Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


-1909-cu illər Bosniya böhranı



Yüklə 0,52 Mb.
səhifə128/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   124   125   126   127   128   129   130   131   ...   138
Yeni tarix müh

1908-1909-cu illər Bosniya böhranı. XX əsrin əvvəlləri müxtəlif böhranlarla səviyyələnir.1908-ci ildə yeni beynəlxalq böhran yarandı.XX əsrin əvvəllərindən başlayaraq,Avstriya maliyyə kapitalı Balkanlarda işğalçılıq siyasətinin yeridilməsini,Salonikə gedən yolu-Egey dənizinə çıxışı tutmağı tələb etməyə başladı.Əvvəllər Avstriya-Macarıstan meyilli olan serb höküməti onun siyasətinə kömək edirdi.Serbiya iqtisadi cəhətdən də Avstriya-Macarıstandan asılı vəziyyətdə idi.Lakin 1903-cü ildə Serbistanda baş verən dövlət çevrilişindən sonra Balkanlarda vəziyyət kəskin şəkildə dəyişdi.Serb höküməti etnik yaxınlığı əsas götürərək,rusiyapərəst xətt yeritməyə başladı.Ölkədə Avstriya-Macarıstanın iqtisadi ağalığından qurtulmaq uğrunda hərəkat gücləndi.Avstriya-Serbiya gömrük müharibəsi baş verdi.Rusiya eyni zamanda cənubi slavyan əhalisinin Türkiyənin əleyhinə qiyamçılığa və terrorçuluğa qaldırdı.Belə şəraitdə Avstriya-Macarıstan hakim dairələri Balkanlarda hərəkatı yatırmaq üçün radikal addımlar atdılar.İlk addım kimi Avstriya-Macarıstan Osmanlı imperiyasının ərazisi sayılan Bosniya və Hersoqovinanı özünə birləşdirdiyini elan etdi.Bu ərazilərin birləşdirilməsi serb hökümətinin narazılığına səbəb oldu.Rus höküməti Serbistanı müdafiə etdi.

1909-cu ilin martında Avstriya-Macarıstan səfərbərlik elan edərək qoşunlarını Serbiya ilə sərhəddə yığdı.Öz müttəfiqini müdafiə edən Almaniya münaqişəyə qoşuldu.Kansler Bülöv 1909-cu il martın 21-də Sankt-Peterburqa ultimatum göndərdi.O,ultimatumda Bosniya və Hersoqovinanın Avstriya-Macarıstana birləşdirilməsinin tanınmasını Rusiyadan kəskin şəkildə tələb etdi.Tələb yerinə yetirilmədikdə Almaniya müharibəyə başlayacağı ilə hədələdi.1904-1905-ci illər rus-yapon müharibəsindən sonra özünə gələ bilməyən Rusiya Serbistana kömək etməyə hazır deyildi.İngiltərə və Fransa da Rusiyanı müdafiə etmədi.Belə olduqda Rusiya və Serbistan diplomatik-siyasi məğlubiyyətə uğradılar.Lakin Serbistan Balkanlarda türklərin və başqa millətlərin yaşadıqları əraziləri işğal etmək,Rusiya isə ona kömək göstərmək,Bosfor və Dardanel boğazlarına sahib olmaq istəklərindən əl çəkmədi.

Yaranmış belə şəraiti görən Rusiya öz silahlı qüvvələrini bərpa etmək işinə girişdi.Rusiyada böyük hərbi proqram qəbul edildi.Bu proqram ordunun sayının artırılmasını,maddi təchizatının gücləndirilməsini,strateji dəmiryollarının tikilməsini,rus-yapon müharibəsi zamanı demək olar ki,tamamilə itirilmiş hərbi-dəniz donanmasının bərpa etdirilməsini nəzərdə tuturdu.Proqram 1917-ci ildə başa çatdırılmalı idi.

Bosniya və Hersoqovinanı özünə birləşdirən Avstriya-Macarıstan isə bununla kifayətlənmək istəmirdi.O,Salonik istiqamətində ərazilər ələ keçirməyə çalışırdı.Avstriya-Macarıstanın bu hərəkətləri Almaniya tərəfindən rəğbətlə qarşılansa da,onun Türkiyə ilə iqtisadi və siyasi cəhətdən yaxınlaşması cəhdlərindən narahat idi.Bosniya böhranı Rusiyanın Avstriya-Macarıstanla və Almaniya ilə ziddiyyətlərini daha da kəskinləşdirdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin