Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İngilis-alman dəniz rəqabəti



Yüklə 0,52 Mb.
səhifə125/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   121   122   123   124   125   126   127   128   ...   138
Yeni tarix müh

İngilis-alman dəniz rəqabəti. XX əsrin əvvəllərində ingilis-alman dəniz rəqabəti daha da kəskinləşdi.1905-ci ildə İngiltərədə yeni tipli zirehli gəmi yaradıldı.O,əvvəlki gəmiləri həm artilleriyasının gücünə,həm də sürətinə görə ötüb keçirdi.Britaniya Hərbi Dəniz Nazirliyi yaxın bir neçə ildə Almaniyanın belə bir silaha sahib olmayacağını güman edirdi.Lakin o,yanılmışdı.Almaniya tezliklə belə zirehli gəminin yaradılmasına başladı.Artıq 1908-ci ildə İngiltərədə 12,Almaniyada isə 9 drednout (böyük zirehli hərb gəmisi) var idi.Köhnə zirehli gəmilərin nisbəti İngiltərənin xeyrinə 63:26 idi.Drednoutların meydana çıxması ilə köhnə gəmilər qiymətdən düşdü və dəniz rəqabəti yeni startdan başlandı.Bununla da İngiltərənin dəniz üstünlüyü böyük təhlükə altına düşdü.Drednoutların meydana çıxması ilə bir xətt gəmisinin qurulması xərcləri ikiqat artdı və sürətlə silahlanma gücləndi.1908-1912-ci illərdə Almaniyada hər il 4 drednout hazırlanması nəzərdə tutulmuşdu.

İngilis höküməti yeni hərbi gəmilərinin qurulmasını məhdudlaşdırmaq haqqında saziş imzalamağı Almaniyaya bir neçə dəfə təklif etdi.Lakin belə sazişin imzalanması yalnız İngiltərəyə sərfəli olduğundan və İngiltərənin dəniz üstünlüyü saxladığından Almaniya bu təklifləri rədd edərək, bütövlükdə hər iki ölkə donanmasının nisbəti haqqında müqavilə bağlamağı irəli sürdü.Lakin aparılan danışıqlar heç bir nəticə vermədi.Belə olduqda ingilis hökuməti Almaniyada qurulan hər bir drednoutun əvəzinə ikisini qurmaq barədə qərar qəbul etdi.Beləliklə,iki ölkə arasında sürətlə silahlanma və qarşıdurma yüksək həddə çatdı.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin