Birinci rus inqilabının beynəlxalq münasibətlərə təsiri.Rus-alman ziddiyyətləri. 1905-1907-ci illər rus inqilabı müstəmləkə və yarımmüstəmləkələrdə milli-azadlıq hərəkatını gücləndirdi.1906-cı ildə İranda,1908-ci ildə Türkiyədə,1911-ci ildə isə Çində baş verən inqilablar beynəlxalq münasibətlərə ciddi təsir göstərdi.Müstəmləkələrlə metropoliyalar arasında ziddiyyətlər kəskinləşdi.Müstəmləkələrdə nüfuz dairələri uğrunda mənafeləri toqquşan dövlətlər belə şəraitdə xalqların milli-azadlıq mübarizəsini boğmaq üçün səylərini birləşdirdilər.
1895-1905-ci illər ərzində Rusiyanın Uzaq Şərqdə yeritdiyi siyasətin uğursuzluqla nəticələnməsi onu Almaniyadan asılı vəziyyətə saldı.Bu,özünü rus-yapon müharibəsindən sonra daha aydın şəkildə göstərdi.Rusiya qərb sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Almaniya ilə münasibətlərini bütün vasitələrlə normallaşdırmağa çalışırdı.Uzaq Şərq avantürasından çıxan və inqilabı yatıran Rusiya höküməti yenidən Balkanlara və Uzaq Şərqə xüsusi diqqət yetirməyə başladı.Xarici siyasətinin bu istiqamətində Rusiya iki yeni amillə üzləşdi:birincisi,Türkiyədə alman təsirinin güclənməsi;ikincisi,Baıkanlarda Almaniyanın dəstək verdiyi Avstriya-Macarıstanın güclənməsi.
Beləliklə,Rusiyanın Yaxın Şərqdə rəqibi XIX əsrdə olduğu kimi İngiltərə deyil,yeni şəraitdə Almaniya oldu.Rus-alman ziddiyyətlərinin kəskinləşməsinin bir sıra səbəbləri var idi.Birincisi,Bağdad dəmiryolunun çəkilməsinə dair Almaniyanın konsessiya alması Rusiyanı narahat edirdi.Türkiyənin Almaniya təsiri dairəsinə düşməsinə Rusiya təhlükəli meyl kimi baxırdı.Almaniya ilə müttəfiqə çevrilən Türkiyə Bosfor və Dardanel boğazlarında tam hakim ola və Rusiyanı Qara dənizdən vurub çıxara bilərdi.İkincisi,1904-cü ildə imzalanan rus-alman ticarət müqaviləsi ziddiyyətli idi və əsasən,Almaniyanın mənafelərinə cavab verirdi.Bu müqavilə Rusiyanın daxili bazarlarında rus kapitalının alman kapitalına qarşı mübarizəsini kəskinləşdirirdi.
Dostları ilə paylaş: |