XIX əsrin sonlarında Avstriyada milli ziddiyyətlərin güclənməsi. Avstriya və Macarıstan istehsal qüvvələrini inkişaf etdirmək istiqamətində siyasi –hüquqi baza yaratmaq üçün burjua konstitusiyası qəbul etdilər. Hər iki ölkədə sənaye inkişaf etməyə başladı. Lakin onun tam inkişafına hələdə mövcud olan feodalizm qalıqları ( mütləqiyyət və aristokratiya) mane olurdu. Buna baxmayaraq Vyana ilə birlikdə Aşağı və Yuxarı Avstriyada, Çexiyada,Triyestdə, Qərbi və Şimali –Qərbo Macarıstanda Banatada və Transilvaniyanın bir hissəsində sənayeləşdirmə daha sürətlə gedirdi. Qeyd edək ki, Macarıstanda sənaye inqilabı süni surətdə gedirdi. Qeyd edək ki buna baxmayaraq XIX əsrin 90-cı illərinin sonunda başa çatdı. Lakin Çexiya sənayesində inqilab 70-ci illərin əvvəllərində başa çatmışdır. Ona görə də Çexiyanın iri sənaye müəssisələri Avstriya kapitalına mənsub idi.
Avstriya –Macarıstanda kənd təsərrüfatı əsasən Prussiya yolu ilə inkişaf edirdi. Bu da onunla əsaslanırdı ki, ölkədə mülkədar latifundiyaları çoxluq təşkil edirdi. Macarıstanda belə təsərrüfat XX əsrin əvvəllərində 24 min təşkil edirdi ki, onların əlindəki torpaq da imperiyanın torpaq ehtiyatın 45% -ni təşkil edirdi. Latifundiya sahibləri isə macar maqnatları idi.
İstismar olunan xalqlar yaşayan Qalitsiyada, Bukovinada, Transilvaniyada, Xorvatiyada, Ukrayna Zakarpatiyasında iqtisadi inkişafın qeyri bərabərliyi açıq hiss olunurdu. Elə buna görə də monarxiyanın hər iki hissəsində sosial narazılıqlar sürətlə artırdı.Ancaq milli münaqişələrin ciddiliyi bir çox faktorlardan ;mədəni səviyyədən, milli şüurun formalaşmasından, milli ənənələrdən və yerli şəraitdən asılı idi. Həm Avstriya, həm də Macarıstanda hakim sinfin məqsədi Avstriyada alman-Avstruya hökmranlığını, Macarıstanda isə Madyar hegemonluğunu qoruyub saxlamaq idi.Onu da qeyd etmək lazımdır ki, Avstriya hissəsi özünün liberalizmi ilə fərqlənirdi.
1867-ci il sazişindən sonra Avstriyada bir sıra antiklerinal xarakterli islahatlar da keçirildi. Vatikanla bağlanmış konkordat ləvğ edildi, mülki nikah tətbiq olundu, məktəblərdə din xadimlərinin dərs keçməsinə son qoyuldu. Məhz bu illərdə Avstriya xalqı qəti olaraq formalaşdı.
İmperiyanın hər iki hissəsində hakim sinfin ağalığının möhkəmləndirilməsi istiqamətində qanunlar qəbul olundu. Hakimiyyətin bu məqsədi seçki islahatlarında da özünü göstərdi. 1873-cü il reyxstağın seçkilərində bu islahat tətbiq edildi. Seçkilər dörd kuriyaya bölündü. I) iri zadəganlar kuriyası idi ki onlar 53 seçicidən 1 deputat II kuriyada iri kapitalistlər idi ki onlar 24 seçicidən 1 deputat III ümumşəhər kuriyası idi ki, onlarda 4 min seçicidən 1 deputat IV kənd icmaları kuriyası idi ki, onlarda 12 min seçicidən 1 deputat seçə bilərdilər.
1867-ci ildə qəbul edilmiş Avstriya konstitusiyası dövlətin Avstriya hissəsində xalqların dilini və mədəniyyətlərini saxlayıb inkişaf etdirməklə tam bərabərlik elan etmişdir. Konstitusiya ölkədə işlənən bütün dillərin bərabərliyini tanıdı. Əlbəttə bu bərabərlik formal idi. Belə ki, Avstriya –Alman burjuaziyası Avstriya imperiyasının 2/3 sini təşkil edən qeyri almanların assimilyasiyası mümkün olmadığına görə Almanların hegemonluğuna çalışırdı. Orduda və adi imperiya idarələrində alman dili üstünlük təşkil edirdi. 17 qeyri alman əyalətlərində də yazışmalar alman dilində aparılırdı. Hər bir Avstriya əyalətinin seçkili orqanı- lantaqı vardı. Lakin şərqdə Ukraynanılar qərbdə isə Polyaklar yaşayan Qolitsiyada polyak aristokratiyasının və şlyaxtanın (seçkili orqan) yaxşı münasibətini qazanmaq üçün Viyana həmin əyalətdə polyak dilini rəsmi dil kimi tanımışdır. Polyak aristokratları nəyinki Qolitsiyada həm də Viyananın özündə, reyxstaqda və ümumi imperiya idarələrində sülalələrin dayağına çevrilmişdi. Onlara ən ali vəzifələr belə etibar olunurdu.
Qalitsiyada polyaklara verilmiş üstünlük I dünya müharibəsinin sonuna kimi Vyanaya imkan vermişdir ki, həm polyak məsələsində həmdə Ukraynada kənd əyalətlərinin idarə olunması məsələsindən azad olunsun. I dünya müharibəsi ərəfəsində Vyana şərqi Qalitsiya və Bukovina da yaşayan ukraynalıları, rumunları, yəhudiləri və polyakları öz tərəfinə çəkmək isdəyirdi. Elə buna görədə burada müxtəlif milli mədəniyyətlərin harmoniyasına nail olmuşdular.
Hökumət Çexiyada qızışan çex-alman qarşı durmasının qarşısını almasında uğursuzluğa düçar oldu. 1871-ci il razılaşmasının uğursuzluğu Vyananı reyxstaq da çex burjuaziyasının köməyindən məhrum etmişdi. Daha radikal millətçilər olan gənc çexlər isə fəal müxalifətə keçdilər və nəticədə yerli seymin fəaliyyəti pozuldu. Yəni Avstriya burjuaziyası güclü çex burjuaziyasiyla qarşılaşmışdır. Avstriyalıların təqiblərindən narazı olan çex burjuaziyası imperiya təşkil olunan kimi Avstriya reyks-imperiyasına deklarasiya ilə müraciət edərək onlara da Macarıstanda olduğu kimi daxili müstəqilliyin verilməsini tələb etdilər. Eyni zamanda çexlər reystaqa keçirilən seçkilərdən də imtina etdilər. Çexlərin bu tələbinə Avstriya hökuməti represiyalarla cavab verdi və Praqada xüsusi vəziyyət elan olundu. Polyak mülkədarlarını öz tərəfinə çəkə bilən Viyana çex müxalifətini dağıda bildi. Hətta 1867-ci il müqaviləsindən sonra çex milli partiyasında 2 qanaq formalaşmışdı. Başda Palatski və Riger olmaqla köhnə çexlilər və başda Qreqer və Slakovski qardaşları olan gənc çexlilər.
Köhnə çexlilər Avstriya ilə kompromisin tərəfdarları idilər. Çex burjuaziyası içərisində tərəfdaş tapan Avstriyanın hökumət başçısı Eduard Taaffe (1879-1893) belə 1880-ci ildə çexlərin daha çox rəğbətini qazanmaq üçün çex vilayətlərində iki : Alman və çex dillərinin tətbiqi haqqında qərarda vermişdilər. 1882-ci ildən də Praqa universitetində təhsil hər iki dildə aparılırdı. Çexlərə olunan bu güzəştlər Avstriya –Alman millətçilərinin etirazına səbəb oldu. Taaffenin çexləri parçalamaq üçün həyata keçirtmək istədiyi sonrakı cəhdləri də baş tutmadı. Yəni onun bu layihəsi gənc çexlərin güclü müqaviməti ilə üzləşdi. Hətta Avstiryalılar belə çexlər yaşayan vilayətlərdə iki dilliyin əleyhinə çıxdılar. Və köhnə çexlilərin Avstriya ilə Vyanada bağlamış olduqları müqavilə ləğv edildi.
Taffenin siyasətinə dəstək verən köhnə çexlilər özlərinin əvvəlki nüfuzunu itirdilər. Gənc çexlilərin təsiri daha da gücləndi. 1891-ci ildə isə xırda burjua gənclər təşkilatı olan “Omladina” təşkil olundu.
Çexiyada milli münaqişənin güclənməsi Avstriyada şovinizminin təşkilatlanmasına səbəb oldu. Onun ideoloqu 1882-ci ildə “Alman milli ittifaqı”nın yaradılmasının təşəbbüsçüsü zadəgan Georoqfon Şenerer olmuşdur. Onların 1882-ci ildə qəbul etdikləri “Lints” proqramına əsasən Bukovina və Qalitsiya Avstriyanın tərkibindən çıxarmaq, Dalmasiya və Bosniya və Hersoqavaniyanı Macarıstana birləşdirmək, çex və sloven torpaqlarını saxlamaqla Avstriya yaratmaq idi. Nə ittifaq , nə də onun proqram yarandığı vaxt ciddi ictimai narazılığa səbəb olmamışdı, lakin yarım əsr sonra Avstriya onun millətçi və şovinist nəticələri ilə qarşılaşdı . Proqramda ilk olaraq “Alman Avstriyasının” yaradılması, sonra isə onun “Böyük Almaniyaya “ birləşdirilməsi nəzərdə tutuldu. İki il sonra Avstriya –Almanpərəstlərinin “lints” proqramı Hitlerin nasist rekinin ali irq qanunlarının oxşarı olan “Ali irq proqramları”ilə genişləndirildi. Almanpərəstlərin antisemit qaydaları çoxlu sayda demokratların ittifaqdan uzaqlaşmasına səbəb oldu. Onlar arasında Avstriya sosial demokratlarının gələcək lideri olan publisist Viktor Adler ,sionizmin gələcək banısı və Fələstində yəhudi ocağının yaradılması ideyasının müəllifi Feodor Hertseldə var idi. İttifaq güclü təsirə malik Avstriya –Alman burjuaziyasının bir hissəsi olan yəhudilərin köməyindən məhrum oldu.
XIX əsrin 80-ci illərindəAvstriyada millətçiliyin güclənməsi siyasi arenada qruplaşmaların yaranmasına səbəb oldu. Siyasi partiyalar milli mənsubiyyətinə görə yaranırdı. Keçmiş liberallar alman klubu yaratdılar və alman dilinin dövlət dili elan olunmasını və Almaniya ilə daha sıx əlaqələrin yaranmasını tələb etdilər.
90-cı illərin ortalarında Avstriyada illik məsələ yenidən qarışmağa başladı. Polyak Qraf Kazimir Badeninin başçılıq etdiyi hökumət 1897-ci ilin aprelində Çexiyada qoşa dillilik tətbiq olunması haqqında qərar verdi. Qərarda dövlət idarələrindən xaric olunmamaq üçün üç il ərzində alman və çex dillərini öyrənməsi tələb olunurdu. Dillərin bərabər hüquqlu olmasına etiraz edənlərin nümayişləri olmuşdur. Hətta alman dili deputatların reyqstaqdakı hərəkətləri palatanın işini pozmuşdu. Parlamentdə baş vermiş əlbəyaxa döyüşlər zamanı polis vuruşan deputatları iclasdan çıxarmalı olmuşdur. Alman millətçisi tərəfindən duelə çağırılan Badeni isə qolundan yaralanmışdır. Bütün bu hadisələr 1897-ci il 27 noyabr tarixində hökumətin istefası və reystağın buraxılması ilə nəticələnmişdi. Beləliklə əsrin sonunda Avstriyada milli məsələ siyasi həyatın əsas probleminə çevrildi. Bu hadisələr Avstriyanı Avropanın ikinci (Birincisi Osmanlı imperiyası idi) xəstə adam adlandırmağa səbəb oldu.
Dostları ilə paylaş: |