Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XIX əsrin sonu XX əsrin əvvəllərində İtaliyada siyasi böhran



Yüklə 0,52 Mb.
səhifə109/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   105   106   107   108   109   110   111   112   ...   138
Yeni tarix müh

XIX əsrin sonu XX əsrin əvvəllərində İtaliyada siyasi böhran. Hökumətin müstəmləkə siyasəti üzündən meydana gəlmiş narazılıq repressiyalar yolu ilə əldə edilmiş çox kövrək sabitlik məhv oldu ki, bu da ölkədə mövcud olan sosial və siyasi böhranın nə dərəcədə acınacaqlı olduğunu aşkar etdi.

Krispinin istefasından sonra hökumətə “Sağların” nümayəndəsi markis A.Rudini başçılıq etməyə başladı. O, Siciliya hadisələrində iştirak edənlərə amnistiya verdi. Abisininin müstəqilliyini tanıdı və onunla sülh müqaviləsi imzaladı, sosialistlərə qarşı qəbul edilmiş qanunu ləğv etdi. Lakin sosial problemlər o dərəcədə dərin idi ki, bu tədbirlərdə sabitlik gətirmədi.

1897-1898-ci ilin qışında İtaliyada hökm sürən bahalıq səbəbindən acların qiyamı və fəhlələrin nümayişləri başladı. Nümayişçilərin əsas tələbi isə əmək haqqının artırılması və əmək şəraitinin yaxşılaşdırılması idi. Bu çıxışların yatırılmasında hökumət yalnız polisin deyil, həm də hərbinin gücündən istifadə etdi. Hərəkatın kuliminasiya nöqtəsi isə “5 Milan günü” adlanan 1898-ci il 3-8 may tarixində Milan şəhərinə baş vermiş hadisələr oldu. Nümayişçilərə qarşı artileriyadan istifadə olunmuşdur. 80 nəfərdən çox insan ölmüşdür. Bu hadisədən sonra repressiyalar başlamışdır. Çoxlu sayda qəzetlər bağlanmış, hərbi məhkəmələr fəaliyyətə başlamış və sosialist partiyaların fəaliyyəti qadağan olunmuşdur. Rudini hökuməti bununla təcili antidemokratik tədbirlərin görülməsinə əl atmışdır. Lakin Rudini kabineti hakimiyyətdə qala bilmədi və yeni hökumətə 1898-ci ilin iyun ayından Liberal təbiətli, mühafizəkar-monarxist dairələrlə geniş əlaqəsi olan general L.Pellu başçılıq etməyə başladı.

Pellu hakimiyyətdə 1900-cü ilə kimi qalaraq iki nazirlər kabinetinə başçılıq etmişdir. O, fövqəladə antidemokratik qanunların qüvvəyə minməsini təkid etmişdir. Məsələn: dəmiryollarının və rabitə vasitələrinin milliləşdirilməsi və siyasi azadlıqların məhdudlaşdırılması kimi. Xarici siyasətdə isə Pellu tam fərqli siyasət yeritdi. Efiopiya ilə sülh müqaviləsi imzalayaraq İtaliya oradakı müstəmləkə iddialarından əl çəkdi və müstəmləkə uğrunda gedən müharibələr tarixində analoqu olmayan fakt baş verdi- yəni, Efiopiyaya böyük məbləğdə təzminat ödədi : Qırmızı dəniz sahillərindəki müstəmləkələrini qoruyub saxlamaq və onların genişləndirilməsini müəyyən müddət təxirə salmaq qərara alınmışdır. Bununla yanaşı Tripolitaniya və Kirenaikanı ( Misirlə Tunis arasında olan Türkiyənin Şimali Afrika mülkləri) zorla ələ keçirməyi planlaşdırırdılar və İtaliyanın İngiltərə, Fransa və Rusiya ilə münasibətlərinin nizama salınması üçün tədbirlər də görmüşdülər. Pellu özünü müstəmləkə ekspedisiyasının aktivləşdirilməsi tərəfdarı kimi göstərərək Çində nüfuz dairəsi uğrunda mübarizəyə qoşuldu. Bu da ölkədə diplomatik münaqişə yaradaraq onun birinci kabinetinin istefasına səbəb oldu. Pellu ikinci kabinetini təşkil edərkən müxalifətin güclü müqaviməti ilə üzləşdi. “Kənar Sollar” adlanan müxalifət bloku meydana gəldi. Bu bloka sosialistlər, respublikaçılar, radikallar və Colittinin başçılığı ilə liberalların bir hissəsi daxil olmuşdular. Blok fövqəladə qanunların əleyhinə çıxaraq bu məqsədlə parlamentdə mübarizə metodunu seçdi. Odur ki, Pellu kral I Umbertodan yeni parlament seçkiləri haqqında icazə ala bildi. Lakin 1900-cü ildə olmuş seçkilərdə müxalifət qələbə çaldı. Onlar özləri ilə idarə etmənin avtoritar metodlarının və aqressiv xarici siyasətin tam məhv olunmasını da gətirdilər. XIX əsrin 90-cı illəri isə İtaliya tarixinə “qanlı onillik” kimi daxil oldu.

Krispinin repressiya siyasətinin davamçılarının istefası 1900-1901-ci illərdə baş vermiş hadisələr fonunda daha da sürətləndi. 1900-cü ilin iyul ayında anarxistlər tərəfindən kral I Umberto öldürüldü. Yeni kral Viktor III Emaniuil taxta çıxarkən Risordjementonun tarixi nailiyyətlərini, ölkənin birliyini və azadlıqların toxunulmazlığını qoruyub saxlamaq niyyətində olduğunu birdidi. Kütləvi çıxışların təzyiqi altında müxalifətə, ilk növbədə isə Genuya fəhlələrinin tətilində güzəştə getməyə məcbur oldu və tezliklə hökuməti konstitusiya müxalifətinin liderləri olan Dranardelli və C.Colittiyə tapşırdı.

1901-ci ilin fevralında yeni hökumətə başçılıq etməyə başlayan Colitti liberal-demokratik islahatların və sosial problemlərin həlli tərəfdarı idi. Beləliklə İtaliyada liberalizm və demokratiya erası olan “Colitti erası” başladı.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin