XX mühazirə: ABŞ XIX əsrin sonu XX əsrin əvvəllərində
XIX əsrin 70-ci illərinə kimi ABŞ dövləti hinduları ata-baba torpaqlarından qovmaq, zorla və ya pulla qonşu torpaqlarını ələ keçirmək vasitələri ilə öz ərazisini əhəmiyyətli dərəcədə genişləndirmişdir. Demək olar ki, onun sərhədləri indiki sərhədləri ilə eyni idi. Son illərdə isə ABŞ-ın təsir dairəsi genişlənərək Sakit okean və Karib dənizi hövzəsi adalarına yayılmışdır. Beləliklə ABŞ-ın ərazisi Qərbi Avropanın ərazisindən böyük idi. 1800-cü ildə ABŞ-da 5.3 milyon əhali yaşayırdısa 1880-cı ildə bu rəqəm 50,2 milyon, 1900-cü ildə isə 76 milyon olmuşdur. XIX-XX əsrlərin qovşağında ABŞ əhalisi sayına görə dünyada dördüncü (Çin, Hindistan və Rusiyadan sonra) yerdə dururdu. Qeyd edək ki, bu artım təbii yolla əhali artımı deyil, dünyanın hər yerindən insanların oraya axışması ilə əlaqədar olmuşdur. Belə ki, XIX əsrin son 30 ilində ABŞ-a 14 milyon miqrant gəlmişdir.
Dostları ilə paylaş: |