Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Parisin tutulması və Kommunanın məğlubiyyəti



Yüklə 0,52 Mb.
səhifə79/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   138
Yeni tarix müh

Parisin tutulması və Kommunanın məğlubiyyəti. Kommunarların qətiyyətsizliyi və onların hücum fəaliyyətindən imtina etməsi Tyeri hökumətinə öz ordusunu yenidən formalaşdırmağa imkan verdi. Və 1871-ci il 2 aprel tarixində Versal hökuməti Paris Kommunasına qarşı hərbi fəaliyyətə başladı. Kommunarlar isə əksinqilabçılara cavab verməyə cəhd etsələr də müvəffəqiyyətsizliyə uğradılar. Ümumiyyətlə kommunarların əks həmləsi Versalcılara göstərdi ki, Kommuna çox ciddi bir qüvvədir. Bununla belə kommunarların əks həmləsi göstərdi ki, Kommuna və Milli Qvardiyanın MK-si insan və texniki resurslardan istifadə edə bilmədilər.

Bir neçə gündən sonra Versalçılar əksinqilabi hərəkatlarını yenidən təkrar etdilər və Parisin divarlarına çatdılar. Onlar buraya 100 min canlı qüvvə və yüzlərlə ağır silah toplamışdılar.

Kommunarlar nə vaxtdan, nə də ki, malik olduqları vasitələrdən istifadə edə bilmədilər. Belə ki, Kommunanın anbarlarında istifadə olunmamış 285 min silah yatıb qalmışdır. Milli Qvardiya batalyonlarında inqilabi qayda-qanun yarada bilmədilər. İrticaçı qəzetlər çox gec bağlandı. Yalnız aprel ayında Versal hökumətinin tərəfdarları həbs edildi. Kommunanın zəifləməsinin səbəbərindən biri də onun daxilindəki siyasi çəkişmələr olmuşdur (azlıq ilə çoxluq arasında mübarizə). Orduya rəhbərlik mərkəzləşdirilməmişdir. Kommunanın pula ehtiyacı çox olsa da banklardakı qızıl ehtiyatından istifadə edə bilməmişdir. Banklardan alınacaq 257 milyon qızıl frankın yalnız 16 milyonundan istifadə edə bilmişdir.

Kommunarlarla mübarizədə Tyeri hökuməti 1871-ci il 10 may tarixində Almaniya ilə Frankfurt-Mayn şəhərində müqavilə imzaladı. Hətta Otto fon Bismark III Napoleonun ordusundan çox Paris Kommunasından qorxurdu. Odur ki, Bismark müharibə zamanı əsir götürülmüş 40 min fransız əsgərini azad etdi. Hansı ki, Tyer bu əsgərləri Kommunaya qarşı mübarizəyə yönəltmişdir. Hətta Bismark Kommunaya qarşı aktiv mübarizə aparmaq üçün Parisin almanlar tərəfindən tutulması təklifini də etmişdir.

1871-ci il 19 aprel tarixində Versal hökuməti Parisi intensiv olaraq gülləboran etməyə başladılar. Əksinqilabi orduya Sedanda Prusiyaya məğlub olan marşal Mak-Maqon başçılıq edirdi. May ayının 13-də versalçılar hücum edib İssi və Valmini tutdular. Parisin xarici aləmlə əlaqəsini kəsdilər. Mayın 21-də isə versalçılar Sen-Klu darvazasından Parisə daxil oldular. Şəhərin küçələrində güclü döyüşlər oldu. 27 mayda isə Belvil yüksəkliyi versalçılar tərəfindən tutuldu. Per-Laşer qəbirsanlığına isə 200-ə qədər kommunar cəmləşmişdir. Versalçılar top atəşi ilə qəbirsanlığın darvazasını sındırıb kommunarları gülləboran etdilər. Sağ qalmışlar isə tutularaq axşama yaxın qəbirstanlığın divarlarında güllələndi. 28 may tarixində isə Rampana küçəsindəki axırıncı səngər də darmadağın edildi.

Tyer i qələbə çaldı. Və məğlubiyyətə uğrayanlarla hesablaşma başladı. Kommunarlar üzərində qanlə əməliyyata general Qolife rəhbərlik edirdi. 30 min kommunar güllələndi, 50 mini həbsxanalara atıldı, hansı ki, onların çoxu da xəstəliklərdən qırıldı. Qadınlar və uşaqlar da güllələnirdi. Həbs olunanlar içərisində 650 uşaq da var idi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin