Antitrest qanunları. Dövlət aparatındakı korrupsiya, siyasi xidmətlərinə görə vəzifələrin paylanması və s. neqativ hallara qarşı xalqın narazılığının artdığını nərərə alaraq Konqres bir sıra qanunlar qəbul etdi: Eləcə də rəqabəti və azad işgüzarlığı müdafiə edən federal və qanunverici orqanlar inkişaf sürətinə görə böyük biznesdən geridə qalırdılar. Qanunvericilikdəki boşluqdan istifadə edən iri korparasiyalar birləşərək zorla mərkəzləşdirilmiş idarə yaradırdılar.
Bütün bu neqativ halların qarşısının alınması üçün Konqresdə 1883-cü ildə “Vətəndaş xidməti haqqında” 1887-ci ildə “Ştatlararası ticarət haqqında” qanunlar qəbul olundu. Birinci qanun korrupsiya əleyhinə yönəldilsə də ona heç bir təsiri olmadı, ikinci qanun isə Ştatlararası dəmir yolu, trest və kompaniyaların birləşdirilməsi əleyhinə yönəldilmişdir.
Firmaların özləri üçün güzəştli şərtlər almağa çalışırdılar. Bunun əvəzində isə müddətli yük, aksiya mübadiləsi vəd edirdilər. Və bunun nəticəsində müştərilərin yerdə qalanlarının maraqlarını nəzərə almırdılar. Belə vəziyyətdən isə xırda biznes çox əziyyət çəkirdi. Dəmiryolu kampaniyaları uzaq gedən yükün daşınma tariflərini aşağı salır , yaxına gedənlərinkini isə artırırdı. Öz vəziyyətlərini yaxşılaşdırmaq üçün kartelləri leqallaşdırmağa və əvvəlcədən razılaşdırılmış tariflərdən əldə-olunan gəlirləri bölüşdürmək üçün ümumi fondun yaradılmasına çalışırdılar.
Belə vəziyyətdən ictimaiyyət o qədər narazı idi ki, bu məsələyə Kongresin qarışması lazım oldu. 1887-ci ildə ABŞ prezidenti Q. Klivlent pulların qadağan edilməsinin, tariflərin qaldırılması və güzəştlərin verilməsini aradan qaldıran qanun verdi. Dəmir yolu kampaniyalarına isə daşınma haqqını məsafəyə görə götürməyi tapşırdı. Bu qanunun icrasına nəzarət etmək üçün administrativ hüquq olmayan “Ştatlararası ticarət komisiyyası” yaradıldı. Hansı ki, bu komisiyya faktları toplayır və hakimiyyətdən asılı olmayan məhkəmə orqanlarına verirdi: Bu federal hakimiyyətin ilk olaraq xalq təsərrüfatının vacib bir sahəsində şəxsi biznesin fəaliyyətinin qaydaya salınması siyasəti idi.
1889-cu ildə Nyu- Cersi Ştatının qanunverici məclisi öz ərazisində firmaların aksiyasını alan digər ştatların kompaniyalarının holdinqinin yaradılmasına icazə verdi:1890-cı ildə Konqres ölkə daxilində və xarici dövlətlərlə “azad ticarətə” mane olan trest və birlikləri qadağan edən Şerman qanununu qəbul etdi. Bu kimi qanunlar demək olar ki, əksər ştatlarda qəbul olundu.
1890-cı ildə bir çox məhkəmə işlərinə baxan zaman ABŞ Ali məhkəməsi bu qanunun izahını verərkən göstərdi ki, hakimiyyət heç də kompaniyaların satış və istehsal fuksiyalarını yerinə yetirən birliklərin əleyhinə deyil. Yalnız rəqabətə mane olan, heç bir hüquqi fəaliyyəti olmayan kompaniyaların fəaliyyətləri qadağan edilir.
Holdinqlərin leqallaşdırılması ən çox aksiya toplaya bilmiş kompaniyalara və dövlət nəzarətində olan hüquqi şəxslərə status verilirdi.1899-cu ildə Nyu-Cersi Ştatında leqallaşmış keçmiş “Standart oyl” tresti qanunlaşdırıldı. Müəyyən çatışmazlıqları olsa da bu qanun (Şerman qanunu-hansı ki, trestlərin məhkəmə yolu ilə yaradılmasına şərait yaradırdı) XXəsrdə şəxsi biznesin dövlət tərəfindən tənzimlənməsinə şərait yaradırdı.
Dostları ilə paylaş: |