ABŞ-ın xarici siyasəti. Vətəndaş müharibəsindən sonrakı 15-20 il ərzində ölkə qərb torpaqlarının mənimsənilməsi və təsərüfatın geniş quruculuğu ilə məşğul olmuşdur. Bu vaxt ABŞ-ın iri kapitalı Amerika kontinentinə və bütün dünyaya nəzarət etməli olduğunu elan etdi. Lakin ABŞ-ın hərbi zəifliyi və Avropadan iqtisadi asılılığı istilaçılıq fikrinin reallaşmasına imkan vermirdi. Odur ku, bu vaxt ABŞ əsas diqqətini Cənubi Amerikaya və Sakit okean hövzəsinə yönəltməli oldu.
Latın Amerikasında öz mövqeyini möhkəmlətmək uğrunda mübarizədə ABŞ “Monro doktrinası” ilə yanaşı panamerikanizm siyasətindən də istifadə etməyə başladı. Bu siyasət ABŞ-ın Amerika kontinentində iqtisadi və siyasi hegemonluğunun təmin olunmasına xitmət edirdi: ABŞ-ın Latın Amerikasında əsasən İngiltərə ilə müqavimətdə idi. Bu ərazidə İngiltərənin hakim vəziyyətinə ilk zərbəni panamerika konfransı vurdu. Konfrans 1889-cu ildə ABŞ-ın təşəbbüsü ilə Vaşiqtonda çağrıldı. ABŞ konfransda Qərb yarımkürəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi təklifi ilə çıxış etdi. Bunun üçün o, kömrük, valyuta ittifaqının və ümumamerika bankının yaradılmasını təklif etdi. Bunların həyata keçirilməsi Latın Amerikası ölkələri üzərində ABŞ-ın və maliyyə nəzarətini gücləndirirdi. Lakin Latın Amerikası ölkələri ABŞ-ın irəli sürdüyü bu proqramı rədd etdilər. Konfransda yalnız Amerika respublikalarının beynəlxalq ittifaqının və ticarət məsələləri üzrə büronun yaradılması barədə razılıq əldə olundu. Latın Amerikasına daxil olmaq üçün ABŞ nəinki diplomatiyasından həm də hərbi qüvvələrindən də istifadə edirdi: Belə ki, 80-90 cı illərdə ABŞ-ın hərbi hissələri müxtəlif bəhanələrlə Kolumbiyaya, Argentinaya, Çiliyə, Braziliyaya, Nikaraquya, Meksika və digər Latın Amerikası ölkələrinin ərazisinə soxulmuşdur.
ABŞ Uzaq Şərq regionuna özünün real imkanlarını nəzərə alaraq başqa formada təsir etməyə başladı. Belə ki, O, hərbi sahədəki zəifliyini nəzərə alaraq Uzaq Şərqdə Yaponiyanın təcavüzünü müdafiə etməyə başladı. ABŞ zəif yapon iqtisadiyyatına nisbətən güclü ABŞ iqtisadiyyatının bu rayonda güclü təsirinə ümid edirdi: ABŞ Tayvan adasını tutmaq müvəffəqiyyətsizliyindən sonra (1874), 1879-cu ildə Çinə məxsus olan Ryukyu adasının Yaponiya tərəfindən işğal edilməsinə köməklik etdi.
Amerika kapitalistlərinin Şimali-Şərqi Rusiyaya təcavüzü və Rusiyanın ərazi suları olan Berinq və Oxot dənizi sahillərində, Əsasən də Komandor adasındakı rus əhalisinə böyük ziyan vurdu. Çar höküməti isə ABŞ sahibkarlarının bu fəaliyyətinə xüsusi əhəmiyyət vermirdi.
Çinlə münasibətlərdə isə ABŞ ikili siyasət yeridirdi. Bir tərəfdən digər kapitalist ölkələrindən geridə qalacağından yəni Çin bazarından kənarda qalacağından qorxurdu. Digər tərəfdən də “dostluq siyasəti” yeridərək Çində Avropa dövlətlərinin yeni ərazilər əldə etməsinin qarşısını almağa çalışırdı. Belə diplomatik oyunla ABŞ Çindən yeni ticarət güzəştləri və onun üçün əhəmiyyətli olan konsesiyalar almağa ümid edirdi. Lakin ABŞ-ın Çindəki Yapon təcavüzünü müdafiə etməsi Çin ilə ABŞ arasında narazılığa səbəb oldu. İki dövlət arasında münasibətlərin daha da pisləşməsinə 1894-1895-ci illərdə olmuş Yapon-Çin müharibəsi dövründə ABŞ-ın yeritdiyi siyasət oldu. Çin ilə dostluq münasibətlərini quran ABŞ faktiki olaraq Yaponiyanı müdafiə edirdi. Bununla ABŞ gələcəkdə Çindən digər kapitalist ölkələrinin çıxarılmasında Yaponiyadan istifadə etmək istəyirdi. Rusiyadan Alyaskani (1867) aldıqdan sonra ABŞ-ın quru sərhədlərinin genişləndirilməsində Havay adaları növbəti addım oldu. ABŞ-ın Sakit okeandakı ekspansiyasının əsas vəzifəsi də Samoa və Havay adaları olmuşdur. ABŞ, Almaniya və İngiltərənin Samoa uğrunakı mübarizəsi 1889-cu ildə bu üç dövlətin bu ada üzərində kondominumumuna (iki və daha artıq dövlətin birgə idarəçiliyi) gətirib çıxardı. Bu üç dövlətin protektoratlığı idi: Adadakı siyasi və iqtisadi həyat üç dövlətin konsullarının nəzarəti altına düşdü. Samoa xalqı bütün hüquqlarından məhrum oldu. On ildən sonra 1899-cu ildə İngiltərə Almaniyadan konpesasiya aldıqdan sonra (Almaniya Tanqo adasını və Solomonovlar yarımadasının bir hissəsində İngiltərənin hakimiyyətini tanıdı) Samoadan getdi. Bundan sonra ada iki yerə bölündü. Almaniya arxipelaqın qərb hissəsini aldı, ABŞ isə Tutuila, Paqo-Paqo və digər adalara sahib oldu.1884-cü ildə isə ABŞ Perl-Harborda hərbi dəniz bazası tikmək üçün icarə müqaviləsi bağlamağa nail oldu. Hansı ki, bu baza ABŞ-ın Sakit okeanda forpostuna çevrildi. 1893-cü ildə Havay adalarının qanuni hökuməti amerikalıların adaya axınına qarşı etiraz etməyə başladı. Bu halda amerikalılar isə yerli tanınmış adamların köməyi ilə və dəniz piyadalarının iştirakı ilə sakit çevriliş etdi və adada marianet hökumət qurdular. Həmin hökumətdə öz növbəsində konqresə müraciət edərək ABŞ-ın tərkibinə qəbul edilməsini istədi: 1898-ci ildə Konqres Havay adalarına ABŞ ərazisi statusu verdi. Havay adası ştat statusunu isə 1959-cu ildə (həmin vaxt Alyaska da Ştat statusu aldı) aldı.
Havay adalarının birləşdirilməsi 1898-ci ildə başlayan Amerika-İspaniya müharibəsi dövrünə təsadüf etdi. İş adamları və ABŞ köçkünləri İspaniyanın müstəmləkəsi olan Kubaya axışırdılar. 1895-ci ildə kubalılar ispan müstəmləkəçilərinə qarşı üsyan qaldıranda müstəqillik hərakatından istifadə edərək kubalıların burada möhkəmlənmək üçün liberallara kömək etməyə başladı. Güclü hərbi-dəniz qüvvələri olan ABŞ müharibə səhnələrindən kənarda qamış, ikinci dərəcəli dövlətə çevrilmiş İspaniya üzərində tam qələbə çalacağına əmin idi. Müharibəyə bəhanə Havana limanında reyddə dayanan Amerika gəmisində baş vermiş partlayış oldu. Gəmi ekipoyla birlikdə batdı. Bunun yerli diversantların işi olduğunu bildirən ABŞ İspaniyaya ultimatum göndərdi. İspanlar isə 1898-ci ildə ABŞ-a qarşı müharibə elan etməklə bu ultimatuma cavab verdi. Müharibə 4 ay davam etdi. ABŞ İspaniya donanmasının əsas hissəsini Filippində(İspaniya koloniyası idi) bir nəfərdə itirmədən Manila buxtasında yox etdi. Kuba və Filippin adalarında ABŞ müharibəni üsyançılarla birlikdə aparırdı. Kuba sahillərində olan kiçik ispan donanması tezliklə darmadağın edildi(amerikalılardan bu döyüşdə bir nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır).
1898-ci ildə İspaniyanın xahişi ilə bağlanan sülhə görə Kuba müstəqilliyini qurana kimi ABŞ-ın işğalına verildi. Puerto-riko və Quam adaları da kontribusiya kimi ABŞ-a verildi. Filippinə görə ABŞ İspaniyaya 20 milyon dollar ödədi: 1902-ci ildə isə ABŞ-dan iqtisadi və siyasi cəhətdən asılı olan Kuba müstəqillik əldə edərək respublika elan edildi: Bundan sonra ABŞ ordusu adanı tərk etdi. Lakin Filippin xalqı öz ölkələrini ABŞ-ın müstəmləkəsi kimi tanımayaraq müstəqillik uğrunda mübarizəyə başladı. Bunun nəticəsi idi ki, ABŞ 1916-cı ildə Filippinə özlərinin parlamentlərini formalaşdırmaq hüququ ilə muxtariyyət verdi. Filippin tam müstəqilliyini isə II dünya müharibəsindən sonra ala bildi.
İspaniya-Amerika müharibəsindən sonra ABŞ öz hərbi hissələrini yenə də Kubada saxlayırdı. Bu Platta (onu təklif edən senatorun adı ilə bağlı idi) düzəlişi adlanan 8 şərtin Senat tərəfindən qəbul edilməsinə qədər davam etdi. Müstəqilliyini elan etdikdən sonra Kuba faktiki olaraq ABŞ-ın protektoratlığına çevrildi: Bundan sonra ABŞ orada hərbi-dəniz donanması saxlamaq hüququ aldı. Kubaya isə digər dövlətlərə ərazi təqdim etmək və xaricdən borc almaq haqqında müqavilə bağlamaq hüququ verilmədi. Beləliklə Kubanın müstəqilliyi pozulurdu. Yəni ABŞ kapitalının manapolyasına çevrildi. 1909-cu ildə ABŞ Kuba iqtisadiyyatına 140 milyon dollar qoymuşdur. Hətta adada xalq hərəkatını yaratmaq üçün dəfələrlə ABŞ orduları çıxarılmışdır.
Bu vaxt Sakit okeandan ABŞ “Oreqon” kreyserini Atlantik okeanına gətirmək üçün 2 ay yarım vaxtlarını almışdır. Odur ki, ABŞ Panama kanalının çəkilməsinin vacib olduğunu qət edərək 1901-ci ildə İngiltərə ilə müqavilə bağladı. Bu müqaviləyə görə ABŞ həmin kanalı tikib, saxlayıb və nəzarət etməli idi. Belə ki, kanal bütövlükdə ABŞ-a məxsus olmalı idi. Bu vaxt kanalın tikintisi ilə məşğul olacaq fransız şirkəti isə müflis olmuşdur. Odur ki, 1902-ci ildə ABŞ Konqresi kanalın aksiyalarını almaq üçün 40 milyon dollar ayırdı. Kanalın çəkiləcək Kolumbiya torpaqlarının alınması üçün Ruzvelt 100 milyon, illik icarəsinə isə 100 min dollar vəsait təklif etdi. Kolumbiya hökuməti razı olsa da, Senatı bu təklifi rədd etdi. Belə olduqda 1903-cü il noyabrın 3-də ABŞ-ın xüsusi xidmət orqanının agentləri Panamada Kolumbiyadan ayrılmaq uğrunda inqilab təşkil etdilər. Və ABŞ təcili olaraq Panamanın müstəqilliyini tanıdı. Kolumbiyanın proseslərə qarışacağı ehtimalı olduğuna görə ABŞ-ın hərbi gəmiləri də oraya gətirilmişdir. Müstəqillik əldə etmiş Panama Respublikası isə kanalın keçəcəyi əraziləri ABŞ-a güzəştə getdi(Ərazinin eni 10 milə çatırdı). Hansı ki, 1914-cü ildə kanal artıq istifadəyə verilmişdir.
Panama kanalının ərazisinin quldurluq yolu ilə əldə etməsi və faktiki olaraq Kubanı Koloniyaya çevirməsi ABŞ-ı Latın Amerikasında nüfuzdan salmışdır. Bu sözlər isə ABŞ-ın ünvanına ona istədiyi nəticəni verməyən panamerika konfransında işlənmişdir. Belə olduğu halda ABŞ-ın xarici siyasətində “böyük dəyənək” və “dollar diplomatiyası” amili işə düşdü. Məhz bu cür siyasətin nəticəsi olaraq 1904-1907-ci illərdə Dominikan Respublikası üzərində ABŞ-ın maliyyə protektoratlığı təşkil olundu. Hondurasda da bu cür oldu. Mərkəzi Amerikanın dəmiryolu şəbəkəsi ABŞ kompaniyalarının əlinə keçdi. ABŞ monopolistləri Meksika iqtisadiyyatına da nüfuz etdilər. 1912-ci ildə ABŞ monopolistləri Meksika iqtisadiyyatına 1,5 milyard dollar pul qoymuşdular. Beləliklə demək olar ki, Latın Amerikası regionunda ABŞ-ın müstəmləkəçilik siyasəti açıqca görünürdü.
1890-cı ildə ABŞ-ın təşkilatçılığı ilə Qərb yarımkürəsinin taleyini onun əlində saxlayan Panamerika ittifaqı yaradılmışdır (sonralar bu ittifaqın adı dəyişdirilərək “Amerika dövlətlərinin təşkilatı”adını almışdır). Onu da qeyd edək ki, Avropa dövlətlərindən fərqli olaraq ABŞ öz koloniyalarında iki səbəbdən ordu saxlamırdı. Birincisi, İspaniyanın acı taleyindən dərs alan başqa dövlətlər onun müstəmləkələrinə qorxu yaratmırdılar, ikincisi isə ABŞ müstəmləkələrində çevik siyasət yeridirdi. Bu isə iqtisadi yardım və siyasi məsələlərlə əlaqələndirildi. Hərbi sahədə isə ABŞ öz gücünü çevik donanmanın və dəniz piyadalarının köməyi ilə göstərirdi: Ona tabe olan ərazilərdə isə respublika qaydaları tətbiq olunurdu.
Birinci dünya müharibəsinə qoşulana kimi ABŞ Avropa işlərinə qarışmırdı, və Uzaq Şərqdə fəal siyasət yeridirdi. Monro doktrinasına əsaslanacaq Amerika qitəsini avropalıların ekspansiyalarından qoruyan ABŞ diplomatiyası 1899-cu ildə Amerika biznesinə gəlirli şərait yaratmaq üçün Çinə münasibətdə “bərabər imkanlar və açıq qapı” prinsipini beynəlxalq aləmdə tanıda bildi. 1900-cü ildə ABŞ ordusu Avropa dövlətlərinin ekspedisiya korpusunun tərkibində Çində baş verən üsyanın yatırılmasında iştirak etdi, sonra isə 1904-1905-ci illərdə baş vermiş rus-yapon müharibəsindən öz xeyrinə istifadə etməyə çalışdı.
Dostları ilə paylaş: |