Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə76/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   138
Yeni tarix müh

Paris kommunası. 1871-ci il 18 mart axşamı Tyeri hökuməti xalq əleyhinə təcavüzə başladı. Hərbi nazirin əmri ilə hərbi hissələrdə xətt alaylarının əsgərləri baxış sırasına düzləndilər və onlara Milli Qvardiyanın əsas deslakasiya nöqtələrini tutmaq əmri verildi. Həmin vaxt polis də Milli Qvardiya komandirlərini həbs etməli idi. Lakin səhər saat 5-də milli ordu Monmartr və Belvil yüksəkliklərini tutdular. Səhər saat 6-da isə ilk siqnal alan fəhlələr və

Paris əhalisi müdafiə üçün birləşdilər. Tezliklə Milli Qvardiya hücuma keçdi. Blankistlərdən olan Eda, Dyuval, Bryunel, Falto və Jaklaranın təşəbbüsü ilə martın 18-i axşam şəhər ratuşasının binası tutuldu. Burjuaziyanın hakimiyyəti devrildi. Beləliklə bir şəhər çərçivəsində, tarixdə ilk olaraq proletar inqilabı qələbə çaımış oldu.

Gündüz saat 1 radələrində Tyeri hökuməti ordunun geri çəkilməsi haqqında əmr verdi, ordu Versala doğru çəkildi. Bununla Tyeri hökuməti nə mümkündürsə xilas etməyə çalışırdı ki, sonra yenidən inqilaba əks zərbə endirə bilsin.

İnqilabın qələbəsindən sonra Milli Qvardiya hakimiyyəti öz üzərinə götürərək Paris Kommunasına seçkilər keçirməyi qərara aldı. Kommunaya seçkilərin keçirilməsi 1871-ci il 23 mart tarixinə müəyyən edilməsinə baxmayaraq Parisdə baş vermiş hadisə seçkiləri ayın 26-na keçirməyə məcbur etdi. Belə ki, inqilabın qələbə çaldığı günün ikinci yarısında Milli Qvardiyanın Mərkəzi Komitəsi Parisdə öz hakimiyyətlərini bərpa etməyə çalışan elemetlərlə qarşılaşmalı oldu. Əvvəlcə Parisin burjua rəhbərliyi MK-nin hakimiyyətini ləğv etməyə cəhd göstərərək onun başı üzərindən Milli Qvardiyanın komandiri vəzifəsinə irticaçı general Sesseni təyin etdi. Yalnız MK üzvlərinin sayıqlığı nəticəsində əksinqilabi çevrilişin qarşısı alındı. MK-nın qərarı ilə Sessenin təyinatı ləğv edildi. Martın 22-də Milli Qvardiyaçılar aristokratların əksinqilabi qrupunu qovdular. Ayın 24-də isə Sessenin başçılıq etdiyi əksinqilabi dəstənin çıxışı yatırıldı.

26 mart 1871-ci il tarixində ümumi seçki qanunu əsasında Kommuna Şurasına seçkilər keçirildi. Martın 28-də isə şəhər ratuşası qarşısındakı meydanda, geniş xalq kütləsinin iştirakı ilə Milli Qvardiyanın MK-si hakimiyyəti Kommuna Şurasına verdi. Beləliklə tarixdə ilk proletar dövləti qurulmuş oldu. Kommunaya seçilmiş 86 nəfər üzvünün əksəriyyəti aşagı təbəqəni təmsil etdiyindən fəhlələr Kommunada əsas qüvvəyə çevrilmişdir. Siyasi münasibətlərinə görə Kommuna üzvləri 2 yerə bölünürdü: azlığa və çoxluğa. Kommuna azlığı prudonçulardan təşkil olunmuşdur. Çoxluğu isə xırda burjua demokratlardan – yeni yakobinçilərdən (36 nəfər) və blankistlərdən (12 nəfər) təşkil olunmuşdur. Yeni yakobinçilər isə özlərini birinci burjua inqilabının davamçıları hesab edirdilər və başa düşürdülər ki, proletar inqilabı özündən əvvəlki inqilablardan əsaslı surətdə fərqlənməkdədir. Kommuna

Şurasına fəhlə hərəkatının görkəmli üzvlərindən Ejen Varlen, Emil Dyuval, Ogüst Avrial, Albert Teys, Şarl Amur, Antuan Arno, Simon Derera, İyül İoanar, Ogyüst Sirraye, Lui Şalen, eləcə də ziyalıların görkəmli nümayəndlərindən rəssam - Qustav Kurbe, yazıçı İyul Valles, şair - inqilabçı Ejen Potye və Jan Batist Kleman, həkim və mühəndis Eduard Vayyan, tarixçi və publisist Ogyüst Vermorel və Qyustav Tridon, antropoloq Qyustav Flurans da daxil idilər. Kommunanın tərkibində bir xarici fəhlə də - macar Leo Frankel də daxil idi.

Kommuna proletariat diktaturasının ilk dövləti idi. Lakin qeyd etmək lazımdır ki, Kommuna əvvəlki burjua dövlət aparatından istifadə edə bilmədi.

Kommunanın proletar xarakteri nə ilə müəyyən edilirdi? Ali dövlət orqanı olan Kommuna Şurası ümumi səsvermə yolu ilə seçilirdi. Xalqın iradəsinə qulluq etməyən kommuna üzvü geri çağrılırdı. Kommuna Şurası qanunlar verir və onun həyata keçirilməsi üçün 10 komissiya (maliya, ərzaq, əmək, sənaye və barter, maarif, xarici əlaqələr, ədliyyə, hərbi, ictimai təhlükəsizlik və b.) yaradıldı. Komissiyaların başında Şura üzvləri dururdular. Beləliklə Kommuna Şurası həm qanunverici, həm də icraedici hakimiyyəti öz əlində cəmləşdirmişdir.

Burjuaziya və mülkədarların müqavimətini dəf etmək üçün xalqı silahlandırmağı nəzərdə tuturdu. Odur ki, Kommuna Şurası keçmiş ordunun buraxılması haqqında qərar verərək onu milli qvardiya ilə əvəz etdi. Polis ləğv edildi, şəhərin qorunması fəhlələrə və sənətkarlara tapşırıldı. Kommuna məhkəmə sistemində də islahatlar apardı, hakimlər seçki yolu ilə təyin olunurdu, xalq iclasçıları institutu təsis olundu. Aazad müdafiə hüququ təşkil olundu. Dövlət qulluqçularına isə ixtisaslı fəhlələrin orta aylıq əmək haqqı qədər maaş təyin olundu.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin