XIX əsrin sonu-XX əsrin əvvəllərində İspaniyanın iqtisadi inkişafı. İspaniya iqtisadi cəhətdən geridə qalmış ölkə olsa da XIX əsrin sonları XX əsrin əvvəllərində ölkədə xeyli irəliləyiş nəzərə çarpırdı. 1898-ci il müharibələrindəki məğlubiyyətin əsas səbəbi d elə iqtisadiyyatın zəif olması olmuşdur. Hakimiyyət də bunu qəbul edərək müharibədən sonra snayeni və ticarəti sabitləşdirməy çalışırdı. Lakin İspaniya aqrar ölkə olaraq qalmaqda idi. Torpaq münasibətlərində hələ də arxaik struktur qalırdı. XIX əsr inqilabları isə mülkədarların senyorluq hüquqlarının ləğv edilməsinə və feodal torpaq sahibliyinə son qoyulmasına səbəb olmuşdur.
Latifundiyaların ən klassik rayonları isə Əndəlus, Estremandura və La-Manqa sayılırdı. Ölkənin ən iri torpaq sahibləri olan hersoqlar Alba, Medikaseli və Paryaranda müvafiq olaraq 96,96 və 52 min hektar torpaq sahələrinin sahibi idilər. Latifundiyalarda isə torpaqsız qalmış kənd təsərrüfarı işçiləri işləyirdilər. Latifundiyalardan şimala doğru orta torpaq sahibliyi və kəndli icarədarların əraziləri geniş yayılmışdı. 1889-cu ildə qəbul edilmiş vətəndaş kodeksi İspaniyada orta əsr ənənələri əsasında icarə münasibətlərini saxlamaqda idi. Burada xüsusi mülkiyyətçilik, varisliyin müxtəlif formaları və yaxud uzunmüddətli icarə forması olan “Senso” və s. mövcud idi. Ölkədə yaşayan əhalinin 50%-dən çoxu isə kənd təsərrüfatı ilə məşğul olan icarədarlar idi.
Latifundiyaların hökmranlığı və aqrar münasibətlərin ümumi vəziyyəti XIX əsrin sonu - XX əsrin əvvəllərində sənaye kapitalizminin zəif inkişafından xəbər verirdi. 1900-cü ildə əhalinin 68%-i kənd təsərrüfatı, 16%-i sənaye, 16 %- isə xidmət sahəsində çalışırdı. Ispaniya sənayesinin inkişafı müxtəlif səviyyəli idi. XIX əsrin son rübündə dağ-mədən işi sürətlə inkişaf etmişdir. Belə ki, XIX əsrin 60 illərində 250 min ton dəmir filizi çıxarılırdısa, 1881-ci ildə bu rəqəm 5 milyon tona , 1902-ci ildə 9 milyon tona , 1913-cü ildə isə 9,8 tona çatmışdır.
Filizçıxarma sənayesinin belə inkişafı isə İngiltərə sənayesinin inkişafı ilə sıx bağlı idi. Hansı ki, İspaniyada çıxarılan filizin əsas hissəsi İngiltərəyə aparılırdı. Ispan filizinin emalında ingilislərlə yanaşı fransızlar, almanlar və belçikalılar da iştirak edirdilər. Ümumiyyətlə İspaniyada çıxarılan filizin 90%- i xaricə daşınırdı. Xarici kapitalın ölkəyə axını isə İspaniya sənayesində xarici monopoliyanı gücləndirmişdir. Sənaye istehsalında əsas yeri isə yüngül sənaye tuturdu. XX əsrin əvvəllərində İspaniyada ilk iri sənaye monopoliyası meydana gəldi. Hansı ki, bu birlik milli kapital əsasında yaradılmışdı. 1900-cü ildə Felgeronun metallurgiya cəmiyyəti yarandı. Bu cəmiyyət bir sıra metallurgiya müəssəsisələrini və Asturiya kömür mədənlərini özündə birləşdirdi. 1902-ci ildə isə “Altos-Ornos de Bistaya” kompaniyası meydana gəlmişdir ki, bu şirkətə metal çıxarılmasının, çuqun və poladın əridilmədisinin, onların istehsalının əsas hissəsini öz əlində cəmləşdirmişdir. Inkişafa təzəc başlamış maşınqayırma sənayesi də monopolist kapitalın nəzarətinə düşmüşdür. Arapon maşınqayırma və metallurgiya cəmiyyəti İspan metallurgiya və kontruksiya cəmiyyəti və b. Demək olar ki, ölkənin bütün sənayesinə nəzarət edirdilər. Yüngül sənayenin bir çox sahələrində isə kartellər təşkil edilmişdir.
Ispaniya sənayesinin və ticarətinin inkişafında yeni təşkil olunmuş bankların – 1901-ci ildə yaradılmış “İspan-Amerikan” bankı və “Bank Biskaya” , 1902-ci ildə isə yaradılmış “ İspaniya kredit bankı” və s. böyük rolu olmuşdur. Sənayeyə kapital qoyuluşu artmışdır. 1901-1909-cu ildə 3,5 milyard peset kapitala sahib 11,3 min müəssisə yaradılmışdır.
Monopolist kaptalizmin tam olaraq formalaşması torpaq aristokratiyasının iştirakı ilə başa çatmışdır. Belə ki, torpaq aksiyaları banklar tərəfindən özününküləşdirildi ki, bu da maliyyə kapitalın əkinçilik kapitalı ilə birləşməsinə səbəb oldu. Bu da ispan imperializminin özünəməxsus xüsusiyyətlərindən idi. İspan imperializminin digər xüsusiyyətlərindən biri də onun xarici kapitaldan asılılığı idi. İspaniyadakı xarici kapitalın 54%-i, İngiiltərəyə, 34%-i isə Fransaya aid idi. XX əsrin əvvəllərində isə İspaniyaya alman kapitalının axını güclənmişdir.
Dostları ilə paylaş: |