Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Islahatlar kursunun başlaması



Yüklə 0,52 Mb.
səhifə119/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   115   116   117   118   119   120   121   122   ...   138
Yeni tarix müh

Islahatlar kursunun başlaması. Sənayeləşmiş cəmiyyətə keçidin özü də mürəkkəb proses idi. XX əsrə kimi Amerika dövləti lisenziya və patentlərin verilməsi, yeni müəssisəllərə qadağaların qoyulması və iqtisadiyyata istiqamətverici göstərişlərin verilməsi ilə işini bitmiş hesab edib müşahidəçi rolunda çıxış edirdi.

Kütlələrə tam aydın olan, müəyyən qədər reallıqları nəzərə alan siyasət yeritmək asan iş deyildir. Iri kapital, dəmir yolları, nəhəng korporasiyalar ölkənin əsas qüvvəsinə çevrilmişdir. Belə ki, onlarla hesablaşmaq mümkün deyildi. Ancaq hökümət əleyhinə səslənən ittihamlara rəğmən idarəçilik rıçaqlarını zəiflətmək gözlənilməz nəticələr verə bilərdi. Cəmiyyətdiki qüvvələri birləşdirmək demokratiyanın və qanunçuluğun nüfuzu yüksəltmək, nizam-intizam yaratmaq vaxtı çatmışdı. Bu istiqamətdə ilk addımlar şübhəsiz ki, Şerman qanunu və 1883-cü ildə qəbul edilmiş dövlət qulluqçuları haqqında qanun oldu. Hansı ki, bu qanun korrupsiyanın kökünü kəsmək üçün vəzifəyə işçilərin konkursla götürülməsini nəzərdə tuturdu. Və dövlət qulluğunun təkmilləşdirilməsinə güclü təkan verdi.

Daha ardıcıl islahatlar kursu 1901-ci ildə qatil tərəfindən qətlə yetirilən ikinci müddətə prezident seçilmiş Makkinlinin ölümündən sonra vitse prezident Teodor Ruzveltin “Ağ evə” gəlişi ilə başladı (1901-1908) Onun hakimiyyətə gəlişi respublikaçılar üçün gözlənilməz olmuşdur. Yeni İngiltərənin varlı ailəsinə doğulmuş Ruzvelt Harvard universitetində tarix ixtisasını almışdır.

Hakimiyyətə gəlmiş T. Ruzvelt “yeni millətçilik” adlı proqram irəli sürdü və bu proqramın təsiri ilə 1903-cü il seçkilərində asanlıqla qələbə çaldı. O , Amerika cəmiyyətində olan problemin həlli istiqamətini düzgün müəyyənləşdirdi. O , “Trestlerin dağıdılması” kompaniyasını yenidən başlatdı, iri korparasiyaların fəaliyyətlərinin yoxlanılmasına nail oldu. Nəticədə həmin korparasiyalar bir neçə müstəqil kompaniyalara parçalandılar. O cümlədən, “Standart oyl of Nyu-Cersi” korparasiyası da 11 firmaya bölündü. Biznes və iqtisadiyyat üçün qorxulu olmayan bu hərəkətlər güclü təbliğat effekti verdi.

Xalqın geniş kütləsi narahatlıq içərisində idi. Korporasiyaların işçilərə qarşı qeyri-hüququ hərəkətləri artmışdır. Ölkədə narazılığın güclənməsi burjuaziyanı məcbur etdi ki, özünün sinfi hökmranlığını saxlamağın yeni metodlarını tapsın. Bu məsələdə əsas vəzifə inqilabi hərakatın qarşısını almaq idi. Hansı ki, qeyd edildiyi kimi bu məsələni iki mühafizəkar siyasi xadim çox yaxşı həll edə bildi. Bu xadimlər T. Ruzvelt və V.Vilson oldular.

T.Ruzvelt böyük korparasiyaların ABŞ iqtisadiyyatına əhəmiyyətini yaxşı bilirdi və onları “yaxşılara” və “pislərə” bölürdü. 1903-cü ildə dəmiryolu kompaniyalarına tarifləri dəyişdirmək qadağan olundu. Üç ildən sonra isə ştatlararası ticarət komisiyalarına tarifləri sui istifadəyə köməkliklə əlaqədar dəyişdirmək imkanı verildi. 1903-cü ildə yaradılmış Əmək və Ticarət Nazirliyində korporasiyaların iqtisadi cinayətlərini, qeyri-qanuni müşavirələrini, gəlirin gizlədilməsini və digər neqativ halları yoxlayan büro yaradıldı. Bu büro öz fəaliyyəti dövründə 1400 pozuntu aşkarladı və 29 milyon dollar cərimə kəsdi.

1906-cı ildə verilmiş , malların keyfiyyətinə və dərman preparatlarına nəzarət haqqında qanun daha böyük əhəmiyyət kəsb etdi. Ruzvelt administrasiyası eyni zamanda ətraf mühitin yanğından, brokonyerlerdən qorunması məqsədi ilə 59 milyon hektar meşəni qoruq elan etməsi ilə məşhurlaşdı. ABŞ-da müxtəlif təbii var-dövlətin qorunması və konservasiyası ilə məşğul olan federal komissiyalar fəaliyyətə başladılar.

“Yeni millətçilik” proqramının digər populyar islahatlarından biri də ştalararası ticarət komissiyası haqqında Hepbernin qanunu oldu. Bu qanuna görə hökümətin iqtisadiyyat üzərində təsiri güclənir, dərman və qida istehsalı üzərində nəzarəti güclənir, qəssabxanalarada sanitar nəzarətinin həyata keçirilməsi, meşələrin yanğından qorunması və s. haqqında 1906-cı ildə verilmiş qanun üzərində nəzarəti artırırdı.

Iki müddət prezidentlikdən sonra 1909-cu ildə T.Ruzvelti respublikaçı U.Taft əvəz etdi. O, trestlərə qarşı mübarizəni zəiflətdi, proteksionizmi saxladı. Konqresin vergi məsələsində rolu artdı. Konstitusiyanın 16-cı və 17-ci maddələrinə düzəliş edilərək senata seçkilər birbaşa aparılmağa başlandı. Ümumiyyətlə Taftın populyarlığı çox aşağı idi. Rüşvətxorluqda günahlandırılan daxili işlər nazirinin məhkəmə tərəfindən bəraət alması ölkə ictimaiyyətini hiddətləndirmişdir. Konqresdə hökümətə qarşı sol respublikaçılardan ibarət müxalifət yaranmışdır ki, bu hakimiyyət partiyalarından birini parçaladı.

Özlərini “proqressivistlər” adlandıran müxalifətin liderlərindən biri R,Lafollet özünün demokratik bir insan olması təmizliyi sadə xalqın maraqlarının müdafiəçisi kimi şöhrətlənmişdir. Lakin eks prezident Ruzvelt yenidən siyasətə qayıtmaq istədi. 1912-ci ildə keçirilmiş qurultayda respublikaçılar yenidən Taftı namizəd göstərdilər, proqressivistlər isə Ruzveltin namizədliyini irəli sürdülər.

Proqressivistlər proqramına “yeni millətçilik” ideyası irəli sürülərək, Trestlerlə və banklarla mübarizəni gücləndirməyi, çevik tarif sistemini və kiçik iş adamlarını müdafiə etməyi rəqabət üçün iqtisadi şəraitin yaxşılaşdırılmasını və fəhlə qanunvericiliyinin təkmilləşdirilməsini nəzərdə tuturdu. Taft da seçkiqabağı xeyli yumşalmışdır. Lakin “Demokratlar partiyası” nın konqresdə mövqeyi güclənmişdir.

Respublikaçılara və proqresivistlərə qarşı, demokratların vahid namizədi, tarix və hüquq professoru, Priston universitetinin prezidenti, Nyu Cersi ştatının qubernatoru Vilson idi. Onun proqramı “Yeni demokratiya” adlanırdı. 1912-ci il seşkilerində Taft və Ruzvelt birlikdə ondan çox səs toplamalarına baxmayaraq Vilson qalib gəldi. Lafolletin Ruzveltdən zəhləsi getdiyinə görə səsini Vilsona vermişdi.

Tomas Vudro Vilson (1913-1921) geniş islahatlar proqramını həyata keçirməyə başladı. 1913-cü ilin payızında o, xammalın, ərzaq məhsullarının,tikiş məhsullarının, çuqunun, poladın və yüzlərlə adda olan məhsulların “idxalına” qoyulmuş vergini xeyli azaltdı. Eyni zamanda ABŞ tarixində ilk olaraq korporasiyalara 6%-ə kimi proqresiv gəlir vergisi haqqında qanun qəbul edildi. Bu konstitusiyada 16-cı düzəliş kimi möhkəmləndirildi.

1914-cü ildə korporasiyaların fəalliyətini nizamlamaq üçün “Kleyton qanunu” qəbul edildi. Bu qanun iri korporasiyalara qarşı bir sıra məhdudiyyətləri (monopoliya yaratmaq üçün gizli sövdələşmə və s.) və 1890-cı ildə verilmiş Şerman qanunun aradan qaldırılmasını nəzərdə tuturdu. Ştatlararası ticarət komissiyasının hüquqları da genişləndirildi. 1915-ci ildə verilmiş qanun çayda və dənizdə üzən gəmilərin ekipajlarının iş şəraitini yaxşılaşdırdı və 1916-cı ildən başlayaraq dəmiyolçular üçün 8 saatlıq iş günü tətbiq etdi. Bütövlükdə XX əsrin əvvəllərində başlayan islahatlar iri korporasiyaların dövlət tərəfindən nəzarəti və idarəçiliyini nəzərdə tutan elementlər idi.

XX əsrin əvvəllərində böyük biznes üzünü ictimai ehtiyaclara çevirdi. 1914-cü ildə H.Ford öz təşəbbüsü ilə fəhlələrinə, miqrantlara da həmçinin ən yüksək əmək haqqı –gündə 5 dolar təyin etdi. Onun əsas şərti isə əmək intizamı, yaxşı ev şəraiti, ayıqlıq, bank hesabında pulun olması və artırılması idi. Üç il ərzində kompaniyanın bütün işçiləri qadınlar da daxil olmaqla yüksək maaş aldılar. Ford hesab edirdi ki, fəhlələrin yaxşı şəraiti “yaxşı biznes” deməkdir, yəni istehsalatda münaqişəsiz münasibətlərdir. lakin 20-ci illərin əvvələrində rəqabət şəraitinin pisləşməsi və “böyük depresiya” Fordu sosial güzəştləri geri götürməyə məcbur etdi.

Təhsil sahəsində bir sıra islahatlar keçirilirdi. Savadsızlığın ləğvi, yaşlı miqrantların təhsil alması üçün maliyyə ayrıldı. Bütün ölkə boyu kitabxanalar və hərəkət edən kitab köşkləri təşkil olundu. Amerika tarixinin “romantikləşdirilməsi” başladı. Vətəndaş müharibəsindən sonra peşəkar tarixçilər meydana gəldi. Universitetlərdə tarix və filologiya fakültələri açıldı, ölkəşünaslıq və arxeoloji cəmiyyətlər yaradıldı. Amerikanlaşdırma siyasəti çərçivəsində 4 iyul müstəqillik günü təmtəraqla qeyd olunmağa başladı. 1893-cü ildən başlayaraq ABŞ xarici diplomatik nümayəndəliklər təyin edərək, və rəsmi sənədlərdə ölkə əhalisi ilk dəfə olaraq amerikalı adlandırılmağa başlandı.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin