Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Müstəqillik uğrunda ilk müharibənin başlanması



Yüklə 0,52 Mb.
səhifə61/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   138
Yeni tarix müh

Müstəqillik uğrunda ilk müharibənin başlanması:I İtaliya-Avstriya müharibəsi Avropada, eləcədə Avstriyada burjua inqilabının alovlandığı bir dövrdə baş vermişdir. Bu vaxt İtaliyada xalq vətənpərvərlik ruhunda köklənmişdir. Lakin burjua demokratların zəifliyi və səhvləri hərəkatın rəhbərliyini öz əllərinə almaq cəhdlərinin olmaması, milli azadlığ hərəkatının rəhbərliyi yarımfeodal İtaliya dövlətinin əlinə keçdi. Hansı ki İtaliya dövləti də xalqın qələbəsindən Avstriyalılardan az qorxmurdu. Odur ki, bütün İtaliya dövlətləri öz hərbi dəstələrini Pyemont kralı Karl Albertin sərəncamına göndərirdilər

Avstriya ordusu uzun və ensiz yolla Milandan Lombardiyaya doğru hərəkət etdi. Avstriya əsgərləri ruhən sınıq və çox yorğun idilər. Güclü bir zərbə lazım idi ki, ordu tamamilə məhv olsun. Lakin Kral Albert Avstriyalıların ölkədən tam qovulmasından qorxurdu. O qorxurdu ki Lombardiya respublikaları qələbə çala bilər. Sonra isə onun arxasınca Pyemontda bu hadisə ola bilər. Odur ki, o bunu fikirləşib Avstriyalılara qarşı yavaşımağa başladı. Pyemont ordusu yalnız 1848-ci ilin 26 mart tarixində Lombardiya sərhədini keçdi. Bundan sonra isə Avstriyalılara həlledici zərbəni vurmadı. Digər İtaliya hökmdarları da İtaliya birləşdikdən sonra taxtı-tacı itirirdilər. Odur ki, onlar öz ordularını cəbhəyə göndərməyi qəsdən gecikdirirdilər.

Milanda xalq qələbəni bayram edirdi. Avstriya artıq gücsüz idi. Azadlığ əldə olunmuşdu. Gedən ordunu müəyyən etmək üçün bir qədər vaxt lazm idi. Karl Albert Avstriyalıları tam əzməklə xalqın qələbəsindən qorxurdu. Odur ki, onları kazarmalarda saxladı və onları silahlandırmamağa çalışırdı. Odur ki, Avstriya ordusu vaxt qazanarağ öz qüvvələrini yenidən bərpa edə bildi.

24 mart 1848-ci il tarixində Pyemont ordusu Lombardiyaya daxil olduqdan sonra İtaliya xalqının müstəqilliy uğrunda birinci müharibəsi başladı. Bu müharibədə Pyemont ordusu ilə yanaşı ilk illərdə Toskaninin, Papa vilayətinin və Neapol krallığının, eləcədə digər İtaliya dövlətlərinin vətənpərvər oğulları könüllü olaraq silahlı qüvvələri ilə birgə iştirak edirdilər. Könüllü birliklərin başında uzun müddət müharibədə olmuş Cüzeppe Haribaldi dururdu.

C. Haribaldi 1807-ci ildə Nitsa şəhərində balığçı ailəsində doğulmuşdu. 15 yaşında ikən o dənizçi olmuş, sonra isə gənc İtaliya təşkilatına daxil olmuş və donammada təbliğat işiylə məşğul olmuşdur. 1834-cü ildə baş vermiş müvəffəqiyətsiz nümayişdən sonra Haribaldi imiqrasiyaya getməyə məcbur oldu. Sonraki illərdə o Qaradağ(Çernoqoriya) azadlıq hərəkatında iştirak etmiş, Uruqvayda Xunta ordusuna qarşı döyüşmüşdü. 1848-1849-cu illər inqilabi dövründə isə Lombardiya və Romada döyüşmüşdür. İnqilabın məğlubiyyətindən sonra isə Haribaldi Amerikaya getmiş, 1854-cü ildən isə Kaprero adasında yerləşmişdir. Milli assosasiya yarandığdan sonra isə Haribaldi onun vitsa-prezidenti oldu. 1859-cu ildə müstəqillik uğrunda 2-ci müharibədə o öz dəstəsi ilə Lombardiya və Mərkəzi İtaliyanın azad olunmasında iştirak etmişdir. 1860-cı ildə isə Haribaldinin başçılığı ilə 1200 döyüşçü Siciliyaya girdi ki, bu da cənubi İtaliyada Habsburqlara qarşı hərəkatın başlamasına təkan verdi. Pyemont höküməti qırmızı köynək geyinmiş Haribaldiçi “Minliyə” heç bir maneçilik törətmirdi. Haribardiçilərin əksəriyyətini vəkillər, həkimlər, əczaçılar, idarədə işləyənlər, satıcılar və tələbələr təşkil edirdi. Siciliyada ekspedisiyanın gedişi Haribaldi üçün əhəmiyyətli oldu. Kalatafimi yaxınlığındakı döyüşdə onun ordusu qələbə çaldıqdan sonra Palermo şəhərini zəbt etdilər və 25 minlik kral ordusunu və polis dəstələrinin müqaviməti sındırıldı. Sicilyada “İtaliya və Viktor Emmanuil” devizi altında Haribaldinin inqilabi diktaturası quruldu.

Müharibənin ilk aylarında Pyemontla digər İtaliya dövlətləri arasında hərbi-siyasi ittifaq bağlamaq haqqında diplomatik danışığlar aparıldı. Turinin təşəbbüsü ilə plebisit (ümumi sorğu)keçirildi. Lombardiya və Venetsiya vilayətləri, həmçinin Parm və Modem hersoqluqlarının əhalisi bununla Pyemonta qoşulacağları fikrini bildirdilər. Lakin hücum əməliyyatı üçün əlverişli məqam qaçırıldı. Başda Y. Radetski olmaqla Avstriya qoşunları möhkəmləndirilmiş 4 qala rayonuna çəkildilər və 1848-ci ilin may ayında Avstriya ordusu əməliyyata başladı və vətənpərvərləri geriyə otuzdura bildi. 1848-ci ilin iyulunda Kustosse yaxınlığında baş vermiş döyüşdə Pyemont ordusu ağır məğlubiyyətə uğradı və avqustun 8-də Karl Albert Pyemont üçün ağır şərtlər əsasında barışığa getdi.

Radikal demokratik cərəyan monarxiyanın tənqidini gücləndirdi və Papanı ümumi İtalyan təsis yığıncağını çağırmağa məcbur etdilər. Bununla monarxistlər və liberalların böyük bir hissəsi, daha böyük sosial titrəyişdən qorxuya düşdülər. Müstəqillik uğrundakı müharibənin əvvəlində baş verən faktiki parçalanma vətənpərvərlər arasında neqativ hadisələrin baş verməsinə səbəb oldu. 1848-ci ilin yayında Neapolda təzə işə başlamış parlament qovuldu və represiyanın köməyi ilə konstitusiya islahatları ləğv edildi. Neapolitan krallığı C. Madzini və C. Haribaldi tərəfindən rəhbərlik edilən demokratik dairələrin rolunun böyüdüyü Roma Papasının sığınacağ yerinə çevrildi. Lombardiya və Venetsiya vilayətlərində Avstriya inzibati idarəçiliyi dirçəlməyə başladı və vətənpərvərlərə divan tutmağa başladılar. Yenidən müharibəyə hazırlaşan Venetsiya və Pyemont isə mühasirə vəziyyətinə düşdü. Vətənpərvər əhval-ruhiyəli hökümətin demokratik dairələrin təzyiqi altında Savoya sülaləsinin başçılığı ilə Şimali İtaliyanın birləşdirilməsi üçün cəhdlər olundu. Belə ki, 1849-cu il 20 mart tarixində Pyemont kralı Avstriya ilə müharibəni təzələmək üçün qərar qəbul etdi. Lakin 23 mart 1849-cu il tarixində Novar yaxınlığında baş vermiş döyüşdə Pyemont ordusu darmadağın edildi. Pyemont kralı Karl Albert isə oğlu Viktor Emmanuilin xeyrinə taxt-tacdan uzağlaşdırıldı və İtaliyanı tərk etdi. Yeni barışığ şərtləri sonra bağlanmış Milan sülh müqaviləsi Pyemont üçün İtaliyanın birləşdirilməsi və müstəqilliy işi üçün son dərəcə ağır idi. 1848-ci ildə keçirilmiş plebisitin nəticələridə qeyri-qanuni kimi qəbul edildi. Buda Avstriya ilə vuruşmağda olan Venetsiyaya köməK göstərməKdən imtina etmək, Lombardiya və Venetsiya vilayətində Avstriyanın hökmranlığını tanımaQ demək idi. Bundan sonra Parm və ModendƏ Avstriya meyilli rejimlərin bərpasına şərait yarandı. Pyemont isə Avstriyaya böyük miqdarda təzminat ödəməli oldu. Təzminatın ödənilib qurtarılmasına kimi krallığın əsas strateji əhəmiyyətli ərazilərinin isə Avstriya ordusu tərəfindən işğalınada icazə verildi.

Toskananın və Romanın demokratimk qüvvələrinin ölkəni birləşdirilməsi istiqamətlərindəki çıxışlara, əldə olunmuş bir sıra sosial islahatlara, ən vacibi isə Romada respublikanın elan olunmasına qarşı irticaçılar öz qüvvələrini cəmləşdirməklə cavab verdilər. Hansı ki , onları yalnız Avstriya deyil . . , həmdə Fransa və İspaniya da dəstəkləyirdi. İrticaçılar özlərinin silahlı qüvvəlkərini demokratik müqavimətin son ocaqlarını söndürmək üçün göndərdilər. 1849 cu il 3 iyul tarixində Fransa və Avstriya Neopolitan ordusu ilə ağır döyüşlərdən sonra Roma respublikasını təslim etdilər. Fransanın eks pedisiya korpusunun köməyi ilə , və yeni represiya dalğasının başlaması ilə Papanın dünyəvi hakimiyyəti bərpa olundu. 1849 cu ilin yayında isə İspan ordusunun köməkliyi ilə Neopolitan ordusu isə Siciliyada antiburbon qüvvələrin müqavimətini qıra bildi və orada mütləqiyyətpərəst despotik rejim bərpa olundu. 11 aprel 1849 cu il tarixində Avstriyanın fəal köməkliyi ilə Toskanada əksinqilabı çevriliş oldu və II Leopaldın hakimiyyəti bərpa olundu. Avqust ayında isə Venetsiya təslim oldu.

Demokratik qüvvələrin hərəkatının və radikal cərəyanın məğlubiyyəti İtaliyanı bərpa dövrünün əvvələrinə atdı. Represiyalar, müharibənin çətinlikləri əhalini ağır süstlük vəziyyətinə gətirdi. Lakin 1848-1849 cu illər, dövrü geniş dairələrdə milli şüurun oyanmasına yardım etdi ki, bu da illər sonra ölkənin müstəqilliyi və birləşməsi uğrunda mübarizənin bərpasına şərait yaratdı.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin