Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Risordjimentonun həlledici döyüşləri İtaliya krallığının yaradılması



Yüklə 0,52 Mb.
səhifə62/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   138
Yeni tarix müh

Risordjimentonun həlledici döyüşləri İtaliya krallığının yaradılması.

50-ci illər demokratik və liberal qüvvələrin başlaması İtaliyanın azadlığı uğrunda fikir müxtəlifliyinin güclənməsi dövrü kimi qeyd olunur. C. Madzini belə hesab edir ki , Risordjimento monarxistlərdən və liberallardan ayrılmış şəkildədə qələbə çala bilər. Lakin C. Haribaldı və demokratların bir hissəsi isə hesab edir ki həmin qüvvələrlə əməkdaşlıq etmək mümkündür. Madzinin unitarizm tərıfdaşlarına qarşı isə monarxiya tərəfdaşları(K. Kattaneo F. Ferrari və b)güclü müqavimət göstərirdilər.

Liberal düşərgədə isə yenidən qruplaşma prosesi baş verdi, yəni keçmiş antipyemont əhvali-ruhiyyəsinə qarşı konstitusiya qaydaları və dirçələn döyüş qabiliyyətli ordu ilə birlikdə Pyemontun rolunun artması ümüdi möhkəmləndi. 1852-1861-ci illərdə hökümətə rəhbərlik etmiş və çətin şəraitdə liberal kursu həyata keçirmiş Pyemont liberalı qraf B. K. Kavurun nüfuzu kəskin olaraq yüksəldi.

Yüksək səviyyəli siyasətçi və məharətli diplomat olan Kavur saq və sol radikallarını tənqid edərək “qızıl orta” prinsipinə üstünlük verdi. O Avstriya rejiminə qarşı çıxır, Roma papası ilə münasibətləri loyal vəziyyıtdə saxlayır, İngiltərənin diplomatik gücünə arxalanır və ikinci Fransa imperiyası ilə hərbi siyasi ittifaqa can atırdı.

Peymont Krım müharibəsi (1853-1856)zamanı İngiltərə və Fransa tərəfindən , müharibə başa çatdıqdan sonra isə Paris sülh konqresində Rusiyaya qarşı çıxırdı . K. Kavur Paris sülh konqresində iştirakçıların diqqətini İtaliyadakı vəziyyətə cəlb edə bildi və Fransa ilə gələcək əməkdaşlığın əsasını qoydu. Belə ki, Lui Napaleon Pyemontla Avstriyaya qarşı birgə mübarizəyə razılıq verdi. Şimali İtaliyanın isə Pyemontun hakimiyyəti altında birləşdeirilməsi planına yardım edəcəyinə , həmçinin Papanın rəhbərliyi ilə İtaliya konfedersıyasının yaradılacağına söz verdi. Bunun üçün isə Pyemont ona məxsus olan Nitsani və Savoyanı Fransaya verməli idi. Ümumiyyətlə proseslər müharibəyə doğru gedirdi. Sardiniya ordusu demək olar ki, döyüş vəziyyətinə gətirilmişdir. 1859-cu il 23 aprel tarixində Avstriya ultimatum şəklində Pyemontun tərkisilah olunmasını tələb etdi. Və bununlada Fransa tərəfindən dəstəklənən Pyemonta hərbi hərəkata başlamaq üçün ona bəhanə verdi. Bu müharibədə İtaliyanın hər yerindən gəlmiş vətənpərvərlər Pyemonta kömək edirdilər. İtaliya cəmiyyətində böyük nüfuza malik olan C. Haribaldi isə könüllülər dəstəsinə rəhbərlik edirdi. Onlar Lombardiyanın alp hissəsini və bir sıra şəhərləri ələ keçirdilər. 1859-cu il 4 iyun tarixində Pyemontun və Fransaya məxsus nizami ordu hissələri Madjent yaxınlığında Avstriya ordusunu məğlubiyyətə uğratdı. İyunun 8-də Milan azad edildi. İyunun 24-də isə Salferino və San-Martino yaxınlığında baş vermiş döyüşdə Avstriya ordusu yenidən məğlub oldu. Bununla müttəfiq qüvvələrin Venetsiya istiqamətində yolu açılmış oldu. Avstriyaya qarşı mübarizədəki müvəffəqiyyətlər Toksana və digər ərazilərdə antiAvstriya çıxışlarını gücləndirdi. Orada müvəqqəti hökumətlər yaradıldıki, həmin hökümətlər də könüllü şəkildə Pyemonta birləşməyə hazır olduqlarını bildirdilər. Bu da bütün İtaliya ərazisində vətənpərvərlik əhval-ruhiyəsinin yüksəlməsinə səbəb oldu.

Lakin Fransa Avstriya ilə sülh müqaviləsi imzalamaqla İtaliyanın birləşdirilməsi işinə ağır zərbə vurdu. Bu müqavilə ilə Avstriya gələcəkdə Pyemonta vermək üçün Lombardiyanı Fransaya güzəştə getdi. Lakin Venetsiya vilayətini və İtaliyadakı digər təsir dairələrini özündə saxladı. III Napaleon Savoya və Nitsaya sahib oldu. Bununla da müstəqillik uğrunda növbəti müharibə başa çatdı

Müharibənin başa çatması ilə yanaşı xalq kütləsi yenidən müstəqillik uğrunda hərəkətə gəldi. Vətənpərvər qüvvələr Toksana, Parm və Modendən Avstriya qoşunlarının çıxarılmasına nail oldular. Papa vilayətinin ərazisi hesab olunan Ruminiyada da antiAvstriya üsyanı baş verdi, Neopolitan krallığında, xüsusəndə Siciliyada antiburbon çıxışları gücləndi. Bundan yararlanan demokratik qüvvələr Siciliya üsyançılarına kömək etmək üçün hərbi ekspedisiyanın hazırlanmasını sürətləndirdilər. C. Haribaldinin təşəbbüsü ilə silah almağ üçün (milyon tüfəng)könüllü ianə fondunu təşkil etdilər. ”Haribaldinin minləri” adı altında könüllülərin yığılması və təlimi işi aparıldı. C. Madzini də təcili olarağ mühacirətdən geri qayıtdı.

1860-cı il may ayının 6-sında Haribaldinin 1200 nəfərlik fədaisi Genuyadan üzəerək Siciliyaya çıxarıldı. Onlar “yaşasın vahid İtaliya və kral Viktor Emaunil”şüarı altında hərəkət edirdilər. Haribaldinin fikrinə görə onun ordusu Siciliyada qələbə çalıb materikə qayıtmalı və Cənubi İtaliyanın Burbonların feodal hakimiyyətindən, Papa vilayətini Papanın dünyəvi hakimiyyətindən və Venetsiyanı Avstriyalıların hakimiyyətindən xilas etməklə İtaliyanı Savoya sülaləsinin rəhbərliyi ilə birləşdirmək idi. Onlara qarşı artileriya , digər ordu hissələri və hətta polis dəstyələri çıxarılmışdır. Buna baxmayaraq Haribaldiçilər Kalatafimi yaxınlığında baş vermiş döyüşdə qalib gəldilər. Bundan sonra Siciliyanın mərkəzi şəhəri olan Palermonu ələ keçirdilər. Və tezliklə bütün ada kral ordusundan təmizləndi. Haribaldi isə adadan ”İtaliya və Viktor Emanuil”naminə inqilabi diktatura rejimi yaratdı. Siciliyadakı hadisələr Neopalitan krallığında mövcud olan dərin böhranı daha da dərinləşdirdi. Kral III Ferdinandın ölümündən sonra taxt-taca sahib olan II Françesko yeniləşmə tələblərinə məhəl qoymayaraq ölkədə sabitlik yaratmaq üçün repressiyaya əl atdı. 1860-cı ilin iyun ayında C. Haribaldinin ordusu Kalabriyə çıxdı və heç bir müqavimətə rast olmadan Neapola doğru hərəkət etdi. Onların köməyinə isə ölkənin şimalından, Siciliyadan, Neapalitan krallığının bütün vilayətlərindən könüllülər gəlirdi. Beləliklə döyüşsüz Neapolu ələ keçirdilər, sonra isə 1860 cı il 1 oktyabr tarixində Volturno yaxınlığında hakimiyyətə sadiq olan orduları məğlubiyyətə uğradılar. Bu döyüş Burbonların və krallığın taleyini həll etmiş oldu.

Demokratik cəbhənin nümayəndələri olan C. Madzini K. Kattaneo və b. C. Haribaldiyə məsləhət gördü ki o bu məqamdan istifadə edib diktatorluq səlahiyyətlərini özündə saxlasın , Papa vilayətini sonra isə Venetsiyanı azad etsin. Gələcəkdə haribaldiçilərin müvəffəqqətsizliyə uğraması üçün çalışan Pyemont nizami ordusu Papa vilayətinə soxuldu Mark və Umbiriyanı azad etdi. Sonra isə Şimal tərəfdən Neopolitan krallığına daxil oldular. 21 oktyabr 1860 cı ildə Haribaldinin təkidi ilə Neopalitan krallığında pleybisit keçirildi və krallığın əhalisinin böyük hissəsi Pyemonta birləşmək haqqında öz fikirlərini bildirdilər və krallıq Puemonta birləşdirildi. 29 oktyabr 1860 cı il tarixində isə Viktor II Emanuil ilə C. Haribaldi arasında görüş keçirildi. Kral Haribaldini səhər yeməyinə belə dəvət etmədi (o ata baxılan tövlədə səhər yeməyi yedi. ) Hətta Haribaldı kral ilə birgə gederkən xalq “Yaşasın Haribaldi”deyə qışqırırdılar. Lakin bu şərəfli sərkərdə isə dəfələrlə “Yaşasın kral” deyə müraciət etmişdir.

Pleybisitlərdən sonra Haribaldi öz vəzifəsindən azad oldu. Onun dəstəsi isə tərkisilah edilərək tərxis olundu. Hətta heç bir pul mükafatı belə verilmədən. Haribaldi özünün qarışıq sosial-siyasi görüşlərinə görə fərqlənirdi. O özünü respublikaçı adlandırsada Viktor II Emanuilə çox hörmət bəsləyirdi. K. Kavuru isə görməyə gözü yox idi. Y. Sezar ilə fərx edirdi, hakimiyyətdə parlamentarizm sistemini tanımaq istəmir, özünü xalq diktaturasının tərəfdarı hesab edirdi.

V. II Emanuil Haribaldinin müşayiəti ilə təntənəli surətdə Neapola daxil olduqdan sonra II Françesko ona sadiq olan hərbiçilərin məğlbiyyətindən sonra krallığı tərk etdi. 1861-ci ilin fevralında isə İtaliya parlamentinin təntənəli açılışı oldu. 14 mart 1861-ci il tarixində isə Viktor II Emanuel İtaliyanın kralı elan edildi. Flarensiya şəhəri isə paytaxt oldu. Bununlada Risordjimentanın ən vacib məsələsi- ölkənin vahid hakimiyyət altında birləşdirilməsi həll olundu. Lakin Papa və Venetsiya vilayətləri bu birləşməyə daxil deyildilər. Nazirlər sovetinin sədri isə K. B. Kavur oldu. Ölkənin pərakəndiliyinin aradan qaldırılması uğrunda gedən müharibədə burjuaziyanın həlledici rolu, Almaniyadakıdan fərqli olaraq İtaliyada hər bir mərhələdə birləşmə, bir biri ilə rəqabət aparan inqilabi-demokratik qüvvələrin zadəgan və burjuaziyanın liberal dairələrinin bir birinə qarışmasi oldu. Risordjimentonun başa çatması –Papa və Venetsiya vilayətlərində məsələnin həllinin bir kənara qoyulması bunlardan irəli gəlirdi. 1862-ci ildə Haribaldi 2 min döyüşçü ilə Romanı tutmaq üçün cəhd etdi . Lakin o V. II. Emanuilin əmri ilə dayandırıldı. Riisordjimento qəhrəmanlarının bir çoxu yaralandı. Və bir hissəsi də kiçik Kaprer adasına sürgün edildi. Elə general C. Haribaldi də 1882-ci ildə həmin adada vəfat etdi.

K. Kavurun ölümündən sonra (1881) onun siyasi kursunu davam etdirən Sardiniya krallığı özünün diplomatik səylərini Roma məsələlərinə və Venetsiyanın azad olunması məsələsinin həllinə cəmləşdirilmişdir. Neapoliton krallığının süqutu bahalıq, işsizlik, inzibati orqanların idarə oluna bilməməsi, kəndlilərin narazılığı, hakimiyyət sərəncamına sabatayçılıq və vergi ödənişlərindən imtina etmək cəmiyyət üçün öz ağır təsirlərini göstərmişdir. Mövcud olan sosial problemlərin həll ediləcəyi ümudi ilə yaşayan insanların İtaliya höküməti tərəfindən aldadılmasına Siciliya və digər cənub vilayətlərinin əhalisi kəndli üsyanları ilə cavab verdi. Məhz bu vaxtdan Siciliyada torpaq sahibkarları ilə əlbir hərəkət edən-cinayətkar qruplaşmaların və din xadimlərinin özbaşnalığı, siyasi qətillər geniş yayılmışdır. Digər vilayətlərdə də yeni yaradılmlş hakimiyyət orqanları çətinliklə möhkəmlənirdi. Lakin 60-70-ci illərdə mülki hüquq və vergi sistemləri proqressiv normalar qəbul edilməyə başlandı, gömrük sistemindəki neqativ hallar aradan qaldırıldı. Cəmiyyət elə kilsənin mövqeyini zəiflədəcək və dini dövlətdən ayira biləcək bir sıra aktlar qəbul edildi.

Gənc dövlətin xeyli problemləri var id. O, yenə də Fransadan asılı vəziyyətdə qalmışdır. Əasəndə iki ildən sonra Fransa öz qoşunlarını papa vilayətindən çıxaracağı planının əvəzində İtaliya 1864 cü ildə qəbul etdiyi konvensiyaya görə Papa mülklərinə toxunmayacağına təminat verilmişdir. Bu Avstriya hakim dairələrindədə narahatləq yaratmışdır, hansı ki , onlar 1859-1861-ci il hadisələrinə yenidən baxmaq istəyirdilər.

Lakin gənc İtaliya dövləti ən böyük problem ilə Cənubda qarşılaşdı. Burada Pyemontun qəsdçilik münasibətləri yaranmağı başladı. Pyemontun bu idarəçilik sistemi isə hərbi mükəlləfiyyətin tətbiqi və ağır vergilərin qoyulmasından ibarət idi. Buna cavab olaraq keçmiş Neapolitun krallığı ərazisində yeni hakimiyyətə qarşı kəndlilərin müqavimət forması olan banditirm genişlənməyə başlamışdır. Pyemont müxalifətinin rəhbərləri isə Burbon mülkədarları və kilsə nümayəndələri ilə əlaqədə idilər. Hökümət ordusu 1865-ci ilə kimi cənubda müharibələr aparmışdır. Ordunun sayı isə 120 min nəfərə çatırdı. Bu müharibələrdəki itkilərin sayı isə birləşmə uğrunda aparılmış müharibələrindəki itkilərdən daha çox idi . Nizami ordu kəndləri yandırır və bütöv vilayətləri xarabalığa çevirir. Silah ilə tutulan kəndliləri güllələyirdilər. İtaliya krallığının yatranmasından bir qədər sonra 1861-ci il 6 iyun tarixində K. Kavur öldü. Bu dövlət xadiminin ən yaxçı cəhəti o idi ki, o, həmişə konstitusiya normalarına əməl etməyə çalışmışdır. Viktor II Emanuil Kavurun məsləhəti ilə kənarlaşdırılan Balkanlara olacaq avanturist hərbi ekspedisiyanı və İtaliyanın birləşdirilməsini başa çatdırmaq üçün Avstriyaya qarşı mürəkkəb kombinasiyanın layihələrini müdafiə edirdi. Hətta 1866-cı ildə İtaliya Avstriyaya qarşı Prussiya ilə hərbi siyasi ittifaq bağladı. 1866 cı ildə başlamış Avstriya-Prussiya müharibəsi İtaliya üçün “müstəqillik uğrunda üçüncü müharibə” idi. İtaliya üçün müharibə çox pis gedirdi. Belə ki , 1866 cı il 24 iyunda Kustosse yaxınlığında baş vermiş döyüşdə İtaliya ordusu məğlub edildi. Bu döyüşdə yeganə italyan generalı C. Haribaldinin komandanlığı ilə könüllü ordu döyüşürdü. Lakin 22 iyulda Prussiya İtaliya ilə heç bir məsləhətləşmə keçirmədən Avstriya ilə barışıq müqaviləsi imzaladı. İtaliya hakimiyyətinin sülh müqaviləsi bağlamağa məcbur etdi. Bu müqaviləyə əsasən Venetsiya viləyəti III Napaleona verildi.

Roma məsələsinin taleyi isə çox mürəkkəb idi. Kavur hesab edirdi ki, Roma gənc krallığın paytaxtı olmalıdır və onu katolik müqaviləsi ilə əldə etməyə çalışırdı. Hətta parlamentdə elan etmişdir ki, Roma məsələsi silahla həll oluna bilməz Kavurun ölümündən sonra 1862-ci il yanvar ayında fransız səfiri Papa hökümətindən İtalyan vətənpərvərliyini təntənəli olaraq qəbul edirmi sorğusuna etirazla cavab vermişdir.

C. Haribaldi Papa vilayətini birləşdirmək üçün hazır olmağı bildirərək , Roma və yaxud ölüm şüarı ilə Roma uğrunda mübarizəyə başlamışdır. 1862-ci il avqust ayının sonlarında o, 2500 könüllü ilə Kalabriyə çıxaraq Aspromente yüksəkliyinə doğru hərəkət etdi. Hər iki tərəfin qan tökməkdən qaçmasına baxmayaraq 29 avqust tarixində döyüş oldu. Yaralananlar içərisində Haribaldi də var idi, hansı ki , o da kral ordusu tərıfindən əsir götürülmüşdür. İtaliya hakimiyyəti Fransa qarşısında qorxduğuna görə Haribaldinin ekspediyasına qarşı real olaraq çıxırdı. Papa öz dövlətinin fəaliyyət göstərəcəyinin mütləq olduğunun sübut etməytə çalışaraq 1864-cü ilin sonlarında kilsə hakimiyyətini mülki hakimiyyətdən üstün olduğunu bildirdi. Venetsiya məsələsinin həllini isə Roma məsələsi kənara ataraq ikinci plana atmışdır. 1864-cü ildə imzalanmış konvensiyaya əsasən 1867-ci ildə Fransa qoşunları bir qədərdən sonra Papa vilayətini tərk etdilər, lakin Papanın əleyhinə heç bir çıxış olmadı. 1867-ci ilin iyulunda Harribaldi Papa üzərinə həmlə etmək üçün könüllülər toplamağa başladı. Lakin İtaliya höküməti Fransanın tələbləri əleyhinə çıxış eləməyərək Haribaldiyə maneçilik törətməyə başladı. Papatsi(hökümət kabinetinin sədri) Haribaldinin Kaprero adasına göndərdi. Lakin o oradan qaçdı. 1867-ci il 3 noyabrda Mentano kəndində döyüş oldu. Bu döyüşdə haribaldiçilər, Papa və Fransa ordusu tərəfindən məğlub edildi. Bu döyüş haqda məlumatlara görə həmin döyüşdə Şaspo(yeni hərbi silah)iştirak etmiş və möcüzələr törətmişdir. Fransa tərəfi isə utanmadan elan etmişdirki, İtaliya heçvaxt Romaya sahib olmayacağ

1869-cu ilin dekabrnda Vatikan yığıncağında Papanın günahsızlığı barəsində etiqad haqqında böyük iş həyata keçirildi, hansı ki, bu qərar 11 may 1870-ci ildə qüvvəyə mindi. Lakin 1870-ci ilin iyulunda başlamış Fransız-Alman müharibəsi Fransada II imperiyanın məhvini tezləşdirdi:Fransada 3-cü respublika rejimi bərqərar oldu. Bu vaxt İtaliya hesab etdiki, Papa hakimiyyətinin toxunulmazlığı haqqında 1864-cü il konvensiyası öz qüvvəsini itirdi. Odur ki, əvvəlcə İtaliya kralı Papaya könüllü olarağ dünyəvi hakimiyyətdən imtina etmək təklifi etdi, lakin Papa elan etdiki, yalnız güc, qarşısında güzəştə gedə bilər. 20 sentyabr 1870-ci ildə İtaliyanın hərbi hissələri Romanın şəhər divarlarını dağıdarağ şəhərə girdilər. Bu vaxt Papa öz ordusuna döyüşü dayandırmağ əmri verərək Vatikana çəkildi

1870-ci ilin oktyabrında Romada plebisit keçirildi:İtaliya krallığına birləşmək lehinə 133min, əleyhinə isə 1500 insan səs verdi. 1871-ci ilin martında isə qarantiya haqqında qanun verildi:Bu qanuna görə İtaliya höküməti Papaya dini hakimiyətini icra etmək üçün azadlığ verdi, onun xarici dövlətlərlə əlaqə saxlamağ hüququnu tanıdı, tələbatını ödəmək üçün ona 3 milyon lirə pul vəsaiti verməyi öhtəsinə götürdü. İtaliyan yepiskoplarını krala sadiqlik haqqında and içmədən azad etdi və papanın mülkiyəti isə Vatikan və Lateran sarayları və şəhər kənarındakı villa ilə məhdudlaşdırıldı.

Papa isə bu qanunu rədd edərək özünü və Vatikanın əsri elan etdi. Kral Viktor II Emmanuilin Romaya təntənəli gəlişi 2iyul 1871-ci ildə baş tutdu. Səfər qabağı o, özünün məhşur sözünü:”Biz Romaya gəldik və orada da qalacağıq”demişdi. Bununlada İtaliyanın birləşdirilməsi prosesi başa çatdı. Risordjimento hərəkatı isə ümumilikdə İtaliya xalqının formalaşmasını əsaslandırdı, sənayeləşməni inkişafı və kapitalist ictimai münasibətlərin bərqərar olması, milli bazarın formalaşması və İtaliyanın beynəlxalq siyasəti müstəqil subyektinə çevrilməsi üçün impuls oldu.

Vahid krallığın mövcud olduğu ilk 10 illikdə dəmir yolunun çəkilişi geniş miqyas aldı, bankların fəaliyyəti gücləndi. Güclü maliyyə qruplarının əsasını qoyan möhtəkirlik artdı, eləcə də bütün dövlət və vergi borcları xalq kütləsinin üzərinə düşdü. Bunlardan əlavə bahalaşma yüksək həddə çatdı. Ki, bütün bunlarda cəmiyyətdəki sosial narazılığı gücləndirdi. Savoya monarxiyasının və son nəticədə Risordjimentonun himayədarlığı altında burjuariya və zadəganlar arasında əldə olunmuş kompromis demokratik qüvvələrin və yaranmaqda olan fəhlə və sosialist hərəkatlarını nailiyətlərinin son dərəcədə çətinləşdirdi. 1862 və 1867-ci illərdəki ekspedisiyaların uğursuzluğu, özünəməxsus silahlı fəaliyyəti olan inqilabi demokratik qüvvələrin böhranını sürətləndirdi




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin