Avstriyada sosialist hərəkatı. Ölkənin siyasi strukturunu bürümüş millətçilik sosialist fəhlə hərəkatına da daxil olmuşdur. İnternasional və alman sosial demokratları ilə əlaqəli olan internasional tərkibli ilk sosialist təşkilatı 1868-ci ildən yaranmağa başlamışdır. Millətlərin öz müqəddəratını təyin etmək və proletar internasionalizmi prinsiplərini rəhbər tutan ümumi Avstriya Sosial demokrat partiyası 1874-cü ildə yarandı. Tezliklə partiya radikallara və liberallara bölündü. Anarxistrlərin terror aktları nəticəsində təşkilat və onun mətbu orqanı polis tərəfindən izlənməyə başlandı. 80-ci illərin ortalarında fəhlə hərəkatı yeni vüsət aldı. Bunun nəticəsi olaraq iş gününün nəticəsi azaldılaraq kişilər üçün 10 , qadınlar və uşaqlar üçün 8 saat müəyyən olundu. Uşaqların və qadınların gecə işləməsi və zorla sığortalanması qadağan olundu, bazar günlərini isə istirahət günü olması haqqında qərar verildi.
Tətil hərəkatının yüksəlişi və fəhlələrin siyasi fəallığı sosialistlərin parçalanmasını aradan qaldırdı. 1874-cü ilin may ayında Neydorfda Avstriya, Macarıstan Çexiya və Slovakiya fəhlə təşkilatlarının birgə qurultayları keçirildi. 74 nümayəndə iştirak edən bu qurultayda vahid sosialist partiyası yaradılaraq I internasionalın prinsipləri əsasında onun proqramları qəbul olundu. Lakin müxtəlif millətlərin nümayəndələrindən təşkil edilmiş bu ittifaq möhkəm deyildi və tezliklə dağıdıldı.
1888-ci ilin sonu 1889-cu ilin əvvəllərində F.Engilsin yaxından köməkliyi və V. Adlerin sədrliyi ilə fəhlə birliklərinin “Avstriya sosial-demokrat” partiyasının yaradılması üçün qurultay keçirildi. Hansı ki , bu partiya İkinci İnternasionalın təşkilatlarından biri olmuşdur. Onun tələblərinə uyğun olaraq partiya 90-ci illərdə internasional həmrəyliyi şüarı altında may nümayişləri və digər aksiyalar keçirmişdir. Partiya özünün fəaliyyətinin 10 ili ərzində 100 mindən çox fəhləni həmkarlar hərəkatına cəlb edə bilmişdi.
Partiyanın 1896-ci ildə keçirilmiş qurultayında çex sosialistləri onlara muxtariyyət verilməsini tələb etdilər. Və onlar ilin sonunda ümumavstriya həmkarlar təşkilatını parçalaya bildilər. Bunun məntiqi nəticəsi kimi 1897-ci ildə Avstriya sosial- demokrat partiyası praktiki olaraq milli sosial –demokratik təşkilatların federasiyasına çevrildi. Avrasiya sosialistləri milli məsələni həll edə bilmədilər. Buda milli proqramın olmamasından irəli gəlirdi.
1899-cu ildə partiyanın Brno qurultayında beynəlxalq fəhlə hərəkatında ilk olaraq milli məsələləri həll edəcək xüsusi bryun proqramını qəbul etdi. Proqramın əvvəlində qeyd olunurdu ki, bu qərarın həlli yalnız demokratik ölkələrdə mümkün ola bilər.
1867-1899 –cu illərdə Macarıstan uğrunda qan tökdüyü müstəqilik arzusundan əl çəkməli olmuşdur. O öz müstəqilliyinin 1 hissəsini Avstriyaya verməyə məcbur olsa da bu sövdələşmədən xeyli mənfəət götürmüşdür. Belə ki, o daxili müstəqillik qazanmış imperiya çərçivəsində ərazi bütövlüyünü bərpa etmiş və Avstriya ilə bərabər hüquqlu münasibətlər yarada bilmişdir. Eləcədə imperiyanın xarici siyasi kursuna təsir etmək imkanı qazanmışdır. Parlament qarşısında məsuliyyət daşıyan konstitusiya quruluşlu hökumət yaratmışdır. Kapitalizmin inkişafı naminə 60-70-ci illərdə dövlət aparatında,təhsil və məhkəmə sistemlərində, dövlət və kilsə arasındakı münasibətlərdə liberal islahat aparılmışdır. Lakin bütün bunlara baxmayaraq feodalizmin xeyli əlamətləri ;iri torpaq sahibkarlığı, zadəganların və arıstokların ictimai siyasi təsiri və s . hələdə qalmaqda idi. XIX əsrin sonu XX əsrin əvvəllərində Macarıstanda kənd təsərrüfatı və onun istehsal sahələri inkişaf etmiş ölkələr sırasına yüksəlmişdir. Bunun səbəbi isə kəndlilərin əmək sevərliyi, torpağın münbitliyi və münasib iqlimin olması yox eyni zamanda Avropa banklarının və Vyananın ucuz kreditləri olmuşdur. Bu arada Macarıstan kənd təsərrüfatı imperiya səviyyəsində monopolistik hüququ almışdır. Bunun əsas səbəbi isə imperiyanın Serbiya və digər aqrar Balkan ölkələri ilə münasibətlərinin korlanması olmuşdur. Öz rəqiblərini üstələyən Macarıstan tezliklə buğda ixracını un ixracına keçdi. Az bir zamanda Avropada I olan un istehsalı sənayesi yaradıldı.
Soasil məsələ - İri torpaq sahibkarlarının (mülkədarlar, xəzinə, kilsə) torpağın 40% əllərində saxlamaları və bundan böyük miqdarda qazanc götürmələri sosial bərabərliyə və nəhəng proletar ordusunun yaranmasına səbəb olmuşdur. Sənayenin sürətli inkişafına baxmayaraq minlərlə torpaqsız kəndlilərin yalnız bir hissəsi sənaye əməyindən istifadə oluna bilinirdi. Onların iri sənaye mərkəzlərində toplanması cəmiyyətdəki sosial gərginliyi ciddi şəkildə güclənmişdir. İstismar olunan əhali qruplarının fəallaşmasına və sosial ziddiyyətlərin güclənməsinə əlverişli şərait yaratmışdır.
1871-ci ildə Paris kommunası ilə fəhlələrin həmrəylik mitinqləri sosialist təşkilatlarının sərt şəkildə izlənməsinə səbəb olmuşdur. Sosialist hərəkatı bu zərbələrdən yalnız 70-ci illərin II yarısında ona macar fəhləsi və Paris kommunalarından olan Leo Franklin rəhbərlik etdikdən sonra xilas ola bildi. Məhs onun səyləri nəticəsində 1880-ci ildə Macarıstan tarixində ilk olaraq sosialist stiqamətlilik( Ümumi sosialist fəhlə partiyası) yaradıldı. Lakin partiyanın rəhbər hakimlərinin hakimiyyətlə sövdələ.məyə getməsi partiyanı tənəzzülə apardı. Hərəkatı dirçəltmək üçün II İnternasionalın və Avstriya sosial demokratların köməyinə ehtiyac yarandı. Və 1890-ci ilin dekabrda Macarıstan sosial demokratik partiyasının yaradılmasını elan edən Qurultay keçirildi. Partiya bütün millətlərdən olan iqtisadi və siyasi mübarizəsini , həmkarlar təşkilatlarının yaradılmasını və maarifləndirmə işlərinə rəhbərliyi öz üzərinə götürdü. Təşkilatçı sosialistlərin mətbu orqanlarında apardığı işlər sosialist ideyalarına nəinki şəhər fəhlələrini hətta kənd yoxsullarını da cəlb etdi. Bütün bunlarda 80-ci ilin ortalarında aqrar sosialist hərəkatının güclənməsinə səbəb oldu.
Dostları ilə paylaş: |