində nail olmuşdur. XX əsrin əvvəllərində Avstriya –Macarıstanda kənd təsərrüfatında hələdə feodal qayda-qanun qalmaqda idi. Monopolist kapitalizm demək olar ki yox halında idi. Odur ki Avstriya-Macarıstan cəmiyyəti inkişaf etmiş kapitalist ölkələrindən geri qalmaqda idi. Sənayenin konsentrasiya prosesi yalnız Aşağı Avstriyada , Çexiya və Budapeştdə baş vermişdir. Digər vilayətlər isə həmdə yarım müstəmləkə vəziyyətində idi. Onlar demək olar ki xammal mənbəyi kimi istifadə olunurdu. Kənddə feodal rejiminin qalması kəndliləri yarı aç varlığa çevirmişdir. Buda ölkə əhalisinin əsas kütləsinin açlıq qabiliyyətini aşağı salıb. Sənayedə demək olar ki bir tərəfli inkişaf etmişdi. Belə ki hərbi sənaye daha sürətlə inkişaf etmişdi. Bu sahə üzrə ilk iri monopolyaşı çexiyadakı “Şkoda” konserni idi. Hansı ki, konsern Almaniya və Fransanın bir sıra hərbi sənayeçiləri ilə müttəfiqlik edirdi. Hərbi sənaye monopoliyasına dəniz cəmiyyəti olan Avstriya Lloyd kampaniyasıda qoşulmuşdur. Hərbi sənayenin inkişafının yüksək səviyyəsi ilə münasibətdə Avstriya-Macarıstanda mülki maşın qayırma çox zəyif inkişaf etmişdi. Onu da qeyd etmək lazımdır ki, daş kömür sənayesi müəssisələri çuqun əritmə zavodları , dəmiryolunun bir hissəsi və Şkudanın bir sıra müəssisələri ya Fransızlar tərəfindən maliyyələşdirilmiş və ya onlara məxsus olmuşdur. Fransa-Prussiya müharibəsindən sonra buraya Alman kapitalı da gəlməyə başladı. Maşın qayırma və gənc elektrotexnika sənayesi demək olar ki bütövlükdə Alman monopolistləri “ Simens və Qaliski”,və “ ümumi elektrikləşmə” kampaniyalarının əlində idi. Həmin alman monopolistləri neft sənayesi və tikinti sahələrində də sahiblik edirdi. Çexiyada Macarıstan və Dalmatiyada dağ mədən sənayesinə nəzarət edirdilər.

Avstriya –Macarıstana daxil olmuş xarici kapital ölkə daxilində Avstriya –Macar banklarıyla hesablaşmalı olmuşdular.

Beləliklə XX əsrin əvvəllərində Avstriya-Macarıstanın çox millətli əhalisi xarici və daxili kapitalın əsarəti altında olmuşdur. İki birləşmiş monarxiya torpaq sahiblərinin və monopolist burjuaziyalarının dövlət siyasi sistemi olmaqla irticaçı meyillərini gücləndirdi. Polisi, məhkəməni, ordunu proletariat ilə açıq mübarizəyə yönəldirdi. Belə ki I dünya müharibəsi ərəfəsində proletariatı sıralarında 4 mln fəhlə (3 mln Avstriyada, 1 mln. Macarıstanda ) var idi. Avstriya-Macarıstan kapitalizmin son mərhələsi olan imperializmə qədəm qoyması digər kapitalist ölkələrində olduğu kimi irticanın güclənməsi ilə müşayiət olunurdu ki, buda ölkədə sinfi mübarizənin kəskinləşməsinə səbəb olmuşdur.

XIX əsrin sonu XX əsrin əvvəllərində Avstriya-Macarıstanda milli qarşıdurma yenidən kəskinləşmişdi. Macarlar bu vaxt ümumi imperiya bankından onlara ayrılan məbləğin artırılmasını ordunun müstəqilliyini və kontingentin artmasını eləcədə müstəqil gömrük sisteminin olmasını tələb edirdilər. Mübarizə gərginliyə səbəb olsa da onların tələbləri yerinə yetirilmədi. Bu gərgin böhran Avstriyanın nazirlər kabinetində Badenin hakimiyyətinə son qoydu. Hökumət kabinetinə Qauç başçılıq etməyə başladı. Müqavilə isə imperiya konstitusiyasının 14-cu maddəsinə qədər uzadıldı. Yəni bu maddə imperator icazə verirdi ki verdiyi bütün sərəncamlar parlamentin təsdiqi olmadan qanun qüvvəsində olsun. Müqavilələrin belə uzadılması 3 dəfə -1897, 1898, 1899cu illərdə baş vermişdir. Odur ki, müqavilələrin belə uzadılmasına qarşı Macarıstanda hərəkat başladı. Hətta baş nazir Sell Avstriyanı Macarıstanın müstəqil gömrüyü Avstriyadan tamamilə ayrılacağı ilə təhdid etdi. Eyni zamanda Avstriyanın özündə də milli mübarizə kəskinləşmişdir. Buna səbəb isə 1897-ci ildə Çexiyada çex və alman dillərinin eyni qüvvədə olması haqqında qanun verilməsi olmuşdur. Buna görə də Avstriya burjuaziyasının nümayişləri başlanmışdır. Onların təzyiqi ilə 1898-ci ildə Avstriya hökuməti bu qanunu ləğv etdi. Bundan sonra çexlərin Avstriyaya qarşı mübarizəsi başladı. Avstriya hökuməti isə represiyalara əl atdı. Çexlər isə bu uzun mübarizədə bir dəfədə olsun Avstriyadan ayrılma haqqında məsələ qaldırmamışdı.

İmperiyada milli məsələnin gücləndiyi bir zamanda Avstriyada Qauç hökumətini Kerber (1900-1904) kabineti əvəz etdi. Kerberdə imperiya hökumətinin güclənməsi istiqamətində bir sıra tədbirlər göründü . Məhz bundan sonra Avstriya ilə Macarıstan arasındakı münasibətlər tənzimləndi. Macarların kənd təsərrüfatı məhsullarının Almaniyaya aparılması almanların 1901-ci ildə verdikləri gömrük qanunu ilə məhdudlaşdırıldıqdan sonra Avstriya-Macarların kənd təsərrüfatı məhsulları üçün əvəz olunmaz bazara çevrildi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin