Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XX əsrin əvvəllərində İtaliyanın xarici siyasəti



Yüklə 0,52 Mb.
səhifə111/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   107   108   109   110   111   112   113   114   ...   138
Yeni tarix müh

XX əsrin əvvəllərində İtaliyanın xarici siyasəti. XX əsrin ilk on illiyində C.Colitti və onu dəstəkləyən siyasi qüvvələr işğalçı dairələri Krispi zamanında qüdrətli işğalçı dövlət yaratmaq siyasətindən yayındıra bilmişdilər. Colitti ölkədə əsaslı islahatların keçirilməsi və iqtisadiyyatın vəziyyətinin sağlamlaşdırılması üçün İtaliyaya sülh lazım olduğunu bildirirdi. O, 1903-cü ildə özünün xarici siyasət kursunu belə dəyərləndirmişdir: “İtaliya daxil olduğu ittifaqları qorumalı və bütün ölkələrə dost kimi münasibət bəsləməlidir.- bax budur xarici siyasətdəki məqsədəuyğun addım”. Onun fikrincə xarici siyasət mübahisələr obyektinə, ayrı-ayrı partiyaların mübarizə meydanına çevrilməməlidir və o həqiqtən milli xarakter daşımamalıdır.

Hakimiyyətdəki liberal idarəçilik xarici siyasət üzrə idarəçilik metodunu dəyişdirmədi. İtaliyanın xarici siyasət proqramının işlənib hazırlanması çox çətin oldu. Belə ki, bu proqramın işlənməsində sağlar eksponsionist siyasəti gücləndirmək istədiyi halda demokratik və sosialist müxalifət silahlanmanın, yeni koalisiyalar yaratmaq və hərbi təcavüz əleyhinə çıxırdılar. Colittinin liberal hökuməti müstəmləkə uğrunda müharibələrdən bir qədər kənarda dururdu. “Üçlər ittifaqında” qalmaqla İngiltərə, Fransa və Rusiya ilə yaxınlaşmaq üçün tədbirlər görüldü. 1902-ci ildə Üçlər ittifaqının müqaviləsi dəyişdirilmədən müddəti ikinci dəfə uzadıldı. Eyni zamanda kral Viktor III Emanuil 1888-ci ilin hərbi konvensiyasının Almaniya tərəfindən ləğv edilməsinə nail oldu. İtaliyanın hakim dairələri Avropada sülhü dəstəkləmək əzmində olduqlarını bildirərək üçlər ittifaqının müdafiə xarakterində olduğunu daima vurğulayırdılar.

1900-1902- ci illərd Fransa ilə əldə edilmiş razılığa əsasən tərəflər Avropa müharibəsinə cəlb edilərsə qarşılıqlı bitərəfliyi saxlamağı öhdələrinə götürməklə yanaşı, İtaliya Fransanın Mərakeşdəki iddialarını, Fransa isə İtaliyanın Tripolitaniyaya yönəlik iddialarını tanıdılar. XIX əsrin sonu- XX əsrin əvvəllərində imzalanmış bir sıra ingilis-italyan sazişləri onların Şimali-şərqi Afrikadakı nüfuz dairələrini müəyyənləşdirdi.

1906-cı ildə isə İngiltərə-Fransa-İtaliya müqaviləsi bağlandı. Bu müqavilə Efiopiya üzərində nüfuz məsələsinə həsr edilmişdir. Məhz bu müqaviləyə söykənərək İtaliya Efiopiyaya yeni yanaşma ilə müraciət edərək onun sərhəd torpaqlarını zəbt edib ona iqtisadi təsirini artırdı. İngiltərə və Fransa ilə müqavilələrin bağlanması İtaliyanın Almaniya və Avstriya-Macarıstanla münasibətlərini pisləşdirdi. Balkan məsələsinə dair üçtərəfli- Avstriya- Macarıstan, İtaliya və Rusiya razılığı baş tutmadıqda, II Nikolay 1909- cu ildə İtaliyaya səfəri zamanı hər iki dövlətin Balkanlarda birgə fəaliyyətinə yol açan çox mühüm saziş imzalandı. İtaliya Rusiya diplomatiyasının Qara dəniz körfəzlərindəki mövcud rejiminə yenidən baxmağa söz verərək, İtaliyanın Tripolitaniyanı işğal etdikdə Rusiyanın XİN-ri İvolski bitərəf qalacaqlarına söz verdi.

1908-ci ildə gənc türklər inqilabı dövründə Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı “yürüşündə” İtaliya da iştirak etdi. Eyni zamanda İtaliya diplomatları və maliyyəçiləri Balkanların, Kiçik Asiyanın və Afrikanın nüfuz dairələrinə bölüşdürülməsi və işğal edilməsi layihələrinin işlənməsi üzrə Beynəlxalq konfranslarda da iştirak edirdilər. Afrikadakı iki müstəmləkə - Eriteriya və Somalini “dinc məskunlaşma” zonası elan etməklə məhdudlaşdıraraq İtaliya Çernoqoriyaya, Serbiyaya, Bolqarıstana və Albaniyaya yönəlik iddialarını bildirib Adriatik dənizi hövzəsində öz mövqelərini möhkəmləndirməyə çalışırdı. Mərakeş üzərində alman- fransız ziddiyyətlərinin kəskinləşməsindən istifadə edərək Tripolitaniyanı ələ keçirmək üçün fəal hazırlıq işləri görürdü.

Beynəlxalq böhranların tez-tez baş verməsi əsasında 1908-1909- cu illərdə Balkanlardakı və Kiçik Asiyadakı gurultulu hadisələr İtaliya hökumət dairələrində dünyanın bölüşdürülməsindən geri qalmaq, qüdrətli dövlət statusunu itirmək, milli özünüdərketmə və milli birliyin möhkəmləndirilməsi məqamını əldən vermək qorxusu yaranmışdır. 1910- cu ildə müstəmləkə meylli və qüdrətli dövlət tərəfdarları tərəfindən Florensiyada “Millətlər assossasiyası” yaradıldı, “İdeya nasional” (Milli ideya) adlı qəzet nəşr olunmağa başlandı. Assossasiyaya ziyalıların nümayəndələri, “gənc liberallar”, müstəmləkə təşkilatlarının nümayəndələri və keçmiş sindilazim tərəfdarları daxil idilər. Millətçilər iddia edirdilər ki, “Qüdrətli İtaliya” bütün Aralıq dənizi hövzəsində, Şimali Afrika və Kiçik Asiyada ağalıq etməlidirlər. Milli hərəkatın lideri isə E.Korradini idi. O, milli şüurun oyadılmasını qalibiyyətli müharibə yolu ilə mümkün olduğunu elan etmişdir. Millətçilik liberal kursu və sosializm ideyalarına qarşı düşmənçilik və özlərinin aktiv xarici siyasəti ilə fərqlənirdilər. Ilk olaraq Milli Assossasiya Tripolitaniyanı ələ keçirmək kompaniyasına başladılar. Bunun üçün 1911- ci ildə baş vermiş Aqadir böhranı zamanı Almaniya ilə Fransa arasında baş vermiş Mərakeş üzərindəki gərgin ziddiyyətlərdən istifadə etdilər.

1911-ci ilin mart ayında yenidən hakimiyyətə gələn Colitti ən radikal islahat olan- seçki islahatı həyata keçirdi. Bu islahatdan sonra seçicilərin sayı 3 milyondan 8 milyona çatdı. Sağların təzyiqi ilə hakimiyyət Tripolitaniyanı və Kirenaikanı (Şimali Afrikadakı Türkiyə əyalətləri) anneksiya etmək istəyirdi. (Sonralar bu ərazilər Liviya adlandırılmışdır)

1911- ci il 29 sentyabr tarixində İtaliya həmin ərazilərə ordu çıxararaq Osmanlı imperiyasına qarşı müharibə elan etdi. İtaliya ordusunun sayca çox olmasına və müasir silahlarla silahlanmasına baxmayaraq onların planlarını yerli sakinlər olan ərəblərin inadlı müqaviməti puça çıxartdı. Tripoli, Benqazi və Homs şhərlərinin yaşayış məntəqələrində möhkəmlənən İtaliya ekspedisiya korpusu, partizan müharibəsi formasından məharətlə istifadə edən köçəri və yarımköçəri tayfalarla üzücü döyüşlərə cəlb edilmişdilər. Italiya hərbçiləri burada “yandırlmış torpaq” taktikasını tətbiq etməklə bir sıra yaşayış məntəqələrind yerli əhaliyə qarşı kütləvi qırğın əməliyyatları keçirir, müqavimət hərəkatının liderlərini və nüfuzlu tayfa başçılarını deportasiya edirdilər.

Liviya adlanan yeni müstəmləkənin işğalı çox vaxt apardı. Tripolitaniya və Kirenaikaya qoşun çıxarılmasına və silah gətirilməsinin qarşısını almaq məqsədi ilə İtaliya hərbi donanması Aralıq dənizinin mərkəzində, Adriatik və Egey dənizlərində, hətta körfəzlərdə də fəaliyyət göstərirdi. İtaliya ordusu Rodos adasını və Dekaner arxipeloqını işğal etdi. Bu da həm İtaliyanın müttəfiqlərində, həm də Antanta ölkələrində ciddi həyəcana səbəb oldu. İtaliyanın Afrikadakı işğalları ərəb dünyasında millətçilik, antiyəhudi və antimüsəlman əhval-ruhiyyəli hərəkatın formalaşmasına təkan verdi, müstəmləkəçi dövlətlərin vəziyyətini ağırlaşdırdı.

Avropa dövlətlərinin təkidi ilə İtaliya 1912- ci ilin oktyabrın 18-də Türkiyə ilə Lozannada sülh müqaviləsi imzaladı. Lakin sülh müqaviləsindən əvvəl Tripolitaniyanın və Kirenaykanın İtaliya tərəfindən ilhaq edilməsinə dair Osmanlı Sultanının rəsmi razılığı alınmışdır. Bu müqavilə əsasən Osmanlı Türkiyəsi ilə İtaliya arasındakı hərbi əməliyyat dayandırılır, Türkiyə qoşunları isə Dekanez adalarından çıxmalı idi. (Lakin İtaliya bunu etmədi) Sazişə əsasən İtaliya Şimali Afrika mülklərindən imtina etdiyinə görə Türkiyəyə kompensasiya (2 milyon lirə) da vermişdir. 1912-ci ildə müharibə başa çatdıqdan sonra İtaliya hakim dairələri vaxtından əvvəl “Üçlər İttifaqı”nın müddətini artırdılar . 1913-1914- cü illərdə isə müttəfiqlərlə hərbi dəniz konvensiyaları imzalanaraq Avropada müharibə əməliyyatları zamanı əməkdaşlıq formalarını konkretləşdirdilər. Bu konvensiyalar İtaliyanın Berlinə və Vyanaya sədaqəti kimi qiymətləndirilirdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin