Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XVIII mühazirə: Almaniya 1870-1914-cü illərdə



Yüklə 0,52 Mb.
səhifə98/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   ...   138
Yeni tarix müh

XVIII mühazirə: Almaniya 1870-1914-cü illərdə
XIX əsrin son rübündə alman imperiyasının dövlət quruluşu. 1871-ci il 18 Yanvar tarixində alman kralları, knyazları və generalları zəbt edilmiş Fransa torpağında, yəni Versalın güzgülü salonunda toplaşaraq Prusiya kralı I Vilhelmi Almaniya imperiyasının kayzeri imperatoru elan etdilər. Bununla Avropanın siyasi xəritəsində yeni bir böyük dövlət yaranmış oldu, hansı ki, bu dövlətin daxili və xarici siyasəti lap başlanğıcdan antidemokratik xarakter daşımışdır. Alman imperiyasının yaradılması, feodalizmdən kapitalizmə keçid, siyasi və iqtisadi dağınıqlığın sona yetməsi, milli dövlətin yaradıldığı böyük bir tarixi dövrü əhatə edirdi. İmperiyanın yaradılması həm də alman xalqının həyatında mutləq bir hadisə idi: milli burjua hökuməti yaradıldı ki, bu dövlət tez bir zamanda kapitalizmin inkişafına və güclü sənaye proletariatının formalaşması üçün şərait yaratdı. İmperiya yaranarkən bir çox demokratik və sosial problemlər həll edilməmiş qaldı.

Alman imperiyasının siyasi strukturu və sinfi münasi­bətləri öz əksini qəbul edilmiş imperiya konstitu­siyasında tapmışdır. İmperiya konstitusiyası 14 Aprel 1871-ci il tarixində reyxstaq tərəfindən təstiq edilmişdir. Bu konstitusiya 1867-ci ildə qəbul edilmiş Şimali Alman İttifaqının Konstitusiyasının demək olar ki, surəti idi. Hansı ki, bu konstitusiya Prussiya hakim orqanlarının imperiya dövründə də güclənməsinə şərait yaratmışdır. Ölkənin imperatoru yalnız Prusiya kralı ola bilərdi. O, icra hakimiyyəti vəzifəsini-imperiya kanslerini təyin edirdi ki, bütün imperiya işləri və idarəetmə ona tabe idi. İmperator silahlı qüvvələrə sərəncam verir, müharibə və sülh məsələlərini həll edir və Almaniyanı bütün beynəlxalq işlərdə təmsil edirdi. Prusiya bankı da imperiya bankı (reyxsbank) oldu.

Alman imperiyası ölkəni dağınıqlıqdan xilas etsə də bu dövlət mərkəzləşdirilmiş hakimiyyətə çevrilmədi. Konstitusiyaya görə bu dövlət krallar və knyazların bir ittifaq ətrafında birləşməsi idi. İmperiya 25 müstəqil alman dövlətlərindən (bu ittifaqa 22 alman hökmdarı, 4 kral, 10 hersoq, 8 knyaz və 3 şəhərin- Hamburq, Lyubek və Bremen senatı daxil idi) təşkil edilmişdir. Fransadan anneksiya edilmiş Elzas və Lotaringiya da imperiyanın tərkibinə qatılmışdır.

Konstitusiyaya görə imperiyanın ali təmsiledici orqanları ittifaq şurası (bundesrat) və reyxstaq idi. Reyxstaq hərbiçilər istisna olmaqla yalnız 25 yaşa çatmış kişilər tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında 3il müddətinə, 1888-ci ildən isə 5 il müddətinə formalaşdırılırdı. Reyxstaqın qəbul etdiyi qərarlar imperator və bundesrat tərəfindən təstiq olunmalı idi. Yəni bunları hər ikisi də (kayzer və bundesrat) veto hüququna malik idilər. Bundesrat qanunverici orqanın yuxarı palatası olmaqla antidemokratik xarakterdə formalaşırdı. Sədri imperiya kansleri olan Bundesrat seçki yolu ilə deyil, knyazların və müstəqil şəhərlərin nümayəndələrindən təyin olunurdu. Prusiya isə Bundesratın 58 yerinin 17-sinə malik idi. Bununla belə imperiya konstitusiyası kayzerlərə Bundesrat və reyxstaqın yekdil qərarlarına veto qoymaq hüququ vermirdi.

Yeni imperiyanın başında kayzer dururdu. Hansı ki, o, eyni zamanda həm də Prusiya kralı olmaqla, ordu və donanmanın baş komandanı idi, İcra hakimiyyəti bütünlüklə qanunverici orqandan ayrı idi. Kayzerin isə reyxstaq qarşısında heç bir cavabdehliyi yox idi.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin