El-Pardo paktı. Sağlamlığı zəif olan, lakin bunu nəzər almadan həyat tərzi sürən XII Alfanso 1885-ci ildə 28 yaşında vəfat etdi. Ailədə isə kişi varisi yox idi. Lakin kralın həyat yoldaşı avstriyalı Mariya Kristina hamilə olduğundan oğlan övladı olacağı ehtimalı ilə regent elan edildi. Lakin onun da vəziyyəti o qədər də ürəkaçan deyildir. Həm respublikaçılar, həm də karlisistlər onu xarici vətəndaş olduğundan tanımaq istəmədilər. Hakimiyyəti xilas etmək üçün “Bərpa hökumətini yaradanlar general Martines Kompas, Kanovas del Kastiliyo və Matio Saqasti 1885-ci ilin noyabrında El-Pardo sarayında hörmətli şəxslərin iclasını çağırdılar və El-Pardo adlı pakt hazırladılar. Bu pakta əsasən Marina Kristina doğulacaq varisin regenti kimi tanındı, laxlanmaqda olan taxt-tacı onun ətrafında birləşdirdi , iki hakimiyyət partiyası olan mühafizəkarların və liberalların əvvəlki kimi növbə ilə idarəçiliyi prinsipini təsdiq etdi. Saqasti tərəfindən formalaşdırılmış nazirlər kabineti dövlət çevrilişi cəhdi il üzləşdi. Əvvəlcə Kartaxen rayonunda çavuş Kaseronun başçılığı ilə respublikaçı əsgərlər qısa müddətdə San-Xusiamı qəsirini ələ keçirsələr də tezliklə hökumət qüvvələrin təslim oldular. Bundan az sonra Madriddə 19 sentyabr 1886-cı ildə iki-süvari və kavalerlər alayı üsyan edərk paytaxtda Atoça vağzalını tutdular. Lakin əldə saxlaya bilmədilər. Üsyanın rəhbəri isə briqada generalı Vilyakampa və başqaları ölüm cəzasına məhkum edilsələr də sonradan əhv edildilər.
Liberal fikirli şəhər əhalisinə arxalanan Saqasti Kortesdən bir neçə mütərəqqi qanun keçirə bild. Bunlardan kişilər üçün ümumi seçki hüququ, məhkəmlərdə iclasçılar instutunun təsisi, vətəndaş nigahının tətbiqi, vicdan azadlığı, ümumi hərbi mükəlləfiyyət, qərargahlarda və hərbi idarələrdə zabit kadrlarının ixtisarı və s. Bu islahatlar hökumətin vəziyytini möhkəmləndirdi və 1886-cı il may ayında anadan olacaq gələcək kral XIII Alfansonun regenti kimi Mariya Kristinanın mövqeyini möhkəmləndirdi.
Dostları ilə paylaş: |