Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Siyasi güclərin yer dəyişməsi



Yüklə 0,52 Mb.
səhifə86/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   138
Yeni tarix müh

Siyasi güclərin yer dəyişməsi. Millətçiliyin tüğyanından və dövlət çevrilişi təhlükəsindən ehtiyatlanan bir hissə proqressist, dreyfusarlara qoşuldu. Respublikanın yeni prezidenti proqressist-dreyfusar Valdek Russonu hökumət başçısı təyin etdi. Onun kabinetinin tərkibinə qanunçuluq və asayişi müdafiə edən bütün əsas siyasi qüvvələrin nümayəndələri daxil oldu. Xüsusilə, ticarət və sənaye naziri vəzifəsini tutmuş sosialist Milyeranın iştirakı nəzərə çarpan idi. Hökumət millətçilərə qarşı həlledici tədbirlər gördü, başçılarının həbsə alınması və məhkəməyə verilməsinə nail oldu. Bununla ölkədə siyasi vəziyyəti stabilləşdirmək mümkün oldu.

90-cı illərin sonunda siyasi güclərin yerləşməsi, əhəmiyyətli dərəcədə dəyişdi. İdarəetmə forması haqqında fikirlərin ayrılması yerini mövcud olan hakimiyyətin fəaliyyət göstərməsi mexanizmi və onun yenidən formalaşması haqqında mübahisələrə verdi.

Siyasi güclərin arasında idarəetmə formasına aid görüşlərə görə fikir ayrılığı mövcud deyildi, fikir ayrılığı siyasi məqsədlər və respublikanın özünün dəyərlərinə olan münasibətdə idi.

90-cı illərin sonundan parlament fəaliyyət forması ilə uyğunlaşdırmağa can atan fransız siyasi partiyalarının birləşməsi tendensiyası gücləndi. Seçkilər arasında seçicilərlə əlaqəni kəsməyən və özlərinin parlament fraksiyalarını nəzarət etməyə cəhd edən yerli komitələrin rolu artdı. Buna müxtəlif vətəndaş birliklərinə hərəkət azadlığı verən assosasiyalar haqqında qanun (1901) imkan verdi.

İnqilab və islahat tərəfdarları arasındakı fikir ayrılığı sosialistlərin birləşdirici qurultay keçirməsi cəhdi maneə oldu. Bu cəhd uğursuzluqla nəticələndi.

Ümumi seçki hüququ vasitəsilə hakimiyyəti dinc yolla tutmaq haqqında proqram irəli sürən müstəqil sosialist Milyeranın və Valdek Russonun kabinetə daxil olmalarını bir çox sosialistlər fəhlə sinfinə qarşı satqınlıq kimi qiymətləndirdilər. 1901-ci ildə islahatçılar və “burjua” hökumətlətində iştirakın tərəfdarları tərkibinə possibilistlər və müstəqil sosialistlərin daxil olduğu Fransa sosialist partiyasını yaratdılar. İnqilabi gediş tərəfdarları və “antiministerialistlər”, əsasən də gedistlər və blankistlər, Fransa Sosialist partiyasının sıralarında birləşdilər. Bir neçə xırda qruplaşma, o cümlədən İnqilabi-sosialist partiyası (allemançılar), müstəqilliklərini saxladılar. 1902-ci ildə kabinetin istefası, Milyeranın hökumətdən gedişi və 1904-cü ildə II İnternasionalın Amsterdam konfransında sosialist partiyalarının birliyi haqqında qəbul olunmuş xüsusi qətnamə parçalanmanı aradan qaldırmağa imkan verdi. 1905-ci ildə Birləşmiş sosialist partiyası yaradılmışdı (və ya İnternasionalın Fransız fəhlə seksiyası – LFİO). Orada aparıcı rolu islahatçı cərəyan oynayırdı. Jores isə ən tanınmış və nüfuzlu lider oldu. Bununla belə, sinifi mübarizəyə çağırışlarla razılaşmayan müstəqil sosialistlər (Milyeran və b.) birləşmiş partiyaya daxil olmaqdan imtina etdilər.

1901-ci ildə ümummilli radikallar təşkilatı yarandı. Radikalların və radikal-sosialistlərin respublika partiyası Demokratik Respublika ideyalarına sadiq olan bütün sol qüvvəni birləşdirdi və XX əsrin əvvəlində Fransanın ən nüfuzlu siyasi partiyası çevrildi. Onun parlament franksiyasının sayı (adətən deputat yerlərinin üçdə birindən az olmayaraq), hər bir hökumət koalisiyasında iştirak etməyə imkan verirdi. Partiya nəinki respublika idarələrinin möhkəmlənməsi və müdafiəsi, hətta proqressiv gəlir vergisi və milliləşdirmə hesabına fəal sosial siyasət yeritməyə çalışırdı.

Proqressistlər partiyanın dağılmasından sonra mötədil respublikaçılar dreyfusarların partiyasına qoşuldular və 1901-ci ilin sonunda Respublika-demokratik alyansını yaratdılar. İşgüzar dairələrin və “böyük” paris mətbuatının fəal dəstəyi yeni birliyin müvəffəqiyyətini təmin etdi. Alyansı idarə edən respublika çoxluğu sağ cinahını gücləndirərək əsas partiyalardan b irinə çevrildi. 1902-ci il seçkilərində sollar 350 yer aldı, sağlar isə 230 mandatla kifayətlənməli oldular. Məğlubiyyətin nəticəsində mühafizəkar-milliyyətçi sağlar uzun vaxt müddətində ucqar müxalifətə atıldılar. Mötədil respublikaçılar və mühafizəkarların bir hissəsi Respublika federasiyasını təşkil etdilər. O, antiklerikal qanunvericiliyini tənqid edir və millətçiliyi təbliğ edirdi.

Legitimçilik və orleançılıq yerini sağ radikalçılığın bir növünə verərək praktiki olaraq səhmdən çıxdılar, onun nüvəsi ilə populyar qəzet “Aksyon franses”i nəşr edən Fransız hərəkatının lideri oldu. Onun lideri Şarl Morras Fransanın tənəzzülü haqda yazır və “inteqral millətçiliyə” çağırırdı. O, parlamentarizmin və demokratiyanın aradan qaldırılması və monarxiya idarəetmə formasının bərpasını, katolik kilsəsinə ənənəvi hüququların və üstünlüklərin qaytarılması, cəmiyyətdə silkipatriarxal münasibətlərin bərpasını nəzərdə tutan proqram irəli sürdü. Ksenofobiya və antisemitizm onun görüşlərinin məhdud hissəsi idi. “İnteqral millətçiliyin” əsas sükanı? “Aksyon fransız” qəzeti idi. Yazıçıların, alimlərin, və digər ziyalı təbəqənin təfəkkür gücünü Aksyon fransız institutu birləşdirirdi. Siyasi qanad fransız hərəkatı liqi və “Kralın canavarları” döyüçüləri təşkilatı ilə təmsil olunurdu.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin